Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1332/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1332/22 (Açar sözlər: torpaq sahəsi və evə dair sənədləşmə işlərinin aparlmasına yaradılmış maneələrinin aradan qaldırılması) Bakı şəhəri, 04 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı İddiaçı Cavabdeh qarşı “torpaq sahəsi və evə dair sənədləşmə işlərinin aparlmasına yaradılmış maneələrinin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2009/2021 nömrəli, 02 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətlərinə 04 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Əmrahov Əvəz Hümbət oğlu ilə X2 01 dekabr 1986-cı ildə rəsmi nikaha daxil olublar.
2. Torpaq islahatı zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1998cı il tarixli, 21 saylı qərarı ilə Ağdaş rayonu, Xosrov kəndində yerləşən 0,50 hektar həyətyanı torpaq sahəsi İddiaçı, Əmrahov Əvəz Hümbət oğlu, X7, X4 mülkiyyətinə verilmişdir. Bu barədə JN-334F saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vardır. Torpaq sahəsinin üzərində ev var. Əmrahov Əvəz Hümbət oğlu 30 yanvar 2013-cü ildə vəfat etmişdir.
3. Qeyd edilən torpaq sahəsi və üstündəki ev DƏDRX-də qeydə alınmayıb.
4. Cavabdeh X1 ögey oğludur.
5. Mübahisə torpaq sahəsi və evin sənədləşməsi ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, mərhum əri Əmrahov Əvəz Hümbət oğlunun ölümündən sonra vərəsəlik işinin açılması ilə əlaqədar Ağdaş rayonu, Xosrov kəndində miras qalmış fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0,50 hektar həyətyanı torpaq sahəsində DƏDRX-in 17 saylı ərazi idarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılıb ki, 0,50 hektar həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaş ayış evi qeydiyyatdan keçirilməmişdir. Vərəsəlik işinin açılması ilə əlaqədar 0,50 hektar həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin DƏDRX-də qeydiyyatdan keçirilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport tələb olunur.
8. İddiaçı 0,50 hektar həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət etsə də, fərdi yaşayış evinin inventarlaşdırmaq məqsədi ilə özəl mərzçəkən M.Mehdizadə qeyd olunan ünvana getmiş, lakin Cavabdeh tərəfindən müayinə işlərinin aparılmasına imkan verilməmişdir və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır.
9. Cavabdehin qanunsuz hərkətləri nəticəsində iddiaçı ərinin ölümündən sonra vərəsəlik işin açdıra bilmir.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 164.1 və 1096.1-ci maddələrinə istinad etmişdir.
11. Cavabdeh iddiya etiraz edib. Etirtazın dəlilləri: - iddiaçı onun ögey anasıdır. Münasibətləri əvvəllər yaxşı olsa da, atasının ölümündən sonra ev üstündə narazılıq yaranıb; - inventarlaşdırma aparılmalı olan ev əslində bibisini adınadır və bibisi evi onun qızına vəsiyyət edib; - nə evin, nə də torpağın sənədləşməsi üçün gələn nümayəndələrə heç bir maneçilik törətməyib, yalnız bildirib ki, evi və torpağı iddiaçı öz adına sənədləşdirə bilməz. Çünki həmin əmlak mirasdır, mirasda onun və ailəsinin də payı vardır; - ev iddiaçıya və övladlarına məxsus deyil.
12. Ağdaş Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2(014)-1353/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Ağdaş rayonu, Xosrov kəndində yerləşən 0,50 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Cavabdeh tərəfindən maneçilik törədilən suni maneələrə son qoyulması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. (hakim Famil Nəsibov)
13. Məhkəmə toplanmış sübutlar əsasında müəyyən etmişdir ki, Ağdaş rayonu, Xosrov kəndində yerləşən 0,50 hektar həyətyanı torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1998-cı il tarixli, 21 saylı qərarına əsasən JN-334F saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı, Əm rahov Əvəz Hümbət oğlu, X7, X4 mülkiyyətinə verilmişdir. Əmrahov Əvəz Hümbət oğlu ilə X2 01 dekabr 1986-cı ildə rəsmi nikah bağlayıb, evləndikdən sonra qadın ərinin Əmrahova soyadını qəbul etmişdir. Əmrahov Əvəz Hümbət oğlu 30 yanvar 2013-cü ildə vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 16 may 2021-ci il tarixli İddiaçı ünvanlanan məktubuna əsasən 05 may 2021-ci il tarixdə Ağdaş rayonu, Xosrov kəndində yerləşən fərdi yaşayış evini inventarlaşdırmaq məqsədi ilə mühəndis-inventarlaşdırıcı M.Mehdizadə qeyd olunan ünvana getmiş, lakin Cavabdeh tərəfindən müayinə işlərinin aparılmasına imkan verilməmişdir və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır.
14. Birinci ins tansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən iddianı təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13.1, Mülki Məcəllənin 152.1, 157.4, Torpaq Məcəlləsinin 111.1, 111.2, Mülki Prosessual Məcəllənin 80 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş ediblər.
16. Apellyasiya şikayəti belə əsaslandırılıb ki, məhkəmə tərəfindən cavabdehin mülkiyyət hüququ pozulmuşdur. Həmçinin iddiaçı uzun illərdir həmin ünvanda yaşamır. Mirası faktiki olaraq cavabdeh qəbul etmişdir. İddiaçının həmin evdə heç bir hüququ yoxdur. Bu səbəbdən qətnamə qanunsuz və əsassızdır.
17. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2009/2021 nömrəli, 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(014)-1353/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Mahir Əsədli)
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi tərəflərin birgə mülkiyyətindədir. İddiaçı Ağdaş rayonu, Xosrov kəndində yerləşən torpaq sahəsinin və üzərində yerləşən evin sənədləşdirilməsi üçün DƏDRX-in Yevlax rayon 17 saylı Ərazi idarəsinə müraciət edib, həmin idarənin nümayəndələri torpaq sahəsinə gəlsələr də tərəflər arasında mübahisə olduğu və cavabdeh maneçilik törətdiyi üçün müayinəyə şər ait yaradılmamışdır.
19. Apelyasiya instansiyası əlavə olaraq Mülki Məcllənin 16.1, 152.5, 152.6 və 560.1-ci maddələrinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayətinin dəlilləri: - iddiaçı tərəfindən qeyd edilən ev onun mərhum ərinə məxsus olması barədə işdə sübut yoxdur; - həmin ev cavabdehin bibisi X3 mülkiyyətində olmuş və bibisi evi 04 mart 2015-ci il tarixli vəsiyyətnamə ilə cavabdehin qızına vəsiyyət etmişdir; - kənd icra nümayəndəliyinin arayışına əsasən həmçinin təsərrüfat başına kitabda bibisinin ayrıca 0,12 ha torpaq sahəsi və torpğaın üzərində fərdi yaşayış evinin olması qeyd edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı və etirazın dəlilləri 22.Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə so n qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardad ına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsa sdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Kassas iya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, kollegiya qətnaməni tam yoxlayır.
25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas y oxdur.
27. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
28. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
29. Belə ki, iddiaçı mülkiyyət hüququ olan torpaq səhəsinin daşınmaz əmlakın dövlət reyestri xidmətində rəsmişləşdirmək istəməsini, cavabdehin isə buna mane olmasını bildirmişdir.
30. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə də iddiaçının torpaq sahəsinə mülkiyyət hüququ var, torpağın rəsmiləşdirilməsi məqsədilə iddiaçı DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət etmiş, həmin idarənin əməkdaşlarına ölçü işlərini aparmağa cavabdeh tərəfindən maneəçilik törədilmişdir.
31. Mülki Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyy ət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərin də hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır.
34. Cavabdeh iddiaçının hüquqlarının qeydə alınması üçün mütəxəssisləri torpaq sahəsinə buraxmamaqla onun yuxarıda qeyd edilən qanunvericilik normaları ilə qorunan hüquqlarını pozur, nəticədə iddiaçı əmlaka mülkiyyət hüquqlarını təsdiq edən Çıxarışı ala bilmir.
35. Göründüyü kimi, tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.
36. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsasız sayır. Belə ki, bu dəlillər hazırki mübahisənin predmetinə aid deyil.
38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdehlə rin kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2021 il tarixli 2(107)2009/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.