Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1326/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin qanuni əsasının müəyyən edilməsi, faksimile klişe imza vasitəsi ilə müqavilənin bağlanması, düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnən prosessual pozuntulara yol verilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nüm ayəndə3, Cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri X4, Nümayəndə1 və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı pulun ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3780/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. “xxxx” MMC ilə cavabdeh “xxxx” QSC (bundan sonra – QSC və ya cavabdeh QSC) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, PS 01/041 nömrəli xxxx əsasən, satıcı olan QSC müqaviləyə əlavə edilmiş təsnifatda göstərilən miqdarda və keyfiyyətdə neft məhsullarını satmağı, alıcı MMC isə neft məhsullarının dəyərini əvvəlcədən ödəməklə məhsulların keyfiyyətinə və kəmiyyətinə uyğun olaraq təsnifatda göstərilən miqdarda qəbul etməyi öz öhdəsinə götürmüşdür. 2. “xxxx” MMC tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli etibarnamələrin məzmununa əsasən sonuncunun “xxxx” MMC (VÖEN: **********) adından PS 01/041 say 11.xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən QSC-dan alnmış neft (yanacaq) məhsullarını Respublikanın müxtəlif rayonlarındakı YDM-lərə satışının təşkilinin təmin edilməsi və satılmış malların dəyərinin bir il ərzində şirkətin xəzinəsinə kassa mədaxil orderi və ya banklardakı hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirməsi etibar edilmişdir. 3. “xxxx” MMC təsisçisinin xx xxxxx 2018-ci il tarixli qərarı ilə MMC-nin adı dəyişdirilərək İd diaçı MMC kimi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC (bundan sonra – iddiaçı və MMC) iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 2015-ci il üzrə 20994909,69 manat, 2016-cı il üzrə 17832241,62 manat, 2017-ci il üzrə 13272902,98 manat məbləğində borcun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 30 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 neft məhsullarının satışından 12 ay müddətindən əldə etdiyi külli miqdarda pul vəsatini hələ də qanunsuz olaraq öz istifadəsində saxlayaraq iddiaçıya ödəməmişdir. Külli miqdrada pul vəsaitinin qaytarılması ilə bağlı iddiaçının Cavabdeh1 etdiyi çoxsaylı şifahi və yazılı xəbərdarlıqlarına baxmayaraq cavabdeh bu günə kimi istifadəsində saxladığı iddiaçıya aid pul vəsaitini qaytarmaqdan imtina edir. Qeyd olunanlara əsasən cavabdehlərdən müştərək qaydada 2015-ci il üzrə 20994909,69 manat, 2016-cı il üzrə 17832241,62 manat, 2017-ci il üzrə 13272902,98 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla 52100084,29 (əlli iki milyon yüz min səksən dörd manat 29 qəpik) manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəs i və vəkili iddianı qəbul etməyərək göstərmişdir ki, tərəflər arasında xx.xx.2018 tarixli üzləşmə aktı tərtib edilərək imzalanmışdır. Həmin üzləşmə aktını “xxxx” MMC tərəfindən Şahid (MMC- nin möhürü ilə təsdiqləməklə) və hazırkı iş üzrə cavabdeh Cavabdeh1 imzalamışlar. Qeyd olunan üzləşmə aktından görünür ki, Cavabdeh1 “xxxx” MMC-yə bir manat da olsun borcu yoxdur. Ona görə də, iddia tələbi rədd edilməlidir.
7. Cavabdeh QSC-nin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, bu işin QSC-yə ümumiyyətlə heç bir aidiyyatı yoxdur. Belə ki, QSC ödənilmiş pul müqabilində Cavabdeh1 yanacaq vermişdir. Sonuncu ilə iddiaçı arasında olan münasibətlərin QSC ilə hər hansı bir əlaqəsi yoxdur. Ona görə də, tələb QSC-yə qarşı rədd edilməlidir.
8. Birinci i nstansiya məhkəməsi tərəfindən təyin edilmiş xx.xx.2019-cu il tarixli 6759 saylı ekspert rəyində qeyd olunmşdur ki, ekspertizaya təqdim olunmuş, “xxxx” MMC-nin direktoru Şahid və Cavabdeh1 adlarından olan xx xxxxxx 2018-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi aktı”nın aşağı sol hissəsində “Şahid” yazısının qarşısındakı imza; mülki işin 12-13-cü vərəqələrində olan xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli etibarnamələrin aşağı hissələrində “xxxx” MMC-nin direktoru qrafalarında “Şahid” yazılarının qarşısındakı imza faksimile klişe vasitəsi ilə icra olunduğu üçün həmin imzaların öz aralarında eyni şəxs və Şahid tərəfindən icra olunub olunmaması barədə rəy vermək mümkün deyildir.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (İş № 2(007)-794/2019) (hakim Fikrət Mirzəyev) ilə iddia tələbi rədd edilmişdir.
10. Məhkəmə MPM-in 77.1 və 14.2-ci maddələrinə istinad edərək iddia tələbinin rədd edilməsi barədə qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Onun təqdim etdiyi sübutlar əsaslı şübhədən kənar sübutlar deyil.
11. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası (hakimlər – Vüqar Həsənov sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (İş № 2(103)-10506/2019) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikasının Ali məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Gündüz Quliyev - sədrlik edən və məruzəçi, Qəhrəman Allahverdiyev, İlqar Xələfov) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (İş № 2(102)-273/2020) iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş apellyasiya qaydasında yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
15. Kassasiya məhkəməsi qətnamənin yeni baxışa qaytarılması barədə qənaətini onunla əsaslandırmışdır ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddi açı onunla cavabdehlərdən QSC ilə bağladıqları alqı-satqı müqaviləsinə istinad etsə də, QSC-nin müqavilə üzrə hər hansı öhdəliyi yerinə yetirməməsini, cavabdeh kimi pul öhdəliyinin hansı əsaslarla yaranmasını ümumiyyətlə göstərmədən digər cavabdehlə bərabər müştərək qaydada pul tutulması tələbini irəli sürmüşdür. Deməli iddia ərizəsi MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forması və məzmununa riayət edilmədən verilmişdir. Azərbaycan Respublikası MPM-nin 152, 259-cu maddələri ilə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilməsinin nəticələri müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan halına heç bir hüquqi qiymət vermədən QSC-yə qarşı tələb üzrə iddiaya mahiyyəti üzrə baxaraq qətnamə qəbul etməklə qeyd olunan prosessual hüquq normalarını pozmuşdur. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Rəşad Həsənov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. İddia tələbini rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə əlavə edilmiş üzləşmə aktının “xxxx” MMC-nin direktoru Şahid tərəfindən bir başa imzalanmaması, imzanın faksimile klişe vasitəsi ilə icra olunması, buna baxmayaraq bu imzanın MMC-nin möhürü ilə təsdiq edilməsi hazırki işin mübahisəsiz halıdır və Məhkəmə Ekspertiza Mərkəzini n xx.xx.2019-cu il tarixli, 6759 və 7756 saylı rəyləri ilə təsdiq edilmişdir.
18. Buna görə də, mübahisəli akt MMC-nin möhür ilə təsdiq edildiyi üçün həmin aktın MMCnin direktoru kimi adı göstərilmiş şəxs tərəfindən birbaşa deyil, faksimile klişe vasitəsi ilə imzalanması həmin aktın saxta olması və ya MMC tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir və möhürün MMC-nin səlahiyyətli şəxsi tərəfindən vurulduğu müəyyən edilir. Yaranmış vəziyyətdə isə aktdakı imzanın həmin MMC-nin səlahiyyətli şəxs tərəfindən icra edilməməsi aktın etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin akt imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə belə çıxır ki, hüquqi şəxsin təmsilçisi müqaviləni bəyənmişdir. Belə ki, Azərbaycan Respublikası M ülki Məcəlləsinin 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
19. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddia tələbini sübuta yetirmək yükünü daşıyan iddiaçı MMC həmin möhürün Cavabdeh1 tərəfindən qanunsuz olaraq ələ keçirlərək aktda vurulması xüsusatını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.
20. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi qeyd edilən aktı Cavabdeh1 ilə MMC-nın birgə tərtib etdikləri sənəd kimi qiymətləndirmiş və aktın həm Cavabdeh1, həmdə MMC üçün hüquqi nəticələrin yaratdığını qeyd etmişdir.
21. Bu səbəbdən məhkəmə belə qənaətə gəlmişdir ki, “xxxx” MMC-nin qeyd edilən aktın saxta olması barədə dəl ili əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh1 münasibətdə rədd etməkdə haqlı olmuşdur.
22. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iş üzrə qəbul etdiyi qərarında ifadə etdiyi göstərişləri istiqamətində araşdırma apararaq qeyd etmişdir ki, MPM-nin iddia ərizəsinin forması və məzmununu müəyyən edən 149-cu maddəsinin tələblərinə görə, iddia ərizəsində iddiaçının öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.
23. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı onunla cavabdeh QSC arasında bağlanmış “xxxx” istinad etsə də, QSC-nin müqavilə üzrə hər hansı öhdəliyi yerinə yetirməməsini, cavabdeh kimi pul öhdəliyinin hansı əsaslarl a yaranmasını ümumiyyətlə göstərmədən digər cavabdehlə bərabər müştərək qaydada pul tutulması tələbini irəli sürmüşdür.
24. Göründüyü kimi iddia ərizəsi MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forması və məzmununa riayət edilmədən verilmişdir.
25. MPM-nin 152, 259-cu maddələri ilə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilməsinin nəticələri müəyyən edilmişdir.
26. Belə ki, MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
27. MPM-nin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü madd ələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır.
28. Qeyd edilən hallar və Ali Məhkəmənin Mülki kollegiyasının göstərişləri məhkəmə tərəfindən iddiaçı MMC-nin nümayəndəsinin nəzərinə çatdırılmış və iddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı bildirmişdir ki, iddia tələbi hər iki cavabdehə qarşı yönəlmişdir və iddia ərizəsində qeyd edilən pul vəsaiti cavabdehlərdən birgə tutulmalı, cavabdehlərin əməllərində cinayət əlamətlərinin araşdırılması və qiymət verilməsi üçün xüsusi qərardad çıxarılaraq müvafiq prokurora göndərilməlidir. Belə ki, iddiaçı MMC-nin adından Cavabdeh1 verilmiş etibarna məyə əsasən o, iddiaçının adından cavabdeh QSC-dən neft məhsullarını almağa və öz istəyinə uyğun olaraq respublikanın ərazisindəki yanacaq doldurma məntəqələrinə sataraq əldə etdiyi pul vəsaitlərini 12 ay müddətinə kassa mədaxil orderi vasitəsilə MMC-nin kassasına və ya bank hesabına ödəməli idi. Lakin Cavabdeh1 neft məhsullarının satışından 12 ay müddətindən əldə etdiyi külli miqdarda pul vəsaitini hələ də qanunsuz olaraq öz istifadəsində saxlayaraq iddiaçı MMC-yə təhvil verməmiş, pul vəsaitinin qaytarılması ilə bağlı MMC-nin etdiyi çoxsaylı şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymamış, pulları mənimsəmişdir. Cavabdeh QSC isə topdan satış qaydalarını pozaraq icraçı direktor Cavabdeh1 və onun faktiki rəhbəri olan Mirsəfər Seyidovla qabaqcadan əlbir olub həmin pulların mənimsənilməsinə şərait yaratmışdır. Mübahisəli xx.xx.2018ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi” barədə akt isə Cavabdeh1 tərəfindən saxtalaşdırılımışdır. Belə ki, o, MMC-yə məxsus möhürdən və MMC-nin direktoru Şahid məxsus faksimile klişedən istifadə etməklə iddiaçının direktorunun iradəsini ifadə etməyən saxta qarşılıqlı üzləşmə aktı düzəltmişdir. Həmin akt iddiaçı MMC-nin nə baş mühasibi, nədəki kassiri tərəfindən imzalanmamışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, MMC-nin direktoru Cahangir İsayev həmin vaxt ümumiyyətlə əmək qabiliyyətsiz olmuşdur. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vergi orqanı iddiaçı MMC-də neft məhsullarının alışının olduğunu, satışının olmadığını gördükdə MMC-yə yanacaq məhsulunun satışı barədə külli miqdarda maliyyə sanksiyası tətbiq etmişdir. Beləlik lə, müəyyən edilir ki, MMC-yə dəymiş ziyan hər iki cavabdeh tərəfindən törədilib və MMC ziyanın əvəzinin hər iki cavabdehdən tutulmasını tələb edir.
29. Bunu nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar iddiaçı tərəfindən aradan qaldırıldığı üçün ərizənin MPM-nin 259-cu maddəsinə əsasən baxılmamış saxlanması üçün əsas yoxdur və işə mahiyyəti üzrə baxmaq mümkündür.
30. İşə mahiyyəti üzrə tam hüquqlu məhkəmə kimi baxan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin onun qarşısında icra edilməmiş pul öhdəliyinin olmasını və onun etmiş olduğu xəbərdarlıqlara baxmayaraq həmin məbləğin ödənilməməsini sübut etmək yükü ilk növbədə iddiaçının üzərinə düşür.
31. İş üzrə iddiaçı bu nunla bağlı hər hansı mötəbər sübutu məhkəmələrə təqdim edə bilməmiş, iş üzrə verilmiş ekspert rəyi ilə də xx.xx.2018-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi aktındakı” imzaların faksimile klişe vasitəsilə icra olunduğu üçün kimin tərəfindən icra edildiyini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir.
32. Bu baxımdan məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı sübuta yetməməsi əsası ilə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı iş üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual normaların pozulması ilə çıxarılmışdır. Cavabdeh1 satışdan topladığı pulları iddiaçıya ödəməsi ilə bağlı iddiaçıya məxsus möhür və faksimile klişe vasitəsi ilə tərtib etdiyi qarşılıqlı üzləşmə aktınl məhkəməyə təqdim etsə də, həmin akta pulların iddiaçının kassasına ödənilməsi ilə bağlı kassa mədaxil qəbzlərini əlavə etməmişdir. Bununla yanaşı məhkəmə mülki işə baxan zaman təsisçisinin ölümü ilə bağlı xx.xx.2017-ci il tarixli ölüm haqqında Şəhadətnaməyə, 2 ay sonra iddiaçının direktorunun psixoloji vəziyyəti ilə bağlı xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə tibb müəssi səsində olması və emosional davamsız şəxsiyyət pozuntusu barədə arayışa və iddiaçının direktoru səhhəti ilə bağlı tibb müəssisəsində olduğu müddətdə Cavabdeh1 verdiyi xx.xx.2017-ci il tarixli etibarnaməyə, xx.xx.2011-ci il tarxili əmr əsasında Cavabdeh1 həvalə edilmiş iddiaçıya məxsus möhür və direktorun imzası olan faksimile klişedən özbaşına istifadə etməklə mühasibin və kassirin imzası olmayan və iddiaçının fəaliyyətini dayandırdığı gün anlaqsız şəxslə bağlanılmış saxta akta hüquqi qiymət verməmişdir. Belə ki. apellyasiya şikayətinə əlavə edilən tibbi arayışdan göründüyü kimi direktor Şahid xx.xx.2017-xx.xx.2017-ci illərdə emosional davamsız şəxsiyyət pozuntusu diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatriya Xəstəxanasında müalicədə olmuş və həkim tövsiyyə si ilə xəstəxanadan çıxdıqdan sonra ağır psixi pozuntuları ilə bağlı 2017-ci il dekabr ayının 24dən 2018-ci ilin iyun ayına kimi Samux rayonda “Rövşən” Kəndli Fermer Təsərrüfatına məxsus fərdi yaşayış evində tək istirahət etmişdir.
35. Bundan başqa cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vergi orqanı iddiaçıda neft məhsullarının alışının olduğunu, satışının olmadığını gördükdən sonra xx.xx.2019 tarixli **********171940 saylı qərarı ilə növbədənkənar səyyar vergi yoxlaması apararaq xx.xx.2020-ci tarixli **********171940 saylı akt tərtib etmiş və həmin akta əsasən iddiaçıya yanacaq məhsulunun satışı barədə külli miqdarda maliyyə sanksiyası tətbiq etmişdr. (akt əlavə edilmişdi.) Belə ki, cavabdehlər iddiaçı adından çıxan yanacaq məhsullarının hansı YDM-lərə (yanacaq doldurma məntəqələr inə), hansı avtomaşınlarla və hansı sürücülər vasitəsi ilə daşıması barədə məlumatları, o cümlədən iddiaçı ilə YDM arasında bağlanılmış müqavilələri onlara vergi orqanına təqdim edilməsi üçün verilməmişdir. Belə olan halda vəsaitin mənimsənildiyi tam sübut edilir.
36. Cavabdeh QSC topdan satış qaydalarını pozaraq icraçı direktor Cavabdeh1 və onun faktiki rəhbəri Mirsəfər Seyidovla qabaqcadan əlbir olub iddiaçıya məxsus 1 ədəd YDM-nə çatdırma adı altında öz mülahizələrinə uyğun 150-dən artıq adları MMC-yə məlum olmayan YDM-nə yanacaq satmasına şərait yaratmış, beləklilə də iddiaçı adından ay ərizndə 4000 ton (5200-5300 litr), məbləğlə 5.000.000 (beş milyon) manatdan çox, 3 il müddətində 144000 ton (187200 litr) həcmində yanacağın qanunsuz satışına şərait yaratmışdır. Halbuki iddiaçıya məxsu s 1 ədəd YDM-in qeyd olunan həcmdə yanacaq satması mümkün deyil. Beləliklə də cavabdehlər qabacaqadan əlbir olub iddiaçının möhür və faksimile klişedən qanunsuz istifadə edərək, vəkalətnamələrdə mühasibin imzası olmadan özlərinin qanunsuz əməlləri ilə adları iddiaçıya məlum olmayan 150-dən çox YDM-in vergidən yayınmasına da şərait yaratmaqla dövlət büdcsəsinə külli miqdarda ziyan vurmuşlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Cavabdeh1 nümayəndəsi və vəkili Məmmədtağıyev Gəray Hüseyn oğlu kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
38. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı vermiş olduğu kassasiya şikayətində məhkəmənin toxunmalı olduğu 06 xüsusatı göstərmişdir: 39. 1) Tərəflər arasında real olaraq belə bir münasibətin mövcud olub-omaması. Bununla bağlı qeyd etmək lazımdır ki, belə bir münasibət olmuş və iddiaçı ilə cavabdeh QSC arasında xx xxxxxx 2017-ci il tarixdə PS-01/041 nömrəli müqavilə bağlanmışdır. Bundan başqa “xxxx” MMC-nin Cavabdeh1 verdiyi (xxxx” MMC-nin nümayəndəsi olmasını təstiq edən sənəd) xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli etibarnamələr də mövcuddur. 40. 2) Nümayəndə Cavabdeh1 həqiqətən YDM-lərindən pul vəsaitini qəbul edmişdirmi? Bununla bağlı qeyd etmək lazımdır ki, cavabdeh müxtəlif YDM-lərinə satdığı məhsulun pul vəsaitini qəbul edib və qəbul etdiyi pul vəsaitinin hamısını “xxxx” MMC-yə təhvil verib. (xx.xx.2018-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi akt”ı ilə tam şəkildə təstiq olunub) 41. 3) Cavabdeh həmin pulları hansı vaxtda, hansı şəraitdə və kimə təhvil verib? Bununla bağlı qeyd etmək lazımdır ki, həmin pulları müxtəlif vaxtlarda YDM-dən topladıqdan dərhal sonra “xxxx” MMC-nin məsul şəxsinə təhvil vermişdir. Etibarnamə əsasında nümayəndəsi olduğu “xxxx” MMC-nin adından müxtəlif YDM-nə satdığı məhsulun pulunu topladıqdan sonra mədaxil qəbzi olmadan “xxxx” MMC-nin məsul şəxsinə vermişdir. İş fəaliyyəti zamanı Cavabdeh1 elə bir öhdəliyi olmamış və ondan belə bir şey tələb olunmamışdır. Etibarnamə əsasında “xxxx” MMC-nin adından iş gördüyü üçün mədaxil qəbzinə ehtiyac olmamışdır. 42. 4) Qarşılıqlı üzləşmə zamanı akt imzalanan vaxt orada kimlər iştirak etmişdir? Bununla bağlı qeyd etmək lazımdır ki, həmin vaxtı yalnız akta imza edən şəxslər iştir ak etmişdir. 43. 5) Akt imzalanarkən tərəflər şəxsən özləri iştirak ediblərsə, hansı səbəbdən MMC-nin direktorunun imzası yerində şəxsən onun imzası deyil, faksimile klişedən istifadə edilmişdir?
44. Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.3-cü maddəsində göstərilir ki, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. 45. 6) İddiaçı MMC-nin direktoru Şahid 01.02 2018-ci il tarixdə yəni “Qarşılıqlı Borcların Üzləşdirmə Aktı imzalandığı vaxt fəaliyyət qabilliyyətsiz olubmu?
46. Bununla bağlı qeyd etmək lazımdır ki, iddiaçı MMC-nin direktor u akt imzalandığı vaxt fəaliyyət qabiliyyətli olub. Şəxsin fəaliyyət qabiliyyətsiz olması tibbi arayışla təstiq oluna bilməz və şəxsin bir müddət xəstəxanada müalicə alması həmin şəxsin fəaliyyət qabiliyyətsiz (anlaqsız) olması anlamına gəlmir. Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması yalnız məhkəmə qərarı ilə mümkündür, göründüyü kimi belə məhkəmə qərarı təqdim edilməmişdir və iş materiallarında yoxdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
47. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
48. Cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin ed ilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
49. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq
50. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
51. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərə kətsizlikdir).
52. Maddə 331.3. Əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. 53. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı: 54. “... müqavilələrin imzalanması zamanı tərəflərin iradəsi dəqiq, birmənalı, aydın və sui-istifadəni istisna edən şəkildə ifadə olunmalıdır. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müq avilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır”.
55. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılm amasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
57. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək i şə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və m ülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
61. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə kassasiya instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında göstərilmiş prosessual göstərişləri üzrə araşdırma apararaq həmin məsələ ilə bağlı düzgün qənaətə gəlsə də, məhkəmənin iş üzrə gəldiyi nəticə maddi və prosesual hüquq normalarının tələblərinə uyğun olmamışdır.
62. İlk növbədə qeyd edilməlidir ki, işə baxan məhkəmələr tələbin maddi hüquqi əsasını müəyyən etməmiş, tərəfərlər arasında olan münasibətlərin hansı mülki hüquq münasibətlərindən irəli gəlməsi aydınlaşıdırılmamışdır.
63. İşdən görünür ki, iddiaçı MMC-nin mövqeyinə görə, Cavabdeh1 MMC-nin adından digər cavabdeh QSC-dən neft məhsullarını almağa və öz istəyinə uyğun olaraq Respublikanın ərazisindəki yanacaq doldurma məntəqələrinə sataraq əldə etdiyi pul vəsaitlərini 36 ay müddətinə kassa mədaxil orderi vasitəsilə iddiaçı MMC-nin xəzinəsinə və ya bank hesabına ödəməli idi. Lakin Cavabdeh1 neft məhsullarının satışından 12 ay müddətindən əldə etdiyi külli miqdarda pul vəsaitini hələ də qanunsuz olaraq öz istifadəsində saxlayaraq iddiaçıya ödəməmiş, həmin pulları mənimsəmişdir.
64. İddiaçı həmçinin hesab edir ki, iş üzrə digər cavabdeh QSC də iddiaçı ilə bağlanmış müqavilə şərtlərini və topdan satış qaydalarını pozmuş, Cavabdeh1la əlbir olaraq sonuncu tərəfindən iddiaçıya məxsus külli miqdarda pulu mənimsəmişdir.
65. İddiaya etiraz edən Cavabdeh1 isə göstərmişdir ki, iddiaçının adından etibarnamə əsasında qəbul etmiş olduğu neft məhs ullarını müvafiq yanacaqdoldurma məntəqələrinə paylamış və onlardan almış olduğu pul məbləğlərini vaxtında iddiaçıya ödəmişdir. Bununla bağlı üzləşdirmə aktı tərtib edilmiş və onun iddiaçıya hər hansı məbləğdə borcunun olmaması müəyyən olunmuşdur.
66. Cavabdeh QSC isə hesab edir ki, iddiaçı MMC ilə Cavabdeh1 arasında yaranmış mövcud mübahisənin QSC-yə ümumiyyətlə aidiyyətı yoxdur.
67. Göründüyü kimi, iddiaçı tərəf cavabdehlərin hərəkətlərində hüquqazidd əməl nəticəsində iddiaçıya zərər dəydiyini, külli miqdarda pulun mənimsənildiyini iddia edir.
68. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin norm alarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
69. Digər tərəfdən Cavabdeh1 isə iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında hərəkət etdiyini, satılan məhsulların pullarının iddiaçının hesabına köçürdüyünü, bunun sübutu kimi isə iş materiallarına əlavə edilmiş “Qarşılıqlı Borcların Üzləşdirmə Aktı”na istinad edir.
70. Göründüyü kimi, cavabdeh iddiaçının tapşırığına əsasən hərəkət etdiyini və onun MMC-yə heç bir borcunun olmamasını qeyd edir.
71. Mülki Məcəllənin 359.1-ci madəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilav asitə yaradır, dəyişdirir və onlara xitam verir.
72. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi və məhkəmənin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbinin sübuta yetirilməməsini, işə əlavə edilmiş akta istinad edərək Cavabdeh1 iddiaçıya hər hansı borcunun olmamasını qeyd etmişlər.
73. Məhkəmə kollegiyası işə əlavə edilmiş aktla bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin sübut MPM-nin 88-ci maddəsinin tələbləri baxımından tam, hərtərəfli və obyektiv baxıb hüquqi qiymət verməmiş, iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
74. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
75. İddiaçı iddia tələbində həmin aktda olan imzanın faksimile klişe vasitəsi ilə vurulduğunu, həmin faksimile klişenin və MMC-nin möhürünün Cavabdeh1 tərəfindən ələ keçirildiyini və sonuncunun MMC-yə heç bir borcunun olmaması barədə saxta akt tərtib etdiyini qeyd etmişdir.
76. Apellyasiya instansiyası məhkəməsi həmin aktda MMC-nin möhürürün olması əsası ilə faksimile klişe imzanın da MMC-nin direktoru tərəfindən istifadə edilərək vurulması qənaətinə gəlmiş, lakin iddiaçının iddia tələbini əsası kimi istinad etdiyi hallara, yəni imzanın və möhürün Cavabdeh1 tərəfindən istifadə edilərək aktın tərtib edilməsinə dair dəlillərinə hüquqi qiymət verməmişdir.
77. AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında ifadə edilmiş h üquqi mövqedən görünür ki, müqavilələrin imzalanması zamanı tərəflərin iradəsi dəqiq, birmənalı, aydın və sui-istifadəni istisna edən şəkildə ifadə olunmalıdır (§ 53-54).
78. Apellyasiya instansiyası məhkəməsi həmin aktın iddiaçının direktoru tərəfindən imzalanması qənaətinə gələrkən iddiaçının tələbinin əsası kim istinad etdiyi hallara qiymət verməmiş, aktın tərtibi zamanı möhürün MMC-nin direktoru tərəfindən vurulmasını işin mübahisəsiz halı kimi qeyd etmiş, lakin faksimile və MMC-yə məxsus möhürün kim tərəfindən istifadə olunmasını araşdırmamışdır.
79. Digər tərəfdən aktın məzmunundan görünür ki, aktda MMC-nin QSC ilə aralarında bağlanmış “xxxx” əsasən MMC-nin nümayəndəsi kimi fəaliyyət göstərən Cavabdeh1 təmsil etdiyi MMC-yə bütün sənədləri və satışdan əmələ gələn pulu təhvil vermiş və onun MMC-yə olan borcu “sıfır” manat təşkil etdiyi qeyd edilmişdir.
80. Bu halı qəbul edən məhkəmə mübahisəli akt tərtib edilərkən iddiaçı MMC tərəfindən MMC-ni təmsil etmək üçün cavabdehə verilmiş etibarnamənin məzmununa əməl edilməməsinə qiymət verməmişdir.
81. Belə ki, MMC tərəfindən onu təmsil etməklə bağlı cavabdehə verilmiş etibarnamələrdə satılmış malların dəyərinin bir il ərzində şirkətin xəzinəsinə kassa mədaxil orderi və ya banklardakı hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirməsi etibar edilmişdir.
82. Həmin aktı mötəbər sənəd hesab edən məhkəmələr hüquqi şəxs olan iddiaçı MMC-yə cavabdeh tərəfindən satılmış məhsuların pullarının təhvil verilməsi barədə digər sübutların olub-olmamasına diqqət yetirməmiş, pulun MMC-yə qaytarılması ilə bağlı kassa mədaxil orderlərinin v ə ya bank hesablaşması ilə bağlı sənədlərin olub-olmamasına, cavabdehin etibarnamənin göstərişlərinə uyğun olmayan fəaliyyətinə qiymət verməmişdir.
83. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 360.2-cimaddəsinə istinad edərək həmin aktın iddiaçının direktoru tərəfindən bəyəndiyini qeyd etmişdir. Lakin bu hal iş materiallarına əsasən müəyyən edilmir.
84. Belə ki, məhkəmə bu qənaətə gələrkən möhürünün MMC-nin direktoru tərəfindən vurulduğunu qeyd etmişdir. Lakin iddiaçının qənaətinə görə, həmin möhür və imza cavabehdə olmuş, cavabdeh tərəfindən saxta akt tərtib edilmişdir. Göründüyü kimi, işin bu halı mübahisəli olaraq qalmış, məhkəmə bu barədə sübutları tam, hərtərfəli və obyektiv araşdırmayaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Aktın mötəbərliliyinə qiymət vermək üçün h əmin vaxtlarda MMC-də direktoru, baş mühasibi və xəzinədarı işləmiş şəxslərin ifadələrinin mühüm əhəmiyyət kəsb etdiyinə əhəmiyyət verməmişdir.
85. Cavabdeh1 iddia tələbinə etirazda və kassasiya şikayətinə etirazında satdığı məhsulların pullarını MMC-nin məsul şəxsinə təhvil verdiyini qeyd etmişdir. Lakin cavabdeh etirazının əsası kimi istinad etdiyi halla bağlı məhkəmələrə hər hansı bir sübut təqdim etməmiş, həmin məsul şəxsin kimliyini göstərməmiş, işə baxan məhkəmələr də bunu müəyyən etmək üçün tərəflərə təklif verməmişdir.
86. Göründüyü kimi, iş üzrə iddiaçının tələbinin əsası kimi və cavabdehin etirazının əsası istinad etdikləri hallar (MMC-yə məxsus möhürün və imzanın cavabdeh tərəfindən istifadə edilərək akt tərtib edilməsi, cavabdeh V. Seyidovun isə satdığı məhsulların pullarını MM C-nin məsul şəxsinə təhvil verməsi) iş üzrə araşdırılmamışdır.
87. Bundan başqa aşağı instansiya məhkəmələri iddiaçının iddia tələbi üzrə məhkəməyə hər hansı bir sübut təqdim etmədiyini, iddia tələbini sübuta yetirə bilmədiyini qeyd etmişlər.
88. İşin mübahisələndirilməyən halları ilə Cavabdeh1 iddiaçı MMC-nin verdiyi etibarnamə əsasında digər cavabdeh QSC ilə bağlanmış xxxx əsasən neft məhsullarının QSC-dən alaraq YDM-yə verməsi ilə bağlı razılığın olması müəyyən edilmişdir.
89. Bu hal tərəflər arasında mübahisələndirilmir. Eyni zamanda Cavabdeh1 iddiaçının tələb etdiyi məbləğdə məhsulun satışından əldə edilmiş pulun MMC-yə verməsini də bildirir. Belə olan halda iddia edilən həcmdə məhsulların cavabdeh tərəfindən YDM-nə verilməsi mübahisə edilmir. İşin mübahisə edilən halı həmin pulların MMC-yə mədaxil edilib-edilməməsi ilə bağlıdır. Cavabdeh1 həmin pulları MMC-nin məsul şəxsinə verdiyini bildirmişdir. Belə olan halda işə baxan məhkəmələr sübutetmə yükünün kimin üzərinə düşməsinə, bu halda həmin pulun MMC-yə qaytarılmasının sübut edilməsinin iddiaçının və ya cavabdehin üzərinə düşməsinə qiymət verməmişlər.
90. MPM-in 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
91. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
92. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
93. Sadalanan prosessual pozuntular hazırki iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
94. MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
95. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir.
96. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
97. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
98. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3780/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov