Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1327/2023 10.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin və təbii qazdan istifadəyə görə borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin və təbii qazdan istifadəyə görə borcun ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7266/2022 nömrəli iş üzrə 22 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı İB ilə Cavabdeh arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı üzrə xx.xx.2016-cı il tarixli müqaviləyə görə, cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə Smart G-4 İtron Diafraqma markalı 1402AZ**********24 nömrəli qaz sayğacı quraşdırılmışdır.
2. Birliyin əməkdaşları tərəfindən həmin ünvan üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 44 akt tərtib edilmişdir. Abonentin imzalamadığı aktlarda qeyd olunmuşdur ki, qaz sayğacına baxış keçirilərkən ünvanda təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə olunduğu aşkar edilmişdir.
3. Birlik tərəfindən həmin aktlar (xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 1063.8 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 102.2 manat, xx.xx.2018ci il tarixli ******* nömrəli akt əsasında 102.2 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 133.2 manat, 08.2018-ci il tarixli akt əsasında 266.4 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 133.2 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 66.6 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 66.6 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixl i ******* nömrəli akt əsasında 66.6 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 32.4 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 32.4 manat, ci il tarixli ******* nömrəli akt əsasında 223.2 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 223.2 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 165.6 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 165.6 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 165.6 manat, xx.xx.2020-ci il tarixli ******* nömr əli akt əsasında 165.6 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 223.2 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 223.2 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 223.2 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 223.2 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında223.2 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 223.2 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 165.6 manat, xx.xx.2021 -ci il tarixli ******* nömrəli akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 165.6 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 267.84 manat cərimə hesablanmışdır) üzrə qaz sərfiyyatına görə ümumilikdə 7.354,58 manat zərər hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tərtib olunmuş akt üzrə 7.354,58 manat, təbii qazdan istifadəyə görə 382,56 manat, dövlət rüsumunun əvəzi kimi 104,45 manat və vəkil xərci kimi 400 manat olmaqla, cəmi 8.241,59 manat tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
5. İddianın əsaslarına görə, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 06/001 nömrəli “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qaz ın alğı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00481 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 1402AZ **********24 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozmuşdur. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Faktlarla bağlı Birliyin işçi ləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfıyyatına uyğun olaraq 7.354,84 manat məbləğdə dəymiş ziyan hesablanmışdır. Bundan başqa, cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Cavabdehin təbii qazdan istifadəyə görə 382,56 manat borcu qalmışdır.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1107/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia rədd olunmuşdur.
7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Bununla belə, məhkəmə tərəfindən ünvanda baxış keçirilən zaman Cavabdeh qaz sayğacına müdaxilə etməsi, həmçinin onun təbii qazdan qeyri-qanuni istifadə halları müəyyən edilməmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, sayğac xx.xx.2016-cı il tarixdə quraşdırılmış (iş materiallarında olan xx.xx.2022-ci il tarixli GASREP), quraşdırılan zaman 436.11 manat borc olmuşdur, karta yüklənən məbləğlərdən 53.55 manat borca görə tutulmuşdur.... Hazırki mülki işdə Cavabdeh yaşadığı ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacından kənar qazdan qeyri- qanuni istifadə etməsi sübuta yetirilmir. Belə ki, məhkəmə tərəfindən iş üzrə ünvana baxış keçirilmiş və həmin ünvanda abonent tərəfindən qazdan qeyri-qanuni istifadə halları aşkar edilməmişdir. Cavabdeh tərəfindən tərtib edilən aktlardan isə istehlakçının məlumatlı olması və həmin aktların tərtib edilm əsinə əsas olan hallar sübuta yetirilmir. Təbii qazdan istifadəyə görə 382.56 manat borca münasibətdə məhkəmə hesab edir ki, ünvana sayğac quraşdırılan zaman 436.11 manat borc artıq mövcud olmuşdur. (436.1153.55=382.56) 5 il müddət keçdiyindən öz qüvvəsini itirib.”
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 448.1, 551, 560.1-ci, “Qaz təchizatı haqqında” Qanunun 8-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetininxx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh tərəfindən təbii qazdan qeyriqanuni istifadə edilməsi, bununla da iddiaçıya ziyan vurulması faktı, həm tərtib edilmiş aktlarla, şəkillərlə, həm də iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdehə həmin aktları imzalamaq təklif olunsa da, cavabdeh ziyanına tərtib edilmiş aktları imza etməkdən imtina etmişdir. Bundan əlavə, işdə olan abonent saldolarından görünür ki, cavabdeh təbii qazdan istifadə etməsinə görə 2018-ci il heç bir ödəniş etməmiş, 2019-cu il üzrə cəmi 6 manat, 2020-ci il üzrə cəmi 10 manat, 2021-ci il üzrə cəmi 10 manat ödəniş etmişdir. Cavabdeh tərəfindən təbii qazdan istifadə edilib 2018, 2019, 2020 və 2021-ci illər üzrə cəmi 26 manat ödən iş edilməsi, təbii qazdan qeyri-qanuni istifadə etməsini sübut edir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7266/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), C.Yusifov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Hazırki mülki işdə Cavabdeh yaşadığı ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacından kənar qazdan qeyri- qanuni istifadə etməsi sübuta yetirilmir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tərəfindən iş üzrə ünvana baxış keçirilmiş və həmin ünvanda abonent tərəfindən qazdan qeyri-qanuni istifadə halları aşkar edilməmişdir. Cavabdeh tərəfindən tərtib edilən aktlardan isə istehlakçının məlumatlı olması və həmin aktların tərtib edilməsinə əsas olan hallar sübuta yetirilmir.... Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı qanunsuz qoşulmanın olub-olmamasının müəyyən edilməsindən ötrü texniki ekspertizanın təyin edilməsinə zərurət yoxdur. Çünki, işə birinci instansiya məhkəməsində baxılan zaman ekspertiza təyi edilmiş, lakin ekspert tərəfindən ekspertizanın keçirilməsindən imtina edilərək, bildiirlmişdir ki, əvvəllər qanunsuz qoşulma hallarının mövcudluğunun müəyyən edilməsi istiqamətində ekspert tərəfindən hər hansı tədqiqat aparılması metodiki baxımdan mümkün deyil. Bu baxımdan, kollegiya yenidən ekspertiza təyin edilməsini işin lüzumsuz şəkildə uzadılması kimi qiymətləndirir. Bundan başqa, birinci instansiya məhkəməsi mübahisəli yerə baxış keçirmiş və qanunsuz qoşulma halının aşkar edilmədiyini müəyyən etmişdir. Təbii qazdan istifadəyə görə 382.56 manat borca münasibətdə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, ünvana sayğac quraşdırılan zaman 436.11 manat borc artıq mövcud olmuşdur. (436.11-53.55=382.56) 5 ilə yaxın müddət keçdiyindən öz qüvvəsini itirib. Mülki Məcəllənin yuxarıda qeyd edilən 373.2-ci maddəsindən də görünür ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Belə olan halda, cavabdehin 382.56 manat borcundan 4 il müddət keçdiyindən məhkəmə iddia tələbini həmin hissədə də təmin etməməkdə haqlı olmuşdur. Kollegiya həmçinin mövqeyini onunla əsaslandırır ki, iddiaçı (qazpaylayıcı) qazdan qeyri-qanu ni istifadə hallarına nəzarət etməli və belə hal aşkar etdiyi təqdirdə təbii qazın verilməsini dayandırmalı idi. Lakin, iddiaçı (qazpaylayıcı) təbii qazdan qeyri-qanuni istifadə hallarının mövcud olmasını iddia etdiyi 2018-ci ildən indiyədək hər hansı tədbir görməmiş və təbii qazın verilişini dayandırmamışdır. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməsini zəruri hesab edir ki, cavabdeh kollegiya iclasında verdiyi izahatında evində yalnız mətbəxdə 3 gözlü qaz sobası istifadə edildiyini bildirmişdir. Cavabdeh həmçinin o hala istinad etmişdir ki, onun sayğacı 207 manat mənfiyə işləmiş və cərimə qonşusu olan bacısına yazılmışdır. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh 2018-ci ildə heç bir ödəniş etməmiş, 2019-cu ildə 6 manat, 2020-ci i ldə 10 manat, 2021-ci ildə 10 manat ödəniş etmişdir. Cavabdeh tərəfindən təbii qazdan istifadə edilib, lakin, 2018, 2019, 2020, 2021-ci il üzrə cəmi 26 manat ödəniş edilməsi cavabdehin təbii qazdan qeyri-qanuni istifadə edilməsini sübut edir. Kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı təxminən 5 il ərzində çox az miqdarda ödəniş edilməsini bildirərək, qanunsuz qoşulma olmasını demək istəmişdir. Kollegiya hesab edir ki, hazırki iddia tələbinin əsasını qanunsuz qoşulmadan irəli gələn pul tələbi təşkil edir, lakin qanunsuz qoşulmanın olması sübuta yetirilməmişdir. Cavabdeh tərəfindən az ödənişin edilməsinə dair iddiaçının apellyasiya şikayətinin dəlili isə qanunsuz qoşulmanın olmasını sübuta yetirən hal deyildir. İddiaçı cavabdeh tərəfindən 4 il ərzində cəmi 26 manat ödəniş edilməsi halına istinad edərək, cavabdehin qazdan qeyri-qanuni istifadə etməsini sübut etmək istəmişdir. Lakin, kollegiya hesab edir ki, qeyd edilən ödənişlərin cavabdehin təbii-qazdan qanunsuz istifadə edərək, iddiaçıya 7354 manat məbləğində ziyan vurmasına dair nəticəyə gəlmək üçün kifayət deyildir. Qanunsuz qoşulmanın olması iddiaçı tərəfindən sübuta yetirilməməklə yanaşı, hər hansı həmin illər ərzində vaxtında hər hansı tədbir görülməməsi cavabdehə münasibətdə qanunsuz qoşulmanın olmasına istinad edilməsinə imkan vermir.”
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 448.1, 551, 560.1-ci, “Qaz təchizatı haqqında” Qanunun 8-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinet ininxx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri pozulmuş və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi və bununla da iddiaçıya ziyan vurulması faktı, həm tərtib edilmiş aktlarla, şəkillərlə, həmçinin cavabdehin 2010-cu ildən ünvan 2 ünvanında daim yaşaması və təbii qazdan istifadə etməsinə görə 2018-ci il üzrə heç bir ödəniş etməməsi, 2019-cu il üzrə cəmi 6 manat, 2020-ci il üzrə cəmi 10 manat, 2021-ci il üzrə cəmi 10 manat ödəniş etməsi cavabdehin təbii qazdan qeyriqanuni istifadə etməsini sübut edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 2.2-ci maddəsinə görə məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. İşdən göründüyü kimi, birinci instansiyası məhkəməsi hazırkı işə baxarkən yuxarıda qeyd etdiyimiz maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdeh yaşadığı ünvana xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş, lakin Cavabdeh təbii qazdan qeyri-qanuni 2018, 2019, 2020 və 2021-ci illərdə istifadə etməsinə görə İddiaçı İB-nin əməkdaşları tərəfindən aktlar 2018, 2019, 2020 və 2021-ci illərdə tərtib edilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən cavabdehin yaşadığı ünvana baxış keçirilmiş, cavabdeh tərəfdən sayğacdankənar təbii qazdan istifadə hallarına dair aktlar tərtib edilmiş, cavabdehə aktları imzalamaq təklif olunsa da, cavabdeh ziyanına tərtib edilmiş aktları imza etməkdən imtina etmişdir. Bundan əlavə, məhkəmə iclasları zamanı da müəyyən edilmişdir ki, Cavabdeh daim həmin ünvanda yaşamış, təbii qazdan istifadə etmişdir. Məhkəmələr aydınlaşdırmalı idilər ki, cavabdeh niyə 2018, 2019, 2020 və 2021-ci illər üzrə təbii qazdan istifadəyə görə cəmi 26 manat ödəniş etmişdir. Məhkəmələr tam araşdırma aparmadan əsassız olaraq iddianı təmin etməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: - 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəf indən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; - 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir; - 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: - 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müdd ətində tam ödənilmədikdə; - 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştira k edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası mə hkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllə nin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərar: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.... Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər.” “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına x idmət etməlidir.” “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid b ütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarı: “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.... Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranm ası üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin v urulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərar: “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin.” Konstitusiya Məhkəməsinin sözügedən qərarında əksini tapan hüquqi mövqelərə görə, “Göstərilənlər baxımından Konstitusiya Məhk əməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar.... Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətlərin, ötürülməsi ilə öhdəliyin və ya onu tələb etmək hüququnun xitamına səbəb olan müddətlər (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir.... Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində t ələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir.... Vurğulanmalıdır ki, Mülki Məcəllənin 527.1-ci maddəsində öhdəliklərin xitamı əsasları sırasında “müddətin keçməsi” halı sırf hüquqi xarakterinə və ya tərəflərin razılaşmasına əsasən müddətə bağlı öhdəliklərə münasibətdə yaranır. Yəni, bir öhdəlik məhz müəyyən bir müddət üçün əmələ gətirilibsə (məsələn, konkret bir müddətə bağlı xidmətin göstərilməsin ə dair öhdəliklər), həmin müddətin keçməsi öhdəliyin xitam olunması nəticəsini yarada bilər.”
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: - 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; - 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; -
7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin q ətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; -
17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan və qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
26. Birinci və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən məlum olur ki, həmin məhkəmələr gəlinən nəticəni əsasən birinci instansiya məhkəməsi tərəfindən ünvanda baxış keçirilməsi və cavabdehin qaz sayğacına müdaxilə etməsi, həmçinin, onun təbii qazdan qeyri-qanuni istifadə hallarının müəyyən edilməməsi ilə əsaslandırmışlar. Halbuki, bu məsələ xüsusi bilik tələb edirdi və hakimin yerli baxışda nəyi müayinə və təsbit etdiyi işdən aydın olmur.
27. İkincisi, iddiaçının vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinin faktiki əsasını cavabdehin qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə halının aşkar olunaraq, bu barədə 44 ədəd təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların tərtib edilməsi təşkil edir ki, bu sayda aktın gerçək olmayan məlumatı əks etdirməsi ağlabatan və inandırıcı deyil. Cavabdehin həmin aktları imzası ilə tə sdiq etməməsi isə bu sənədlərin sonuncuya münasibətdə hüquqi nəticə doğurmasına əngəl olmaq və məsuliyyətdən yayınmaq niyyəti kimi də izah edilə bilər. Hər bir halda 44 ədəd aktın mövcud olması faktı özlüyündə kifayət edir ki, cavabdehin qaz xəttinə özbaşına qoşulması haqda ilkin rəy formalaşsın.
28. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin cavabdehin təbii qazdan istifadəyə görə 2018-ci ildə heç bir ödəniş etməməsinin, 2018, 2019, 2020 və 2021-ci illər üzrə cəmi 26 manat ödəniş etməsinin təbii qazdan qeyri-qanuni istifadə etməsinin sübutu kimi qəbul edilməsi barədə dəlili ilə də bağlı lazımi araşdırma aparmamışdır. Belə ki, işdə olan cavabdehə məxsus abonentin saldosundan görünür ki, o, saldonun “Qaçqın limiti” qrafasının məlumatlarına əsasən, 2011-ci ildə cəmi 210 man at, 2012-ci ildə cəmi 210 manat, 2013-cü ildə cəmi 165 manat, 2014-cü ildə cəmi 210 manat, 2015-ci ildə cəmi 209,30 manat, 2016-cı ilin yanvar və fevral aylarında cəmi 22,50 manat məbləğdə təbii qaz limitindən istifadə etmişdir.
29. Bundan əlavə, eyni saldodan məlum olur ki, cavabdeh 1 ədəd 4 gözlü qaz plitəsi, 1 ədəd samovar və 1 ədəd qızdırıcı radiator peçindən istifadə edir.
30. Bütün bunlar da belə bir sual doğurur ki, əgər cavabdeh onun dediyi və məhkəmələrin də təsdiq etdiyi kimi 2018-ci ildə ümumiyyətlə qazdan istifadə etməmişsə, yaxud 2019-2021-ci illərdə (birlikdə 4 ildə) cəmi 26 manat məbləğdə təbii qaz istehlak etmişsə, o halda o, əvvəlki illərdə qazdan istifadə edərək qarşıladığı enerji ehtiyacını qeyd olunan sonrakı bu illər ərzində hansı alternativ enerji mənbələri hesabına t əmin etmişdir? Bu baxımdan, ilk yoxlanılmalı misal kimi, cavabdehin 2018-2021-ci illərdə fərz olunan qazdan imtinasının daha əlçatan sayılan elektrik enerjisinin istehlakında artıma yol açıbaçmadığı da məhkəmələr tərəfindən yoxlanılmamışdır.
31. Həmçinin, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasının protokolunda göstərilmişdir ki, “Sədrlik edənin göstərişi ilə video görüntüyə baxış keçirilir.” Lakin nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinin qətnamələrində həmin görüntünün nədən ibarət olması, hansı sübut əhəmiyyətinə malik olması müzakirə edilməmiş və hüquqi qiymət verilməmişdir.
32. Məhkəmə kollegiyası bildirir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəm ə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H.Belçikaya qarşı iş üzrə 1987-ci il 30 noyabr tarixli Qərar, § 53; Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərar, § 36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X2rşı iş üzrə 1994-cü il 9 dekabr tarixli Qərar, § 30; Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərar, § 67).
33. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarı n qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
34. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsas dır.
35. Bu mənada, işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən hazırkı Qərarın 26-31-ci bəndlərində müzakirə edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı, iddianın təbii qazdan istifadəyə görə 382,56 manat məbləğdə borcun tutulması tələbi üzrə iddia müddətinin keçib-keçməməsi məsələsinə isə habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarında şərh olunan hüquqi mövqelər nəzərə alınmaqla hüquqi qiymət veril məlidir.
36. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.
37. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7266/2022 nömrəli iş üzrə 22 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.