Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1313/2018 01.03.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 01 mart 2018-ci il İş № 2(102)-1313/2018 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qoşqarlı Rəşad Nizami oğlunun, iddiaçının vəkili X1in iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12484/2017 saylı 22 noyabr 2017-ci il tarixli qərardadından (iddianı təmin etmə tədbiri ilə bağlı) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçının Cavabdeh1 və Cavabdeh2ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adından Cavabdeh2yə verilmiş 24 yanvar 2017-ci il tarixli etibarnamənin verildiyi andan etibarsız hesab edilməsi, həmin etibarnamə əsasında bağlanmış 26 yanvar 2017-ci il tarixli 13 fevral 2017-ci il tarixli, 17 fevral 2017-ci il tarixli və 21 fevral 2017-ci il tarixli “daşınmaz əmlakların onun adından Cavabdeh2 tərəfindən Cavabdeh1ə satılmasına dair alqı-satqı müqavilələri”nin etibarsız hesab olunması və müqaviləllər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri qeydlərinin ləğv edilməklə həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı, iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizə də təqdim edərək, mübahisəsini etdiyi əml akların üzərinə həbs qoyularaq onların özgəninkiləşdirilməsinin cavabdehə (həmçinin digər şəxslərə) qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 avqust 2017-ci il tarixli qərardadı ilə (hakim R.N.Quliyev, iş № 2(005)-********) ərizə qismən təmin olunmuşdur. Cavabdeh1in nümayəndəsi X3 həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılmaq üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 noyabr 2017-ci il tarixli qərardadı ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və İ.Ş.Vəliyev, iş № 2(103)-12484/2017) şikayət təmin edilməmiş, Bak ı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6471/2017 saylı iş üzrə 18 avqust 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qərardaddan Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və vəkili X3 kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152-ci maddələrinin tələblərinə istinad edərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 noyabr 2017-ci il tarixli qərardadının ləğv edilməsini və iddianı təmin etmə tədbiri barədə ərizənin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılar kən iddiaçının vəkili X3 apellyasiya instansiyası məhkəməsinin qərardadını qanuni və əsaslı hesab etdiyini bildirərək qərardadın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmaları nabaxmayaraq,kassator Cavabdeh1, onun vəkili X4, habelə digər Cavabdeh2 heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişlər. MəhkəməkollegiyasıMPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onlarıniştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini, iddiaçı nın vəkilini dinləyib, işin materiallarını tədqiq edib kassasiya şikayətinin dəlillərini yoxlamaqla aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İddianın təmin edilməs i məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Qanunun mənasına görə iddia ərizəsinin icraata qəbul edilməsi anından qətnamənin çıxarılmasınadək olan istənilən mərhələdə iddianın təmin edilməsi mümkündür. İddianı təmin etmək barədə qərardadın müvəqqəti xarakter daşıması onunla izah olunur ki, həmin qərardadın sonrakı hüquqi taleyi mübahisənin mahiyyəti üzrə yekun həllinin nəticəsindən asılıdır. Belə ki, iddianı təmin etmə tədbirlərinin görülməsi zamanı əsas tutulan iddianın əsaslılığı prezumpsiyası mübahisənin mahiyyətcə yekun həllinin nəticəsi ilə aradan qaldırıldıqda, yəni iddia rədd edildikdə, iddianı təmin etmə tədbirləri ya lnız qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. İddianı təmin etmə tədbirlərinin görülməsi iddianın əsaslılığı prezumpsiyasına (ehtimalına) əsaslanır və qanunvericilik barəsində iddianı təmin etmə tədbiri görülmüş mübahisəyə dair iddianın gələcəkdə rədd edilməsi imkanını da nəzərdə tutur. Ona görə də iddianı təmin etmə tədbirlərinin görülməsi barədə qərardad aid olduğu işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-nin 157-ci və 158.1-ci maddələrinin məzmunundan görünür ki, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. Bu məqsədlə hakim MPM-nin 158.1-ci maddəsində nəzərdə tutulmuş tədbirlərdən birini və ya bir neçəsini tətbiq edə bilər. Beləliklə, iddianın təmin edilməsi tədbirini n görülməsinin yeganə məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. MPM-nin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün hakim cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Həmin Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələrinə əsasən, iddianı təmin etmək üçün hakim cavabdehə və başqa şəxslərə müəyyən hərəkətləri etməyi qadağan edə bilər. İşdən göründüyü kimi, iddiaçının iddia tələbləri Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən ümumi sahəsi 6,5429 ha olan torpaq sahəsi, Samux şəhərində yerləşən ümumi sahəsi 1,246465 ha olan torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 200,6 kv.m olan fərdi yaşayış evi, Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən ümumi sahəs i 194,4 kv.m olan fərdi yaşayış evi və 0,11 ha torpaq sahəsi ilə bağlı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə əlaqədar olmaqla, iddiaçı həmin əmlaklar üzərində hüquq iddia etməkdə, əmlakların ona məxsusluğunu irəli sürməkdədir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə hazırki iddianı təmin etmə tədbirinə ehtiyac olduğundan, seçilmiş tədbir qeyd olunmuş institutun məqsədlərinə tam cavab veridiyindən, apellyasiya instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, ərizənin qismən təmin olunması əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qərardadı qəbul edərkən iş üzrə prosessual hüquq normalarının pozulmasına yol verməmiş və nəticə etibarı ilə qanuni və əsaslı qərardad qəbul etmişdir. Buna görə də kassasiya şik ayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə görə və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1in kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12484/2017 saylı 22 noyabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman
Məhkəmə qərarları › İş №2(102)-1313/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-1313/2018
01.03.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver