Məhkəmə qərarları › İş №2(102)-1305/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1305/2024

22.04.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1305/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi) iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın sənədləşdirilməsinə edilən maneələrə son qoyulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ölçmə işlərinə qoyulan maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2582/2023 nömrəli 23 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 22 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X7 xx.xx.2009-cu il tarixli 299 saylı arxiv arayışı əsasında İddiaçı mərhum anası X2 Şəmkir şəhəri, İ.Məmmədov küçəsi 65 ünvanında 1112 kv.m həyətyanı torpaq sahəsi verilmiş, bu barədə adına xx.xx.2013-cü il tarixli A 429479 saylı “X9 və Ölçüsü” tərtib edilmişdir.

2. X3 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra məhkəmə qətnaməsi ilə İddiaçı mərhum anasından qalmış mirası qəbul etməsi faktı müəyyən edilmiş, İddiaçı anası X1 miras qalmış, Şəmkir şəhəri, İ.Məmmədov küçəsi 65 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsinin ½ hissədə payı müəyyən edilmişdir.

3. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2238/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X4 qarşı “ölçmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması” barədə iddia tələbi təmin edilmiş, Şəmkir şəhəri, İ.Məmmədov küçəsi 65 ünvanında 1112 kv.m həyətyanı torpaq sahəsində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bunda n sonra “iddiaçı”) iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsində ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qoyulan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qanuni əsaslarla, yəni məhkəmə qərarları, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin məktubu ilə çıxarış almaq üçün DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. İdarədən ona rəsmi məktubla cavabdeh X5 tərəfindən ölçmə işlərinə maneə yaradıldığı üçün sənəd verilməsindən imtina edilmişdir. Həmin maneənin aradan qaldırılması barədə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2(076)-2238/2022 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, X5 tərəfindən ölçmə işlərinə yaradılan maneə aradan qaldırılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmişdir. İcra məmurları və mütəxəssislər həmin ünvana gedərkən orada qanunsuz yaşayan şəxslər, yəni cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 səsküy salaraq icra işinə və ölçmə işlərinə maneə olmuşlar. Bu səbəbdən qətnaməni icra etmək mümkün olmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı tələbinin hüquqi əsas kimi Mülki Məcəllənin 152.1 və 157.4-cü maddələrinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddiaya etiraz edərək göstərmişdir ki, bir dəfə ölçmə işlərinə icazə vermişlər, onlar da gedib sənəd almışlar. Lakin indi icazə vermək istəmirlər. Qanunsuz olaraq ölçmə işlərinin aparılmas ına etiraz edir.

8. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddiaya etirazında bildirmişdir ki, 43 ildir ki, özlərinə məxsus torpaqda tikdikləri evdə yaşayırlar. Onların torpağının iddiaçıya aidiyyəti yoxdur.

9. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1116/2023 nömrəli 3 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Şəmkir şəhəri, İ.Məmmədov küçəsi 65 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan ölçmə işlərinin aparılmasına qoyulan maneənin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı verilməsi qət edilmişdir. (hakim Şəfəq Məmmədova)

10. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X7 xx.xx.2009-cu il tarixli 299 saylı arxiv arayışı əsasında iddiaçının mərhum anası X2 Şəmkir şəhəri, İ.Məmmədov küçəsi 65 ünvanında 1112 kv.m həyətyanı torpaq sahəsi verilmiş, bu barədə adına xx.xx.2013-cü il tarixli A 429479 saylı “X9 və Ölçüsü” tərtib edilmişdir. X3 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra məhkəmə qətnaməsi ilə iddiaçının mərhum anasından qalmış mirası qəbul etməsi faktı müəyyən edilmiş, İddiaçı anası X1 miras qalmış, Şəmkir şəhəri, İ.Məmmədov küçəsi 65 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsinin ½ hissədə payı müəyyən edilmişdir. Hazırda iddiaçı anasından qalan mübahisəli torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd almaq məqsədilə DƏDRX–nin 11 saylı Ərazi İdarəsinə müraci ət etmiş, lakin cavabdehlər həmin idarənin əməkdaşlarına ölçmə işləri aparmağa imkan verməmişdir. Nəticədə daşınmaz əmlakın dövlət reyestrini aparan orqan iddiaçının müraciətini həyata keçirməkdən imtina etmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 4.1, 157.4, 158.1.2, 158.4, Torpaq Məcəlləsinin 67, 68-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.3.3 və 5.3-cü bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 onun gəlini, Cavabdeh3 isə oğludur. O, 43 ildir ki, həmin ünvanda yaşayır, oğlu da burada anadan olmuş, boya-başa çatmış, ailə qurmuşdur. Digər tərəfdən, 11 saylı Şəmkir Ərazi İdarəsinə maneələr törədilirsə, nəyə görə iddianı İdarə özü deyil, işə aid olmayan şəxslər qaldırmışlar. Həmçinin əvvəllər bir neçə dəfə səlahiyyətli orqanın əməkdaşları tərəfindən həyətə baxış keçirilmişdir. Təkrar baxış keçirilməsinin hüquqi əsası yoxdur. İddiaçının vərəsə olması ona hüquq vermir ki, istənilən məsələ ilə bağlı ölçmə işlərinin aparılmasını sifariş etsin. Həmçinin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməmiş, iddiaçını anası Zəhranın adına yalnız texniki sənəd tərtib olunmuş, hüqu q müəyyənedici sənəd isə verilməmişdir.

14. Apellyasiya baxışında savabdeh Cavabdeh1 həm öz adından, həm də nümayəndəsi olduğu digər Cavabdeh3 adından apellyasiya şikayətini müdafiə edərək, göstərmişdir ki, cavabdehlərdən Bənövşə onun qayınanası, Arzu isə yoldaşıdır. İddiaçı onun qonşusudur. Mübahisəli torpaq sahəsində onların evi yerləşir. Həmin evdə qayınanası, o, həyat yoldaşı və iki uşaqları ilə birlikdə yaşayır. Mübahisəli torpaq sahəsinin bir hissəsi iddiaçıya aid olsa da, ona sənəd verilməsini istəmirlər və buna görə də, ölçmə işlərinin aparılmasına etiraz edir.

15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2582/2023 nömrəli 23 noyabr 2023-cü il qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi) Şamil Rzaquliyev və İslam Həsənov) cavabdehin apellya siya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiuya instanasiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının qeyd olunan əmlak üzərində mülkiyyət hüququnun olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə öz təsdiqini tapır. Cavabdehlərin iddiaçının bu hüququnu həyata keçirməsinə maneçilik yaratması onun mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək qətnamə nin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnamədə müəyyən etdiyi hallar işin faktiki halları ilə tamamilə ziddiyyət təşkil edir, eyni zamanda, iddiaçı məhkəmənin müəyyən etdiyi hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Mövcud olmayan sübutlar əsasında məhkəmənin hər hansı nəticəyə gəlməsi isə qanunvericiliyin tələblərinə də ziddir. İş materialları ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməmiş, Zəhra Süleymanovanın adına yalnız texniki sənəd tərtib olunmuş, hüquq müəyyənedici sənəd isə verilməmişdir. Hətta Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində iddiaçı nın hüquq müəyyənedici sənəd almaq məqsədi ilə DƏDRX-in 11 saylı Ərazi İdarəsinə müraciət etdiyi, lakin cavabdehlərin ölçmə işlərinin aparılmasına mane törədiyinə görə həmin orqan tərəfindən ölçmə işlərinin aparılmasından imtina edildiyi müəyyən edilmişdir. Mübahisəli əmlak iddiaçının mülkiyyətində olmadığı halda, onun həmin əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqdan söhbət gedə bilməz. Cavabdeh 43 ildir ki, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Mübahisəli torpaq sahəsi üzərində 40 il əvvəl ev tikmişlər və 40 ildir ki, mübahisəsiz yaşayırlar. Buradan yaşayış sahəsi kimi fasiləsiz və davamlı şəkildə istifadə etmişlər. Hazırkı vaxta kimi mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində deyildir. Belə bir şəraitdə, mübahisəli t orpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyində olması, iddiaçının əmlakı cavabdehlərdən tələb etmək hüququnun olması barədə Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad edilməsi əsassızdır. Əksinə, mübahisəli torpaq sahəsinin üzərindəki ev cavabdehlər tərəfindən tikildiyindən, onların artıq 43 ildir ki, həmin evdə ailə üzvləri ilə birlikdə fasiləsiz yaşamaqlarından, iddiaçının isə mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığından cavabdehlərin iddiaçını həyətlərinə buraxmamaq hüququ vardır. Cavabdehlərin ölçmə işlərinin aparılmasına mane törətməsi və bu səbəbdən də DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasından imtina edilməsinə dair həmin halı təsdiq edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmişdir. İddiaçı is ə iddia tələbini onunla əsaslandırmışdır ki, icra məmurları və mütəxəssis tərəfindən ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən maneə yaradılmışdır. Lakin iddiaçı tərəfindən iddianın əsasını təşkil edən hallara dair məhkəməyə hər hansı sübut təqdim edilməmiş, məhkəmə iddiaçının heç bir dəlilə söykənməyən izahatındakı xüsusatlara işin müəyyən edilmiş halları kimi qiymət verərək iddianı əsaslı hesab etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4 əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Ka ssasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

22. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahis ələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Apellyasiya instansiyası məhkəməsi iddia t ələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

26. Belə ki, iddiaçı vərəsə olaraq və məhkəmə qətnaməsi ilə ½ hissədə payı müəyyən edilmiş torpaq sahəsini dövlət reyestri xidmətində rəsmiləşdirmək istəməsini, cavabdehin isə buna mane olmasını bildirmişdir.

27. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə də iddiaçının mərhum anasından qalmış mirası qəbul etməsi faktı müəyyən olunmuş, məhkəmə aktı ilə onun Şəmkir şəhəri, İ.Məmmədov küçəsi 65 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsinin ½ hissəsində payı müəyyən edilmişdir. İddiaçı anasından qalan torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd almaq məqsədilə DƏDRX-in 11 saylı Ərazi İdarəsinə müraciət etsə də, cavabdehlər həmin idarənin əməkdaşlarına ölçmə işləri aparmağa imkan verməmişlər.

28. Məhkəmə kol legiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi və tətbiq etdiyi hüquq normaları ilə razılaşır.

29. Belə ki, cavabdeh torpaq sahəsi üzərində hüquqa malik olan iddiaçının hüquqlarının qeydə alınması üçün mütəxəssislərə mane olmaqla, onun yuxarıda qeyd edilən qanunvericilik normaları ilə qorunan hüquqlarını pozur, nəticədə iddiaçı məhkəmə aktları ilə əldə etdiyi əmlaka mülkiyyət hüquqlarını təsdiq edən Çıxarışı ala bilmir.

30. Göründüyü kimi, tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.

31. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən kassasiya şikayətinin dəlillərini əsassız sayır.

32. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh2 kassasiya şikayəti təmin olunmamalı, apelyasiya in stansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2582/2023 nömrəli 23 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar