Məhkəmə qərarları › İş №2(102)-1309/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1309/2025

28.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1309/2025 28.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2məhdud məsuliyyətli cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Fiziki şəxslərin törətdiyi inzibati və cinayət hüquq pozuntusundan irəli gələn mülki mübahisələr, real zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5658/ 2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı ağır Cinayətlər Məhkəməsinin 1(101)-1442/2017 nömrəli, 18 dekabr 2017-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmü ilə müəyyən edilmişdir ki, X6 03 avqust 2017-ci il tarixdə saat 21:23-də idarə etdiyi Cavabdeh2 MMC-yə məxsus “Mercedes G63 Brabus” markalı **-PP-*** qeydiyyat nişanlı avtomobillə B akı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində, yolun Rəssamlar Akademiyasının qarşısında olan hissəsinə çatanda yol hərəkəti qaydalarını pozmuş, avtomobil 120 km/saat sürətlə idarə edərkən yanlış manevr edərək digər nəqliyyat vasitələri ilə toqquşmuş, nəticədə avtomobili idarəetmə nəzarətini itirdiyindən avtomobil yolun sol tərəfindən sağ tərəfinə istiqamətlənərək beton yol ayrıcını aşıb köməkçi yola çıxmış, idarə olunmaz vəziyyətdə hərəkətini davam etdirib səki ilə hərəkətdə olan piyadalar X7, Türkiyə Respublikası vətəndaşları İddiaçı və Mutallib Tekişi vurmuş, sonra H.Əliyev prospekti 79/2 saylı binanın fasadına çırpılaraq yolun əks istiqamətinə çevrilərək yanmış və bununla da avtomobildə olan sərnişin X11 və piyada X5 həyat üçün sağlamlıqlarına ağır zərər vurmaya aid xəsarətlər ye tirməklə ehtiyatsızlıqdan ölümlərinə, digər piyadalar İddiaçı və Mutallib Tekişin sağlamlıqlarına ehtiyatsızlıqdan ağır zərər vurulmasına səbəb olmuşdur.

2. Cavabdeh2 MMC tərəfindən zərərçəkmiş İddiaçı və Mutallib Tekişə ünvanlanmış 05 dekabr 2017-ci il tarixli məktubda Cavabdeh2 MMC tərəfindən Azərbaycan Respublikasında və Türkiyə Respublikasında onların müalicə olunmaqları ilə bağlı bugünədək yaranmış xərclər ödənilmişdir. Cavabdeh2 MMC onların müalicələrinin davam etdirilməsi və bununla əlaqədar zəruri olacaq bütün sonrakı xərclərin əvəzini ödəmək öhdəliyi daşıyır və bu öhdəliyi vaxtlı-vaxtında və lazımınca yerinə yetirildiyi qeyd edilmişdir. 3. 08 dekabr 2017-ci il tarixli İddiaçı yazılı imtina ilə xx.xx.2017-ci il tarixdə Bakı şəhərində düşdüyü avtomobil qəzası ilə əlaqədar olaraq Bak ı Ağır Cinayətlər Məhkəməsi tərəfindən aparılmış 1(101)-1442/2017 nömrəli cinayət işində təqsirləndirilən şəxs X2 şikayətçi olmadığı, gələcəkdə də ona qarşı qəza ilə bağlı heç bir iddia qaldırmayacağını, yuxarıda haqqında danışdığı cinayət işi ilə bağlı olaraq təqsirləndirilən şəxslə bağlı bütün iddia və təzminat hüquqlarından imtina etdiyini bildirmişdir. 4. xx.xx.2017-ci il tarixli Cavabdeh1 öhdəlik ərizəsi ilə X1 maşınla meydana gələn və Mutallib Tekiş ilə İddiaçı xəsarət alması ilə nəticələnən yol qəzasına görə zərərçəkmiş şəxslərə əvvəlcə çəkdiyi xərclərə və ödənişlərə əlavə olaraq maddi və mənəvi ziyan qarşılığında İddiaçı xx.xx.2017-ci ildə 265000 ABŞ dolları əlavə ödəyəcəyini bildirir və bundan əlavə İddiaçı indiyə qədər yaranmış və yaranacaq bütün müalicə və qulluq xidmətlərini xə rclərini ödəyəcəyini bəyan edir və öhdəliyi götürmüşdür.

5. Türkiyə Respublikası Səhiyyə Nazirliyi Adana Çukurova X8 Yaşına Çatanlar üçün Əlillik Tibbi komissiyasının rəyi ilə İddiaçı pareplaegiya + əməliyyat olunmu bel fəqərəsinin sınığı + ümumi sidik inkontinansı diaqnozları qoyulmuş, əlillik faizi 80 faiz, qismi asılılıq müəyyən edilmişdir.

6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-852/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 MMC və Cavabdeh1 sağlamlığa vurulmuş maddi zərərə görə 35000 ABŞ dolları, 920308 TL və 22000 avro vəsait (qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə) İddiaçı xeyrinə tutulmuşdur.

7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7826/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, Cavabdeh2 MMC və Cavabdeh1 sağlamlığa vurulmuş maddi zərər görə 35000 ABŞ dolları, 920308 TL (qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə) İddiaçı xeyrinə tutulması, eləcə də Cavabdeh2 MMC-dən 22000 avro tutulması hissələrində ləğv edilmiş, həmin hissələrdə iddia tələbləri təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi “Cavabdeh1 22000 avro vəsait (qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə) İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilmədən saxlanılmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-5641/2022 saylı qət naməsi ilə İddiaçı apellyasiya şikayəti rədd edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi apellyasiya qaydasında yoxlanılan hissədə (maddi ziyana görə 920308 TL pul tələbinin təmin olunmayan və iddianın Cavabdeh2 MMC-yə qarşı təmin olunmayan hissələrində) ləğv edilmiş və həmin hissədə iddia rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sağlamlığına vurulmuş maddi zərərə görə 76850 (yetmiş altı min səkkiz yüz əlli) avro vəsaitin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər öhdəlik götürərək onun həyat və sağlamlığına, səhhətinə dəymiş və dəyəcək olan bütün zərər və ziyanı, bütün müalicə və müayinə xərclərini, qulluq xərclərini tibbi xərcləri və digər xərcləri ödəyəcəklərini vəd etmişlər. Cavabdeh “Gardenia" MMC 05 dekabr 2017-ci il tarixli əqdlə, Cavabdeh1 08 dekabr 2017-ci il tarixli əqdlə ona vurulan zərərin ödənilməsini öz üzərlərinə götürmüş, sağlamlığının pozulması ilə bağlı və ondan irəli gələn, habelə ortaya çıxmış və gələcəkdə meydana gələcək bütün zərər və ziyanını ödəməyi öz üzərlərinə götürmüşlər. Cavabdehlər öz öhdəliklərini vicdanla icra etməlidirlər. Sağlamlığına vurulmuş zərərin əvəzi kimi hazırda təxirəsalınmadan ödənilməli olan vəsait 7685 0 avro təşkil edir. Belə ki, əvvəllər alınmış olan nevrotronik ayaq biləyi sensorlu yürümə cihazı (diz, ayaq, ayaq bilek orlezi) aşağı keyfiyyətli olduğundan effekti olduqca azalmışdır. Daha yüksək texnoligiyalı, daha keyfiyyətli və modern cihaz istifadə olunması zərurəti vardır. Buna görə də yeni modern məhsul alınmalıdır. Lakin onu bunu almaq üçün maddi imkanı çatmır, cihazın (diz, ayaq, ayaq bilek orlezi) qiyməti 76850 avrodur. Tərəfindən bu barədə cavabdehlərə müraciət olunmuş, xəbərdarlıq, bildiriş çatdırılmışdır. Lakin cavabdehlər müvafiq ödənişi həyala keçirməkdən imtina elmişlər. Xəbərdarlığa verdikləri cavabda cavabdehlər qeyd etmişlər ki, Cavabdeh1 və Cavabdeh2 MMC-nin hazırda oun qarşısında hər hansı öhdəliyi mövcud deyildir. Bunu isə onunla əsaslandırmışlar ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi apellyasiya qaydasında yoxlanılan hissədə ləğv edilmiş və həmin hissədə iddia təmin olunmamışdır, irəli sürülən tələblə bağlı artıq qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə qətnaməsi vardır. Cavabdehlər nəzərə almamışlar ki, iddiaçının iddia tələbləri sözügedən qətnamələrlə əsaslı hesab edilməklə qismən təmin olunmuşdur, eləcə də məhz həmin qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur ki, cavabdehlərin iddiaçı qarşısında müəyyən öhdəlikləri mövcuddur və onlar bu öhdəliklərini icra etməlidirlər. Cavabdehlər əsassız olaraq öhdəliklərini icra etmədiklərindən o məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Onun hazırda daha yüksək texnoligiyalı, daha keyfiyyətli, modern və effektli cihaz (dizlik, diz, ayaq, ayaq bilek orlezi) istif adə etməyinin zəruri olması Türkıyə Respublikası Səhiyyə Nazirliyi Kahramanmaraş rayonu Səhiyyə İdarəsi Kahramanmaraş Necip Fazil şəhər xəstəxanası tərəfindən verilən ********** nömrəli xx.xx.2014-cü il tarixli tibbi arayışda da öz əksini tapmışdır. Belə ki, sözügedən tibbi arayışda qeyd olunmuşdur ki, pasient bel fəqərələrinin sınığı səbəbindən əməliyyat olunub, hər iki alt ətrafda uyuşma və zəifllik, uyuşma və əzələ gücünün azalması müşahidə olunur. Xəstə əlil arabasından istifadə edir və kömək vasitsəilə çətinliklə addım ata bilir. Xəstə fiziki müalicə alır və daha yaxşı dizlikdən istifadə tövsiyə olunur. Onun hazırda istifadə etdiyi dizlik (diz, ayaq, ayaq bilek ortezi, yürümə cihazı) tələbata cavab vermir, lazımi keyfiyyətdə sayılmır, bu isə onun vəziyyətinin daha da pisləşməsinə sə bəb olur, xəstəxana və həkimlər davamlı olaraq ona daha yaxşı və daha keyfiyyətli dizlik istifadə etməyini məsləhət görürlər. Hazırda onun yüksək texnologiyalı və keyfiyyətli müasir dizlikdən istifadə etməyə başlamağı zəruridir, bu onun həyat və sağlamlığı üçün vacibdir. Sözügedən keyliyyətdə dizlikləri isə onun almaq üçün maddi imkanı yoxdur. Onun və ailə üzvlərinin gəliri və qazancı yoxdur, o və əri məlum avtomobil qəzası nəticəsində əlil olmuş, sağlamlıqlarını itirmiş, 3 azyaşlı övladları ilə birlikdə başqalarının köməyinə möhtac qalmışdırlar. O, fəaliyyət funksiyalarının 80 faizini itirmiş, l qrup əlildir, ömürlük əlil olaraq yaşamağa məhkum olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir.

11. Cavabdeh tərəf isə iddiaya etiraz edərək Cavabdeh1 tərəf indən verilmiş 08 dekabr 2017-ci il tarixli öhdəlik (taahutname) imzalandıqdan sonra iddiaçıya həmin gün pul vəsaitlərinin ödənilməsi və sonuncu tərəfindən həmin gün, yəni 08 dekabr 2017-ci il tarixdə notariat qaydada təsdiqlənmiş əqdin qüvvədə olmasına, eləcə də Cavabdeh2 MMC-dən və Cavabdeh1 sağlamlığa vurulmuş maddi zərərə görə sonuncudan 22000 Avro tutulmasına dair hissəsi istisna olmaqla digər iddiaların təmin edilməməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin mövcudluğuna istinad etmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2006/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia rədd ərizəsi edilmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsiin 2(103)-7826/2021 saylı, xx.xx.2021 -ci il tarixli və 2(103)-5641/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamələri hazırki iş üzrə üstün hzüquqqi qüvvəyə malik olmasa da, həmin qətnamələrlə müəyyən edilmiş diqqətəlayiq hallar hazırki mübahisənin həlli baxımından nəzərə alınmalıdır. Belə ki, hazırki iş üzrə iddiaçının tələbinin əsası kimi əqd olaraq istinad etdiyi, ona sağlamlığının pozulması ilə bağlı və ondan irəli gələn, habelə ortaya çıxmış və gələcəkdə meydana gələcək bütün zərər və ziyanını ödəməyi öz üzərlərinə götürmələrinə dair “Gardenia" MMC 05 dekabr 2017-ci il tarixli məktubu və Cavabdeh1 08 dekabr 2017ci il tarixli öhdəlik sənədi ilə bağlı hər iki apellyasiya məhkəməsinin qətnaməsində hüquqi mövqe göstərilmişdir. Hər iki apellyasiya instansiyası məhkəməsinin qətnamələrində əksini tapmış və hazırki iş materialların da olan Cavabdeh2 MMC tərəfindən Nümayəndə və İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, sonunculara Cavabdeh2 MMC tərəfindən Azərbaycan Respublikasında və Türkiyə Respublikasında müalicə olunmaları ilə bağlı bu günədək yaranmış xərclər ödənilmişdir. Rəsmi olaraq bildirilir ki, Cavabdeh2 MMC onların müalicəsinin davam etdirilməsi və bununla əlaqədar zəruri olaraq bütün sonrakı xərclərin də əvəzini ödəmək öhdəliyini daşıyır və bu öhdəliyi vaxtı-vaxtında və lazımınca yerinə yetirəcəkdir. xx.xx.2017-ci il tarixli Adana 11 saylı notariusu tərəfindən təsdiq edilmiş X10 öhdəlik ərizəsində göstərilmişdir ki, «xx.xx.2017-ci ildə Bakıda anadan olmuş, X1 maşınla meydana gələn və Nümayəndə ilə İddiaçı xəsarət alması ilə nəticələnən yol qəzasına görə zərərçəkmiş şəxslərə əvvə lcə çəkdiyim xərclərə və ödənişlərə əlavə olaraq maddi və mənəvi ziyan qarşılığında İddiaçı xx.xx.2017-ci ildə 265000,00 dollar (iki yüz altmış beş min ABŞ dolları) əlavə ödəyəcəyimi bildirir və bundan əlavə İddiaçı indiyə qədər yaranmış və yaranacaq bütün müalicə və qulluq xidmətlərinin xərclərini ödəyəcəyimi bəyan edir və öhdəliyimə götürürəm» Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7826/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 2019-cu ilin yanvar ayına qədər mütamadi olaraq iddiaçının bütün xərcləri qarşılanmışdır. Belə ki, iddiaçı işin bu hallarını inkar etməmiş və qeyd edilən, yəni təxminən yarım milyon TL-yə qədər xərclər həqiqətən də cavabdeh tərəfindən ödənilmişdir. İşin materiallarından görünür ki, Cavabdeh1 tərəfindən X16 vasitəsi ilə İddiaçı həmin bankdakı İBAN TR 94 0006 4000 0026 0120 3883 05 nömrəli hesabına xx.xx.2017-ci il tarixdə 190000 ABŞ dolları köçürülmüşdür ki, bu ödəniş də iddiaçı tərəfindən etiraf edilir. Həmçinin Cavabdeh1 tərəfindən X16 vasitəsi ilə İddiaçı həmin bankdakı İBAN TR 94 0006 4000 0026 0120 3883 05 nömrəli hesabına 45000 ABS dolları köçürülmüşdür. İşin materiallarından daha sonra görünür ki, xx.xx.2017-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə nağd şəkildə 40000 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. İddiaçı həmin məbləğin ödənilməsini də etiraf etmişdir.

14. Məhkəmə hazırki iş üzrə iddiaçının 22000 avro məbləğinə əvvəllər alınmış olan nevrotronik ayaq biləyi sensorlu yürümə cihaz (diz, ayaq, ayaq bilek orlezi) aşağı keyfiyyətli olduğundan effekti olduqca azaldığından daha yü ksək texnologiyalı, keyfiyyətli və modern cihaz istifadə olunması zərurəti yarandığı üçün yeni modern məhsul alınması ilə əlaqədar iddiaçının sağlamlığına vurulmuş zərərin əvəzi kimi cavabdehlərdən hazırda təxirəsalınmadan 76850 (yetmiş altı min səkkiz yüz əlli) avro təşkil edən vəsaitin tutulmasına dair iddiasının əsası kimi istinad etdiyi dəlilləri əsassız saymışdır.

15. Məhkəmə bu qənaətini onunla əsaslandırmışdır ki, ki, “Gardenia" MMC 05 dekabr 2017-ci il tarixli məktubu və Cavabdeh1 08 dekabr 2017-ci il tarixli öhdəlik sənədi iddiaçının qəza nəticəsində bundan sonrakı malik olduğu yaşam tərzi ilə əlaqədar istifadə etdiyi cihazın köhnələrək hər dəfə yaranacaq yeni texnologiyalar əsasında yüksək texnologiyalı, daha keyfiyyətli və modern cihaz alınması üçün hüquqi əsas yaratmır. Qeyd ed ilən sənədlər 2017-ci ildə verildikdən sonra iddiaçı tərəfindən də 08 dekabr 2017-ci il tarixdə notariat qaydada təsdiqlənmiş “Yazılı imtina” adlanan sənədin məzmunu artıq tərəflər arasında hər hansı mübahisənin aradan qalxmasının təsdiqidir. İddiaçı həmin imtina ərizəsində təqsirləndirilən şəxs X2 şikayətçi olmadığını, gələcəkdə də ona qarşı qəza ilə bağlı heç bir iddia qaldırmayacağını, xx.xx.2017-ci il tarixdə Azərbaycanda Bakı şəhərində düşdüyü avtomobil qəzası ilə əlaqədar olaraq Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qaldırılmış 1-(101)1442/2017 nömrəli cinayət işi ilə bağlı olaraq təqsirləndirilən şəxslə bağlı bütün iddia və təzminat hüquqlarından imtina etdiyini bildirməsi, eyni zamanda hazırki iş üzrə cavabdehlərə də birbaşa şamildir. (Cavabdeh1 təqsirləndirilən şəxs X3 atası v ə hazırki iş üzrə cavabdeh olan MMC-nin təsisçisidir) Belə ki, iddiaçı notariat qaydada təsdiqlənməklə imzalıdığı imtina ərizəsində bildirdiyi iradə ifadəsi ilə ona məhz Cavabdeh1 tərəfindən verilmiş pul vəsaitlərini qəbul etməklə sonuncuya qarşı bütün iddia və təzminat hüquqlarından imtina etdiyini bildirmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1097.3, 1118.1 və 1118.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin işin faktiki hallarına düzgün hüquqi qiymətin verilməməsi, maddi və prosessual hüquq normalarının tələblə rinin pozulması, eyni tərəflər arasında qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunduğu kimi baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cinayət işinin açıldığı, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunduğu, hadisə nəticəsində iddiaçının səhhətində ciddi problemlərinin yarandığı, əlillik dərəcəsinin müəyyən olunduğu, təkbaşına həyatını davam etdirməsinin mümkünsüz olduğu, cihazla hərəkət etdiyi, həmin cihaza ömürlük bağlı olduğu, cinayət hadisəsindən sonra cavabdehlər tərəfindən ona maddi və mənəvi zərərin ödənildiyi, hazırkı mərhələdə isə həkim məsləhətinə görə hərəkətini təmin edən cihazın daha müasir versiyasının hazırlandığı və onun yenisi ilə əvəz olunmasının daha məqsədəmüvafiq olması barədə həkim tövsiyyəsinin olduğu, lakin həmin cihazın alınması üçün maddi imkanın olmadığı, cavabdehlərin isə əvvəlcədən onun gələcəkdə yaranacaq bütün xərclərini qarşılayacaqları barədə notariat qaydada yazılı öhdəlik götürdükləri, buna baxmayaraq həmin öhdəliklərini icra etmədikləri və s. göstərilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5658/2024 nömrəli mülki iş üzrə 03 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fuad Babayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2006/2024 nömrəli, xx.xx.2024-cü il tarixli tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur.

21. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, eyni tərəflər arasında qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunmuşdu r ki, cavabdeh tərəf iddiaçının müalicə və digər xərclərini qarşılamış, bu istiqamətdə iddiaçının göstərilən tələbləri (maddi və mənəvi zərərlə bağlı) təmin olunmamışdır. Bununla yanaşı, iddiaçı əvvəlki tələbində nevrotronik ayaq biləyi sensorlu xüsusi hazırlanmış yürümə cihazının alınması üçün çəkilmiş 22000 avro pul tələbini də irəli sürmüş, həmin tələb təmin olunmuş, cavabdeh tərəf müvafiq pul vəsaitini ödəməklə qətnaməni icra etmişdir. İddiaçı hazırki tələbində qeyd etmişdir ki, əvvəllər alınmış olan nevrotronik ayaq biləyi sensorlu yürümə cihazının (diz, ayaq, ayaq bilek orlezi) daha yüksək texnoligiyalı, daha keyfiyyətli və modern cihazlə əvəz olunması zərurəti vardır, bu səbəbdən də yeni cihazın əldə edilməsi üçün cavabdehlər ona 76850 avro ödəməlidir. İddiaçı sübut kimi məhkəməyə T ürkiyə Respublikası Səhiyyə Nazirliyi Kahramanmaraş rayonu Səhiyyə İdarəsi Kahramanmaraş Necip Fazıl Şəhər Xəstəxanasının 06 mart 2024-cü il tarixli arayışının təqdim etmişdir. Həmin arayışada qeyd edilmişdir ki, İddiaçı bel fəqərələrinin sınığı səbəbindən əməliyyat olunub. Hər iki alt ətrafda uyuşma və zəiflik, uyuşma və əzələ gücünün azalması müşahidə olunur. Xəstə əlil arabasından istifadə edir və yeriyən, kömək vasitəsilə çətinliklə addım ata bilir. Xəstə fiziki müalicə alır və daha yaxşı dizlikdən istifadə tövsiyə edildi. İşdə olan xx.xx.2024-cü il tarixli X9 görünür ki, C-Brace joint unit (diz, ayaq, ayaq bilək ortezi) karbon tökmə qəlib üçün ******* TL (76850 avro) ödəniş tələb olunur.

22. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı, cavabdehlərin daşığı öhdəliklərə əsaslanaraq ona sağlamlığının pozulması ilə bağlı və ondan irəli gələn, habelə ortaya çıxmış və gələcəkdə meydana gələcək bütün zərər və ziyanın cavabdeh tərəfindən ona ödənilməli olduğuna istinad etmişdir. Baş vermiş cinayət hədisinin nəticəsinə görə Cavabdeh2 MMC-nin məsuliyyəti deliktə əsaslanır. Çünki, MMC cinayət hadisəsini törətmiş şəxsin idarə etdiyi “Mercedes G63 Brabus” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. MMC bilavasitə delikt törətməsə də, istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməs i nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Bu səbəbdən də, cavabdeh MMC həmin avtomobilin mülkiyyətçisi olduğuna görə, o, iddiaçının qarşısında Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənəbəyininin sahibi kimi məsuliyyət daşıyır. Digər Cavabdeh1 məsuliyyəti müqaviləyə (öhdəliyə) əsaslanır. Belə ki, o, delikt törətməyib və ya yüksək təhlükə mənbəyinin sahibi deyildir. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin cavabdeh xx.xx.2017-ci il tarixli “Öhdəlik ərizəsi” ilə üzərinə götürmüşdür ki, əvvəlcə çəkdiyi xərclərə və ödənişlərə əlavə olaraq maddi və mənəvi zərərin qarşılığında iddiaçıya xx.xx.2017-ci ildə 265000 ABŞ dolları əlavə ödəyəcək və bundan əlavə iddiaçıya indiyə qədər yaranmış və yaranacaq bütün müalicə və qulluq xidmətlərinin xərclərini ödəməyi öhdəsinə götürür. Məhkəmə qərarı ilə Cavabdeh1 iddiaçının istinad etdiyi müvafiq yürümə cihazının alınması üçün 22000 avro pul vəsaiti tutulmuş və icra olunmuşdur.

23. İddiaçı hazırki tələbində (həmçinin apellyasiya şikayətinin dəlillərində) əvvəlki qətnamənin qeyd edilən hissədə preyudisial əhəmiyyətini də qeyd edərək, cavabdeh tərəfin ona yeni yürümə cihazı almalı olmasını bildirmişdir. Məhkəmə bununla razılaşmır. Belə ki, əvvəlki qətna mə ilə iddiaçının sağlamlıq durumu (hərəkət məhdudluğu) nəzərə alınmaqla, onun hazırki həyatının davam etdirilməsinə ciddi təsir göstərə biləcək sözügedən cihazın alınması məqsədəmüvafiq hesab edilmişdir. İddiaçı tərəf hazırda da həmin yürümə cihazından istifadə etməsini inkar etmir, iddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı cihazın hazırda işlək olduğunu, hər hansı nasazlığın olmadığını, müalicənin davam etməsini, həmin cihazdan istifadə nəticəsində iddiaçının səhhətindən müəyyən müsbət dəyişikliyin olduğunu və s. qeyd etmişdir. Eyni zamanda, iddiaçının özünün təqdim etdiyi sübutdan (həkim arayışından) yürümə cihazının yararsız və ya keyfiyyətsiz olması və s. bu kimi hallar da müəyyən edilmir. Əksinə, iddiaçının yürümə cihazı ilə müəyyən hərəkət etməsi (addım atması) və fiziki müalicən in davam etməsi qeyd edilmişdir. Arayışda sadəcə daha yaxşı dizlikdən istifadə tövsiyə olunmuş, lakin hazırki cihazın iddiaçıya uyğun olmaması və s. bu kimi halların mövcudluğu göstərilməmişdir. Göründüyü kimi, iddiaçı hazırda istifadə etdiyi müvafiq cihazın başqası ilə əvəz olunmasının zərurilyini əsaslandıra və sübut edə bilməmişdir.

24. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin üzərində hər dəfə yeni (modern) müvafiq yürümə cihazının alınması öhdəliyinin olması tərəflərin qarşılıqlı münasibətlərinə mütənasib olmamaqla, qanunvericiliyin tələbləri ilə də uzlaşmır. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.

25. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfin bildirdikləri (izahatı) isə iddianın əsaslı olması üçün mötə bər və yetərli sübut kimi qəbul edilə bilməz. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.

26. Məhkəmə hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

27. Məhkəmə öz mövqeyini «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinə, Azərbayca n Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 425.1, 436, 1096.2, 1097.1, 1097.3, 1108.1, 1115 və 1118.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5658/2024 nömrəli iş üzrə 03 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv olunması, iddianın təmin oluması barədə qərar çıxarılması xahiş etmişdir.

29. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının sağlamlığına vurulmuş zərərin, eləcə də onun gələcəkdəki müalicə və qulluq xərclərinin ödənilməsi ilə bağlı saziş (şifahi razılaşma, müqavilə) olmuşdur. Sazişə əsasən Cavabdeh1, oğlu Nail Allahverdiyevin avtomobil qəzası törətməsi nəticəsində Sö ngül Tekişə dəymiş zərəri, onun sağlamlığına vurulmuş zərərlə bağlı indi və gələcəkdə ortaya çıxacaq bütün xərcləri, həmçinin bütün müalicə və müayinə xərclərini ödəyəcək, bilavasitə özü və şirkəti Cavabdeh2 MMC tərəfindən ödəniləcək, bunun müqabilində iddiaçı da qəzanı törədən Nail Allahverdiyevin törətdiyi cinayət əməlinə görə ağır cəza almamasına nail olmaq üçün ondan tələb və şikayətinin olmaması barədə məhkəməyə ərizə verəcəkdir. Tərəflər bu şəkildə razılaşaraq öhdəliklərini icra etməyə başlamışlar. İddiaçı öz üzərinə götürdüyü vəzifəsini icra etmişdir, cavabdehlər də öz üzərinə götürdükləri vəzifələrini 2019-cu ilin yanvar ayınadək olan müddətdə icra etmişlər (müəyyən bir hissə istisna olmaqla böyük hissədə və əsasən icra etmişlər). Lakin 2019-cu ilin yanvar ayında iddiaçının müalicə və qulluq xərclərini ödəməyi dayandırmışlar, bununla öz vəzifələrinin icrasından yayınmağa başlamışlar. Qanuni qüvvəyə minmiş olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası xx.xx.2022-ci il tarixli, 2(103)-5641/2022 saylı qətnaməsilə müəyyən edilmiş fakt və hüquqi münasibətlər ondan ibarətdir ki, “Cavabdeh1 məsuliyyəti müqaviləyə əsaslanır, iddiaçı ilə onun arasında yazılı formada müqavilə bağlanmayıb, lakin şifahi formada müqavilə mövcuddur. xx.xx.2017-ci il tarixli “Öhdəlik ərizəsi” (cild 1, iş v. 218) müqavilə hesab olunmur, lakin həmin ərizə (sənəd) şifahi müqavilənin bağlandığını təsdiq edən yazılı sübut sayılır. Şifahi müqaviləyə görə tərəflər razılaşıblar ki, təqsirkar sürücünün törətdiyi delikt nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzi onun atası Cavabdeh1 tərəfindən öd əniləcək, habelə əlavə olaraq maddi və mənəvi zərərin qarşılığında 265000 dollar ödəniləcək. Belə müqavilə qanuna zidd deyildir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflər arasında olan müqaviləyə görə iddaçı cavabdehlərdən gələcəkdə sağlamlığına vurulmuş zərərə görə çəkdiyi müalicə və qulluq xərclərinin əvəzini tələb edə bilər. İddiaçı da buna əsaslanaraq cavabdehlərdən çəkməli olduğu müalicə xərcini, reabilitasiya vasitəsi üçün çəkməli olduğu xərci tələb etmişdir. Apellyasiya məhkəməsi baxılan iş üzrə maddi hüququ işin müəyyən edilmiş hallarına uyğun, düzgün təfsir və tətbiq etməmiş, nəticədə qanuna zidd və ədalətsiz qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsi qətnaməsini birinci instansiya məhkəməsindən tamamilə fərqli və ona zidd bir şəkildə əsaslandırmışdır. Sözügedən əsaslandırmalar biri-birini təkzib edir. Belə olan halda birinci instansiya məhkməməsinin qətnaməsi əsaslandırma yanlış olduğu üçün ləğv olunmalı, yeni əsaslandırma əsas götürülməklə yeni qətnamə çıxarılmalı idi. Lakin apellyasiya instansiya məhkəməsi tamamilə yeni əsaslandırma ilə eyni zamanda birinci instansiya məhkəməsinin əsaslandırmasına da hüquqi qiymət verməmiş, bununla da olduqca ziddiyyətli məqam yaratmışdır. Birinci instansiya məhkəməsi ilə apellyasiya məhkəməsinin iddianın təmin olunmamasının əsasları ilə bağlı mövqeyi faktlar və hüquqi nöqteyi-nəzərdən tam fərqli olmaqla yanaşı biri-birinə ziddir, biri digərini təkzib edir. Yuxa rı instansiya məhkəməsi ziddiyyətli məqamları ortadan qaldırmalı olduğu halda bunu etməmiş, əksinə, daha da ziddiyyətli, qeyri-müəyyən və aydın olmayan bir yekun məhkəmə aktı çıxarmışdır. Qeyd olunanlardan əlavə apellyasiya məhkəməsi tərəfindən iş üzrə olduqca mühüm arqumentlərə, sübut və dəlillərə heç bir münasibət bildirilməyib, bunların rədd edildiyi, yaxud sadəcə nəzərə alınmadığı açıqlanmayıb. Apellyasiya şikayətində göstərilənlərə, eləcə də məhkəmədə iddia tərəfinin qeyd etdiyi arqumentlər, mülahizə və istinadlar barədə məhkəmə heç bir açıqlama verməmiş, qətnaməsində bunlara dair heç bir fikir bildirməmişdir. Apellyasiya məhkəməsi apellyasiya şikayətindəki dəlil, arqument və istinadları qətnaməsində göstərməli və bunlara münasibət bildirməli olduğu halda bunu etməməsi, məhkəmənin işə qeyri-obyektiv və qərəzli baxdığını bir daha təsdiq etmişdir. Bununla yanaşı bu hal məhkəmə qətnaməsinin qanuni və əsaslı olmasını da istisna edir. İddiaçı Cavabdeh1 qarşı deyil, onun oğlu X4 qarşı tələb və təzminat tələbindən imtina edərək ondan şikayət etmədiyini bildirmişdir. Bunu isə ona görə etmişdir ki, Cavabdeh1 ilə aralarında müqavilə bağlanmış, oğlunun vurduğu zərərin əvəzini ödəməyi Cavabdeh1 öz öhdəsinə götürmüşdür.

30. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Cavabdeh2 MMC-nin nümayəndəsi Vəkil2 kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq qeyd etmişdir ki, cavabdeh tərəf öz ö hdəliyini yerinə yetirmişdir və kassasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, cavabdeh kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5658/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 21. 1.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (r eal zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

34. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

36. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

37. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

38. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüqu qi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

39. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

40. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

41. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi x ərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq nor malarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

51. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəm əsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

52. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408. 1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

53. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5658/2024 nömrəli iş üzrə 3 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar