Məhkəmə qərarları › İş №2(102)-1324/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1324/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1324/2021 15.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respub likası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddia ölmüş şəxsə qarşı verildiyindən iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2041/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qərardadından iddiaçı Ləğv pr osesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 15 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, hazırkı iş üzrə cavabdeh qismində göstərilmiş Cavabdeh 24 aprel 2017-ci il tarixdə vəfat etmişdir.

2. Həmçinin iş materialları ilə müəyyən edilir ki, iddiaçının Cavabdeh qarşı irəli sürdüyü iddia ərizəsi Məhkəməyə 31.05.2020-ci il tarixdə daxil olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı borc tələbi və tutmanın girov predmentinə yönəldilməsinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 163,37 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 169,26 ABŞ dolları faiz, 219,51 ABŞ dolları məbləğində cərimə, müqavilənin bitdiyi tarixdən 31.01.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 20,28 ABŞ dolları borc olmaqla, cəmi 572,42 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, borcun Cavabdeh mülkiyyətindəki 1 ədəd 19,4 qram çəkidə boyunbağı, 1 ədəd 9 qram çəkidə üzük, 1 ədəd 9,6 qram çəkidə qolbağı, 1 ədəd 3,7 qram çəkidə sırğadan ibarət olan qızıl- zinət əşyalarına yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun silinməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməs inə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) 12 avqust 2020-ci il tarixli, 2(039)-1204/2020 nömrəli qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı borc tələbi və tutmanın girov predmentinə yönəldilməsinə dair mülki işin icraatına xitam verilmişdir

5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddia ərizəsi Məhkəməyə daxil olmamışdan əvvəl Cavabdeh vəfat etdiyindən o, hazırki iş üzrə tərəf ola bilməzdi.

6. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 25.2-ci, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 50.1, 261.0.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Qərardaddan iddiaçı apellyasiya şikayəti vermişdir.

8. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2041/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və A.Mahmudov) iddiaçı-ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 tərəfindən verilmiş şikаyət təmin edilməmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2(039)-1204/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddia ərizəsi Məhkəməyə daxil olmamışdan əvvəl Cavabdeh vəfat etdiyindən o, hazırki iş üzrə tərəf ola bilməzdi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin də lilləri

10. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

12. Kassasiya şikayətində irəli sürülən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının y eri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

15. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. (maddə 25.2) Mülki Prossesual Məcəllə

16. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. (maddə 50.1)

17. İş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilə n hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. ( maddə 261.0.7)

18. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

19. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halla rı müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.

22. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

23. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2041/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar