Məhkəmə qərarları › İş №2(102)-1310/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1310/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1310/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nə qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 dekabr 2024-cü il tarixli 2(103)6520/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Mə hkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “Hyundai Sonata” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətində olub.

2. İddiaçı bildirir ki, 2009-cu ilin may ayında Cavabdeh1 avtomobili etibarnamə əsasında faktiki olaraq ona satıb, bunun müqabilində o, Cavabdeh1 banka olan kredit borcu üzrə 27.233 ABŞ dolları ödəniş edib, lakin son nəticədə avtomobili mülkiyyətinə keçirə bilməyib, bankın iddiası üzrə avtomobilə tutma yönəldilib.

3. Avtomobil digər cavabdeh "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü olub. Belə ki, kredit verən "xxxx" ASC ilə kredit alan Cavabdeh1 arasında iki kredit müqaviləsi bağlanıb: 1) xx.xx.2009-cu il tarixli 587 nömrəli müqavilə; 2) xx.xx.2009-cu il tarixli A/702 nömrəli müqavil ə.

4. Avtomobil hər iki kredit müqaviləsi üzrə kredit alanın öhdəliyinin icrasının təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilib.

5. Başqa mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(001)5918/2013 nömrəli qətnaməsi ilə hər iki müqavilə üzrə borcun kredit alandan tutulması və tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi qət olunub.

6. Cavabdeh "xxxx" ASC həmin kredit üzrə tələb hüququnu "xxxx" QSC-yə güzəşt edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 aprel 2009-cu il tarixli 587 kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə Cavabdeh1 əvəzindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödəmiş olduğu 27.233 (iyirmi yeddi min iki yüz otuz üç) A BŞ dolları məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filalı ilə bağladığı 06 aprel 2009-cu il tarixli 587 №li kredit müqaviləsinə əsasən ona məxsus **-EO-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı minik avtomobilini 2009-cu ilin may ayında etibarnamə əsasında ona satmış və avtomobilə aid texniki pasportun əsli, 06 fevral 2009-cu il tarixli 587 kredit müqaviləsinə əlavə edilmiş kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli ona verilmişdir. Onun tərəfindən 2009-cu ilin may ayından başlayaraq kredit cədvəlinə uyğun aylar üzrə vəsaitlər həmin avt omobilə aid bankdakı ******************** nömrəli bank hesabına ödənilmişdir. Qrafik üzrə kredit öhdəliyinin son ödəmə tarixi 2012-ci il aprel ayında nəzərdə tutulsa da, tərəfindən kredit öhdəliyi 2012-ci ilin yanvar ayında, yəni vaxtından əvvəl tam ödənilmişdir. Bundan sonra bank tərəfindən həmin avtomobilin girovdan çıxarılması üçün X1 26 yanvar 2012-ci il tarixli 165 saylı məktub göndərilmişdir. Lakin hansısa səbəbdən avtomobil girovdan çıxarılmamışdır. O da, satıcı ilə aralarında xoş münasibət yaranması səbəbindən avtomobilin öz adına sənədləşdirilməsində maraqlı olmamışdır. Bir müddət əvvəl, yəni 2023-cü ilin aprel ayında həmin avtomobillə yolda hərəkətdə olarkən X2 əməkdaşları tərəfindən onun avtomobili saxlanılmış və avtomobilin banka borcu olduğu səbəbindən cərimə meydançasına yerl əşdirilməsi bildirilmişdir. Tərəfindən müəyyən araşdırma aparıldıqdan sonra ona məlum olmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2013-cü il tarixdə Binəqədi rayon məhkəməsində Cavabdeh1 qarşı “kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə 06 aprel 2009-cu il tarixli 587 №-li kredit müqaviləsinə əsasən əsas borc üzrə 7558.60 (yeddi min beş yüz əlli səkkiz ABŞ dolları 60 sent) ABŞ dolları, faiz borcu üzrə 1908.41(min doqquz yüz səkkiz ABŞ dolları 41 sent) ABŞ dolları, 500 ABŞ dolları məbləğində dəbbə pulu və 29 aprel 2009-cu il tarixli A/702 №-li kredit müqaviləsinə əsasən əsas borc üzrə 20.854 (iyimi min səkkiz yüz əlli dörd) ABŞ dolları, faiz borcu üzrə 12479.58 (on iki min dörd y üz yetmiş doqquz ABŞ dolları 58 sent) ABŞ dolları, 700 ABŞ dolları dəbbə pulunun tutulmasını və tutulmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus **-EO-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı minik avtomobilinə və **-FL-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata FE” markalı minik avtomobilinə yönəldilməsi tələbinə dair iddiası məhkəmənin 21 oktyabr 2013-cü il tarixli, 2(001)-5918/2013 saylı qətnaməsi ilə təmin edilmişdir. O, həmin qətnamədən maraqlarına toxunan şəxs qismində Binəqədi rayon məhkəməsi vasitəsilə apellyasiya şikayəti versə də, məhkəmənin 26 iyul 2023-cü il tarixli, 2(001)-5918/2013 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarmışdır. Qeyd etmişdir ki, Cavabdeh1 06 aprel 2009 cu il tarixli 587 №li kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 18% ( on səkkiz) faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 20.708 (iyirmi min yeddi yüz səkkiz) ABŞ dolları məbləğində kredit götürmüş və kreditin təminatı kimi “Hyundai Sonata” minik avtomobilini (buraxılış ili 2008, ban KMHET41DP9A642961) ipotekaya qoymuş, tərəflərin razılığı ilə ipoteka predmeti 25.884 (iyirmi beş min səkkiz yüz səksən dörd) ABŞ dolları dəyərində qiymətləndirilmişdir. Bildirmişdir ki, banka ödədiyi ödəniş qəbzlərinin əsilləri ondadır. Apardığı hesablardan məlum olmuşdur ki, o, banka kredit borcu üzrə 26.899.40 (iyirmi altı min səkkiz yüz doxsan doqquz ABŞ dollar 40 sent) dolları əvəzinə 27.233 (iyirmi yeddi min iki yüz otuz üç) ABŞ dolları ödəmişdir ki, bu da ümumi kreditin məbləğindən 321 ABŞ dolları artıqdır. Belə ki, Binəqədi rayon məhkəməsində işə baxılarkən iddiaçı "xxxx " ASC Cavabdeh1 əvəzindən 06 fevral 2009-cu il tarixli 587 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə ödənilmiş vəsaitlər barədə hesabdan çıxarışı məhkəmədən gizlətmiş, nəticədə o, qanuni istifadəsində olan avtomobildən məhrum olmuşdur. Bu səbəbdən hesab etmişdir ki, kredit müqaviləsinə əlavə edilmiş cədvələ uyğun ödəmiş olduğu 27.233 (iyirmi yeddi min iki yüz otuz üç) ABŞ dolları məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən tutularaq ona qaytarılmalıdır.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-922/2024 nömrəli 09 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Əfsanə Heydərova).

10. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını, həmçinin mübahisə edilən kredit müqaviləsinin Cavabdeh1 ilə "xxxx" Açıq Sə hmdar Cəmiyyəti arasında bağlandığını nəzərə alaraq qeyd etmişdir ki, İddiaçı tərəf olmadığı həmin kredit müqaviləsi üzrə pul tələb etməkdə haqlı olmamışdır. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

11. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı tələbini Cavabdeh1 qarşı irəli sürməli olduğundan və həmin müddətdən 2 ildən artıq vaxt keçdiyindən (10 ildən çox) iddiaçı tərəfindən həmin müddət (kəsici müddət) ötürülmüşdür.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 14, 431.1, 1095-ci maddələrinə, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2012-ci il tarixli qərarına və Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 107, 217.3, 217.4, 218.1, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6520/2024 nömrəli 20 dekabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin olunması, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-922/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddia qismən təmin olunaraq, 27.233 (iyirmi yeddi min iki yüz otuz üç) ABŞ dolları məbləğində pulun ödəniş günü valyuta məzənnəsinə uyğun olaraq manatla Cavabdeh1 alınaraq İddiaçı verilməsi, iddianın qalan hissəsinin, yəni "xxxx" ASCyə qarşı yönəlmiş hissəsinin rədd olunması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 229 manat, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 115 manat, cəmi 344 (üç yüz qırx dörd) manatın Cavabdeh1 alınaraq İddiaçı ve rilməsi qət olunmuşdur (hakimlər: Namiq Cəfərov-sədrlik edən, İkram Şirinov və Elşən Kazımov).

16. Məhkəmə kollegiyası iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini işin halları ilə əlaqəli formada qiymətləndirərək qeyd etmişdir ki, birinci intansiya məhkəməsinin istinad etdiyi, Mülki Məcəllənin 1095-ci maddəsindəki iki illik müddət iddiaçının tələbinə şamil olunmur, çünki tələb əsassız varlanmaya əsaslanmır. Bu səbəbdən, iddiaçı 27.233 ABŞ dollarının ona ödənilməsini Cavabdeh1 tələb edə bilər.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431, 431.3cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh1 (vəkili Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi nin Mülki Kolegiyasının xx.xx.2024-cü il tarixli, 2(103) 6520/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, mülki işin faktiki hallarından məlum olur ki, iddiaçı özünün mülkiyyətində olan avtomobil üçün ödənişlər etmişdir. Onun tələbi əsassız varlanmadır. Apellyasiya instansiyası məhkəməsi mülki iş üzrə ədalətli, obyektiv və düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmənin gəldiyi nəticə mülki işin materiaları və işin faktiki halları ilə ziddiyyət təşkil edir.

20. Kassator öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə, Mülki Məcələnin 431.1, 431.3, 1095-ci və Mül ki Prosessual Məcələsinin 88, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Kasator apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının mübahisə olunan hissəsinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 14.2.6 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 431.1. Borclu öhdəliyin icrasını n onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir.

27. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.

28. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual M əcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instans iyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən səlahiyyətləri çərçivəsində işin faktiki hallarına hüquqi qiymət verilmiş, müəyyən etdiyi hallara maddi hüquq normalarını tətbiq etməklə qeyd olunan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razıdır.

38. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş ə baxarkən mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq apellyasiya baxışının hədlərini müəyyən etmiş, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının pozulmasını müəyyən etdiyindən qətnaməni ləğv etmiş və iş üzrə yeni qətnamə qəbul etmişdir. Kassatorun apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya hədlərindən kənara çıxmasına dair dəlili hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz.

39. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq mübahisəyə öhdəliyin üçüncü şəxs tərəfindən icrasına dair maddi hüquq normalarının tətbiq etmişdir.

40. MM-in 431.3-cü maddəsinin hazırki işə tətbiqinin qeyri-mümkün olmasına dair kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, qanunun həmin normasının 2-ci cümləsi yalnız həmin maddənin 1-ci cümləsində göstərilən hallara deyil, 431.1-ci maddəsinə də tətbiq olunmalıdır. Əks yanaşma öhdəliyi könüllü icra etmiş üçüncü şəxsin hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına, öhdəliyi icra etməmiş borclunun isə hüquqlarından sui-istifadəsinə gətirib çıxaracaqdır.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin digər dəlilləri sübutların qiymətləndirilməsi və işin faktiki hallarının araşdırılması ilə bağlı olduğundan məhkəm ə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 dekabr 2024-cü il tarixli 2(103)-6520/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar