Məhkəmə qərarları › İş №2(102)-131/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-131/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-131/2024 10.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-131/2024 (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun və faizin tutulması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-853/2023 nömrəli, 3 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şika yətinə 10 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 17 iyun 2014-cü il tarixli 115.LN.**********.00003 saylı kredit müqaviləsi ilə, İddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə 27 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. 2. 14 may 2016-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdehin bank qarşısındakı kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etmədiyinə görə həmin tarixə kimi 13261.54 manat əsas borcu, 1628.84 manat faiz borcu, cəmi 14890.38 manat məbləğində borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instan siya məhkəməsində icraat

3. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun və faizin tutulması tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən xeyrinə müştərək qaydada 13261.54 manat əsas borcun, 1628.84 manat faiz borcunun, cəmi 14890.38 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 115.LN.**********.00003 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 olaraq kredit 24 ay müddətinə 27 faiz dərəcəsi ilə və ayda bir dəfə növbəti ayın 17-dən gec olmayaraq ödəmək şərti ilə verilmişdir. xx.xx.2014-cü il tarixli 115.LN.**********.00003/b saylı və xx.xx.2014-cü il tarixli 1 15.LN.**********.00003/b saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh3 müqavilənin şərtlərini tamamilə icra edilməsinə görə tam məsuliyyəti öz üzərilərinə götürmüşlər. xx.xx.2015-ci il tarixədək cavabdehin 13261.54 manat əsas borcun, 1628.84 manat faiz borcunun cəmi 14890.38 manat məbləğində borcu vardır. Bank tərəfindən cavabdehə kredit müqaviləsi üzrə borcunu ödəməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh banka olan borcunu ödəməmişdir.

5. Bərdə Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 10 iyun 2016-cı il tarixli 2(021)-1922/2016 nömrəli qətnaməsi ilə (hakim Əhməd Sarıyev) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 13261.54 manat əsas borc, 1628.84 manat faiz borcu, cəmi 14890.38 manat məbləğində borc və 30 manat dövlət rüsumunun alınıb İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazimi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmışdır. Buna görə də zaminlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 bankla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müştərək məsuliyyət daşıdıqlarından borc məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 442, 445.2.1, 472.1 və 472.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin (bundan sonra- MPM) 216-220, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək birincin instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehlərin iştirakı olmadan işə baxmışdır. Cavabdehlərdən Cavabdeh1 vəfat etdiyi üçün onun borclu olduğu pul Cavabdeh3 əmək haqqından tutulmuşdur. Ailədə ondan başqa qazanc gətirən yoxdur. Qətnamə qanunvericiliyin tələblərinə zidd olaraq qəbul edilmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-853/2023 nömrəli, 3 may 2023-cü il tarixli qətnaməsi ilə (Fikrət Mehtiyev – sədrlik edən və məruzəçi, Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətn aməsi Cavabdeh3 aid mübahisələndirilən Cavabdeh3 müştərək qaydada 13261.54 manat əsas borc, 1628.84 manat faiz borcu, cəmi 14890.38 manat məbləğində borc və 30 manat dövlət rüsumunun alınıb İddiaçı ASC-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək göstərmişdir ki, Cavabdeh3 yaşayış yeri olan Bərdə rayonu Təhlə kəndinə məhkəmə bildirişləri göndərilmiş, “bu ünvanda yaşamır” əsası ilə həmin bildirişlər geri qaytarılmış, bildirişlər çatdırılması üçün cavabdehin yaşayış yeri olan Bərdə rayonu Təhlə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, bildirişin kötüyü məhkəməyə qaytarılmışdır. Baxılan işdə cavabdehə məhkəmə bildirişi çatdırılmış hesab olunur.

12. Cavabdehin digər dəlillərinə mü nasibətdə isə kollegiya qeyd etmişdir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, cavabdehin formal mülahizələrindən ibarətdir və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh3 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya baxışına g öndərilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, borcun çox hissəsi ödənilmişdir, məhkəmə qətnamədə əsas və faiz məbləğlərini yüksək hesablamışdır. Hesab edir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir.

15. Kassator hesab etmişdir ki, hazırki iş məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

19. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfi yyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-si

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 407.2. Kassasiya şikayətində iş in hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

29. Maddə 418.3. Prosessual hüquq normalarının poz ulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı qətnamə Cavabdeh3 aid olduğu ndan onun kassasiya şikayəti əsasında qətnamə tam yoxlanılır Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh apelyasiya şikayətində borcun məbləğinin düzgün hesablanmaması ilə bağlı hər hansı dəlil göstərməmiş, apelyasiya baxışında borc üzrə aparılmış ödən işlər barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, müvafiq ekspertiza təyin edilməsi barədə vəsatət verməmişdir.

34. Məgkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Lakin belə dəlil və vəsatətlərin apellyasiya məhkəməsində irəli sürülməsi iş materialları ilə müəyyən edilmir.

35. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

36. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-853/2023 nömrəli, 3 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar