Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1319/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8120/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən veril miş kassasiya şikayətlərinə dair işə 12 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul tələbinə dair" iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müəraciət edərək,, cavabdehlərdən müştərək qaydada 07.05.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən “Mitsubishi Pajero” markalı" **-LL-*** dövlət nömrə nişanlı, Mitsubishi Pajero markalı **-LL-*** dövlət nömrə nişanlı, Toyota Prado markalı **-LL-*** dövlət nömrə nişanlı, Toyota Prado markalı **-LL-*** dövlət nömrə nişanlı və Toyota Prado markalı xxxx dövlət nömrə nişanlı avtomobillərə görə ödənilməli olan 96000 manat, iki il müddətinə ödənilməyən məbləğə illik beş fa izlə hesablanmış 9600 manat, hüquqi yardıma görə 310 manat olmaqla, ümumilikdə 105910 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İşin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında X şirkətindən istifadə müddəti bitmiş maşınların alınaraq, təmir edildikdən sonra satışının həyata keçirilməsi ilə bağlı birgə fəaliyyət haqqında razılaşma olmuş və bu məqsədlə onlar 16 ədəd avtomaşın almışlar. Həmin maşınlardan 8 ədədi İddiaçı qalan 8 ədədi isə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Sonradan iddiaçı Cavabdeh1 31500 manat və 25000 manat borc almışdır. İddiaçı qeyd edilən borcdan 25000 manatını qaytarsa da 31500 manat borcu qalmışdır.
3. İddiaçı öz öhdəliklərini icra etmədiyindən Cavabdeh1 Po lisə müraciət edərək İddiaçı və Muradov Babəkin onu aldadaraq 56500 manat pul aldıqlarını bildirmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 21.09.2019-cu il tarixli qərar ilə mübahisə mülki xarakterli olduğundan Cavabdeh1 məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir.
4. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 07.05.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müavilələrinə əsasən İddiaçı Cavabdeh2 **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı, **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı və **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobillər Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Qeyd edilən müqavilələr üzrə İddiaçı heç bir öd əniş edilməmişdir.
5. Hazırkı icraatdan əvvəl tərəflər arasında məhkəmə mübahisəsi olmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan 19.12.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 X və Cavabdeh1 qarşı müqavilələrin etibarsız hesab edilməsi və avtomobillərin qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir.
6. İddiaçı bildirir ki, Cavabdeh1 2013-cü ildən tanıyır. Uzun müddət tanışlıqları dostluğa çevrildiyinə görə, 2018-ci ilin yaz aylarında onun təklifi ilə birgə biznes fəaliyyətinə başlamağı qərara almışlar və avtomobil alqı-satqısı ilə məşğul olmaq razılığına gəlmişlər. Bunun üçün 27.000 manat ödəyərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində təşkil olunmuş hərracdan o 8 avtomobil və cavabdeh olan Cavabdeh1 da 25.100 manata 8 avtomo bil almışdır. Hərracdan alınmış xxx dövlət nişanlı Mitsubishi Pajero markalı, xxx dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı, xxx dövlət nömrə nişanlı Toyota Prado markalı, xxx dövlət nömrə nişanlı Toyota Prado markalı, xxx dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobillər və daha 3 üç avtomobil, X8, X8 Prado və Mitsubishi Pajero 14.12.2018-ci il tarixdə X3 adına qeydə alınaraq, həmin avtomobillərə dair adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Qeyd edildən 3 avtomobil birgə satılıb və onlarla bağlı mübahisə yoxdur. 05.05.2019-cu il tarixində Cavabdeh1 ona bildirmişdir ki, “alıcı var, sənə aid olan 5 avtomobili 80.000 manata almaq istəyir.” Ona bildirmilşdir ki, “o qiymətə satsaq gəlir əldə etmərik.” Ona görə də maşınların qiymətini bir qədər artırmışdır. Av tomobilləri satmaq üçün danışıq apardığı günün axşamı qardaşı vəfat etmiş, yas mərasiminə başı qarışdığı üçün alqı-satqıya gedə bilməmişdir. Cavabdeh1 2 gün sonra, yəni mayın 7-də səhər ona bildirmişdir ki, maşınları alan şəxs, yəni hazırda digər cavabdeh olan Cavabdeh2 maşınların pulunu verib, pul evdədir, təcili gedib Yol Polisində alqı-satqını rəsmiləşdirmək lazımdır. Aralarında etibar olduğundan ona inanmış və 07.05.2019-cu il tarixdə cavabdeh X ilə aralarında **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobilə dair 18000 manata, **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobilə dair 18000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobilə dair 20000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobilə dair 20000 m anata və **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobilə dair 20000 manata alqı-satqı müqavilələri bağlanmışdır. Alqı-satqı müqavilələrinə əsasən nəinki satılmış avtomobillərin müqavilələrdə nəzərdə rutulmuş dəyəri olan 96000 manat, hətta ilkin olaraq X tərəfindən vəd edilmiş 80000 manat pul cavabdehlər tərəfindən BDYPİ-də ona ödənilməmişdir. Həmin gün axşam Cavabdeh1 onu haqq-hesab etmək üçün evinə dəvət etmişdir. Qardaşı X birlikdə onun evinə getmiş, digər Cavabdeh2 da orada olmuşdur. Cavabdeh1 həmin şəxslərin yanında ona bildirmişdir ki, “mənə borcunuz var, maşınları borca görə səni aldadaraq X adına keçirmişəm, nə vaxt borcunuzu qaytarsanız maşınları qaytaracam.” Burada ona məlum olmuşdur ki, Cavabdeh1 avtomobilləri satmaq üçün ona alıcı tapması adı ilə aldadaraq avtomob illəri qohumu olan digər Cavabdeh2 adına keçirilməsinə nail olmuşdur. Dəfələrlə məsələni sülh yolu ilə həll etməyə çalışsa da, buna nail olmadığı üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərdən müəyyən edilir ki, cavabdehlər qabaqcadan əlbir olub, onu aldadaraq mülkiyyətində olan avtomobillərə dair alqı-satqı müqavilələrinin bağlanmasına nail olmuş, beləliklə də müqavilələrə görə hər hansı pul məbləğini ödəməməklə öhdəliyini yerinə yetirməmişdir. Göstərilən avtomobillərin alqı-satqısına dair müqavilələr 07.05.2019-cu il tarixdə bağlansa da, həmin müqavilələr üzrə ödənilməli olan 96.000 manat pul vəsaiti cavabdehlər tərəfindən ödənilməmişdir. Müqavilənin bağlanma tarixindən, yəni müqvailələr üzrə ödənilməli olan 96.000 manat pul vəsaitinin cavabdehlər tərəfindən ödənilməli olan vaxtdan 2 ildən artıq müddət keçmişdir. Odur ki, iki ildən artıq bir müddət ərzində ödənilməli olan 96.000 manat ödənilmədiyindən və daha üstün mövqedən çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən cavabdehlər tərəfindən əlavə olaraq tələb olunan 96.000 manat pul vəsaitinə illik beş faiz də ödəmələrini tələb etmək hüququ vardır. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə cavabdehlərə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırılması ilə əlaqədar vəkillik qurumu ilə bağlanmış müqavilə üzrə 08.04.2021-ci il tarixli, 16748 nömrəli bank qəbzi ilə həmin quruma 310 manat ödənilmişdir. Eyni zamanda 30 manat dövlət rüsumu ödənilərək bank qəbzi iddia ərizəsinə əlavə edilmişdir.
7. Cavabdeh1 bildirir ki, İddiaçı onun tərəfindən heç vaxt aldadılmamışdır. Ümumiyyətlə iddia tələbində göstərilən avtomaşınlar formal olaraq İddiaçı adına rəsmiləşdirilmişdir. Belə ki, həmin avtomaşınlar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Xs” birliyindən onun və Cavabdeh2 pul vəsaitinə alınmışdır. Bu zaman İddiaçı tərəfindən hər hansı bir məbləğdə pul vəsaiti ödənilməmişdir. Həmin maşınların sonradan təmiri də onun tərəfindən verilmiş pul vəsaitləri hesabına həyata keçirilmişdir.Sonradan İddiaçı adına olan beş avtomabilləri alqı-satqı edərək Cavabdeh2 adına rəsmiləşdirildi. Həmin vaxt beş ədəd avtomabillərin dəyəri olan 96 000 manat İddiaçı vermədik. Çünki İddiaçı adına avtomabillər formal alınmışdır.
8. Cavabdeh2 bildirir ki, iddia tələbində göstərilən avtomaşınların dəyəri alqı-satqı müqavilələrindən öncə onun tərəfindən ödənilmişdir. Avtomabillərin onun adına keçi rilməsi ilə İddiaçı heç bir pul ödəməmişdir. O, Azərbaycan Respublikasında olmadığından maşınlar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “X” birliyindən alındıqdan sonra formal olaraq İddiaçı adına rəsmiləşdirilmişdir. Odur ki, o, Azərbaycana qayıtdıqdan sonra onunla iddiaçı arasında alqı-satqı müqavilələri bağlanaraq avtomaşınlar onun adına keçirilmişdir. Bundan əlavə iddiaçı 2019-cu ilin iyul ayında Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin o zaman onun aldadılması və alqı-satqı müqavilələri bağlanarkən maşınların dəyərinin ödənilməməsi barədə şikayət etməmişdir. Ümumiyyətlə iddiaçının bu iddiasının verilməsinin əsas səbəbi cavabdehlər tərəfindən iddiaçıya qarşı pul tələbinə dair iddiaya maneəçilik törətməkdir. Belə ki, hələ İddiaçı tərəfindən hazırki iddia məhk əməyə verilməmişdən əvvəl iddiaçı Cavabdeh1 cavabdehlər X1 və İddiaçı X qarşı hazırki iş üzrə mübahisələndirilən avtomobillərə görə yaranmış borc tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsi icraata qəbul edilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-3003/21) iddia tələbi qismən təmin edilərək Cavabdeh2 07.05.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən “Mitsubishi Pajero” markalı" **-LL*** dövlət nömrə nişanlı, “Mitsubishi Pajero” markalı **-LL-*** dövlət nömrə nişanlı, “Toyota Prado” markalı 99-LL294 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı **-LL-*** dövlət nömrə nişanlı və “Toyota Prado” markalı xxx dövlət nömrə nişanlı avtomobillərə görə ödənilməli olan 96000 manat, iki il müddətinə ödənilməyən məbləğə illik beş faizlə hesablanmış 9600 manat, hüquqi yardıma görə 310 manat olmaqla, ümumilikdə 105910 (bir yüz beş min doqquz yüz on) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, 07.05.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı əsasən İddiaçı Cavabdeh2 **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobili 18000 manata, **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobili 18000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado mark alı avtomobili 20000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20000 manata və **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20000 manata satmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19.12.2019-cu il tarixli, 2(004)-7256/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 Razim oğluna və Cavabdeh1 qarşı müqavilələrin etibarsız hesab edilməsi və avtomobillərin qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
11. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 07.05.2019- cu il tarixli alqı-satqı müqav ilələri üzrə tərəf olmadığından, iddiaçı tərəfindən avtomobillərə görə ona pul verilməsi kifayət qədər əsaslandırılmadığından, iddia tələbi digər cavabdehə münasibətdə təmin olunmamalıdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.3, 385.1, 425.1, 442, 443.4, 445.1, 445.7-ci, Mülki Prosessual Məcəlləsinin 121.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 apelyasiya şikayəti vermişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) 2(103)-8120/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər i Yasamal Rayon Məhkəməsinin iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, alqı-satqı müqavilələri rəsmiləşdirilərkən müqavilə məbləğlərinin iddiaçıya ödənilmədiyinin cavabdeh tərəfindən məhkəmə iclasında təsdiq edilməsi ilə müqavilələrdə həmin məbləğlərin satıcı tərəfindən alınmasına dair qeyd öz mötəbərliyini itirir. Belə ki, cavabdeh apellyasiya şikayətində müqavilədəki həmin qeydə istinad etsə də, birinci instansiya məhkəməsində izahat verərkən alqı-satqı vaxtı pul ödəmədiyini, avtomobilləri öz adına pulsuz keçirdiyini bildirmişdir (i.v.72).
16. Alqı-satqı müqavilələrinin etibarsız hesab olunması tələbi nə dair iddianın qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd olunmasına gəldikdə, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı həmin işdə də müqavilə məbləğlərinin ona ödənilmədiyini göstərmiş, lakin bu hal müqavilənin etibarsızlığı üçün əsas vermədiyinə görə iddia təmin olunmamışdır. Ali Məhkəmənin həmin iş üzrə 22.02.2021-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, əşyanın dəyərinin ödənilməməsi alqı-satqı müqavilələrinin etibarsızlığı üçün deyil, Mülki Məcəllənin 421.2-ci maddəsinin tələbinə uyğun olaraq müqavilənin ləğvi və ya alqı-satqı üzrə ödənilməli olan pul vəsaitinin tutulması üçün əsas ola bilər. İddiaçı məhz bu halı nəzərə alıaraq hazırkı iddianı qaldırmışdır.
17. Avtomobillərin iddiaçının mülkiyyətində olması X7 verdiyi müvafiq sənədlərlə, eləcə də alqı-satqı müqavilə ləri ilə təsdiq olunur. Müqavilə məbləğlərinin ödənilmədiyini isə cavabdeh təkzib etməmiş, avtomobilləri mülkiyyətinə pulsuz keçirdiyini təsdiq etmiş və bununla da iddiaçını həmin faktı sübut etmək vəzifəsindən azad etmişdir.
18. Məhkəmə mübahisəli avtomobillərinin cavabdehin vəsaiti hesabına alınması ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh avtomobillərin hərracdan onun vəsaiti hesabına alındığını, iddiaçının adına formal qeydiyyatdan keçdiyini göstərsə də, həmin halları təsdiq edən hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir. Apellyasiya baxışı zamanı isə o, cəmi 10 000 manat pulu əvvəlcədən Cavabdeh1 verdiyini göstərmişdir. Halbuki, avtomobillərin alınması üçün daha çox vəsait xərclənmiş və sonradan müvafiq təmir işləri aparıldıqdan sonra satılmışdır.
19. Göründüyü kimi, Cavabdeh2 avtomobillərə görə nə alqı-satqı vaxtı, nə də ondan əvvəl İddiaçı hər hansı məbləğ ödəməmişdir. Cavabdeh2 Cavabdeh1 pul verməsinə gəldikdə isə onun hazırkı iş üzrə İddiaçı aidiyyəti yoxdur. O, Cavabdeh1 verdiyi məbləği geri tələb etmək hüququnu özündə saxlayır.
20. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi mübahisəli müqavilələrin formal xarakter daşımasına və həmin müqavilədə nəzərdə tutulmuş avtomaşınların dəyərinin əvvəlcə dən cavabdehlər tərəfindən ödənilməsinə düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı yazılı verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
25. MPM-ə əsasən kassasiya ins tansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində Cavabdeh2 apelyasiya instansiyası məhk əməsinin aktının tam ləğvini xahiş etdiklərindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
28. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
29. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
30. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
31. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
32. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, n ə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
33. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. (maddə 218.3)
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
35. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəm əsinin mövqeyi
36. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
37. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (30-31)
38. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, alqı-satqı müqavilələri rəsmiləşdirilərkən müqavilə məbləğlərinin iddiaçıya ödənilmədiyinin cavabdeh tərəfindən məhkəmə iclasında təsdiq edilməsi ilə müqavilələrdə həmin məbləğlərin satıcı tərəfindən alınmasına dair qeyd öz mötəbərliyini itirir. Belə ki, cavabdeh apellyasiya şikayətində müqavilədəki həmin qeydə istinad etsə də, birinci instansiya məhkəməsində izahat verərkən alqı-satqı vaxtı pul ödəmədiyini, avtomobilləri öz adına pulsuz keçirdiyini bildirmişdir.
39. Bununla bağlı Cavabdeh2 kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, mübahisəli müqavilələr formal xarakter daşımış və həmin müqavilədə nəzərdə tutulmuş avtomaşınların dəyəri əvvəlcədən məhz cavabdehlər tərəfindən ödənilmişdir.
40. İşin hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında “X” şirkətindən istifadə müddəti bitmiş maşınların alınaraq, təmir edildikdən sonra satışının həyata keçirilməsi ilə bağlı birgə fəaliyyət haqqında razılaşma olmuş və bu məqsədlə onlar 16 ədəd avtomaşın almışlar. Həmin maşınlardan 8 ədədi İdd iaçı qalan 8 ədədi isə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. 41. 07.05.2019-cu il tarixli müqavilələrlə iddiaçı eyni gündə beş avtomobili Cavabdeh2 satmışdır.
42. Qeyd edilən hallarla yanaşı işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı həmin avtomobilləri Cavabdeh2 məhz Cavabdeh1 təklifi ilə satmışdır.
43. Belə ki, iddiaçı bildirir ki, avtomobillərə alıcı olan Cavabdeh2 ona Cavabdeh1 təqdim etmiş və o da sonuncunun təklifi ilə avtomobilləri pul almadan Cavabdeh2 adına keçirtmişdir. Alqı-satqı müqaviləsi bağlandığı günün axşamı ona məlum olmuşdur ki, Cavabdeh1 onu aldatmışdır.
44. Cavabdeh bildirir ki, 16 ədəd avtomobilin alınmasına görə xərclənən 61500 manat pul vəsaiti onun tərəfindən ödənilmiş, məqsədləri bu avtomobilləri sataraq gəlir əldə etmək olmuşdur. Bu avtomobillər alındıqdan sonra iddiaçı və onun qardaşı ilə ikinci partiya avtomobil almaq qərarına gəlmiş və onlara yenidən bu məqsədlə 56500 manat pul vermişdir. İkinci partiya avtomobilləri almaq üçün 56500 manat pulları verdikdən sonra iddiaçı tərəfindən aldadıldığını başa düşərək əldə olunmuş şifahi razılaşmadan imtina etmiş və 16 ədəd avtomobilin alınmasına görə çəkilən xərcləri qaytarmaq üçün avtomobilləri əvəzsiz olaraq Cavabdeh2 adına keçirilməsini tələb etmişdir. İddiaçı könüllü olaraq 16 ədəd avtomobilin alınması ilə bağlı onun qarşısında olan öhdəliyi icra etmək üçün avtomobilləri pul tələb etmədən Cavabdeh2 adına keçirmişdir.
45. Eyni zamanda iş materialları ilə görünür ki, iddiaçının göstərdiyi hallar Bakı şəhəri Yasamal RPİ-nin cinayət işinin rədd edilməsi haqqında 21.09.2019-cu il tarixli qərarı və Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan 19.12.2019-cu il tarixli qətnaməsi ilə təsdiq edilir.
46. Belə ki, cinayət işinin rədd edilməsi haqqında 21.09.2019-cu il tarixli qərarla müəyyən edilir ki, iddiaçı mübahisə predmeti olan avtomobillərlə bağlı Cavabdeh2la alqısatqı müqaviləsi bağlandıqdan dörd gün sonra yəni 11.05.2019-cu ildə iddiaçı Cavabdeh1 56500 borclu olduğunu və həmin məbləği 1 ay müddətinə qaytaracağını öhdəsinə götürmüşdür.
47. Bundan başqa Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan 19.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı X və onun qardaşı X2 alqı-satqı müqavilələri bağladıqdan dörd gün sonra, yəni 11.05.2019-cu ildə Cavabdeh1 56500 manat borclu olduqları və həmin borcu 30.05.2019-cu ilədək qaytaracaqları barədə qəbz vermişl ər.
48. İddiaçı bu məbləği şəxsi ehtiyacları üçün cavabdehdən aldığını göstərsə də Cavabdeh1 izahatından görünür ki, sonuncu bu məbləği iddiaçıya məhz ikinci partiya avtomobillərin alınması üçün vermişdir.
49. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı bu məbləği geri qaytarmadığı üçün Cavabdeh1 Yasamal RPİ-yə müraciət etmiş və həmin orqanın cinayət işinin rədd edilməsi haqqında qərarının qəbul edildiyi vaxtda, yəni 21.09.2019-cu ildə iddiaçı Cavabdeh1 borcundan 25000 manat qaytarmaqla 31500 manat borclu olduğunu etiraf etmişdir.
50. Göründüyü kimi avtomobillər satıldığı vaxt iddiaçının cavabdehə 56500 manat borclu olduğu Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan 19.12.2019-cu il tarixli qətnaməsi ilə də təsbit edilir.
51. Belə olan vəziyyətdə apellyasiya instan siyası məhkəməsinin qətnaməsi işin qeyd edilən hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış və məhkəmə kollegiyası alqı-satqı müqavilələri bağlanan vaxt Cavabdeh1 onu aldatdığına, avtomobillərə görə pul ödəmədiyinə dair iddiaçının izahatını nəzərə almış, əslində isə iddiaçının pul almadan alqı-satqı müqavilələri bağlamaqla 16 ədəd avtomobilin alınmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsi ilə bağlı onun qarşısında yaranmış öhdəliklərin icra edilməsi ilə bağlı cavabdehlərin dəlillərini nəzərə almamış, nəticədə iş üzrə düzgün olmayan olmayan qətnamə qəbul etmişdir.
52. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən sübutlar hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddə sinin tələblərinə riayət etməklə həmin sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.
53. Halbuki, MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
54. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
55. Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır.
56. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar).
57. Beləliklə işi n yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi işdə olan sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verməmiş, nəticədə apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
58. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
59. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasi ya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8120/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.