Məhkəmə qərarları › İş №2(102)-1306/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1306/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1306/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3872/2021 nömrəli iş üzrə 20 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tə rəfindən verilmiş kassasiya şikayətinə dair işə 14 mart 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh (bundan sonra – cavabdeh) ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank, ləğv prosesindədir) arasında bağlanmış 12.08.2014-cü il tarixli, 1297/014 nömrəli təminatsız kredit müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 26% ödəmək şərtilə 10.000 manat məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (ƏSF)) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bankın xeyrinə 12.08.2014-cü il tarixli, 1297/014 nömrəli kredit müqaviləs i üzrə 4103.06 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 1475.80 manat faiz, 2880.34 manat cərimə, müqavilənin bitdiyi tarixdən 15 iyul 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 805.41 manat, ümumilikdə 9264.61 manat məbləğində kredit borcunun tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə bağlanmış kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının (bundan sonra – Fərman) təsir dairəsinə düşmür. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu il dekabrın 31-də başa çatmışdır. Cavabdeh qeyd olunan tarixə qədər müraciət etmədiyi üçün Bank tərəfindən məhkəməyə müraciət edilmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun Banka qaytarılması təmin edilməmişdir. Bank tərəfindən təqdim olunmuş 17.07.2020-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, cavabdehin 15.07.2020-ci il tarixinə 4103,60 manat əsas, 1475,80 manat faiz, 2880,34 manat cərimə, müqavilənin bitdiyi tarixdən 15.07.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 805,41 əldən çıxmış fayda olmaqla, ümumilikdə 9264,61 manat borcu qalmışdır. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, kredit müq aviləsi Fərmanın təsir dairəsinə düşür. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.06.2019-cu il tarixli, 2(001)-3364/2019 nömrəli qərardadı ilə elə həmin əsasla Bankın ona qarşı eyni məzmunlu iddia ərizəsi baxılmamış saxlanılmışdır. Onun Banka yaxınlaşmalı olması barədə məlumatı olmamış, borcunun ödənilməsi üçün Bankdan məlumat gözləmişdir. Ümumiyyətlə borcunun mövcudluğunu inkar etmir, əsas borc hissəsində iddia tələbini qəbul edir. Lakin hesab edir ki, Fərmanın müddəaları nəzərə alınmadan ondan faiz və cərimə borcunun tələb edilməsi ədalətsizdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-4296/2020 nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Nəbizadə) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 4103,0 6 manat əsas borc və ödənilmiş dövlət rüsumunun 13,29 manat hissəsinin tutularaq Banka ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, sözügedən kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə Fərmanın təsiri dairəsinə düşür və iş materiallarında olan Problemli kreditlərin kompensasiyasına dair çıxarışdan görünür ki, cavabdehin iddiaçıya olan 4491,05 manat məbləğində əsas kredit borcu 387,99 manat azaldılmış, cavabdehin əsas borcu 4103,06 manat müəyyən edilmişdir. Beləliklə, cavabdehin əsas borcu 4103,06 manat olduğu halda, ondan əlavə olaraq 1475,80 manat faiz, 2880,34 manat cərimə və gecikdirilmiş vaxt üçün 805,41 manat olmaqla, cəmi 9264,6 1 manat məbləğində borcun tələb edilməsi Fərmana ziddir. Belə ki, qeyd olunan Fərman vətəndaşlara dəstək və onların maliyyə yükünün azaldılması məqsədi ilə qəbul olunmuşdur, bu dəstəyin reallaşdırılması üçün dövlət tərəfindən banklara kifayət qədər şərait yaradılmış və banklar vətəndaşlarla olan kredit münasibətlərində daha güclü və məlumatlı tərəf olmaqla, üzərilərinə düşən vəzifələri daha ədalətli və humanist şəkildə icra etməlidirlər. Fərmanın müddəalarının tətbiq edilməsi nəticəsində vətəndaşın əsas borcu 387,99 manat azaldıldığı və qalıq borcunun 4103,06 manat olması müəyyən edildiyi halda, Bank tərəfindən həmin borca dair yenidən faiz və cərimə hesablanaraq, borcludan 9264,61 manat tələb edilməsi ağlabatan deyildir. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehə Fərmanın təsir dairəsin ə düşməsi barədə bildiriş göndərilib-göndərilməməsinə dair iş materiallarında hər hansı məlumat yoxdur. Qətnamədən tərəflər apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bank apellyasiya şikayətində qətnamənin qismən ləğv olunmasını, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi Fərmanın təsir dairəsinə düşmür. Həmçinin, kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu il dekabrın 31-də başa çatmışdır. Ona görə də, məhkəmə tərəfindən faiz, cərimə borcunun və illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın silinməsi əsassız olmuşdur. Cavabdeh apellyasiya şikayətində qətnamən in ləğv edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, Banka olan kredit borcu sözügedən Fərmanın təsir dairəsinə düşməsinə baxmayaraq, məhkəmə ondan hansı əsasla 4103,06 manat borc tutulmalı olduğunu göstərməmişdir. Hesab edir ki, iddiaçıya ödəməli olduğu pul daha az olmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin olunaraq, ekspert qarşısında tərəflər arasında bağlanmış 12.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə Fərmandan irəli gələn məsələlər nəzərə alınmaqla 15.07.2020-ci il tarixə qalıq əsas borc və ona hesablanmalı olan faiz məbləği müəyyən edilməsi ilə bağlı sual qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 20.08.2021-ci il tarixli, 9/4209 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatla rı, 12.08.2014-cü il tarixli kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarı nəzərə alınmaqla, cavabdehin 15.07.2020-ci il tarixə 4099,77 manat əsas, 1474,73 manat faiz borcu, 856,69 manat illik 5 %-lə hesablanmış əldən çıxmış fayda olmaqla, cəmi 6431,19 manat borcu vardır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3872/2021 nömrəli iş üzrə 20 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan his səsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunmaqla, cavabdehdən Bankın xeyrinə 12.08.2014-ci il tarixli, 1297/014 nömrəli kredit müqaviləsi üzrə 1475,80 manat faiz borcu, 300 manat cərimə borcu və müqavilənin bitdiyi tarixdən 15.07.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 805,41 manat əldən çıxmış faydanın tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi iddianın təmin olunmayan hissələrində birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmamış və bununla bağlı qeyd etmişdir ki, işdə olan X1 kreditlərin kompensasiyasına dair çıxarışından görünür ki, cavabdehin 01.03.2019-cu il tarixə 4491,05 manat əsas kredit borcunun (manat ekvivalentində) azaldılmasına yönəldilən məbləğ 387,99 ma nat, qalıq borc 4103,06 manat, restrukturizasiya məbləği isə 0 manat təşkil edir. Göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi Fərmanın təsir dairəsinə düşmədiyindən Mərkəzi Bank tərəfindən həmin müqavilə üzrə vaxtı keçmiş qalıq borcunun restrukturizasiyası ilə bağlı Banka hər hansı təklif verilməmişdir. Belə olan halda isə, Bank cavabdehə münasibətdə həmin Fərmandan irəli gələn güzəştləri tətbiq etməməkdə haqlı olmuşdur. Ekspert tərəfindən müəyyən edilmiş məbləğlər əsas və faiz borcuna aid hissədə Bank tərəfindən təqdim edilmiş maliyyə arayışında qeyd olunmuş məbləğlərlə (cüzi fərqlər nəzərə alınmamaqla) üst-üstə düşür, illik 5 %-lə hesablanmış əldən çıxmış fayda isə tələbdən daha artıq məbləğdə hesablanmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin olunmayan hissəsində ləğv olunaraq, iddia faiz borcu və illik 5%-lə hesablanmış əldən çıxmış faydaya münasibətdə tam təmin olunmalıdır. Bununla belə, məhkəmə hesab etmişdir ki, iddia cərimə borcuna münasibətdə qismən təmin olunmalıdır. Belə ki, maliyyə arayışı ilə müəyyən edilmiş və Bank tərəfindən tələb olunan 4103,06 manat əsas borca görə tutulan 2880,34 manat cərimə tənasübsüz dərəcədə yüksəkdir. Ona görə də həmin məbləğ azaldılaraq 300 manat müəyyən edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 445.4, 445.7, 462.1, 467, 739.1, 741-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kas sasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynidir. Şikayətdə qeyd olunmuşdur ki, kredit müqaviləsi Fərmanın təsir dairəsinə düşməsinə baxmayaraq məhkəmə əsassız olaraq cavabdehə əsas borcdan savayı faiz, cərimə borcu və əldən çıxmış fayda hesablamış, cavabdehin vəziyyətini ağırlaşdırmış, ədalətli araşdırma aparmamış, işə birtərəfli yanaşmışdır. Şikayətin əsası kimi, Azərbaycan Respublikası Konstutusiyasının 16-cı, Mülki Məcəllənin 6.1.8, 467-ci, MPM-in 8.1, 8.2, 9.3, 14.1, 76.1, 88, 217.1-217.4, 218.1, 220.4cü madd ələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etirazda Bank kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə apellyasiya instansiyası məhkəməsin in qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin olunmuş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izah atları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən iddiaya etirazın və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə eynidir, Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmama lı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3872/2021 nömrəli iş üzrə 20 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar