Məhkəmə qərarları › İş №2(102)-1307/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1307/2024

25.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1307/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yanğın hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsi, əmlakın mülkiyyətçisinin vurulan ziyana görə məsuliyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 2(104)2389/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. “Brilliance” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı avtomobil X3 mülkiyyətində olmaqla, 16 aprel 2023-cü il tarixli etibarnamə ilə İddiaçı sürücülük hüququ olduqda avtomobili idarə etmək, habelə ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək, qeydiyyatdan çıxarmaq və digər hərəkətlər barədə 10 sentyabr 2023-cü il tarixədək səlahiyyətlər vermişdir.

2. Həmin avtomobil Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən avtomobil təmiri sexində olarkən 20 aprel 2023-cü il tarixdə yanğın hadisəsi baş vermiş və yanğın nəticəsində avtomobil yanaraq yararsız vəziyyətə düşmüşdür.

3. Qeyd olunan avtomobil təmiri sexinin yerləşdiyi, sahibkarlıq istifadə növü məqsədli 0,05 ha torpaq sahəsi Cavabdeh mülkiyyətində və həmin torpaq sahəsi üzərində 466,04 kv.m sahəsi olan obyekt inşa olunaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X15 Xidməti ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2012-ci il tarixli Komissiya aktı ilə istismarına verilmişdir.

4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində qəbul edilən 07 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən 20 aprel 2023-cü il tarixdə Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən Cavabdeh məxsus avtomobil təmiri sexində baş vermiş yanğın hadisəsi üzrə aparılmış araşdırma zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası M ərkəzinin 04 avqust 2023-cü il tarixli məhkəmə yanğıntexniki ekspertizası rəyi əsasında müəyyən olunmuşdur ki, Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən Cavabdeh məxsus ümumi sahəsi 430 kv.metr olan 5 boksdan ibarət avtotəmir sexində və sexə bitişik olan ümumi sahəsi 50 kv.metr olan avtomobil ehtiyat hissələrinin satışı mağazasında baş vermiş yanğının mənbəyi, X9 tərəfindən istifadə olunan 2-ci boksun tavan hissəsində havalandırma sisteminin yerləşdiyi zonada olmuşdur. Yanğın, mənbə zonasında yerləşən havalandırma sisteminin borularının divarlarına yapışmış halda olan lak-boya qatının alışması nəticəsində baş verməsi üçün xarakterikdir. Baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”-nın 7.14-cü bəndinin tələbləri pozulmuşdur. Sexin daxilind ə daimi olaraq istifadə olunan havalandırma sisteminin borularını lak-boya qatından təmizlənməsi təmin olunmadığına görə, “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 7.14-cü bəndinin tələbləri avtotəmir sexinin daxilində yanğın təhlükəsizliyinə cavabdeh olan şəxs tərəfindən pozulmuşdur. Araşdırma zamanı alınmış izahatlarla, hadisə yerinə keçirilmiş baxış protokolu materiala əlavə olunmuş digər sənədlərdən göründüyü kimi Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən, Cavabdeh məxsus avtotəmir sexləri icarəyə verilərkən sexlərin sahibi Cavabdeh icarəçilərlə yazılı və rəsmi müqavilə bağlamamış, sexləri icarəçilərin istifadəsinə şifahi razılaşma əsasında vermiş, icarəyə verdiyi sexlərdə yanğın təhlükəsizliyinə cavabdeh şəxs təyin etməmişdir. “Azərbaycan Respublikasında Yan ğın Təhlükəsizliyi Qaydaları”-nın 1.10.2-ci bəndində göstərilmişdir ki, “Yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində fiziki şəxslər öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə yanğın təhlükəsizliyi qaydalarına riayət etməlidirlər”. Odur ki, Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən, avtotəmir sexlərində yanğın təhlükəsizliyinə cavabdeh şəxs sexlərin sahibi Cavabdehdur. Beləliklə, Əliyev X11 şəhəri Hüseyn Cavid küçəsində yerləşən avtotəmir sexlərinin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”-nın 1.10.2-ci və 7/14-cü bəndinin tələblərini pozaraq avtotəmir sexlərində yanğın təhlükəsizliyini təmin etməmişdir. Bu səbəbdən də, 20 aprel 2023-cü il tarixdə, saat 17 radələrində Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən avto-təmir sexlərindən X9 tərəfindən istifadə olunan 2-ci boksun tavan hissəsində havalandırma sisteminin borularının divarlarına yapışmış halda olan lak-boya qatının alışmasından yanğın baş vermişdir.

5. X1 tərəfindən verilmiş 20 aprel 2023-cü il tarixli ziyan aktına əsasən “Brilliance” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilə 8720 manat ziyan vurulduğu müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Brilliance” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 8720 manat maddi ziyanın və 107,2 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 16 aprel 2023-cü il tarixdə mülkiyyət hüququ üzrə X5 məxsus olan “Brilliance” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında satın almış, sonra nasazlıq olduğuna görə avtomobili 19 aprel 2023-cü il tarixdə Şəmkir şəhərində yerləşən və Cavabdeh məxsus avtomobil təmir sexinə aparmış, orada Ramin adlı usta ona avtomobili iki gün müddətində təmir edəcəyini və iki gün sonra gəlib avtomobili götürəcəyini demişdir. Avtomobil həmin təmir sexində olduğu zaman, 20 aprel 2023-cü il tarixdə yanğın hadisəsi baş vermiş, hadisə nəticəsində ona 8720 manat dəyərində maddi ziyan dəymişdir. Avtomobilə dəymiş ziyanın məbləği mütəxəssis tərəfind ən tərtib edilmiş ziyan aktı ilə müəyyən edilmişdir. Avtomobil təmir sexinin sahibi Cavabdeh müraciət edərək, avtomobilə dəymiş ziyanın əvəzinin ödənilməsini tələb etsə də, sonuncu ziyanı ödəməkdən boyun qaçırmışdır.

8. Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(076)-1651/2023 nömrəli qətnaməsi ilə (hakim H.K.Məhəmmədi) iddia tələbi təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1, 771-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi öhdəsinə götürən tərəfdir. Podrat müqaviləsi üzrə podratçının əsas vəzifəsi müqavilədə nəzərdə tutulan işi icra etmək və yerinə yetirməkdən ibarətdir. Hazırkı mülki işdə cavabd eh podrat müqaviləsi üzrə tərəf kimi hər hansı öhdəlik götürməmiş, müqavilənin tərəfi kimi çıxış etməmişdir. Belə ki, iddiaçının özünün də qeyd etdiyi kimi avtomobili təmir sexinə gətirən zaman usta Ramin İsgəndərovla avtomobilin təmir şərtləri ilə razılaşmış, cavabdehlə hər hansı razılaşma əldə etməmişdir. Cavabdehi sadəcə həmin avtomobil təmir sexinin sahibi kimi sonradan tanımışdır. Cavabdehin işi icra etməyi öhdəsinə götürmədiyi halı tərəflərin izahatı və şahid ifadəsi ilə öz təsdiqini tapır. Podratçının icra etməli olduğu əsas vəzifəyə aid tələblərdən biri onun sifarişçi tərəfindən ona verilmiş əmlakın salamat saxlanılması üçün zəruri olan bütün tədbirləri görməyə borclu olmasıdır. Qanunvericiliyin tələbinə əsasən sifarişçi tərəfindən verilmiş əmlakın saxlanılması üçün zəruri olan büt ün tədbirləri görmək podratçının vəzifəsidir. Podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Hazırkı mülki işdə cavabdeh qismində qeyd edilmiş Cavabdeh podratçı qismində çıxış etmədiyi üçün təhvil verilmiş əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşımır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 2(104)-2389/2023 nömrəli qətnaməsi ilə (hakim İ.T.Həsənovun sədrliyi və məruzəsi ilə, A.H.Hüseynzadədən və L.S.Süleymanovdan ib arət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 2(076)-1651/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, dəymiş ziyanın əvəzi olaraq 8720 manatın, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 107,20 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı mübahisə predmeti olan “Brilliance” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olmasa da, onun həmin avtomobilə dair qanunvericiliklə müəyyən olunmuş mülkiyyətçi hüquqları vardır. Belə ki, işdən göründüyü kimi sözügedən avtomobilin mülkiyyətçisi X10 tərəfindən X7 verilmiş et ibarnamə əsasında sonuncu həmin avtomobilə dair İddiaçı sürücülük hüququ olduqda avtomobili idarə etmək, habelə ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək, qeydiyyatdan çıxarmaq və digər hərəkətlər barədə 10 sentyabr 2023-cü il tarixədək səlahiyyətlər vermişdir. Cavabdeh məxsus avtomobil təmir sexindəki yanğın hadisəsi isə 20 aprel 2023-cü il tarixdə baş vermişdir. İddiaçının “Brilliance” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzini tələb etməsi qanuni əsaslara söykənir.

13. Apellyasiya məhkəməsi iş materiallarındakı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin qəbul etdiyi 07 sentyabr 2023cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına və Azərbaycan Respublik ası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində aparılmış araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli 10/3817 nömrəli məhkəmə yanğıntexniki ekspertizası rəyinə istinad edərək hesab etmişdir ki, Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən və yanğın hadisəsi baş vermiş avtomobil təmiri sexi obyekt kimi Cavabdeh istismarına verildiyindən, habelə sonuncu tərəfindən həmin sexə yanğın təhlükəsizliyinə cavabdeh şəxs təyin edilmədiyindən cavabdeh müəssisənin rəhbəri kimi X15 orqanlarının yanğın təhlükəsizliyi ilə bağlı tələblərinə riayət etmək vəzifəsi daşıyır. Lakin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində aparılmış araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 04 avqust 2023-cü il tarixli məhkəmə yanğıntexniki ekspertizası rəyindən göründüyü kimi, Cavabdeh avtomobil təmir sexində daimi olaraq istifadə olunan havalandırma sisteminin borularını lak-boya qatından təmizlənməsi təmin etməmiş və beləliklə yanğın təhlükəsizliyi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmuşdur.

14. Apellyasiya kollegiyası işin qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlimişdir ki, 20 aprel 2023-cü il tarixdə Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən Cavabdeh məxsus avtomobil təmiri sexində baş vermiş yanğın hadisəsində mülki hüquq pozuntusu (delikt) məsuliyyəti daşıyan şəxs Cavabdehdur və sonuncu baş vermiş yanğın hadisəsi nəticəsində İddiaçı məxsus “Brilliance” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzini ödəmək vəzifəsini daşıyır.

15. Həmçinin, apellyasiya kollegiyası cavabdehin avtomobil təmir sexini icarəyə verməsi və yanğın hadisəsinin baş verməsində onun təqsirinin olmaması barədə dəlillərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin dəlillər əsassızdır. Belə ki, mülki qanunvericiliyə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin daşınmaz əmlaka hüququn əmələ gəlməsindən bəhs edən 146.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin n otariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Sözügedən avtomobil təmir sexi daşınmaz əmlakdır və həmin əmlakın başqa şəxslərə icarəyə verilmiş olması barədə iş materiallarında notariat qaydasında təsdiqlənmiş əqd mövcud deyil. Belə olan halda, 20 aprel 2023-cü il tarixdə Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində yerləşən Cavabdeh məxsus avtomobil təmiri sexində baş vermiş yanğın hadisəsi nəticəsində dəymiş ziyanın əvəzini ödəmək vəzifəsi digər şəxslərə aid edilə bilməz.

16. Kollegiya həmçinin qeyd etmişdir ki, iş materiallarında olan X1 tərəfindən verilmiş 20 aprel 2023-cü il tarixli 45 nömrəli ziyan aktından görünür ki, “Brilliance” markalı, **-CX -*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilə 8720 manat ziyan vurulduğu aşkar edilmişdir. Həmin mütəxəssis rəyində İddiaçı məxsus “Brilliance” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməli olan ehtiyat hissələri, onların məbləği, habelə həmin işlərin görülməsinə görə ödənilməli olan xidmət haqqı dəqiqliklə göstərilmişdir. Mütəxəssis rəyində göstərilən məlumatların həqiqiliyini şübhə altına alacaq hər hansı hal müəyyən olunmur. Ona görə də, İddiaçı məxsus “Brilliance” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği həmin rəy əsasında 8720 manat müəyyən olunmalıdır. Həmçinin dəymiş ziyanın əvəzi olaraq tələb olunan 8720 manatla bağlı cavabdeh tərəfin arqumenti olmamışdır.

17. Apellyasiya instansiyası m əhkəməsi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 21, 157.8, 146.1, 1096, 1108.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 218.1-ci maddələrinə, “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları” 1.5, 1.6, 1.7, 7.14-cü bəndələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

18. Cavabdeh kassasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavə verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 2(104)2389/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21, 389. 1, 390.1, 425.1, 442, 777.1, 777.2, 778.1, 782.1, 1096, 1108.1-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 78.1, 88, 97, 216.2, 217.3, 217.4-cü maddələrinin tələbləri pozulmuşdur.

20. Belə ki, cavabdeh iddiaçını tanımır, onunla hər hansı formada yazılı və ya şifahi müqavilə bağlamamış, qarşısında hər hansı bir öhdəlik götürməmişdir. Bu səbəbdən də, cavabdeh iddiaçıya vurulmuş ziyanla bağlı cavabdehlik daşımır. Təmir sexində yanmış avtomaşının mülkiyyətçisi X6r. X4 əvəzindən iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciəti əsassız olmuşdur. Eyni zamanda, iddiaçının maddi ziyanla bağlı təqdim etdiyi mütəxəssis rəyi əsassız olmuş, həmin aktı yazan şəxsin buna icazəsinin (lisenziyası) olubolmaması araşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi ziyan aktının sübut kimi qəbul olunub-olmaması məsələsini müzakirə etməli və qanun normalarının tələbinə görə müvafiq ekspertiza təyin etməyə borclu idi. Avtomobil təmiri sexi cavabdehə məxsus olsa da, o, həmin sexi müxtəlif şəxslərə istifadəyə vermiş, belə şəxslərdən biri X8 olmuşdur ki, iddiaçı öz avtomobilini ona təhvil vermişdir. Avtomobil təmiri sexində yanğın cavabdehin təqsirindən baş verməmiş, buna görə məsuliyyəti cavabdeh daşımalı deyildir.

21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

22. İddiaçı Ağamalıyev Qədir Şahin oğlu kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. Etiraz apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin məzmununa uyğun əsaslandırılmış və göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün hallarını obyektiv, hərtərəfli və tam araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki ha lları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

25. Hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zər ər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə ( zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

27. Azərbaycan Respublikasında X2 1.5-ci bəndinə əsasən ayrı-ayrı ərazilərin, binaların, tikililərin, otaqların, sexlərin, sahələrin, texnoloji avadanlığın, elektrik şəbəkələrinin, isitmə sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər müəssisənin rəhbəri tərəfindən xüsusi əmrlə təyin edilməlidir. 1.6-cı bəndinə əsasən X2 tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qüvvədə olan qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar. 1.7-ci bəndinə əsasən hüquqi, fiziki, vəzifəli şəxslər, mülkiyyət sahibləri, mülkiyyətə sahib olmağa, ondan istifadə etməyə və ya onu idarə etməyə vəkil edilmiş şəxslər, yanğın təhlükəsizliyinin təmin edilməsinə müəyyən edilmiş qaydada təyin edilmiş şəxslər X2, göstərişlərin, qərarların və yanğın nəzarəti üzrə X15 orqanlarının digər qanuni tələblərinin vaxtında yerinə yetirilməsini təmin etməlidirlər. 7.14-cü bəndinə əsasən ventilyasiya kameraları, siklonlar, süzgəclər, havaçəkənlər yanğın və partlayış təhlükəsindən asılı olaraq, müəssisə rəhbərinin əmrinə müvafiq rübdə bir dəfədən az olmayaraq, yanar tozlardan və istehsalat tullantılarından təmizlənməlidir. Təmizləmə işində iştirak edən heyətlə birgə nəzarət orqanına təqdim etmək üçün bu haqda akt tərtib edilməlidir. Yanğın və yanğın partlayış təhlükəli otaqların ventilyasiya sistemlərinin təhlükəsiz üsulla təmizlənməsi üçün, müəssisə rəhbəri tərəfindən xüsusi qaydalar işlənib hazırlanmalıdır. Həmin qaydalar yerli X15 Orqanı ilə razılaşdırılmalıdır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutu n məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və y a qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

31. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası ilk olaraq izah edir ki, zərərin ödənilməsi öhdəliyi qanundan irəli gəldiyindən, cavabdehin iddiaçını tanıyıbtanımaması, onunla müqavilə münasibətlərində olmaması əhəmiyyət kəsb etmir.

32. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərb aycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı).

33. Odur ki, hazırki iş üzrə məhkəmənin araşdırılmalı olan məsələ iddiaçıya vurulmuş zərərə görə kimin məsuliyyət daşıması olmuşdur ki, apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində işdə olan sübutlara, o cümlədən baş vermiş yanğının araşdırılması nəticəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin qəbul etdiyi 07 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli məhkəmə yanğın-texniki ekspertizası üzrə rəyi ilə bu hadisəyə görə avtomobil təmiri sexinin mülkiyyətçisi kimi cavabdehin təqsirli olmasını müəyyən etmişdir.

34. İddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququna malik olmamasına dair kassasiya şikayətinin dəlili həmçinin əsassızdır. Belə ki, yanğın nəticəsində zərərə uğramış avtomobil iddiaçının mülkiyyətində olmasa da, mülkiyyətçinin onun üzərində sahibliyi və istifadəni iddiaçıya ötürməsi işin mübahisəsiz halıdır. Belə olan halda isə, Mülki Məcəllənin 157.8-ci maddəsinin tələblərinə əsasən iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüququ olmuşdur.

35. Nəhayət məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh hazırki kassasiya şikayətində apellyasiya məhkəməsinin istinad etdiy i qiymətləndirmə aktını mübahisələndirsə də, iş materiallarından onun bununla bağlı apellyasiya məhkəməsində hər hansı dəlil irəli sürməsi müəyyən olunmur. Apellyasiya məhkəməsində müzakirə predmeti olmayan halın kassasiya qaydasında mübahisələndirilməsi isə kassasiya icraatının prinsiplərinə ziddir.

36. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə k assasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildi r.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 2(104)-2389/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar