Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1331/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2(103)6227/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi, ev 23 ünvanında yerləşən 11 saylı mənzil 08 oktyabr 2009-cu il tarixdən İddiaçı mülkiyyətindədir.
2. Əlizadə X1 Əlizadənin oğludur və 1985-ci ildən etibarən Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi, ev 23 ünvanında yerləşən 11 saylı mənzildə yaşamaqla, 24 mart 1992-ci il tarixində həmin mənzilə pasport qeydiyyatına alınmışdır. 3. 14 saylı MKİS tərəfindən 29 dekabr 2022-ci il tarixdə verilmiş arayışda göstərilmişdir ki, Cavabdeh ünvan 1 ünvanda qeydiyyatda olsa da, qonşuların təsdiq olunmuş bildirişlərinə əsasən həmin ünvanda 2006-cı il tarixdən yaşamır. Cavabdeh özünün bildirməsinə görə isə, 2000-ci ildə ailə həyatı qurmuş və həmin tarixdə sözügedən mənzildən köçüb ailəsi ilə birlikdə atasının mülkiyyətində olan Bakı şəhəri, Ş.Əzizbəyov küçəsindəki 95 saylı evin 80 saylı mənzildə yaşayır.
4. Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955 məhəllə, ev 21, mənzil 166 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilin 1/8 hissədə və ünvan 3 ünvanında yerləşən mənzilin 1/8 hissədə Cavabdeh mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyət hüququ üzrə iddiaçıya məxsus ünvan 4, mənzil 11-ə olan istifadə hüququnun olmaması b arədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən 11 saylı mənzil iddiaçının mülkiyyətindədir. Oğlu Cavabdeh həmin mənzildə pasport qeydiyyatındadır, lakin 20 ildir ki, bu mənzildə yaşamır. Oğlu həmin mənzildə yaşamadığı üçün ondan istifadə hüququnu tam itmişdir. Lakin o, iddiaçının evindən qeydiyyatdan çıxmaq istəmir. Qeydiyyatda olduğuna görə iddiaçı həmin yaşayış sahəsində kommunal xidmətlər üçün əlavə haqq ödəyir.
7. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbinə etiraz verərək göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi, ev 23 ünvanında yerləşən 11 saylı mənzildən istifadə hüququ var, həmin mənzildə 1985-ci ildən pasport qeydiyyatındadır, ara-sıra gedib orada qalır, yəni formal qeydiyyatda deyil. Şəxsin yaşayış yeri üzrə qeydiyyatda olması onun həmin mənzilə köçürülməsini tələb etmək hüququnu qaçılmaz edir. Bu zaman mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsinə dair qətnamələr yaşayış sahəsindən çıxarılma üçün əsas ola bilməz. Həmin mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilə bilər.
8. Daha sonra, iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə 16000 manat kompensasiya təklif etdiklərini göstərmiş, sonuncu təklif olunan kompensasiya məbləği ilə razılaşmırsa 3 illik kompensasiya məbləğinin hesablanması üçün ekspertiza təyin olunmasını xahiş etmişdir.
9. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə çıx arılmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, sözügedən mənzildən istifadə hüququnun olmasına baxmayaraq, iddiaçı onu mənzilə buraxmır. Bununla bağlı Bakı şəhəri Nəsimi rayonu RPİ 20-ci PB-nə ərizə ilə müraciət etmiş, ona bu barədə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
11. Birinci instansiya məhkəməsində Cavabdeh izahatında bildirmişdir ki, mərhum atasına məxsus ünvan 5 ünvanda yaşayır, təklif olunan kompensasiyaya məbləğini qəbul etmir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(006)2103/2023 nömrəli qətnaməsi ilə (hakim N.İ.Abbasov) ilk iddianın təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi, 23 saylı evin 11 saylı mənzilindən istifadə hüququna xitam verilməsi, Cavabdeh İddiaçı qarşı “mənzil ə köçürülmə” barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət olunmuşdur.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblərlə əlaqədar olmayıb, daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. İşin materialları və faktiki halları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdeh ailə qurduqdan sonra mübahisəli mənzildən köçmüş, ailə üzvü sırasından çıxmış və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Odur ki, Cavabdeh uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də Cavabdeh mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Cavabdeh mübahisə predmeti nə daxil olan evi tərk etməklə uzun müddətdir ki, həmin evdə yaşamır, onun hazırda yaşayış yeri və 2 daşınmaz əmlaka pay hüququ mövcuddur. Mübahisə predmeti olan evdə Cavabdeh yaşamasına imkan verilməməsi, həmin evdən istifadə hüququnun məhdudlaşdırılması və evə dair istifadə hüququnun qalmasına zəruriliyin olması, yəni evdən istifadə etmək ehtiyacının olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, bu barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməmiş və Cavabdeh tərəfindən də sübuta yetirilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının mənzilə köçürülməsini tələb etmək hüququ mövcud deyildir.
14. Mövqeyini əsaslandırarkən məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 228.1, 228.2, 228.5, 262.2-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarlarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 26 oktyabr 2023-cü il tarixli, 2(103)-6227/2023 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər S.X.Bəhrəmzadədən və X.A.Mərdanovadan ibarət tərkibdə) apellyasiya şikayətinin təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(006)-2103/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, Cavabdeh mübahisəsi gedən mənzilə istifadə hüququ mənzil babasına məxsus olduğu dövrdə, yəni babasının ailə üzvü olaraq mənzildə onunla birgə yaşadığı zaman xx.xx.2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaranmışdır və aydınlaşdırılmalı olan məsələ onun, 2000-ci (yaxud 2006-cı) ildə mənzildən getməsindən sonra bu hüququnun qalıb-qalmaması ilə bağlıdır. 18. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda mətni qeyd olunmuş 60-cı və 87-ci maddələrinin məzmunundan görünür ki, qanunvericilik yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh mübahisəsi gedən mənzilə, mənzil babasının mülkiyyətində olduğu dövrdə onun ailə üzvü olaraq mənzildə onunla birgə yaşadığı zaman yaranmış istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi üçün əsaslar vardır.
20. Belə ki, bu c ür mübahisələrdə dəyərləndirilməli olan əsas məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, yaşayış sahəsinə olan ehtiyacını məhz həmin yaşayış sahəsindən istifadə etməklə qarşılamaq məcburiyyətində olub-olmadığıdır. Həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsindən istifadə hüququ vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq kimi konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəlsə də, bu hüquqa xitam verilməsi zamanı kompensasiya o halda ödənilir ki, hüquq sahibinin mülkiyyətçinin hesabına müəyyən müddət daxilində başqa yerdə, istifadə hüququ olan mənzildəki şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən yerdə yaşamağa ehtiyacı olsun.
21. Apellyasiya kollegiyasının qənaətinə görə, mülkiyyətində mənzillər olan Cavabdeh, yaşay ış sahəsinə olan ehtiyacını məhz anasının mülkiyyətindəki mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olduğu nəticəsinə gəlmək, onun maraqları ilə mülkiyyətçinin hüquqları arasındakı “ədalətli tarazlığın” pozulması olardı.
22. Bu kontekstdə qeyd olunmalıdır ki, İddiaçı Cavabdeh kompensasiya təklif etməsinə baxmayaraq, məhkəmənin onun istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi nəticəsinə gəlməsi pozuntu kimi qiymətləndirilə bilməz. Çünki birincisi, həmin kompensasiya mübahisənin başa çatdırılması üçün təklif olunmuş, lakin Cavabdeh bu təklifi qəbul etməmişdir; ikincisi, kompensasiya iddianın predmeti və obyekti deyildir.
23. Həmçinin nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prin sipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Başqa sözlə, hakim iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək, konkret halda istifadə hüququnun olub-olmadığını, hüquq sahibinə kompensasiya ödənilməli olub-olmadığını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir.
24. Həmçinin apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 228-ci maddəsinə istinadla müvafiq nəticəyə gəlməsi tətbiq edilməməli normanın tətbiqi kimi qiymətləndirilməməlidir. Belə ki, mübahisəsi gedən mənzilin 2006-cı ildə İddiaçı mülkiyyətinə keçməsi və onun özünün, oğlunun mənzili 2006cı ildə tə rk etdiyini bildirməsi, Cavabdeh mənzilin əvvəlki mülkiyyətçisinin (babasının) iradəsi əsasında həmin mənzilə yaranan istifadə hüququnun, mənzil anasının mülkiyyətinə keçdikdən sonra hazırda qüvvədə olan Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaranan istifadə hüququ ilə əvəz olunduğu qənaətini formalaşdırmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.4, 152.5, 228.2-ci, Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 60, 87, 123-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 217.3, 385.1, 385.2-ci maddələri, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu, “Azərbayc an Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarları ilə əsaslandırmışdır.
26. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması, onun həmin ünvana istifadə hüququnun itirilməməsinə zəmin yaratmır; çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vət əndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüq uqunun yaranması məqsədini daşımır. Əksinə, cavabdeh artıq uzun illərdir yaşadığı yeni ünvan üzrə qeydiyyata durmalı idi. Belə ki, adı çəkilən Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür, Qanunun 5-ci maddəsinə görə isə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
27. İlk iddia üzrə cavabdeh (qarşılıql ı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2(103)-6227/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 152, 157, 228.1, 228.2, 228.3-cü, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci, Mülki Prosessual Məcəllənin 63-cü maddələri, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarı pozulmuşdur.
29. B elə ki, cavabdeh mübahisəli mənzildə 2002-ci ildən pasport qeydiyyatındadır və müxtəlif vaxtlarda yaşamışdır. Hazırda süni əngəllər yaradılaraq, o, həmin mənzilə girə bilmir. Məhkəmə araşdırması zamanı cavabdeh 16000 manat məbləğində kompensasiya istəmiş, lakin məhkəmə nə ekspertiza təyin etməmiş, nə də ki, bu hissəyə hüquqi qiymət verməmişdir. Halbuki, onun istifadə hüququna yalnız kompensasiya verilməklə xitam verilməlidir.
30. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
31. İddiaçı kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
32. Etiraz işin müəyyən olunan halları ilə əsaslandırılmış və göst ərilmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Kassasiya baxışının hədləri:
33. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
34. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
35. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
36. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin üçüncü və dördüncü hissələrinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni h üquq və vəzifələrinə onlar da malik olurlar. 60-cı maddəsinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onla rın köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan so nra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci mad dəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam r azılaşır.
41. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, kassatorun iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququnun yaranması işin mübahisə edilməyən halıdır.
42. Mübahisələndirilən məsələ həmin hüquqa kompensasiya verilmədən xitam verilməsinin mümkünlüyüdür.
43. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən x itam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
44. Kassatorun mülkiyyətində və istifadəsində başqa yaşayış sahələrinin olması və onun məhz həmin yaşayış sahələrinin birində uzun müddət ərzində yaşaması, bununla da onun iddiaçının mülkiyyətində olan mənzildən ehtiyacının aradan qalxması iş üzrə müəyyən olunan hal olduğundan, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.
45. Odur ki, mübahi səyə Mülki Məcəllənin 228.2-ci maddəsi tətbiq edilməklə, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququna yalnız kompensasiya verilməklə xitamının mümkün olmasına dair kassasiya şikayətinin dəlili əsassızdır.
46. İddiaçı tərəfindən təklif olunan kompensasiyanın kassatorun xeyrinə tutulmaması ilə bağlı da apellyasiya məhkəməsinin mövqeyi qanuni olmuşdur. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində təklif olunan kompensasiya ilə razılaşmamış, qarşılıqlı iddiasının təmin olunmasını (mənzilə köçürülməsini) tələb etmişdir. Məhkəmələr də, səlahiyyətləri çərçivəsində tətbiq olunmalı maddi hüquq normasını hazırki mübahisəyə tətbiq etməklə, cavabdehin mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi mümkünlüyünü müəyyən etmişlər. Kompensasiya özü-özlüyündə iddian ın predmeti və obyekti olmadığından, ilk iddianın bu hissədə təmin edilməməsi mülki və ya prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilməz.
47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşıl ıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2(103)-6227/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.