Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1310/2024 19.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiаçı İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): apellyasiya şikayətinin qeyri-mümkünlüyü (apellyasiya şikayətinin forma və məzmununa dair tələblər pozulduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiаçı İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-572/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikay əti üzrə işə “19” mart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı qətnamə ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 500 manat məbləğində alimentin cavabdehdən tutularaq xeyrinə ödənilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir.
2. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6865/2023 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) iddianın qismən təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tari xli, 2(044)- 390/2018 nömrəli və xx.xx.2020-ci il tarixli, 2(044)-2211/2020 nömrəli qətnamələri ilə uşaqların saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarının dəyişdirilməsi, cavabdehdən uşaqların yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
3. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən cavabdeh tərəfindən apellyasiya şikаyəti verilmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-572/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər – Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmiş, apellyator işin faktiki hallarına istinad etməklə birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Lakin apellyator qeyd olunan iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını, hazırki mübahisəyə aidiyyatını göstərməmiş və bununla da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 361.1.4, 361.1.5 və 361.1.6-cı maddələrinin tələblərini pozmuşdur. Həmçinin, apellyasiya şikayəti sadə və anlaşıqlı formada tərtib edilməmiş, əksər hissəsi başqa qrafikada tərtib edilmiş, bu səbəbdən oxunması qeyrimümkün olmuşdur. Birinci instansiya məhkəməsi isə verilmiş apellyasiya şikayətinin MPMnin 364-cü maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan mülki işi apellyasiya instansiya məhkəməsinə göndərmiş və bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
6. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-572/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək apellyasiya şikayətinə baxılması üçün qərar qəbul e dilməsini xahiş etmişdir.
7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun tərtib edilmiş, lakin apellyasiya instansiya məhkəməsi süni maneələr yaratmaqla onun hüququnu məhdudlaşdırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı, şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeyd ə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti, barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.
20. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
21. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
22. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyinə görə apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin həmin Məcəllə ilə müəyyən edilmiş formada verilməsi qaydası müəyyən edilmişdir. Məhkəmə aktlarından verilən apellyasiya şikayətinin forması “Apellyasiya şikayətinin forması” adlı MPM-in tərkib hissəsi olan 2 saylı Əlavədə əks olunmuşdur. Məcəllənin 363.1.1-1-ci maddəsində isə birbaşa müəyyən edilmişd ir ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.
30. Hazırkı iş üzrə müəyyən olunur ki, apellyasiya şikayətində mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişinə əməl olunmamış, iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması, hazırki mübahisəyə aidiyyatı göstərilməmiş, həmçinin apellyasiya şikayəti sadə və anlaşıqlı formada tərtib edilməmiş, əksər hissəsi başqa qrafikada tərtib edilməklə oxunması qeyri-mümkün olmuşdur.
31. Cavabdehin apellyasiya şikayəti MPM-in tərkib hissəsi olan 2 saylı Əlavəyə uyğun tərtib olunmamışdır. Qeyd olunan hal şikayət üzrə apellyasiyanın mümkünlüyünü istisna etdiyindən məhkəmə kol legiyası kassasiya şikayətinin digər dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-572/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.