Məhkəmə qərarları › İş №2(102)-1312/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1312/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1312/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: “xxxx” ASC Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1312/21 (Açar sözlər: kreditin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2020-ci il tarixli, 2(104)-917/2020 saylı qətnaməsindən Cavabdeh1 kasasiya şikayəti üzrə işə 13 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıda kıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 13 fevral 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, 07 iyun 2017-ci il tarixli əlavə kredit müqaviləsi üzrə əsas borca görə 11.378 ABŞ dolları, faiz borcuna görə 4.612 ABŞ dolları, hesablanmış cəriməyə görə 1.000 ABŞ dolları olmaqla, cəmi 16.990 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Tərtər rayonu, xx kəndində, 0,15 ha torpaq sahəsinə və üzərində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 88,9 kv.metr, yaşayış sahəsi 48,8 kv.metr, yardımçı sahəsi 40,1 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin kredit borcun un ödənilməsinə yönəldilməsi, cavabdehlərin evdə olan istifadə hüquqlarına xitam verilməsi və ən geci 1 ay ərzində evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Tərtər Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.A.Bayramov) iddia qismən təmin edilərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 13 fevral 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 əsas borca görə 11.378 ABŞ dolları, faiz borcuna görə 4.612 ABŞ dolları, hesablanmış cəriməyə görə 100 ABŞ olmaqla, cəmi 16.090 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın Tərtər rayonu, xx kəndində, 0,15 ha torpaq sahəsinə və üzərində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, ümum i sahəsi 88,9 kv.metr, yaşayış sahəsi 48,8 kv.metr, yardımçı sahəsi 40,1 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin kredit borcunun ödənilməsinə yönəldilməsi, cavabdehlərin evdə olan istifadə hüquqlarına xitam verilməsi və ən geci 1 ay ərzində evin boşaldılması, evin ilkin satış qiymətinin 10.000 manat müəyyən edilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranıb. Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməyib və sonuncunun iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcu yaranıb. Kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi üçün əsaslar əmələ g əlib. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 448.1, 449.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh1 apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.H.Hüseynzadə sədrlik edən, məruzəçi, R.Z.Mamedov və İ.Ə.Şəfiyev) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Tərtər Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 tutulan faiz borcunun tutulması hissəsində dəyişdirilərək, so nuncudan milli manata məzənnədə əsas borca görə 11.378 ABŞ dolları, faiz borcuna görə 1050,48 ABŞ dolları, hesablanmış cəriməyə görə 100 ABŞ dolları olmaqla, cəmi 12.528,48 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, faiz borcunun məbləğini düzgün müəyyən etməyib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 460, 739.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıların ın izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 kasasiya şikayəti verərək, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Cavabdeh1 kasasiya şikayətini belə əsaslandırıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı “xxxx” ASC, Cavabdeh1, vəkili Vəkil və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiklə ri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edil-mə-məsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyən-ləş-di-ril-miş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh1 kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, ap elyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, Cavabdeh1 kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh1 kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın rədd olunması üçün əsasların olmasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlili ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 07 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 36 ay müddə tinə, illik 6 faiz ödəmək şərti ilə 14.108 ABŞ dolları kredit verib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 07 iyun 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Tərtər rayonu, xx kəndində, 0,15 ha torpaq sahəsinə və üzərində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 88,9 kv.metr, yaşayış sahəsi 48,8 kv.metr, yardımçı sahəsi 40,1 kv.metr olan fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka qoyulub. İşə əlavə edilmiş 21 avqust 2019-cu il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 07 iyun 2017-ci il tarixə ödənilməmiş əsas borcu 11.378 ABŞ dolları, faiz borcu 4.612 ABŞ dolları, cərimə isə 1.000 ABŞ dolları təşkil edir. Apelyasiya instansiyası məhkəməsi faiz borcunun artıq hesablanması ilə bağlı borclu Cavabde h1 dəlili ilə razılaşaraq qeyd etmişdir ki, dəbbə pulu Mülki Məcəllənin 460-cı maddəsində öhdəliklərin icrasının təmin edilməsi üsulları kimi nəzərdə tutulub. Həmin Məcəllənin 462-ci maddəsində dəbbə pulunun anlayışı verilməklə qeyd edilmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənlədirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1.1-ci bəndinin 3-cü abzasına əsasən, kredit müqaviləsi üzrə faktiki illik faizi dərəcəsi 6 faizlə razılaşdırılmışdır. Həmçinin, həmin müqavilənin 1.1.1-ci bəndinin 5-ci abzasına əsasən, gecikmə faizi hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas məbləğin illik 73 faizi qədər hesablanacaqdır. Apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən Cavabdeh1 kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, kredit müqaviləsi üzrə faizlər (müqaviləsinin 1.1.1-ci bəndinin 3-cü abzası) kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqıdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1.1-ci bəndinin 5-ci abzasında qeyd edilən şərt isə mahiyyət etibarı ilə borcalanın ödənişi gecikdirildiyi halda gecikdirilmiş hər gün üçün mütənasib olaraq gecikdirilmiş əsas məbləğin illik 73 faiz hesablanmaqla öhdəliklərin təmin edilməsinin üsulu kimi çıxış etmi şdir ki, bu tərəflər arasında bağlanmış ödəniş cədvəlinin qeyd hissəsində də öz əksini tapmışdır. Apelyasiya instansiyası məhkəməsi işin həqiqi hallarını nəzərə alıb müəyyən etmişdir ki, Cavabdeh1 tələb edilən 11.378 ABŞ dolları əsas borc məbləği 07 fevral 2018-ci il tarixədək mövcud olan borc məbləği olub ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışına görə hesablanmış faiz məbləği 21 avqust 2019-cu il tarixədək olan dövrü əhatə edir. 07 fevral 2018-ci ildən həmin tarixədək olan müddət 18 ay, 14 gün təşkil edib ki, həmin dövrə görə kredit müqaviləsi üzrə qalıq 11.378 ABŞ dolları əsas borc məbləğinə münasibətdə hesablanmış illik 6 faiz məbləğ 1.050,48 ABŞ dolları təşkil edir ki, bununla da iddiaçının Cavabdeh1 1.050,48 ABŞ dolları artıq tələb etdiyi faiz məbləği əsassız olub. Buna görə də qətnamə faiz məbləği və cavabdehdən tutulan ümumi məbləğ hissəsində dəyişdirilməli və Cavabdeh1 1050,48 ABŞ dolları faiz borcu tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsi iddiaçının əsas borcun artıq olması ilə bağlı dəlilini isə əsassız hesab edir. Belə ki, iddiaçı qeyd olunan dəlili ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməyib. Buna görə də qətnamə əsas borc məbləği hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb qeyd etmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni işə əlavə edilmiş sübutlarla əsaslandırıb və Cavabdeh1 kasasiya şikayətinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də əsassız sayıb hesab edir ki, iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsinə faiz borcunun tutulması hissəsində dəyişiklik etməklə ap elyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2020-ci il tarixli, 2(104)-917/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar