Məhkəmə qərarları › İş №2(102)-1329/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1329/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1329/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh 2 Kontoru İlkin iddia: “kredit müqaviləsinin etibarsız hesab edilməsi” Qarşılıqlı ödənilməsi” iddia: “borcun, əldən çıxmış faydanın və mənəvi ziyanın Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi və ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-763/2020 nömrəli iş üzrə 05 mart 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 06 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -Cavabdeh1 (borc verən) ilə İddiaçı (borc alan) arasında bağlanmış 31.07.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, “Borc verən” “Borc alana” 130000.00 (bir yüz otuz min) ABŞ dolları, bu günki ekvivalent manat məzənnəsi iə (1 ABŞ dollar=1.70 manat) 221000 manat 00 qəpik (iki yüz iyirmi bir min manat sıfır qəpik) məbləğində pul borc verir.Borc verən nəzərdə tutulan pul məbləğini borc alana notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir.”Borc alan” krediti 30/09/2018 (otuz sentyabr ki min o n səkkizinci i) tarixədək “Borc verənə” 130000.00 (bir yüz otuz min) ABŞ dolları şəklində və ya qaytarılan günki ekvivalent manat məzənnəsi ilə qaytarmağı öhdəsinə götürür. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mənzilə dair texniki pasportdan görünür ki, ünvan 1 **********62-11301 reyestr nömrəsi ilə X1 adına qeydiyyata alınmışdır. -ərizədən görünür ki, X3, İddiaçı məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 28.03.2012-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəsi, **********62-11301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan 0,097 ha torpaq sahəsi və üzərində yerləşən b ağ evinin satılmasına etiraz etmir. -08.07.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı 5 iş günü müddətində kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. -Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, hazırda İddiaçı 213500 manat məbləğində borcu qalmışdır. -“xxxx” ASC tərəfindən təqdim edilmiş xəzinə mədaxil orderi və çeklərdən görünür ki, Cavabdeh1 tərəfindən 221.000.00 manat məbləğində pul borc müqaviləsi üzrə təhvil verilmiş, İddiaçı isə həmin məbləği qəbul etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı pulun alınmasını təsdiq edən imzanın ona məxsus olduğunu, lakin mahiyyətinə varmadan imza etdiyini bildirmişdir. -Cavabdeh ****5 saylı, 02.11.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra məmuru Məmməd Bayramovun “icra sənədi üzrə icraatın dayandırılması barədə” 23.07.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı 04.07.2019-cu il tarixli ərizəsinə əsasən Bakı şəhəri 09 saylı Notariat Kontorunun ****5 saylı, 02.11.2018-ci il tarixli icra sənədinin icrası borc müqaviləsi Nərimanov Rayon Məhkəməsində mübahisələndirildiyi üçün dayandırılmışdır. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh 2 Kontoruna qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 09 saylı Notariat Kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 31 iyul 2018-ci il tarixli müqavilənin və həmin müqaviləyə əsasən Bakı şəhəri 09 saylı Notariat Kontoru tərəfindən verilmiş icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı borcun, əldən çıxmış faydanın və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 31 iyul 2018-ci il tarixli kredit müqaviləsi əsasında ondan götürdüyü 130.000 (bir yüz otuz min) ABŞ dolları məbləğində olan 221000 (iki yüz iyirmi bir min) manat pulun əvəzinin, cavabdeh İddiaçı ondan götürdüyü 130.000 (bir yüz otuz min) ABŞ dolları məbləğində olan 221000 (iki yüz iyirmi bır min) manat pulunu qanunsuz olaraq bu günə qədər özündə saxladığına görə məhrum olduğu 20.000 manat pul məbləğində gəlirin (əldən çıxmış faydanın) əvəzin in, 50.000 manat məbləğində mənəvi zərərin əvəzinin, məhkəmə üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh İddiaçı tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(005)3368/2019 nömrəli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) ilk iddia tələbi üzrə İddiaçı ilk iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh 2 Kontoruna qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilkin iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 213.500 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 xeyrinə tutulması və qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı və Cavabdeh1 apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-763/2020 nömrəli iş üzrə 05 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), Ə.İ.Qasımov və X.Ə.Sarıyev) apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(005)3368/2019 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin və rədd edilmiş hissəsində ləğv olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış və qətnamənin qarşılıqlı iddianın təmin və rədd edilmiş hissəsinin ləğv olunaraq həmin hissədə Bakı Apellyasiya Məhkəməsinin 05 mart 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflər in iştirakı və izahatları İlkin iddia üzrə İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilməməsi hissəsində ləğv olunmasına və ilkin iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası ilkin iddia üzrə iddiaçının izahatını və təqdim etdiyi sənədləri nəzərə almamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiy a şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə ilkin iddia üzrə İddiaçı və ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh 2 Kontorunun nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağland ığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. -337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. -337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər bir əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyn i ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; -339.1-ci maddəsinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. -340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. -354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. -354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhər 9 saylı Notariat Kontoruna kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilkin iddia tələbi ilə bağlı qeyd etmişdir ki, həmin müqavilə bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərt lər pozulmamış və bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından iddia rədd edilməlidir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən ilkin iddia üzrə iddiaçının izahatının və təqdim etdiyi sənədlərin nəzərə alınmadığını, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-763/2020 nömrəli iş üzrə 05 mart 2020-ci il tarixli qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar