Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1316/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9509/2021 nömrəli iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.12.2017-ci il tarixli kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2019-cu il tarixli kredit razılaşmasına əsasən, bank tərəfindən Cavabdeh1 1,6667 faiz dərəcəsi ilə 24 ay müddətinə 30000 manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 13 dekabr 2017-ci il tarixli zaminlik müqavilələrinə əsasən, zaminlər 13.12.2017-ci il t arixli kredit müqaviləsi və həmin müqavilə üzrə kredit razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 13.12.2017-ci il tarixli 030L**********62 saylı uzunmüddətli kredit müqaviləsinin və 28.11.2019-cu il tarixli 030R********** saylı kredit raz ılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 030R********** saylı kredit razılaşması üzrə 22663.19 manat məbləğində kredit borcu, 3031,4 manat məbləğində faiz borcu və 6051,55 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 31746,14 manat 14 məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 01.06.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 7336,81 manat ödəmiş, onun 22663,19 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 26.01.2021 -ci il tarixə 239 gün üçün hesablanmış faiz borcu 3031,4 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faiz məbl əğində cərimə ödəməlidir. 26.01.2021-ci il tarixə 239 gün üçün hesablanmış cərimə 6051,55 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditormüqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarş ısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçının təqdim etdiyi 10 fevral 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 28.11.2019-cu il tarixli kredit razılaşması üzrə İddiaçı ASC-yə 22663,19 manat əsas, 3031,4 manat faiz, 6051,55 manat cərimə olmaqla, cəmi 31746,14 manat məbləğində borcu vardır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Həqiqət Əhmədova) 2(007)1588/2021 nömrəli 31 may 2021-ci il tarixli qətnaməsi ilə, iddia tələbinin qismən təmin edilməsi, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 13.12.2017-ci il tarixli 030L**********62 saylı uzunmüddətli kredit müqaviləsi və 28.11.2019-cu il tarixli 030R********** saylı kredit razılaşmasının ləğv edilm əsi, Cavabdeh1, Cavabdeh1 və Cavabdeh3 030R********** saylı kredıt müqavıləsi üzrə "xxxx" QSC-nin xeyrinə müştərək qaydada 22663,19 manat əsas borc, 3031,4 manat faız borcu, 100 manat cərımə borcu olmaqla, cəmi 25794,59 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi tutulması və iddianın tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 442, 448.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741-ci maddələrinə istinadən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Borcalan Cavabde h1 İddiaçı ASC ilə bağladığı 13.12.2017-ci il tarixli kredit müqaviləsi və həmin müqavilə üzrə 28.11.2019-cu il tarixli kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, Cavabdeh1 tərəflər arasında olan müqaviləni və ona dair razılaşmanı əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin və ona dair razılaşmanın ləğv edilməsi əsasları yaranmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 İddiaçı ASC qarşısın da öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşdür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavab deh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edib iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Mülki Prossual Məcəllənin 78.2, 88, 384.0.2, 386-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin fa ktiki hallarına əhəmiyyət verməmiş, iş üzrə həqiqətin müəyyən olunması üçün kifayət qədər araşdırma aparmamış, müvafiq ekspertiza təyin etməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə ədalətsiz və əsassız qətnamə qəbul etmişdir. Həqiqətən qeyd olunan müqavilələri bağlamış və kredit götürmüşdür. 10 ildir ticarətlə məşğul olduğuna görə tez-tez banklardan kredit götürmüş və vaxtı-vaxtında qaytarmışdır. Bankların, eləcədə İddiaçı ASC-nin ona qarşı hər-hansı narazılığı və ya tələbi olmamışdır. Krediti alandan sonra pandemiya ilə bağlı karantin elan olunmuş, bütün ticarət obyektləri bağlanmış və fəaliyyəti tam dayanmışdır. Bu səbəbdən fəaliyyət göstərə bilməmiş, kredit götürdüyü pula aldığı mal və vasitələr satılmamış qalmış və krediti ödəməkdə böyük çətinliklər meydana çıxmışdır. Kreditlə bağlı ümumiyyətlə respublikada və dünyada iqtisadi çətinliklər olmuş və ticarətə, xüsusən onun kimi xırda ticarət sahiblərinə ağır ziyan vurulmuşdur. Bu səbəbdən bankdan götürdüyü kreditləriqaytara bilməmiş və bu təqsirin üzündən baş verməmişdir. Ailəli olduğundan, himayəsində 3 azyaşlı övladı vardır. Qeyd etdiyi məsələləri bankda və məhkəmədə bildirib krediti ödəyə bilməməyinin səbəbini ətraflı izah etmişdir. Lakin, sözlərinə əhəmiyyət verən olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Fuad Talışinski - sədrlik edən və məruzəçi, Rafael Eyvazov və Şərafət Məmmədova) 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyi şdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə edilən hissədə iş hallarına uyğun gəlməyən, mücərrəd və ziddiyyətli apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan və sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ekspertiza keçirilməsini israr edən və ilkin əsaslandırıcı səbəbləri müəyyən edilməyən cavabdehin mübahisələndirdiyi dəlillərə dair sübutlar (qəbz və s.) müzakirəyə təqdim edilməmişdir. Ona görə ekspertiza keçirilməsinə əsaslar müəyyən edilmir. Cavabdeh (vəkil Cavabdeh1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi bar ədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasın ı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşd irilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olu nmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdehin apellyasiya və kassasiya şikayətində qeyd etdiyi hallar onun kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icra edilməsindən azad edilməsi üçün əsas olan hallar deyildir. Ölkədə pandemiyanın olması şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab edilən hal deyildir. Bu hal iddiaçı ilə yanaşı cavabdehə də təsir edən amildir. Digər tərəfdən cavabdeh ekspertizanın keçirilməsinin zəruruliyini əsaslandırmamış, ümumi sözlərlə borcun düzgün hesablanmadığını qeyd etmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və M PM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9509/2021 nömrəli iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.