Məhkəmə qərarları › İş №2(102)-1308/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1308/2021

09.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1308/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-****/21 (Açar sözlər: alimentin artırılması) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021- ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı «alimentin və əlavə xərc məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin, həmçinin uşağın müalicəsi üçün əlavə xərc kimi hər ay 100 manatın Cavabdeh tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2006-cı ildə faktiki olaraq evlənmişdir. xx.xx.2007-ci ildə faktiki nikahlarını rəsmiləşdirmişlər. Cavabdehlə rəsmi nikahlarından xx.xx.200 7-ci il tarixdə X10 dünyaya gəlmişdir. Münasibətləri pozulduğundan cavabdehlə faktiki cəhətdən ayrılmışdır, bu əsasa görə də, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(043)-*****/2009 saylı qətnaməsi ilə hər ay 50 manat alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. xx.xx.2015-ci il tarixdə alimentin artırılması və əlavə xərc tələbinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində iddia qaldırmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)- ****/15 saylı qətnaməsi ilə (hakim N.Quliyev) iddia tələbi qismən təmin edilmişdir. Qətnaməyə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(043)-*****/2009 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 108 manat məbləğində müəyyən edilməsi, həmçinin əlavə xərc kimi xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğinin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(104)-****/2016 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, qətnamə əlavə xərc hissəsində dəyişdirilərək 20 manat məbləğində müəyyən edilmişdir. Halhazırda aldığı aliment və uşağın müalicəsinə görə əlavə pul məbləği uşağın tələbatını heç cürə qarşılamır. Belə ki, uşaq məktəblidir 7-ci sinifdə oxuyur, onu dərsdən əlavə məşğələlərə göndər ir. Bütün bu xərclərin qarşılığını aldığı aliment və müalicə pulu heç cürə ödəmir. Bura uşağın xəstəliyini də əlavə etdikdə vəziyyətin necə ağır olduğunu açıq- aşkar müəyyən etmək olur. 2015-ci ildə iddia tələbi ilə məhkəməyə müraciət edərkən ərizəsində qeyd etmişdir ki, qızında qarın yırtığı (qrija) olduğu üçün 2015-ci ildə cərrahiyə əməliyyatı olunmuş, mədə-bağırsağında göbələk xəstəliyi var, skleroz xəstəliyi nəticəsində ağ ciyərində və ürəyində sıxılma var, beyin daxili təzyiq, gözündə çəplik və sinir xəstəliyindən əziyyət çəkir. Həmin vaxtdan 4 ildən artıq müddət keçmişdir. Bu müddət ərzində uşağında olan xəstəliklər sağalmaq əvəzinə daha da, pisləşmişdir. Uşağın mədəbağırsağında olan göbələk xəstəliyi çox gec sağalan xəstəliklər kateqoriyasına aiddir. Həmin xəstəliyi müalicə etmək üç ün mütəmadi və davamlı olaraq müayinə və müalicə olunmaq zərurətdir. Uşaqda olan dağınıq skleroz sklerozdan tam sağalmanı təmin etmir. Bütün dünyada istifadə olunan müalicə tədbirlərinin əsas məqsədi xəstəliyin baş vermiş kəskinləşmələrini söndürmək və növbəti kəskinləşmənin qarşısını almaqdan ibarətdir. İstifadə olunan müasir immunomodulyator xüsusiyyətli preparatlar buna tam imkan verir. Nəzərə almaq lazımdır ki, bir neçə il xəstəliyin müvəffəqiyyətli profilaktikası dağınıq sklerozun inkişafının dayanması, sinir sisteminin yeni zədələrinin baş verməməsi və praktiki olaraq sağalmaq deməkdir. İndiki halda isə həmin xəstəliyin nəticəsində uşağın ağciyərində və ürəyində sıxılmalar artır, bu da nəticə etibari ilə uşağın sinir sisteminin daha da gərinləşməsinə səbəb olur. Həmçinin, cavabdehin evində yaşayarkən kəskin rütubətdən X10 nin daxili orqanları kəskin soyuqlamışdır. Bunun nəticəsində uşağın sağ yumurtalığında biri çıxarılmışdır. Hal-hazırda uşağın sol yumurtalığında da problem vardır. Əgər müalicə olunmasa onun vəziyyəti daha da pisləşəcəkdir. Həkimlər qeyd edirlər ki, müalicə davamlı olmasa, yumurtalığının əməliyyat olunaraq götürülməsi təhlükəsi vardır. Cavabdehdən alimentin artırılaraq 200 manat, müalicə pulunun isə 100 manat olmasını istəyir. Bu məbləği cavabdeh rahatlıqla ödəmək iqtidarındadır. Belə ki, cavabdeh toy məclislərində və şənliklərdə qarmon və sindizator musiqi alətlərini ifa edir. Həmçinin, toy bəyi və oxumaqla da, məşğul olur. Bundan əlavə özü 20-yə yaxın şagirdə qarmon və sindizator musiqi alətindən dərs deyir. Gündəlik qazancı 350400 manat civarındad ır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2020-ci il tarixli, 2(043)-*****/2020 nömrəli (hakim Rəşad Mustafayev) qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2(043)****/2015 saylı qətnaməsi ilə tutulan sabit pul məbləğində alimentin, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(104)-****/2016 saylı qətnaməsi ilə hər ay sabit pul məbləğində müalicə xərci kimi tutulan pulun miqdarının artırılması, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin və onun müalicəs i üçün əlavə xərc kimi hər ay sabit pul məbləğində 40 manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə verilməsi, artırılmış miqdarda alimentin və əlavə xərclərə görə pul məbləğinin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2(043)-*****/2015 saylı qətnaməsi ilə 108 manat sabit pul məbləğində aliment məbləğinin müəyyən edilməsindən sonra keçən müddət ərzində minimum dolanacaq xərclərində baş vermiş artımı, cavabdehin gəlirləri barədə sübutların məhkəməyə təqdim edilməməsini və cavabdehin ikinci dəfə nikah bağlamaqla himayəsində iki azyaşlı uşağının olmasını nəzərə almaqla məhkəmə, xx.xx.2007-ci il təvəllüdlü X1 y etkinlik yaşına çatanadək cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 150 manat həcmində müəyyən olunmasını və artırılmış miqdarda alimentin tutulmasının başlanğıcının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmasını məqsədə uyğun hesab edir. İddianın uşağın xəstəliyi ilə bağlı cavabdehdən əlavə xərclərə görə tutulan məbləğin artırılması hissəsində məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı tərəflərin nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar olaraq vaxtaşırı müayinə olunması və müalicə alması müəyyən edilmişdir. İddiaçı uşağın müalicəsi ilə bağlı çəkdiyi və çəkməli olduğu əlavə xərclərin konkret miqdarı ilə bağlı sənədlər təqdim edə bilmədiyindən, lakin xərclərin çəkilməsi zəruri və labüd olduğundan məhkəmə hesab edir ki, cavabde hdən əlavə xərclərdə iştirakı məqsədi ilə tutulan məbləğ ağlabatan miqdarda müəyyən edilməlidir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(104)-*****/2016 saylı qətnaməsinin qəbul edilməsindən keçən müddətdə normal inflyasiya və qiymət artımı nəzərə almaqla həmin məbləğin artırılaraq 40 manat müəyyən edilməsini məhkəmə məqsədə uyğun sayır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78,, 112.1, 81.1, 81.2, 81.3-cü, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8, 13-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 112.1.3, 119.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayət i verərək qətnamənin ləğv edilməsi və onun iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Azər Bayramov - sədrlik edən və məruzəçi, Fikrət Mehtiyev, Əlizamin Abdullayev) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(043)-*****/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün atanın aliment öhdəliklərinin yerinə yetrilməsinə cəlb edilməsi zamanı uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq halla r xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşağının maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməlidir. Birinci instansiya məhkəməsi alimentin miqdarını dəyişdirən zaman uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü və habelə tərəflərin maddi vəziyyəti ilə əlaqədar halları tam nəzərə almışdır. Məhkəmə kollegiyası, cavabdehdən sabit pul məbləğində tutulacaq alimentin miqdarını dəyişdirərəkən mübahisənin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq, sabit pul məbləğində alimentin miqdarının hər ay 150 manat miqdarında müəyyən edilməsini əsaslı hesab edir. Belə ki, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərə görə alimentlərin miqdarının dəyişdirilməməsi qanuni hesab edilə bilməz. Çünki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-cu il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərilmiş xüsusatlara münasibət bildirməklə hesab etmişdir ki, cavabdehin hal-hazırda ödədiyi aliment uşağın fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyüməsi və inkişaf etməsi üçün heç də yetərli hesab edilə bilməz. Cavabdehin ödəmək niyətində olduğu aliment 13 yaşında uşağın maddi cəhətdən saxlanılması üçün kifayət deyildir. Cavabdeh ata kimi uşaq hüquqlarına hörmətlə yanaşmağa, uşağın cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşmasında üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur. Onun uşaqlarını saxlamaq həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Milli və beynəlxalq qanunverilicik aktlarından göründüyü kimi, uşaqla bağlı bütün məsələlərdə bütün diqqət ilk növbədə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə yönəldilir. Üstün maraqlar termini uşağın rifahını izah edir. Ona görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün üçün əsas deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, X10 xəstə olması onun mülacəsini zəruri edir. İş materialları ilə müəyyən edilir ki, uşağın mütamadi olaraq müalicəyə ehtiyacı vardır Müalicə kursları periodik xarakterli olmalıdır. Uşağın müalicəsi ilə əlaqdar xərclər iddiaçı tərəfindən ödənilir. İddiaçı ilə bərabər cavabdeh də valideyn kimi uşağın müalicəsi üçün daha aktiv iştiraka cəlb edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qarşılıqlı olaraq bu xərclərin çəkilməsinə cəlb edilməsi işin halları baxımından məqsədəmüvafiqdir. Eyni zamanda məhkəmə kollegiyası əlavə xərc kimi cavabdehdən tutulmalı məbləği müəyyənləşdirərkən hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq əlavə xərc kimi cavadehdən tutulmalı xərcin miqdarını dəyişərək, sabit pul şəkilində hər ay ödənilməli olan 40 manat miqdarında müəyyən etmişdir. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-*****/2020 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi formal olaraq qətnamə qəbul etmiş, birinci instansiya məhkəməsinin mövqeyini və iş üzrə gəldiyi nəticələri təkrarlamaqla kifayətlənmişdir. Belə ki, iddiaçı alimentin artırılmasına dair iddia irəli sürərkən onun işləməməyinə dair, həmçinin real gəlirləri ilə bağlı məhkəməyə heç bir dəlil və sübut təqdim etməmişdi r. Bərdə rayon məhkəməsi də qətnamə çıxararkən iddiaçının öz iddiasını əsaslandırmamasını və tələbi ilə bağlı onun real gəlirləri ilə əlaqədar sübut təqdim edə bilməməsini diqqətdən kənar saxlayaraq iddiaçının xeyrinə maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Məhkəmələr onun musiqiçi kimi artıq işləyə bilməməsi və bu vəziyyətin ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar toyların qadağan edilməsi ilə bağlı olması kimi əhəmiyyətli faktları da diqqətə almamışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı və Cavabdeh gəlmədiyi üçün və gəlməməl ərinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə

17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istəni lən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallada) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, ilkin olaraq qeyd edilməlidir ki, kasasiya şikayəti formal olaraq tərtib edi lmişdir. Çünki kasasiya şikayətindən görünür ki, cavabdeh kasasiya şikayətinin bir hissəsində alimentin artırılmasına qarşı halları sadalamış, digər hissəsində isə məhkəmənin tələbkar bankın xeyrinə qətnamə qəbul etməsindən bəhs etmişdir. Həmçinin işə baxmış birinci instansiya məhkəməsi kimi Bərdə rayon məhkəməsinin iddiaçının xeyrinə qətnamə qəbul etməsini göstərmişdir. Bu hallar da kasasiya şikayətinin formal olaraq tərtib olunduğunu göstərir. Bundan əlavə, cavabdehin kasasiya şikayətində alimentin artırılmasına qarşı hissədə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etmişdir ki, bununla bağlı da qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 407. 2-ci maddəsinin tələblərinə uyğun olaraq bu xüsusatlar kasasiya kollegiyasının araşdırma aparması və qiymət verməsi predmetinə daxil deyildir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-*****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxla nılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar