Məhkəmə qərarları › İş №2(102)-1320/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1320/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1320/2021 04.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank “xxxx” ASC-nin cavabdehlər Cavabdeh və X4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-776-2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Bank “xxxx” ASC cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2015-ci il tarixli, 560 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə xx xxxxxxxx 2018-ci il tarixə olan 47596,12 manat əsas, 1162,98 manat faiz, bildirişin qeydə alınması üçün 30 manat, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının Cavabdeh iddiaçının xeyrinə tutulması; xx xxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Samux rayonu, Sərkar kəndində yerləşən fərdi yaşayış evi və 0,07 ha torpaq sahəsi ilə birgə tutmanın yönədilməsi, açıq hərracda satılması, kredit borcunun hərracdan əldə edilmiş vəsait hesabına ödənilməsi, əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödənilməsinə yetərli olmadıqda qalan məbləğin cavabdehdən tutulması, həmçinin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank “xxxx” ASC iddia tələbinin artırılması barədə ərizə verərək, X3 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Samux rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Zeynalova, iş № 2(058)-41/2019) iddia qismən təmin edilərək, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2015-ci il tarixli, 560 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsindən irəli gələn, xx xxxxxxxx 2018-ci il tarixə olan 47596,12 manat əsas, 1162,98 manat faiz borcu, cəmi 48759,1 (qırx səkkiz min yeddi yüz əlli doqquz manat on qəpik) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı, cəmi 60,40 (altmış manat qırx qəpik) manat Cavabdeh iddiaçı Bank “xxxx” ASC-nin xeyrinə tutulması, tutma Cavabdeh ilə bağlanmış xx xxx 2015-ci il tarixli ipoteka və alqısatqı müqaviləsi əsasında tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, Samux rayonu Sərkar kəndində yerləşən, qiyməti 40000 manat müəyyən edilmiş fərdi yaşayış evinə və 0,07 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, kredit borcunun satışdan əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi və fərdi yaşayış evinin boşaldılması; İddia tələbi ipoteka pre dmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh tutulması hissəsində təmin edilməməsi; İş üzrə aparılmış qiymətləndirmənin dəyəri olan 300 manat ekspertiza xərcinin iddiaçı Bank “xxxx” ASC-dən tutulub VÖEN **********, “xxxx” ASC-nin Əməliyyat filialı, VÖEN **********, M/h AZ89NABZ******************** Kod 503314, S.W.İ.F.T. BİC: AMRAAZ22, H/h AZ40AMRA******************** ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx xxx 2015-ci il tarixli, 560 saylı kredit müqaviləsinə görə, “xxxx” ASC Cavabdeh yaşayış sahəsinin alınması məqsədilə illik 4 % olmaqla 348 ay müddətinə 50000 manat kredit verilmişdir. xx.xx.2015-ci il tarixli, 560 saylı kredit müqaviləsinə alqı-satqı və ipoteka müqaviləsinə görə, Samux ray onu Sərkar kəndində 0,07 ha torpaq sahəsində yerləşən, xx.xx.2015-ci il tarixli, RX ******* saylı Çıxarışa əsasən satıcı X1 mülkiyyətində olan, alıcı Cavabdeh satılmış 4 otaqlı, ümumi sahəsi A-176,2 kv.m, o cümlədən yaşayış sahəsi 84,2 kv.m, tikilialtı sahələri B-xidməti bina 79,3 kv.m-dən ibarət olan bir mərtəbəli fərdi yaşayış evi 0,07 ha torpaq sahəsi ilə birgə kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoyulmuşdur. Müqavilənin 1.4-cü bəndinə görə ipotekaya qoyulmuş əmlakın ilkin satış qiyməti 65000 manat məbləğində qiymətləndirilmişdir; xx.xx.2018-ci il tarixli, ND-2018/4739 saylı maliyyə arayışına görə, Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixədək 5555,96 manat ödəniş edilmiş, onun xx.xx.2018-ci il tarixə borcu-47596,12 manat əsas, 1162,98 manat faiz olmaqla, cəmi 48759,1 manatd ır. “xxxx” MMC-nin iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 159/xxxx/19 saylı hesabatına görə, Cavabdeh məxsus, Samux rayonu, Sərkar kəndində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixə bazar qiyməti 40000 manat təşkil edir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə ö hdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin ə vəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdırilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə gö türür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Birinci instansiya məh kəməsi qeyd etmişdir ki, iş materialları ilə təsdiq edilir ki, Cavabdeh xx.xx.2018-ci ıl tarixə iddiaçıya xx.xx.2015-ci il tarixli, 560 saylı krediti müqaviləsi üzrə 47596,12 manat əsas, 1162,98 manat faiz olmaqla, cəmi 48759,1 manat borcu yaranmış, xəbərdarlıq edilsə də, həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2015ci il tarixli, 560 saylı kredit müqaviləsi üzrə 47596,12 manat əsas, 1162,98 manat faiz olmaqla, cəmi 48759,1 manat borcun Cavabdeh alnaraq iddiaçının xeyrinə ödənilməsi hissəsində təmin edilməlidir. İddiaçı həmçinin borcun tutulmanın təminatı kimi xx.xx.2015-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən banka ipotekaya qoyulmuş, Cavabdeh mülkiyyətində olan, Samux rayonu Sərkar kəndində yerləşən, qiyməti 40000 manat məbləğində müəyyən edilmiş fərdi yaşayış evinə və 0,07 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin kredit borcunun ödənilməsi üçün iddiaçının hesabına keçirilməsi, fərdi yaşayış evinin boşaldılması tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar nəzərə alınmaqla iddia tələbi həmin hissədə də təmin olunmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin satışdan əldə olunan vəsaitin borcun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin Cavabdeh tutulması hissəsinə münasibətdə aşağıdakıları bildirmişdir: “Məhkəmə qətnaməsi haqqında” Azərb aycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli, 4 saylı qərarının 6.8-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Həmin Qərarın 9.3-cü bəndinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddia təmin edilərkən, qətnamədə əsas borc, ziyan, dəbbə pulu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən edilməli, həm də alınmalı olan ümumi məbləğ hesablanmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilinmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin tələblə bağlı məsələlər “İcra haqqında” Azərbaycan Respublikası Qanunun müddəaları ilə tənzimləndiyindən iddianın həmin hissəsi təmin edilə bilməz. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Muradov (sədrlik edən və məruzəçi), Ş.Əliyeva və Ə.Məmmədov, iş № 2(104)-776-2020) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Samux Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(058)-41/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışd ır. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2015-ci il tarixli 560 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 348 ay müddətinə illik 4 faiz ödəmək şərti ilə 50000 manat kredit verilmişdir. Eləcədə ipoteka saxlayan “xxxx” ASC, alıcı-ipoteka qoyan Cavabdeh və satıcı X2 arasında xx xxx 2015-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və Samux rayonu Sərkar kəndində yerləşən 0,07 ha torpaq sahəsi üzərində olan 4 otaqlı ümumi sahəsi A-176,2 kv.m., yaşayış sahəsi 84,2 kv.m., tikilialtı sahələri B-Xidməti bina 79,3 kv.m. ibarət bir mərtəbəli fərdi yaşayış evini alıcı-ipoteka qoyanın mülkiyyətinə vermişdir. Həmin müqavilənin şərtlərinə əsasən ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ümumi dəyərinin 15000 manat ı alıcı-ipotaka qoyan Cavabdeh tərəfindən, 50000 manat isə kreditor-ipoteka saxlayan “xxxx” ASC tərəfindən ödənilmişdir. “xxxx” ASC-nin lisenziyası ləğv olunduğundan “xxxx” ASC-nin vəsaiti hesabına verilmiş ipoteka kreditlərinə xidmət olunması və ipoteka kreditləri üzrə tələb hüquqları Bank “xxxx” ASC-yə həvalə edilmişdir. Borcalan Cavabdeh müqavilə üzrə öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən, Bank “xxxx” ASC hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 385, 386, 442, 443, 448, 449, 739 maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 59-cu maddələrinin tətbiqi ilə razılaşmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)776-2020 nömrə li iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin əsas kredit borcunun düzgün hesablanmaması və evinin qiymətinin aşağı qiymətləndirilməsi hissəsində ləğv edilib bu hissədə yeni məhkəmə baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnaməsini əsas borcun 47596,12 manat məbləğində hesablanmasını və evin qiymətinin 40000 manat məbləğində qiymətləndirilməsini əsassız hesab edir. Həmin dəlillərlə bağlı məhkəməyə təqdim etdiyi sübutlar düzgün qiymətləndirilməmişdir. O, götürdüyü kreditdən xeyli məbləğ ödəmiş, lakin bu məbləğlər əsas borcdan silinməmişdir. Hazırda evinin qiyməti 70000 manat olar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçı larının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-7762020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi «ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində» ləğv edilməli, həmin hissədə mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, qalan mübahsələndirilən hissədə isə qətnamə dəyişdirilmədən saxlanmalıdır. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən borcun düzgün hesablanmamasını və ipoteka predmetinin ilk in satış qiymətinin aşağı müəyyən olunmasını mübahisələndirmişdir. Borcun düzgün hesablanmamasına dair dəlilə qiymət verən apellyasiya instansiya məhkəməsi xx xxxxxxxx 2018-cu il tarixli maliyyə arayışına istinad edərək qeyd etmişdir ki, Cavabdeh 47596,12 manat əsas, 1162,98 manat faiz olmaqla, cəmi 48759,1 manat borc yaranmışdır. Bu zaman apellyasiya məhkəməsi digər sübutların təqdim edilmədiyi halda iddiaçı tərəfindən borcun həddi ilə bağlı təqdim edilmiş sübutu haqlı olaraq əsaslı saymışdır. Kassasiya şikayətində isə borcun düzgün hesablanmamasını ödənilmiş məbləğin əsas borcdan deyil, faiz məbləğinə aid edilməsi ilə əsaslandırmışdır. Mülki Məcəllənin 432.4-cü maddəsinin tələbinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizlər və xərcləri də ödəməlidirsə, bütün borcun ödən ilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. İstinad olunan normanın tələblərinə görə borcun ilkin olaraq əsas borc məbləğinin hesabına aid edilməsi və bu əsasla borcun düzgün hesablanmamasına dair cavabdeh tərəfin dəlilinin aşkar olaraq əsassız olması müəyyən olunur. Belə ki, ödənilmiş məbləğinin realizə edilməsi ardıcıllığı qanunla müəyyən olunmuş, borclunun bu qaydadan fəqli qaydalar əsasında borcun silinməsini tələb etməsi yolverilməzdir. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, borcun məbləğini müəyyən edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apelyasiya instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası ipoteka predmetinin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş ilkin satış qiymətinə dair mövqeyi ilə razılaşmır. Belə ki, xx.xx.2015-ci il tarixli, 560 saylı kredit müqaviləsinə alqı-satqı və ipoteka müqaviləsinə görə, Samux rayonu Sərkar kəndində 0,07 ha torpaq sahəsində yerləşən, xx.xx.2015-ci il tarixli, RX ******* saylı Çıxarışa əsasən satıcı X1 mülkiyyətində olan, alıcı Cavabdeh satılmış 4 otaqlı, ümumi sahəsi A-176,2 kv.m, o cümlədən yaşayış sahəsi 84,2 kv.m, tikilialtı sahələri B-xidməti bina 79,3 kv.m-dən ibarət olan bir mərtəbəli fərdi yaşayış evi 0,07 ha torpaq sahəsi ilə birgə kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoyulmuşdur. Müqavilənin 1.4-cü bəndinə görə ipotekaya qoyulmuş əmlakın ilkin satış qiyməti 65000 manat məbləğində qiymətləndiri lmişdir Birinci instansiya məhkəməsi tərəfindən alınmış “xxxx” MMC-nin iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 159/xxxx/19 saylı hesabatına görə isə Cavabdeh məxsus, Samux rayonu, Sərkar kəndində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixə bazar qiyməti 40000 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, cavabdeh sosial təminat hüququnun təmin edilməsi ilə bağlı güzəştli şərtlərə kredit almış, həmin məbləğə özünün 15% etmiş olduğu əlavə ilə ipoteka predmetini alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Belə olan halda faktiki olaraq alqı-satqı-ipoteka müqaviləsində göstərilən qiymətlə qiymətləndiricinin müəyyən etdiyi qiymət arasında əhəmiyyətli dərəcədə fərqin olması aşkardır. Apelyasiya instansiya məhkəməsi isə alqı satqı- ipoteka müqaviləsindəki qiyməti hansı səbəbdən əsaslı saymaması və qiymətləndiricinin rəyində göstərilən məbləği isə əsaslı sayması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Qiymətlər arasında əhəmiyyətli dərəcədə fərqin olmasına baxmayaraq Mülki Proessual Məcəllənin 97.1-ci maddəsinin tələbinə istinad edərək yeni qiymətləndirmə rəyinin alınması təşəbbüsündə olmamışdır. Bununla yanaşı apellyasiya məhkəməsi ilkin satış qiymətini müəyyən edərkən eyni zamanda ipoteka predmetinin likvid qiymətinin müəyyən edilməsini təmin etməli idi. Lakin likvidliklə bağlı birinci instansiya məhkəməsinin müvafiq araşdırma aparmamasına baxmayaraq qətnaməni faktiki olaraq dəyişdirilmədən saxlamaqla maddi hüquq normasının pozulmasına şərait yaratmışdır. “İpoteka haqqında” Qanunun 39.3. 3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

9. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

10. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətin in müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli 01 saylı qərarına əsasən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Ple numunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbay can Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuş və bu pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunm asını təmin etməli, dəlillərə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-776-2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi «ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə aid hissədə» ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar