Məhkəmə qərarları › İş №2(102)-1306/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1306/2020

24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1306/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)****/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Səmədov) xx.xx.2019-cu il tarixli, 2(006)-*****/2019 nömrəli qə tnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 8600 manatın və 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8630 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseyn, E.Nəbiyev, R.Qurbanov) xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-*****/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilədən irəli gələn öhdəliklərini icra etməməsinə görə 8600 manat borcun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini təsdiqləməklə kifayətlənmiş, heç bir əlavə araşdırma aparmamış, formal mülahizələrə əsasən qətnamə qəbul etmişdir. Beləliklə, apelyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh və vəkili Vəkil2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu, məhkəmə qətnaməsinin qanuni qüvvəsini almasının yubadılması məqsədilə verildiyini bildirərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyas ının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnaməni dəyişdirmədən saxlayan apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Apelyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Eyni zamanda, cavabdeh iddiaçının onu dizel yanacağı ilə təchiz etdiyini inkar etməmiş, təhqiqat zamanı cavabdehin izahatında qeyd etdiklərinin mötəbərliliyini şübhə altına s alan hər hansı sübut təqdim etməmişdir. Belə ki, İş materiallarındakı Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X2 “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx xxxxxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, Lənkəran rayonu Gərmətük qəsəbəsində yaşayan İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, 2018-ci ilin mart ayının 4-dən may ayının 7-nə kimi hər litri 60 qəpikdən olmaqla Mahirdən 12600 manat məbləğində 21000 litr dizel yanacağı nisyə götürmüş, borcdan 4000 manat versə də, müəyyən problemlərdən 8600 manatı verə bilməmiş və borclu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəl ləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddianın əsaslılığı məhkəməyə təqdim edilmiş sübutla öz təsdiqini tapmış, cavabdeh isə bunun əksini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kassasiya yoxlaması zamanı isə apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiklər i sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar