Məhkəmə qərarları › İş №2(102)-1307/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1307/2021

08.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1307/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Alimentin miqdarının artırılması 08.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1978/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıd akı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh xx xxxxxx 2003-cü ildə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxx 2003-cü ildə S və xx xxxxxxxx 2006-ci ildə Ə adlı uşaqları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiklərindən ayrılmışlar.

2. Qazax Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli 2(023)-410/2014 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, tərəflərin nikahları pozulmuş, xx xxxxx 2003-cü ildə doğulmuş S və xx xxxxxxxx 2006-cı ildə doğulmuş Ə adlı uşaqların İddiaçı himayəsində saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh ayda hər uşağa 75 manat, cəmi 150 manat alimentin xx xxxxxxxx 2014-cü il tarixdən başlayaraq tutulub İddiaçı verilməsi qət edilmişdir.

3. Həmçinin iş mater iallarından görünür ki, Cavabdeh X1 ilə xx xxxxxxx 2015-ci ildə rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə nikahdan xx xxxxxxx 2015-ci il təvəllüdlü O adlı uşaqları olmuşdur.

4. Bundan başqa iş materiallarından görünür ki, X1 hamiləliyə görə Qazax Rayon Qadın Məsləhətxanasında ambulator qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx xxxxx 2003-cü ildə anadan olmuş S və xx xxxxxxxx 2006-cı ildə anadan olmuş Ə adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün alimentin artırılaraq hər ay 160 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Cavabdeh xx xxxxx 2003-c ü ildə anadan olmuş S və xx xxxxxxxx 2006-cı ildə anadan olmuş Ə adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün alimentin artırılaraq ayda hər uşağa 160 manat, cəmi 320 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinə əsasən Cavabdeh 2 uşağının saxlanılması üçün ayda cəmi 150 manat aliment alır. Uşaqlar böyüdüyündən maddi tələbatlarını ödəməkdə çətinlik çəkir. Maddi imkanı zəifdir. Odur ki, iddiasının təmin olunmasını xahiş edir.

8. Qazax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(023)-167/2020 saylı qətnaməsi ilə (hakim N.Musayev) iddia qismən təmin edilmiş, Qazax Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli 2(023)-410/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin m iqdarı artırılaraq Cavabdeh qətnamə qanuni qüvvəsini aldıqdan sonra ayda hər uşağa 130 manat, cəmi 260 (iki yüz altmış) manat aliment alınaraq xx xxxxx 2003-cü ildə anadan olmuş S və xx xxxxxxxx 2006-cı ildə anadan olmuş Ə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, bir uşaq üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsini yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyması nəticəsinə gəlməsini ədalətli hesab etmək olmaz. Belə ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, v alideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir.

10. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, qətnamə qəbul edilməsindən 5 ildən artıq müddət keçməsini və uşaqların tələbatının artmasını, habelə Cavabdeh başqa qadınla evli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını və arvadının ikinci uşağa hamilə olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, alimentin miqdarı göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla Qazax Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli 2(023)-410/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq ayda hər uşağa 130 manat miqdarında sabit pul məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1, 75.1, 78.1, 78.2, 112.1-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5, 8, 13, 19-cu, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 107, 119.1, 216-220, 227, 233 və 357-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1978/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Mamedov (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və Ə.Abdullayev) apelyasiya şika yəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(023)-167/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbləri əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2020-ci il üçün 170 manat müəyyən edilmişdir. Hazırda uşaqlar üçün cavabdehdən tutulan hər birinə 75 manat sabit pul məbləğində alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə xeyli dərəcədə azdır və uşağın saxlanması üçün yetərli deyildir. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər.

15. Ona görə də, məhkəmə kollegiyası bu nəticəyə gəlmişdir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmuşdur. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən cavabdehə müəyyən olunan alimentin miqdarı qanunauyğun və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən ikinci dəfə ailə qurmasını, ikinci arvadından iki uşağının olmasını, aylıq əmək haqqısının 200 manat ol masını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu 17 Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil al masının, layiqli vətəndaş kimi formalaşmasının tə min edilməsinə yönəldilir. (maddə 3) 18 Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. (maddə 5) 19 Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. (maddə 8) 20 Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə mi n edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. (maddə 19) Ailə Məcəlləsi 21 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. (maddə 75.1) 22 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. (maddə 75.4) 23 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin v ə ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. (maddə 78.1) 24 Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (maddə 78.2) 25 Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyiş iklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. (maddə 112.1) Mülki Prossesual Məcəllə

24. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

25. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

26. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

27. Kassasiya şikayətində işin hallarının sübut olunmam asına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

28. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

29. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya sı məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kasssiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, aliment ödəyən valideynin qazancının az olması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və MP M-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

30. Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1978/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar