Məhkəmə qərarları › İş №2(102)-1309/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1309/2022

21.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1309/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Prosessual müddətin ötürülməsi, kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6921/2021 nömrəli iş üzrə 17 dekabr 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şik ayəti üzrə işə 21 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh cəmi 15700 manat pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-705/2021 saylı 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. Bundan başqa iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi, dah a sonra iddia tələbinə dəqiqləşdirmə barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında 21 noyabr 2018-ci il tarixdə bağlanmış və Notarial qaydada təsdiq edilmiş «Maddi Təminatın ödənilməsinə dair» müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2758/2021 saylı 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı Cavabdeh apelyasiya şikayəti vermişdir Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7570/2021 saylı 07.09.2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi təzminatın ödənilməsinə dair müqavilənin ləğv edilməsi tələbinə dair” mülki iş İddiaçı Cavabdeh qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi təminatın ödənilməsi tələbinə dair” mülki işlə bir icraatda birləşdirilmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 22 sentyabr 2021-ci il tarixli 2(103)6921/2021 saylı qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-705/2021 saylı iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, Cavabdeh, 2018-ci ilin noyabr ayından (həmin ay da daxil olmaqla) 2021-ci ilin mart ayına kimi (sonuncu fevral ayı olmaqla) olan müddət üçün tərəflərin birgə yaşadıqları 1 il 1 aya görə (2019-cu ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayına qədər) ödənilməli olan məbləğ (7800 manat), həmçinin ödənilmiş 900 mana t çıxılmaqla, 8100 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin edilməsi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2758/2021 saylı iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında bağlanmış “Maddi təminatın ödənilməsinə dair” 21.11.2018-ci il tarixli müqavilənin ləğv olunması qət edilmişdir. Cavabdeh kassasiya şikayəti vermiş, verilmiş kassasiya şikayəti nəzərdə tutulmuş forma və məzmuna aid tələblərə uyğun olmadığından Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 26 noyabr 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır (MPM-də müəyyən edimiş forma və məzmuna uyğun olmadığına və elektron qaydada verilmədiyində görə). Cavabdeh Bakı Apelyasiya Məhkə məsinin mülki kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən yenidən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Azad İmanov) 17 dekabr 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki prosessual qanunvericiliyə edilmiş 09.07.2021-ci il tarixli dəyişikliklərə əsasən kassasiya şikayətinin forması müəyyən edilmişdir. Cavabdeh hazırda kassasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə vermiş olsa da, kassasiya şikayəti müəyyən edilmiş formaya uyğun tərtib edilməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə görə, kassas iya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 22.09.2021-cii l tarixli qətnaməsi 30.09.2021-ci il tarixdə cavabdehin nümayəndəsi-vəkili Nümayəndə tərəfindən məhkəmə qəbzinə imza edilməklə rəsmi qəbul edilmiş, həmçinin qətnamənin surəti məhkəmənin 27.09.2021-ci il tarixli məktubu ilə cavabdehin ünvanına göndərilmiş, 04.10.2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə rəsmi qaydada qəbul olunmuşdur. Birinci kassasiya şikayəti 22.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuş, hazırki kassasiya şikayəti isə cavabdehin nümayəndəsi-vəkili Nümayəndə tərəfindən 13.12.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş 2 aylıq prosessual müddətin axımı həmin qətnamədən verilmiş şikayətin hər hansı səbəbdən (müddət istisna olmaqla) geri qaytarıldığı halda da davam edir, yəni 2 aylıq prosessual müddət mülki qanunvericiliklə müəyyən edilmiş tələblərə tam şəkildə cavab verən kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, cavabdehin birinci dəfə verdiyi kassasiya şikayətinin başqa əsaslarla geri qaytarılması prosessual müddətin axımına təsir etmir. Müddətin bərpa edilməsi barədə vəsatət də verilməmişdir. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsini n qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə MPM-nin 130.1-ci maddəsi düzgün tətbiq etməmişdir. Qərardad 10.12.2021-ci il tarixdə alınmışdır. Kassasiya şikayəti qətnamə alındıqdan 1 ay 22 gün ərzində verilmişdir. Kassasiya şikayəti geri qaytarıldıqdan 3 gün sonra 13.12.2020-ci ildə elektron kabinet vasitəsi ilə məhkəməyə göndərilib. Buradan aydın olur ki, qanunla müəyyən edilmiş 2 aylıq şikayət vermə müddəti buraxılmamışdır. Yəni, kassasiya şikayəti gətnamə alındıqdan sonra 1 ay 22 gün ərzində verilmiş, şikayətin geri qaytarılması barədə qərardad alındıqdan 3 gün sonra təkrar verilmişdir. Bu da 1 ay 25 gün təşkil edir. Göründüyü kimi qanunla şikayət vermə müdəti buraxılmamışdır. Göstərilənlərdən aydın olur ki, məhkəmə şikayətin göndərilməsi və məhkəmənin icraatında olma müddətini prossesual müddətin axımı kimi giymətləndirmişdir. Bununlada məhkəmə onun şikayət vermək hüququnu məhdudlaşdırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istina d edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qərardaddan kassasiya şikayəti verən iddiaçı onu tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.1. Kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şə xs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 405.0.1. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş ha llarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iki əsas la geri qaytarmışdır: 1) Şikayətin MPM-də müəyyən edilmiş forma və məzmuna uyğun olmaması; 2) Qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi. Cavabdeh kassasiya şikayətində birinci halla bağlı apellyasiya instansiyası məhkəməsinin hansı normanı pozması və ya düzgün tətbiq etməməsini göstərməmiş, məhkəmənin gəldiyi bu nəticə ilə nə üçün razı olmadığını əsaslandırmamışdır. Müddətin ötürülməsi barədə qənaətini apellyasiya instansiyası məhkəməsi əsaslandırmışdır. Belə ki məhkəmənin qənaətinə görə cavabdehin birinci dəfə verdiyi kassasiya şikayətinin başqa əsaslarla geri qaytarılması prosessual müddətin axımına təsir etmir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Belə ki, tərəflər prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə Mülki Prosessual Məcəllənin tələbləri nə uyğun olan şikayəti verməlidirlər. Xüsusilə qeyd edilməlidir ki, MPM-də vəkilin məcburi iştirakının tələb olunduğu hallar təsbit edilmişdir ki, bu hallardan biri də kassasiya şikayətinin tərtib edilməsidir. Ona görə də, qeyd edilən müddət ərzində Məcəllədə nəzərdə tutulmuş şikayətin verilməsi həm tərəflərin, həm də vəkilin vəzifəsidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6921/2021 nömrəli iş üzrə 17 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar