Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1311/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Məşədibala oğluna və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-müəyyən tələb, nisyə alqı-satqı müqaviləsi, yazılı sübutların əsli) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), X4 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Məşədibala oğluna və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2330/2022 nömrəli, 05 deka br 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 Məşədibala oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1581/2011 saylı, xx.xx.2011ci il tarixli qətnaməsi ilə İddiaçı Bank olmayan Kredit X2 Cəmiyyətinin (bundan sonra – iddiaçı və ya Kredit Təşkilatı) xeyrinə X1 50489,39 ABŞ dolları əsas, 5149,94 ABŞ dolları faiz, 1308,75 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 54948,08 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 Məşədibala oğluna (bundan sonra – birinci cavabdeh) məxsus Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsində istifadədə olan 0.01713 ha torpaq sahəsində ye rləşən 2 mərtəbəli, 7 otaqlı, 195.8 kv.m yaşayış, 171.3 kv.m köməkçi sahəsindən ibarət 10A nömrəli fərdi yaşayış evinə (bundan sonra – mübahisəli ev) yönəldilməsi qət edilmişdir.
2. Qətnamə qanuni qüvvəsini alaraq icra edilmiş, mübahisəli ev hərracdan Kredit Təşkilatı tərəfindən əldə edilmiş və xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə sonuncunun adına qeydiyyatdan keçmişdir.
3. İddiaçı və birinci cavabdeh öz aralarında nisyə alqı-satqı müqaviləsinin bağlanmasına dair xx.xx.2020-ci il tarixli ilkin razılaşma əldə etmişlər. Həmin əqdə əsasən tərəflər razılaşmışlar ki, iddiaçının mülkiyyətində olan, mübahisəli evin alğı-satqısı üçün gələcəkdə nisyə alğı-satqı müqaviləsi imzalayacaqlar. Mübahisəli yaşayış evinin dəyəri tərəflərin qarşılıqlı razıl aşmasına əsasən 55000 manat müəyyən edilir. Alıcı beh olaraq satıcıya 55000 manatı bu şərtlərlə ödəyir: a) Alıcı beh məbləğinin 1500 manat hissəsini bu Razılaşma imzalandığı gün satıcıya ödəyir. b) Alıcı beh məbləğinin qalıq 4000 min manat hissəsini, növbəti ayın 9-dan etibarən, hər ay 500 manat olmaqla 8 ay ərzində satıcıya ödəyir. Alıcı bu razılaşma üzrə öhdəliyini yerinə yetirmədikdə (ödəniş məbləğini 3 gündən artıq müddətə gecikdirdikdə) Satıcı bu razılaşmaya birtərəfli qaydada xitam verir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli evə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi, evin cavabdehlər tərəfindən boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər hələ də həmin yaşayış sahəsini tərk etməməklə, ona qeyri-qanuni sahibliyi həyata keçirir, bununla da onun mülkiyyət hüququna müdaxilə edir.
6. Məhkəmə iclasında iştirak edən birinci cavabdeh izahatında bildirmişdir ki, iddianın təmin edilməsinə etiraz etmir, onlar artıq çoxdandır həmin evi boşaldıb və orada yaşamırlar.
7. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə xx.xx.2020-ci il tarixli iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsinin bağlanmasına dair ilkin razılaşma təqdim edilmişdir.
8. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-1085/2020 nömrəli, 22 sentyabr 2020-ci il tarixl i qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia təmin olunmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, fərdi yaşayış evi iddiaçıya məxsusdur. Buna görə də iddia təmin edilməli, cavabdehlər iddiaçıya məxsus olan mübahisəli evdən çıxarılmalı və ailə üzvləri həmin evi boşaltmalıdırlar.
10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 153.4, 157.2 və 157.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Birinci cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni q ətnamə çıxarılmasını xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında nisyə alqısatqı müqaviləsinin bağlanmasına dair xx.xx.2020-ci il tarixli ilkin razılaşma olmuş, müqavilədə nəzərdə tutulmuş öhdəliklərin onun tərəfindən vaxtlı-vaxtında yerinə yetirilməsinə baxmayaraq, iddiaçı müqavilə şərtlərinə əməl etməmiş, həmin ünvanda yerləşən fərdi yaşayış evinin nisyə alğı-satqısı müqaviləsi bağlamamışdır. Əksinə, iddiaçının müqavilə şərtlərinə əməl etməsinə baxmayaraq, üstəlik də onun və ailəsinin həmin yaşadığı ünvandan çıxarılması barədə məhkəməyə müraciət etmişdir.
13. Apellyasiya baxışı zamanı cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçının nümayəndəsi məhkəməyə xx.xx.2021-ci il tarixli birinci cavabdeh tərəfindən banka ünvanlanmış əri zə təqdim etdi və qeyd etmişdir ki, tərəflər arasında ilkin razılaşma olsa da, cavabdeh tərəfindən həmin razılaşmanın şərtlərinə əməl edilməmişdir, bu səbəbdən iddiaçı tərəfindən razılaşmaya ilkin razılaşma şərtlərinə müvafiq olaraq xitam verilmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-930/2022 nömrəli iş üzrə 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş biri nci cavabdehin Kredit Təşkilatına ünvanlandığı məktuba əsasən müəyyən etmişdir ki, həmin ərizənin məzmunu ilə müəyyən olunur ki, tərəflər arasında nisyə alqısatqı müqaviləsi ilə bağlı ilkin razılaşma olmuş, lakin birinci cavabdeh tərəfindən ödəmələrdə gecikmələr olmuşdur. Həmin ərizə ilə iddiaçıdan yeni nisyə alqı-satqı müqaviləsi bağlanması xahiş olunmuşdur.
16. Məhkəmə kollegiyası, hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Birinci cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qərar ç ıxarılmasını xahiş etmişdir.
18. Şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi onun iştirakını təmin etməmişdir. Məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini AZEMİS vasitəsilə ərizə ilə vaxtında bildirmiş və əvvəlki məhkəmə iclasında işə mahiyyəti üzrə əsas olan sübutları təqdim edə bilmədiyini və həmin sübutları təqdim edəcəyini bildirərək, iclasın təxirə salınmasını xahiş etmiş, apellyasiya instansiya məhkəməsi açıq-aşkar bir şəkildə qərəzli və tərəfli münasibət göstərmiş və əleyhinə qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
20. Maddə 152.1. Mülkiyyət hüququ - suby ektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
24. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qa ytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
29. Maddə 89.5. İşdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim olunmuş yazılı sübutların surətləri onlarda olmayan digər işdə iştirak edən şəxslərə göndərilir (verilir).
30. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onu n nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddi anın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb...
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndir ilməməlidir.
35. Hazırkı kassasiya şikayətində birinci cavabdeh qətnamənin tam ləğv olunmasını xahiş etdiyindən, habelə şikayətin dəlillərinə əsasən mübahisənin predmeti bölünməz olduğundan apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində mübahisəli evin cavabdehlərlə yanaşı, onların ailə üzvləri tərəfindən də boşaldılması barədə tələb irıli sürmüş, iddia tələbi həmin hissədə qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış, iddiaçı həmin şəxsləri müəyyən edib cavabdeh kimi işə cəlb etməmişdir. Halbuki MPM-in 149.2-ci maddəsinə əsasən iddia ərizəsində tələbin yönəldiyi şəxslərin - cavabdehlərin soyadı, adı, atasının adı, şəx siyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, o cümlədən, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.
37. Buna baxmayaraq birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərinin pozulması ilə təqdim edilmiş iddia ərizəsini icraata qəbul etmiş, iddianı qeyrimüəyyən hissədə də olduğu kimi təmin etmiş, qətnamə həmin hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
38. Halbuki qeyd olunan hal MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılması, icraata qəbul edildiyi halda isə MPM-in 259.0.12-ci maddəsində müəyyən edilmiş qaydada (iddiaçıya təklif olunmasına baxmayaraq müəyyən edilmiş müddət ərzində iddia tələbini dəqiqləşdirmədiyi halda) baxılmamış saxlanılması, habelə MPM-in 378.2.8-ci maddəsinə əsasən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması üçün əsas olmuşdur.
39. Bununla yanaşı, baxılan iş üzrə iddiaçı mübahisəli ev üzərində mülkiyyət hüququna istinad edərək həmin əşyanı cavabdehin qanunsuz sahibliyindən tələb edir.
40. Birinci cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, aralarında bağlanmış nisyə alqı-satqı barədə razılaşmaya əsasən müqavilədə nəzərdə tutulmuş öhdəliklər onun tərəfindən vaxtlı-vaxtında yerinə yetirilmiş, buna baxmayaraq iddiaçı müqavilənin şərtlərinə əməl etməmiş, onun və ailəsinin mübahisəli evdən çıxarılması barədə məhkəməyə müraciət etmişdir.
41. İddiaçı və birinci cavabdeh ara sında mübahisəli evin nisyə alqı-satqı müqaviləsinin bağlanmasına dair xx.xx.2020-ci il tarixli ilkin razılaşma əldə olunduğu və həmin razılaşma üzrə müəyyən ödənişlərin edildiyi işin mübahisəsiz halıdır.
42. Birinci cavabdehin iddiaya etirazının əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir. Həmin maddəyə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
43. Ona görə də hazırkı mübahisənin mahiyyəti üzrə həlli baxımından həqiqətən tərəflər arasında etibarlı nisyə alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmadığı, tərəflərin həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirib-yetirmədiyi və müqavilənin qüvvədə olubolmadığı mü hüm əhəmiyyətə malik olmuşdur.
44. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi məhkəməyə birinci cavabdehin Kredit təşkilatına ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsinin surətini təqdim etmişdir.
45. Eyni zamanda birinci cavabdeh elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəməyə ödəniş qəbzləri təqdim etdiyini bildirmiş və işin təxirə salınmasını xahiş etmişdir.
46. İşə cavabdehlərin iştirakı olmadan baxmış apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsinin təqdim etdiyi ərizənin surəti əsasında müəyyən etmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi ilə bağlı ilkin razılaşma olmuş, lakin birinci cavabdeh tərəfindən ödəmələrdə gecikmələr olmuş, o, ərizə ilə iddiaçıdan yeni nisyə alqısat qı müqaviləsi bağlanmasını xahiş etmişdir. Məhkəmə qeyd olunanlara əsasən apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.
47. Qeyd olunanlarla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, MPM-in 89.3-cü maddəsinə əsasən yazılı sübutların mötəbər sübut kimi qəbul edilməsi üçün onların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməlidir.
48. Eyni zamanda MPM-in 106.3-cü maddəsinin mənasına görə cavabdeh tərəfindən mövcudluğu və məzmunu mübahisələndirilmədiyi halda bəzi yazılı sübutların surətləri də məhkəmə tərəfindən mötəbər sübut kimi nəzərə alına bilər. Lakin qarşı tərəf məhkəmə baxışında iştirak etmirsə məhkəmənin təqdim olunan sübutun əslini və ya lazımi qaydada təsdiq olunmuş surətini təqdim etməyi tərəfə təklif etmək, yaxud qarşı tərəfin təqdim olunan sübuta münasibətini öyrənmək üçün məhkəmə iclasını təxirə salmaq vəzifəsi yaranır.
49. Digər tərəfdən MPM-in 89.5-ci maddəsi birbaşa nəzərdə tutur ki, işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim olunmuş yazılı sübutların surətləri onlarda olmayan digər işdə iştirak edən şəxslərə göndərilməli (verilməlidir).
50. Hazırkı iş üzrə sonuncu apellyasiya baxışından əvvəl birinci cavabdeh məhkəmə iclasının təxirə salınması barədə vəsatət vermişdir. Qeyd olunmalıdır ki, MPM-in 376.2-ci maddəsinə əsasən belə vəsatət verməklə yanaşı, işdə iştirak edən şəxs məhkəməyə gəlməməsinin üzrlü səbəblərlə bağlı olduğu barədə sübutlar təqdim etdiyi halda bu cür vəsatət məhkəmənin üzərinə iclasın təxirə salınması vəzifəsi qoyur. Lakin belə sübutlar təqdim edilməsə də, işin halları bunu tələb edərsə, o c ümlədən, işdə iştirak edən şəxs yeni tələblər, dəlillər, sübutlar təqdim edərsə və çəkişmə prinsipi qarşı tərəfin onlarla tanış olmasını zəruri edirsə, onda işə baxan məhkəmənin məhkəmə iclasını təxirə salmaq vəzifəsi yaranır.
51. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi sadalanan prosessual hüquq normalarının tələblərini pozaraq, cavabdehin iştirakı olmadan keçirilmiş məhkəmə iclasında iddiaçının təqdim etdiyi yazılı sübutun surətini qəbul etmiş, həmin iclasda məhkəmə baxışını yekunlaşdırmış, qeyd olunan sənəd əsasında işin halını müəyyən etmiş və həmin yeni hala istinadla apellyasiya şikayətinin dəlillərini əsassız saymışdır.
52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsin in qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 Məşədibala oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2330/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.