Məhkəmə qərarları › İş №2(102)-1316/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1316/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1316/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1316/21 (Açar sözlər: kredit məbləğinin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipotekanın likvid qiyməti) Bakı şəhəri, 12 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi İddiaçı2 vəkili Vəkil oğlunun iştirakı ilə, İddi açı ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2020-ci il tarixli, 2(104)-217/2020 nömrəli qətnaməsindən iddiaçı “xxxx” ASC-nin ləğvedicisi İddiaçı2 kassasiya şikayətinə 12 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 aprel 2015-ci il tarixli, 62 saylı kredit müqaviləsinə əsasən sonuncuya 18 aylıq güzəştlə 36 ay müddətinə illik 6 faizlə 15000 manat məbləğində kredit verilib.

2. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi 30 aprel 2015-ci il tarixli, 62 İ saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh3 məxsus olan Göygöl rayonu, Qırıqlı kənində yerləşən fərdi yaşayış evi 0,12 ha torpaq sahəsi ilə birgə bankın xeyrinə ipoteka ilə yüklü edib.

3. İpoteka predmetinin qiyməti müqavilədə 23000 manat müəyyən edilib. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə Göygöl rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 14987,50 manat əsas, 1979,23 manat faiz borcu olmaqla, ümumilikdə 16966,73 manat borcun, 31 manat dövlət, 31 manat DƏDRX rüsumunun bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 və Cavabdeh3 məxsus Göygöl rayonu, Qırıqlı kənində yerləşən fərdi yaşayış evinə 0,12 ha torpaq sahəsi ilə birgə yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 23000 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş əmlak satıldıqdan və mülkiyyətçisi dəyişdikdən sonra əmlakın 1 ay ərizində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh (borclu) Cavabdeh1 bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmişdir.

6. Borclu öhdəliklərini icra etmədiyi üçün iddiaçı bank ipoteka predmetinə tutmanın yönəldilməsi üçün prosedura başlamışdır.

7. Borcun məbləğin 04 aprel 2018-ci ilə hesablanmışdır.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcələnin 317, 319.1-319.5, 385, 442, 443.1, 445.1, 448.1, 449.1, 460.1, 465.2, “İpoteka haqqında” Qanunun 41.2, 47.2, 47.5, 59.3 və 59.4-cü maddələrinə istinad etmişdir.

9. Cavabdeh (ipotekaqoyan) Cavabdeh3n nümayəndəsi və vəkili birinci ins tansiya məhkəməsində iddia tələbi qismən qəbul edərək göstərib ki, borclu maddi imkanı ilə bağlı ödəniş edə bilməyib, amma çalışır ki, borcunu ödəsin. İpotekaqoyanlar isə tələbin evə yönəldilməsini istəmrilər.

10. Göygöl Rayon Məhkəməsinin 2(066)-1210/2018 nömrəli, 13 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia tam təmin edilmiş, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 23000 manat müəyyən edilmişdir. (hakim Qələmdar Abbasov)

11. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

12. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 279, 295, 296.1, 307.6, 317.1, 319.1, 385.1, 425.1, 442, 443.1, 739.2-cu, “İpoteka haqqında” Qanunum 33, 34.1, 39.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh (ipotekaqoyan) Cavabdeh3apellyasiya şikayəti verib, qətnamənin qismən ləğv, evin qiyməti ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti belə əsaslandırılıb ki, faiz çox hesablanıb, evin qiyməti az müəyyən edilib. Evin orta bazar qiyməti 50000 manatdır.

15. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qərardadları ilə mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin edilmişdir.

16. Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2019-cu il tarixli, 32369 saylı rəyində göstərilib ki, Cavabdeh1 04.04.2018-ci il tarixinə banka 14987,50 manat əsas borcu, 1943,23 manat faiz borcu müəyyən edilmişdir. 17. “xxxx” MMC-nin əmlakın qiymətləndirilməsi barədə 0286/19/GB saylı, 20 may 2019-ci il tarixli H esabatda göstərilib ki, xxx yerləşən Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan 0,12 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 35.000 manatdır.

18. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-217/2020 nömrəli, 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(066)-1210/2018 saylı qətnaməsi qismən, yəni faiz borcunun məbləğinə aid hissədə və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edildiyi hissələrdə dəyişdirilmiş, Cavabdeh1 iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulacaq faiz üzrə borcunun məbləği 1943,23 (bir min doqquz yüz qırx üç manat, iyirmi üç qəpik) manat, ipoteka predm eti olan Göygöl rayonu, Qırıqlı kənində yerləşən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan 0,12 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 35.000 (otuz beş min) manat məbləğində müəyyən edilmiş, qalan hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azər Bayramov (sədrlik edən və məruzəçi), Rəşad Mamedov və Əlizamin Abdullayev)

19. Apelyasiya instansiyası məhkəməsi faiz borcunun məbləğini və ipoteka predmetinin qiymətini eksprert rəylərinə əsasən müəyyən etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedic isi İddiaçı2 (Vəkil oğlu) kassasiya şikayəti verib, qətnamənin ləğv, işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş edib.

21. Kassasiya şikayətinin dəlillərinə əsasən apellyasiya instansiya məhkəməsi ipoteka predmetinin qiymətini müəyyən edərkən ekspert rəyinə istinad etməklə səhvə yol vermişdir. Qiymətləndirmə ekspertizası əsaslı deyil, ekspert rəyində göstərilən qiymət reallığı əks etdirmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasınin iclasında iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi İddiaçı2 vəkili Vəkil oğlu kassasiya şikayətini müdafiə edərək, qətnamənin ipoteka predmetinin ilkin qiyməti hissəsində ləğv edilməsini xa hiş etdi.

24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanun Maddə1.0.9. İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bil ər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiall arında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

26. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, qətnamə yalnız ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirilir. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni ipoteka predmetinin ilkin satış qiyməti hissəsində yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində səhvə yol vermişdir.

28. Qətnamədən görün ür ki, apellyasiya məhkəməsi ipoteka predmeti olan mənzilin hərracda ilkin satış qiymətini qiymətləndirmə rəyinə əsasən orta bazar dəyəri ilə müəyyən etmişdir.

29. Məhkəmə kollegiyası bununla razılaşmır. Çünki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiyməti kimi göstərilmişdir. Buna görə də ipoteka predmetinin ilkin satış qiyməti likvid qiyməti ilə müəyyən edilməlidir.

30. Əmlakın qiymətinin likvid dəyərinə gəldikdə isə, qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdiril məsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 №-li Qərardadında da bununla bağlı hüququn tətbiqinə dair məhkəmə təcrübəsinin vahidliyinin təmin edilmək məqsədi ilə qərara alınmışdır ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

32. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsini qətnaməsi ipoteka predmetinin qiyməti hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmaqla qanuni və əsaslı qərar qəbul etməlidir.

33. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi İddiaçı2 kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-217/2020 nömrəli, 09 iyun 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar