Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1306/2019 04.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Şadiyev Ənvər Əhməd oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun, İddiaçı və onun vəkili Ömərov Cianşa İlyas oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1912/2018 saylı 08 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏY YƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarix li qətnaməsi ilə (hakim V.İ.Məlikov, iş № 2(039)-960/2017) İddiaçı iddia tələbi təmin edilmiş, Cavabdeh təmir işlərinə çəkilmiş xərclərə görə 10000 manat, müqavilə şərtlərinə görə 5000 manat kompensasiya, əldən çıxmış faydaya görə 30000 manat, hüquqi xidmətlərə görə isə 1000 manatın alınıb İddiaçı ödənilməsi qət edilmiş, Cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qapısının dəmir qoruyucuları bərpa edilməklə jalüzün götürülməsi, otaqlar arasındakı dəmir qoruyucuları bərpa edilməklə jalüzün götürülməsi, otaqlar arasındakı dəmir qapısını bərpa etməklə qoyulmuş plastik qapının çıxarılması, sanitar qovşağın dəmir qapısını bərpa etməklə plastik qapıların çıxarılması, sanitar qovşağın dəmir qapısını bərpa etməklə qoyulmuş plastik qapının götürülməsi, müdir otağı kimi istifadə olunan otağın dəmir qapısını yerinə qoymaqla plastik qapının götürülməsi, sanitar qovşaq otağında olan dəmir yerinə qoyulmaqla plastik qapının götürülməsi, sanitar qovşar otğında olan dəmir qapısını yerinə qoymaqla plastik qapının götürülməsi, sanitar qovşaq otağında olan dəmir kalonkanın yerinə qoyulmaqla aristonun götürülməsi, baçok unitaz, əl-üz yuyanın yerinə qoyulmaqla onun qoydurduqlarının çıxarılması, tametin üstünə qoyulmuş linoniumun çıxarılması, işıq üçün qoydurduğu avtomatları bərpa etməklə ona məxsus olanların çıxarılması, otaqlarda quraşdırdığı plastik vintilyatorların yerinə qoyulması, dəmir vintilyatorun çıxarılması, mağazada pəncərələrin tamlığını pozduğu hissələrin, o cümlədən mağazanın əvvəlki vəziyyətə qaytarılması, plastik arakəsmələrin sökülməsi və bu işlərin cavabdeh İddiaçı hesabına aparılması, işlərin eyni vaxtda icra olunması tələbi barədə qarşılıqlı iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim İ.F.Quliyev, hakimlər Ə.T.Məcidov və M.A.Əsədli, iş № 2(107)1912/2018) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qətnaməsi qismən, 30000 manat tələbin təmin edilməsi ilə bağlı hissəsi ləğv edilmiş, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı 30000 manat əldən çıxmış fayda ilə bağlı tələbi təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən saxnanılmış, apellyasiya şikayətinin qalan hissəsi təmin edilməmişdir. Göstərilən qətnamədən İddiaçı və Cavabdeh tərəfindən ayrılıqda kassasiya şikayətləri verilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 manat və obyektin istifadəsi nəticəsində əldə edə biləcəyi 30000 manat gəlir, cəmi 45000 manat dəyərində maddi ziyan və hüquqi xitmətə görə ödənilmiş 1000 manat pulun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, sonradan məhkəməyə əlavə ərizə verərək, iddia ərizəsini dəqiqləşdirməklə Cavabdeh icarə müqaviləsi üzrə obyektə qoyulan 10000 manat təmir xərcləri, 5000 manat kompensasiya və obyektin istifadəsi nəticəsində əldə edə biləcəyi 30000 manat məbləğində əldən çıxmış fayda, cəmi 45000 manat və hüquqi xidmətə görə ödənilmiş 1000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələ bi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə məxsus Mingəçevir şəhəri, 20 Yanvar küçəsində 0,0072 ha torpaq sahəsində yerləşən 39A nömrəli 1 mərtəbəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə götürüb işlədəcəyinə razılaşmışlar. Lakin mağaza bərbad vəziyyətdə olduğundan oranı təmir etmək məqsədi ilə 7-8 ay tələb olunduğu üçün təmir işlərini iddiaçının öz üzərinə götürməsi haqqında tərəflər razılığa gəlmişlər. 01 aprel 2016-cı tarixdə şahidlərin iştirakı ilə mağazanı iddiaçının icarəyə götürməsi haqqında tərəflər müqavilə bağlamışlar. İddiaçı, mağazanın tərkib hissəsi olan və arxasında yerləşən çörək bişirən sahəni təmir edib, ora yeni xəmirqarışdıran avadanlıqlarını alıb 2016-cı ilinin aprel-may aylarında sınaq olaraq çörək bişirməyə başlamaqla mağazanın təmir işlərini aparmışdır. Həmi n dövr ərzində iddiaçı, cavabdehə icarə haqqına görə 900 manat pul vermişdir. İddiaçı, 2016-cı ilin avqust ayında təmir bərpa işlərinə 15000 manatdan artıq pul xərcləyərək mağazanı işlək vəziyyətə gətirib, sentyabr ayında icarəyə götürdüyü obyekti işlətmək istəmişdir. Lakin cavabdeh heç bir əsas olmadan icarə müqaviləsini birtərəfli qaydada pozaraq onu obyekdən çıxarmaqla bütün avadanlıqları qaytarması tələbi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət etmiş və tələbi təmin edilərək bu barədə 11.10.2016-cı il tarixli qətnamə qəbul edilmişdir. İddiaçı hesab edir ki, 01 aprel 2021-ci il tarixə kimi əldə edəcəyi 30000 manat fayda əldən çıxmışdır. İddiaçı dəymiş ziyanın əvəzinin ödənilməsi üçün cavabdehə müraciət etməsinə baxmayaraq tələbi təmin edilməmişdir. Ona görə də hazırki iddia ilə məhkəm əyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qapısının dəmir qoruyucuları bərpa edilməklə jalüzün götürülməsi, otaqlar arasındakı dəmir qoruyucuları bərpa edilməklə jalüzün götürülməsi, otaqlar arasındakı dəmir qapısını bərpa etməklə qoyulmuş plastik qapının çıxarılması, sanitar qovşağın dəmir qapısını bərpa etməklə plastik qapıların çıxarılması, sanitar qovşağın dəmir qapısını bərpa etməklə qoyulmuş plastik qapının götürülməsi, müdir otağı kimi istifadə olunan otağın dəmir qapısını yerinə qoymaqla plastik qapının götürülməsi, sanitar qovşaq otağında olan dəmir yerinə qoyulmaqla plastik qapının götürülməsi, sanitar qovşar otğında olan dəmir qapısını yerinə qoym aqla plastik qapının götürülməsi, sanitar qovşaq otağında olan dəmir kalonkanın yerinə qoyulmaqla aristonun götürülməsi, baçok unitaz, əl-üz yuyanın yerinə qoyulmaqla onun qoydurduqlarının çıxarılması, tametin üstünə qoyulmuş linonium çıxarılması, işıq üçün qoydurduğu avtomatların bərpa etməklə ona məxsus olanların çıxarılması, otaqlarda quraşdırılmış plastik vintilyatorların yerinə qoyulması, dəmir vintilyatorun çıxarılması, mağazanın pəncərələrinin tamlığının pozulduğu hissələrin o cümlədən mağazanın əvvəlki vəziyyətə qaytarılması, plastik arakəsmələrin sökülməsi və bu işlərin cavabdeh İddiaçı hesabına aparılması, işlərin eyni vaxtda icra olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər məhkəməsinin 11 oktyabr 20 16-cı il tarixli, 2(051)-3624/2016 saylı qətnaməsi ilə İddiaçı ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsindən çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli 2(107)-206/2017 saylı qətnaməsi ilə Mingəçevir şəhər məhkəməsinin 11.10.2016-cı il tarixli qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 iyul 2017-ci il tarixli, 2(102)-4369 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 24.01.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı ona qarşı 01.04.2016-cı ildən onu aldatmaqla bağladığı icarə müqaviləsi əsasında mülkiyyətində olan qeyriyaşayış sahəsindən qanunsuz istifadə ilə əlaqədar çıxartdığı üçün ondan pul kompensassiyası tələb edir. Həmin icarə müqaviləsi notariat qa ydasında təsdiq edilmədiyi üçün İddiaçı həmin sahədən istifadə və sahiblik hüquqnunun olmamasına artıq qiymət verilmişdir. İddiaçı əmlakını onu aldatmaqla ələ keçirmiş və onun icazəsi olmadan orada müxtəlif işlər aparmış, əvvəlki əşyaları yox etmişdir. Belə ki, qeyri-yaşayış sahəsində qapıların dəmir qoruyucularını götürmüş yerinə jalüz asdırmışdır, otaqlar arasındakı dəmir qapını götürüb plastik qapı asmış, sanitar qovşağın dəmir qapısını götürüb plastik qoymuş, müdir otağı kimi istifadə olunan otağın qapılarını dəyişdirib, onun dəmir qapılarını mənimsəmişdir. Sanitar qovşağında olan dəmir kalonkaları götürüb 30-40 manatlıq ariston qoymuş, baçok, unitaz, əl-üz yuyan olduğu halda onları ləğv edib qoymuşdur. Tametin üstünə linonium çəkmişdir, hansı ki, götürüb apara bilər. İşıq üçün qoydu rduğu avtomatları dəyişib, onunkuları götürüb başqasını qoymuşdur. Bundan əlavə mağazanın pəncərələrinin tamlığı pozaraq təyinatını dəyişmişdir. Hansı ki, bunlara o, razılıq verməmişdir. Onların aralarındakı mübahisənin əsas səbəbi mağazanı icarə verməməyi və onun icazəsi olmadan obyektində istədiyi kimi dəyişiklik aparması olmuşdur. O, həmin dəyişikliklər edilməsini görən kimi məhkəməyə müraciət edib, obyekt üzərinə həbs qoydurmuşdur. Mübahisə məhkəmə instansiyaları tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və onun vəkili Ömərov Cianşa İlyas oğlu kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1912/2018 saylı 08 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsi ndə müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul olunmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Mülki Məcəllənin 700, 21-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Cavabdeh və onun vəkili X1 verdikləri kassasiya şikayətində isə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1912/2018 saylı 08 oktyabr 2018-ci il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelly asiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin edilmiş hissəsində maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, iş üzrə əhəmiyyətli hallara düzgün qiymət verilməmiş, işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, Cavabdeh müqaviləni birtərəfli qaydada pozmamışdır, əksinə müqavilə İddiaçı qərəzli hərəkətləri nəticəsində pozulmuşdur ki, bu səbəbdən də məhkəmənin müqavilənin 12-ci bəndinə istinad etməsi qanunsuzdur. Həmçinin, tələb edilən təmir xərclərinin nədən ibarət olması ilə bağlı hər hansı araşdırma aparılmamışdır. Bundan başqa, məhkəmələr ancaq iddiaçının saxtalaşdıraraq təqdim etdiyi, cavabdeh tərəfindən təsdiqlənməyən, cavabdehin iradəsini əks etdirməyən müqaviləni sübut qismində əsas götürmüşlər. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, həmin işlərin görülməsinə cavabdeh razılıq verməmiş, onun istifadəyə yararlı əmlakı sökülüb dağıdılmış, görünüş üçün dəyişdirilmişdir. Halbuki, həmin əmlak yararlı olmuş, hər hansı təmirə ehtiyac olmamışdır. Həmçinin, kassasiya şikayətinə görə iddiaçının gördüyü işlər cavabdehin razılığı və iradəsi olmadan yerinə yetirildiyi üçün onun nəticəsi üçün cavabdeh məsuliyyət daşımır. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən İddiaçı və onun vəkili Ömərov Cianşa İlyas oğlu iddiaçının kassasiya şikayətini müdafiə edərək apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 21-ci maddəsini yanlış təfsir etdiyini, əldən çıxmış fayda hissədə işin hallarına düzgün qiymət vermədiyini, halbuki, iddiaçın ın 3 ay obyekti istifadə etdiyini, iddiaçının gündəlik 56 manat gəlir əldə etməsinin Vergilər Nazirliyinin sənədindən də göründüyünü, bu sənədin mötəbər sübut sayılmalı olduğunu bildirməklə, iddiaçının kassasiya şikayətinin təmin edilməsini, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1912/2018 saylı 08 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin tam təmin, qarşılıqlı iddianın və cavabdehin kassasiya şikayətinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və onun vəkili heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab e tmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyd olunmuş normaya əsasən, kassasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş qətnaməni təqdim olunmuş kassasiya şikayəti həddində, irəli sürülmüş iddianın tələblərindən çıxış edərək yoxlayır. Hazırki iş üzrə ilkin iddia qismən təmin edilmiş, qarşılıqlı iddia isə tamamilə rədd edilmişdir. İddiaçı və cavabdehin kassasiya şikayətlərinə nəzər saldıqda müəyyən olunur ki, iddiaçı tərəfindən hazırki iş üzrə ilkin iddianın təmin edilməmiş hissəsi, cavabdeh tərəfindən isə ilkin iddianın təmin edilmiş hissəsi mübahisələndirilir. Odur ki, kassasiya şikayə tləri üzrə araşdırma yalnız həmin hissələrə aid aparılır. Belə ki, kassasiya icraatı faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini dinləyərək, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki işə baxılarkən ilkin iddia tələbinin təmin edilmiş hissəsində maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş və bununla əlaqədar qəbul olunmuş qətnamə həmin hissədə qanunsuz olmaqla aşağıdakı əsaslara görə qeyd edilən hissədə ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh apellyasiya şikayəti qismən əsaslı olduğu üçün təl əbin 30000 manat əldə çıxmış fayda ilə bağlı hissəsi əsassız təmin edildiyindən Yevlax Rayon Məhkəməsinin iş üzrə 12 oktyabr 2017-ci il tarixli qətnaməsi qismən ləğv edilməklə, 30000 manat əldən çıxmış fayda ilə bağlı tələb əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı tələbində icarə müqaviləsinin qüvvədə olacağı 2021-ci ilin aprel ayının 1-nə kimi adi mülki dövriyyə şəraitində hər ay 500 (beş yüz) manat gəlir əldə etməklə müqavilə müddətində 30000 (otuz min) manat gəlir əldə edəcəyini, cavabdehin vaxtından əvvəl müqaviləni birtərəfli qaydada pozmaqla həmin gəlirdən məhrum olduğunu göstərsə də, lakin məhkəməyə göstərdiyi məbləğdə gəlir əldə edəcəyini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Onun təqdim etdiyi 01.02.2016-cı il tarixdən 01.07.2016-cı il tarixə kimi olan dövrdə 2800 manat gəlir əldə etməsi ilə bağlı Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentindən verilmiş 03.05.2017-ci il tarixli arayışı mötəbər sübut kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə kollegiyası tələbin həmin hissəsini əsassız hesab edir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəf İddiaçıla onların arasında bağlanmış 01 aprel 2016-cı il tarixli icarə müqaviləsinin notariat qaydada təsdiq edilməməsini əsas kimi göstərərək onun heç bir hüquqi nəticə yaratmadığını göstərərək iddianın tam rədd edilməsini xahiş etmişdir. Ancaq iş materiallarından görünür ki, tərəfləri heç kim 01 aprel 2016-cı il tarixli icarə müqaviləsini bağlamağa məcbur etməmiş, müqavilənin şərtlərini tərəflər sərbəst surətdə müəyyənləşdirib, digər şəxslərin iştirakı ilə müq aviləni imzalamışlar. Mağazada aparılmış təmir zamanı orada aparılan işlərdən Cavabdeh xəbəri olmamış, mütəmadi olaraq təmir aparılan obyektə gəlmişdir. Təmir işləri başa çatdıqdan sonra isə birtərəfli qaydada iddiaçı ilə aralarında olan razılaşmanı pozmuş, məhkəməyə müraciət edərək İddiaçı mağazadan çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi tərəflərin iradə ifadəsi olmaqla bağlandığından müqavilə notariat qaydada təsdiq edilməsə də belə tərəflər üçün hüquq və vəzifələr yaradır. Qeyd edilən müqavilənin 12-ci bəndində göstərilir ki, icarədar müqavilədə göstərilən müddəti birtərəfli qayda pozarsa, o halda icarəçiyə obyekti qoyulan təmir xərclərini 10000 manat və 5000 manat kompensasiya ödəməklə obyekti ger i ala bilər. Müqavilənin qeyd edilən şərtlərinin məzmunundan aydın olur ki, müqavilə bağlanan vaxta kimi artıq təmir işləri aparılmışdır. İddiaçı da izahatında göstərmişdir ki, mağazanın təmiri ilə bağlı cavabdehlə şifahi razılaşma 2015-ci ilin noyabr ayında olmuş və həmin vaxtdan da təmir işlərinə başlamışdır. Cavabdeh mütamadi olaraq mağazaya gəlmiş, aparılan təmir işlərini görmüş, ancaq heç bir iradı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700, 680.1ci maddələrinə istinad edərək hesab etmişdir ki, tələbin 10000 manat təmir xərci, 5000 manat kompensasiya və 1000 manat hüquqi xidmətə görə ödənmiş pulla bağlı hissəsi əsaslı olduğu üçün birinci instansiya məhkəməsi düzgün olaraq tələbin həmin hissəsini təmin etmişdir. Məhkəmə kollegiyası q eyd edir ki, ilkin iddia tələbinin faktiki əsasını tərəflər arasında yaranmış icarə hüquq münasibətinin cavabdeh tərəfindən heç bir əsas olmadan birtərəfli qaydada pozulması təşkil edir və bu halı sübut etmə yükü iddiaçının üzərindədir. İddiaçı bununla bağlı, aralarında bağlanıldığını iddia etdiyi 01 aprel 2016-cı il tarixli icarə müqaviləsinə istinad etmiş, məhkəmələr də həmin müqaviləni sübut kimi qəbul edib iddianı qismən təmin etmişlər. Məhz bu halla bağlı, yəni tərəflər arasında icarə hüquq münasibətinin mövcud olub-olmamasını, mövcud olubsa bu münasibətin kimin tərəfindən pozulmasını müəyyən etmək üçün mötəbər sübut sayıla və preyudisial xarakter daşıya biləcək məhkəmə qətnaməsinin mövcud olmasına apellyasiya instansiyası məhkəməsi əhəmiyyət verməmiş, bu isə düzgün olmayan qətnamənin çıxarılmasına gətirib çıxarmışdır. Belə ki, iş materiallarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(051)-3624/2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı qeyri-yaşayış sahəsindən çıxarılma, əşyalarla birgə istifadəyə qaytarılma, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsindən çıxarılması, bəzi daşınar əşyaların cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmiş, tələbin maddi və mənəvi ziyanla bağlı hissəsi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.01.2017-ci il tarixli 2(107)-206/2017 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qətnaməsi qismən, yəni 2 ədəd şüşə vitrin, 50 ədəd formalı qablar, elektrik enerjisi ilə işləyən bir ədəd xəmir qarışdıran, 30 ədəd qab-qacaq, ləyənlər, dəmir su qabı, kapron qablar, 5 ədəd böyük bıçaq, 2 ədəd maşa, 4 ədəd mizin cavabdeh İddiaçı alınıb iddiaçı Cavabdeh verilməsi hissəsi ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Kollegiyasının 07 iyul 2017-ci il tarixli 2(102)4369/2017 nömrəli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 24.01.2017-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Həmin məhkəmə qətnamələrindən aydın olur ki, həmin iş üzrə 01 aprel 2016-cı il tarixli icarə müqaviləsinin notaria t qaydasında təsdiq edilmədiyinə görə İddiaçı üçün sözügedən qeyri-yaşayış sahəsindən istifadə və sahiblik hüququ yaratmadığı, müqavilənin sübut kimi qəbul edilmədiyi müəyyən edilmişdir. Başqa sözlə, həmin iş üzrə İddiaçı iddia tələbinə etirazını aralarında icarə müqaviləsinin mövcud olması, həmin müqavilənin Cavabdeh tərəfindən birtərəfli qaydada pozulması ilə əsaslandırmağa çalışsa da onun dəlili məhkəmələr tərəfindən rədd edilmişdir. Belə olan halda, yəni qeyd edilən qətnamənin qanuni qüvvədə olduğu sübut olunduğu halda hazırki iş üzrə İddiaçı izahatı əsasında sözügedən icarə hüquq münasibətinin baş tutmamasında və ya pozulmasında Cavabdeh təqsirli olması qənaətinə gəlinməsi qanuni və əsaslı deyil. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmi ş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Beləliklə, yuxarıda qeyd olunmuş qanun normalarına əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş faktlar preyudisial xarakterə malik olmaqla yenidən sübut edilmir. Bununla əlaqədar olaraq, həmin faktlara onları müəyyən etmiş məhkəmə qətnaməsi müvafiq qayd ada ləğv olunmayanadək yenidən baxılmır. Beləliklə, preyudisial faktlar həqiqi hesab olunmaqla yeni baxılan işdə müəyyən halları təsdiq edən sübut kimi istifadə olunurlar. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun luğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Bununla belə, apellyasiya instansiyası məhkəməsi ilkin iddia tələbinin təmin edilməmiş hissəsində iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının kassasiya şikayəti formal xarakter daşıyır, iddiaçı bu hissədə tələbinin əsaslı sayılması üçün hər hans ı mötəbər sübut təqdim etməmişdir. Beləliklə, cavabdehin kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən ilkin iddianın təmin edilmiş hissəsində maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, işdə olan sübutlar birtəfəli qaydada araşdırılmış, nəticədə həmin hissədə qeyri-obyektiv və ədalətsiz qətnamə qəbul edilmişdir ki, bu da qəbul olunmuş qətnamənin həmin hissədə ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli 4 №-li qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Adı çəkilən qərarın 2.4-cü bəndinə əsasən isə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Maddi və prosessual hüquq normalarının pozulması və ya onların düzgün tətbiq olunmaması Azərbaycan Respublikası MPM-nin 217-ci maddəs inə əsasən mübahisəyə düzgün baxılmamasına dəlalət etməklə qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsi). İşin yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunan bütün halları qanunla müəyyən olunmuş qaydada araşdırmalı, Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sözügedən məhkəmə qətnaməsinin qanuni qüvvədə olduğunu müəyyən etdikdən sonra müvafiq qanunvericiliyi tətbiq etməklə ilkin iddia tələbinin 10000 manat təmir xərci, 5000 manat kompensasiya və 1000 manat hüquqi xidmətə görə ödənmiş pulla bağlı hissəsinə apellyasiya şikayəti həddində hüquqi qiymət verməli, qanunun tələblərinə əsaslanan qətnamə qəbul etməlidir. Məhkəmə ko llegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «X4rşı» iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.3, 418, 419, 420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1 07)-1912/2018 saylı 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilkin iddianın təmin edilən hissəsində ləğv olunsun və iş həmin hissədə yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1306/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1306/2019
04.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver