Məhkəmə qərarları › İş №2(102)-1307/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1307/2020

24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1307/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim R.Həsənov) xx.xx.2019-cu il tаrixli, 2(007)-*****/2019 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh q arşı “avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh cəmi 11283,20 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manatın, ümumilikdə 11313.20 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus “Chevrolet Aveo minik” markalı, qara metal rəngli, mühərrik *****, ban ***** olan ** ***** *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti hesabına ümumilikdə 11313.20 manat məbləğində borcun İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseyn, E.Nəbiyev, R.Qurbanov) xx.xx.2019-cu il tarixli, 2(103) -*****/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək,Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(007)-*****/2019 saylı qətnaməsinin mübahisələndirilən hissədə-kredit borcunun tutulması hissəsində dəyişdirilməsi, İddiaçı ASC-nin xeyrinə Cavabdeh 10018.37 manat əsas borc, 1194.03 manat faiz borcu, 70.80 manat cərimə, cəmi 11283.20 manatın və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manatın, ümumilikdə 11313.20 manat pul vəsaitinin tutulması, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı “avtomo bil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 118834-115863 saylı kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə banka borclu olduğu 10718.37 manat məbləğində əsas borc, 1194.03 manat məbləğində faiz borcu, 70.80 manat məbləğində cərimə üzrə borcun, ümumilikdə isə 11983.20 manat məbləğində pulun və 30 manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş “Chevrolet Aveo minik” markalı, qara metal rəngli, mühərrik *****, ban ***** olan ** ***** *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı, cavabdehlə aralarında olan kredit müqaviləsi üzrə öz öhdəliklərini vicdansızcasına yerinə yetirməmiş, həmçinin müqavilədə iqtisadi və qanuni əsaslandırılmamış yüksək faizlər nəzərdə tutmuşdur. Cavabdeh tərəf iqtisadi cəhətdən zəif vəziyyətdə olduğuna, bankın geniş maliyyə imkanlarından asılı vəziyyətdə olduğuna görə həmin əlverişsiz, qanuni və iqtisadi əsası olmayan şərtlərə baxmayaraq kredit və ipoteka müqavilələrini imzalamağa məcbur edilmişdir. İddiaçı, maliyyə bazarlarındakı qeyri -sabitlik, valyuta məzənnələrindəki risklər barəsində peşəkar təşkilat olaraq məlumatlı olmuşdur. İddiaçı bank ancaq peşəkarların bildiyi iqtisadi məlumatlar barəsində, o cümlədən neft qiymətlərinin valyuta məzənnəsinə təsiri, Azərbaycan manatının dollar və digər valyutalar qarşısında göstərdiyi maliyyə-məzənnə performansı, kreditin xarici valyuta ilə götürülməsinin cavabdehə, onun ailə büdcəsinə yaratdığı təhlükələr barəsində məlumatları cavabdehə çatdırmamış, onu bilərək məlumatsız qoymuş, cavabdehin risk dəyərləndirməsinə köməklik etməmiş, nəticədə də neft qiymətlərinin uzun müddət aşağı səviyyədə qalması manatın dollar (USD) və digər valyutalar qarşısında məzənnəsini ucuzlatmış, cavabdehin manatla aldığı əmək haqqı dollar ekvivalentində dəyərini itirmiş, onun dollarla götürdüyü borcu ö dəməsini qeyrimümkün etmişdir. Bundan da dəhşətlisi, cavabdeh borcunu ödəyə bilmədiyinə görə ağır stres və depressiya keçirdir, ailəsi ağır vəziyyətdədir. Məhkəmə işi araşdırarkən iddiaçı tərəfin cavabdeh və o cümlədən digər bank müştəriləri ilə qərəzli, tamah məqsədinə yönəlmiş, qeyri-vicdani hərəkətsizliyini, yəni risklər barədə məlumatları çatdırmamasını, həmçinin Mərkəzi Bankın və Maliyyə Nazirliyinin manatın məzənnəsinin sabit qalacağı barəsində vətəndaşları, o cümlədən Cavabdeh inandırması kimi xüsusları diqqətə almamışdır. X3 səlahiyyətli şəxsləri və Maliyyə Nazirliyi və ya iddiaçı bank xarici valyutada götürülən kreditlərin, həmçinin dünya birjasında neftin qiymətinin kəskin ucuzlaşmasının yaratdığı risklər barəsində dolğun məlumat vermiş olsa idilər, Cavabdeh heç vaxt bu krediti g ötürməzdi. Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh və vəkili Vəkil1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmas ını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini qismən təmin edərkən işin faktiki halları üzrə maddi hüquq normalarını düzgün tətbiq etməklə düzgün hüquqi nəticə gəlsə də, qətnamənin nəticə hissəsində borc məbləğinə münasibətdə yalnız tələb olunan ümumi məbləği göstərməklə pul vəsaitlərinin tutulması ilə bağlı məhkəmə qətnamələrinə dair prosessual qanunvericiliyin tələblərinəriayət etməmişdir. Belə ki, MPM-in 222.2-ci maddəsinə müvafiq olaraq pul vəsaitlərinin tutulması haqq ında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Ona görə də qətnamə dəyişdirilməli və qətnamənin nəticə hissəsində borcun ümumi məbləği ilə yanaşı, əsas borc, faiz borcu və dəbbə pulu ayrı-ayrılıqda göstərilməlidir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh Bankla aralarında bağlanmış kredit müqaviləsinin həqiqiliyini şübhə altına alan, habelə etdiyi ödənişlər nəticəsində daha az borcunun yarandığı barədə heç bir sübut təqdim etməmişdir. Tələb olunan faiz borcu və dəbbə pulu əsas borca mütənasibdir. Apellyasiya kollegiyası ipoteka predmetinə yönəldilməsinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına İpoteka müqaviləsinin 6.1.1-ci bəndini, “İpoteka haqqında” qanunun 33, 34.1.3, Mülki Məcəllənin 269.4, 319.1 və 319.6-cı maddələrini tətbiq etməklə əsaslı nəticəyə gəlmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayəti apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və həmçinin formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Kassasiya yoxlaması zamanı apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edi lməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci m addəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərb aycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 36-cı maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər (36.1). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (36.3). İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır (36.5). İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər (36.6). Həmin Qanunun 39.1ci maddəsinə əsasən ipo teka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyi şiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehtərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*****/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar