Məhkəmə qərarları › İş №2(102)-1332/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1332/2025

06.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1332/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Bakı şəhəri 14 Saylı Dövlət Notariat Ofisi və Bakı şəhəri 46 Saylı Dövlət Notariat Ofisinə qarşı (X6, X3, X13 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1332/2025 (Açar sözlər: qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Bab a oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X4 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 46 Saylı Dövlət Notariat Ofisi, Cavabdeh3, Bakı şəhəri 14 Saylı Dövlət Notariat Ofisinə qarşı (X6, X3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4644/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 6 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati bin asında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. X11 və X16 xx.xx.1964-cü il tarixdə nikah bağlamış, həmin nikahdan onların üç övladı İddiaçı (iddiaçı), Cavabdeh1 (cavabdeh) və mərhum X9 doğulmuşdur.

2. Bakı şəhəri, Nəsimi rayonu Sabit Rəhman küçəsindəki 2 nömrəli yaşayış evinin 11 saylı mənzili X7 adına xx.xx.1998-ci il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.

3. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 773 saylı bağ evi isə xx.xx.1993-cü il tarixli, 6499 nömrəli icarə müqaviləsi əsasında xx.xx.1999-cu il tarixdə X8 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.

4. X11 xx.xx.2006-cı il tarixdə ölmüşdür.

5. İddiaçı tərəfindən xx.xx.2009-cu il tarixdə yazılmış ərizədə 2006-cı ildə vəfat etmiş atası X8 ünvan 1 ü nvanında miras qalmış əmlakı qəbul etmədiyi və həmin mirasdan heç bir pay tələbi olmadığı, həmin miras qalmış yaşayış evinin anası Cavabdeh3 adına keçməsinə etiraz etmədiyi qeyd edilmişdir.

6. Bakı şəhəri, Nəsimi rayonu Sabit Rəhman küçəsindəki 2 nömrəli yaşayış evinin 11 saylı mənzili xx.xx.2009-cu il tarixdən Cavabdeh1 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

7. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadədə olan 0,01564 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32,2 kv.m. yaşayış, 26,58 kv.m. köməkçi sahədən ibarət 773 nömrəli bağ evi 14-cü dövlət notariat kontorunda təsdiq edilmiş 2V1/20 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2009-cu il tarixdə (Reyestr nömrəsi: **********78-11301, qeydiyy at nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2009.) Cavabdeh3 adına qeydiyyata alınmışdır.

8. Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiq edilmiş və Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsi ilə X16 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanında yerləşən ümumi sahəsi 58,78 kv.m., yaşayış sahəsi 32,2 kv.m., yardımçı sahəsi 26,58 kv.m. olan 1 mərtəbəli, 2 otaqlı bağ evini Cavabdeh1 bağışlamışdır. Sözügedən bağ evi xx.xx.2016-cı il tarixdə Cavabdeh1 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixdə isə sözügedən bağ evinin yerləşdiyi 0,15 hektar torpaq sahəsi vahid əmlak kimi mülkiyyət hüququ ilə Cavabdeh1 adına yenidən qeydiyyata alınmış, hazırda mülkiyyətindədir. İş üzrə qəbul e dilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru və Bakı şəhəri 46 saylı Dövlət Notariat Kontoruna (bundan sonra cavabdehlər, yaxud, ad, soyadı Notariat Kontoru) qarşı (X6, X3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 adına 14 saylı Notariat Kontorunda təsdiq edilmiş 2V1/20 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh 3 arasında 4Ə56 reyestr nömrə ilə, xx.xx.2016-cı il tarixində bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mərhum atası X5 miras qalmış ünvan 2 ünvanda yerləşən yaşayış evi və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evinin ilkin sənədlərin bərpa edilməsi, miras əmlakın vərəsələr arasında paylara uyğun şəkildə bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi işin faktiki hallarına uyğun olaraq onunla əsaslandırmışdır ki, iddiaçının atası X11 2006-cı ildə vəfat etmişdir. İddiaçının mərhum atası rəhmətə getdikdən sonra ondan ünvan 2 ünvanda yerləşən mənzil və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evi miras qalmışdır. İddiaçının atası rəhmətə getdikdən sonra aralarında olan razılaşmaya əs asən o, ərizə ilə notariat orqanına müraciət edərək mübahisəli yaşayış evini anasının adına vərəsəliklə keçməsinə razılıq vermişdir. Razılığa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evi isə miras olaraq iddiaçıya verilməli idi. Münasibətlər normal olduğu üçün sənədləşdirmə hissəsini həll etməmişlər. Eyni zamanda iddiaçının mərhum atasından qalan miras əmlakı idarə etməklə onu idarə etmişlər və miras əmlakı qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. 2023-cü ildə iddiaçıya məlum olmuşdur ki, iş üzrə cavabdeh qardaşı Cavabdeh1 anasının yaşlı olmasından istifadə edərək mərhum atasından miras qalan ünvan 2 ünvanda yerləşən yaşayış evi və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evini ilkin olaraq anasının adına və sonradan i zi itirmək üçün həmin əmlakları bağışlama müqaviləsi əsasında öz adına rəsmiləşdirmişdir. Bütün bu əməliyyatlardan iddiaçı 2023-cü ilin yay aylarında növbəti dəfə faktiki qəbul edilmiş miras bağ evinə getdikdən sonra məlumatı olmuşdur. İddiaçının ata-anasının rəsmi nikahından vərəsə ola biləcək 3 övlad olmuş və həmin övladlardan biri rəhmətə getsə də, onun övladları qalmışdır. Vərəsə olaraq onlar miras əmlakları idarə edilərkən nəzərə alınmamışlar.

11. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı hazırkı iddia tələbinə iddia müddəti tətbiq edilərək iddianın bütövlükdə rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul edərək bildirmişdir ki, o, i ddiaçı və cavabdehin anasıdır. Onun 3 övladı olmuşdur. Böyük oğlu Cəmaləddin vəfat etmiş, onun iki övladı qalmışdır. Həyat yoldaşı vəfat etməzdən öncə onlar məsləhətləşmişlər ki, bağ sahəsinin bir hissəsini qızına, digər böyük olan hissəsini isə oğlu Vüsala versinlər. Lakin həyat yoldaşı vəfat etdikdən sonra qızı öz payını istəmədiyini və ona çatası payını qardaşı Cəmaləddinin övladlarına verməklərini istəmişdir. Bundan sonra o, Vüsala bildirmişdir ki, həmin bağ sahəsi ilə bağlı əskik olan bütün sənədləri tamamlayıb, onun 5 sotunu Cəmaləddinin övladlarına versinlər, yerdə qalan sahə isə Vüsala qalsın. Hazırda o, oğlu Vüsalla bir yerdə yaşayır və onunla aralarında heç vaxt mübahisə olmamışdır. 5-6 il bundan əvvəl oğlunun vəkili bütün sənədləşmələri öz üzərinə götürmüş, bu müddət ərzində hər dəfə oğlundan sənədləşdirmələrin nə yerdə olduğunu soruşduqda o, həll olmadığını bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, oğlu onun etibarından sui-istifadə edərək ona yazılı ərizə imzalatmış və bütün sahəni öz adına rəsmiləşdirmişdir. Bu zaman ərizənin mahiyyəti barəsində ona heç bir məlumat verilməmiş, heç vaxt belə bir niyyəti olmamışdır. O, həmin sahədən böyük oğlunun övladlarına da pay verilməsini istəmişdir.

13. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(006)-451/2024 nömrəli, 22 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının atası vəfat etdikdən sonra ondan ünvan 2 ünvanda yerləşən yaşayış evi və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evi miras qalmışdır. Aralarında olan razılaşmaya əsasən o, ərizə ilə notariat orqanına müraciət edərək ünvan 2 ünvanda yerləşən yaşayış evini qəbul etməmiş və həmin mirasdan heç bir pay tələbinin olmadığını bildirmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, hazırda iddiaçı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlakın vərəsələr arasında paylara uyğun şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Hazırkı halda da iddiaçı mirasdan imtinaya dair qanunvericiliyin ona tanımış olduğu haqdan istifadə etməklə miras payından imtina etmişdir. Miras paydan imtina edilməsi barədə ərizənin geri götürülməsini qanunverici qadağan etmişdir. Yəni artıq iddiaçı imtina barədə ərizənin ləğv edilməsini tələb etmək hüququndan məhrum olmuşdur.

17. Məhkəmə hesab etmişdir ki, olmayan bir haqqın təmin olunmasına dair əsassız qətnamə çıxarmaqla həm də cavabdehin qanuni mənafeyini hüquqa zidd bir şəkildə pozmuş olar. Belə olduğu halda, iddia tələbi təmin edilə bilməz.

18. Məhkəmə qeyd etmişdir ki iddiaçı məhkəmə iclası zamanı əmlakın Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki bağ evinə münasibətdə imtina etmədiyini bildirmişdir ki, qanunverici hər hansı şərtlə mirasdan imtinanı müəyyən etməmiş, bunun əksinə qadağa edici norma müəyyən etmişdir. Bu isə onu deməyə əsas verir ki, vərəsə miras qalan əmlakı bütünlükdə qəbul e tməli, daha sonra özünə düşən payı üçüncü şəxslərin xeyrinə rəsmiləşdirməli idi. Bu hüquqi prosedurlara riayət etmədən miras əmlakından hissəvi imtina və ya qəbul mümkün hesab edilə bilməz. Bu kimi hal özlüyündə miras qoyanın miras əmlakları üzərində vərəsələr arasında yersiz ixtilafların yaranmasına, miras əmlaklarına dair ayrı-seçkiliyə gətirib çıxarması ehtimalları nəzərə alınmaqla belə bir mülki hüquqi qənaətə gəlmişdir.

19. Bundan əlavə, məhkəmə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının iddiasının özü əsassız olduğundan həmin ərizəyə münasibət bildirilməsinə əlavə zərurət qalmamışdır.

20. Məhkəmə iddia tələbinin digər hissələrinə münasibətdə isə qeyd etmişdir ki, iddianın miras ə mlakına münasibətdə yuxarıdakı hüquqi mövqeyə əsasən bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsi təmin edilmədiyindən iddia digər hissələrdə yəni ilkin sənədlərin bərpa edilməsi və s. hissələrdə prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan bu hissələrdə də təmin edilməməlidir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257.1, 1257.2, 1261, 1268.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

22. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə qətna mə qəbul olunmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş araşdırılarkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və nəticəsində düzgün olmayan, iddiaçının və digər vərəsələr olan mərhum qardaşının övladlarının vərəsəlik, mülkiyyət və Konstitusiya və Mülki qanunvericiliklə qorunan hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçının mərhum qardaşı Cəmaləddinin uşaqları olan Cavid Səmədzadə və Nərgiz Səmədzadənin mirasda məcburi payı olmaqla məcburi pay almaq hüququndan məhrum olmamışlar və onların gizlədilməsi iş üzrə cavabdehlərin təşəbbüsü ilə olmuşdur ki, nəticə etibarı ilə məhkəmə tərəfindən iş araşdırılarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və bunun da nəticəsində düzgün olmayan, onun və digər vərəsələr olan mərhum qa rdaşının övladlarının hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə tərəfindən şikayət araşdırılarkən tərəflərin miras əmlakı qəbul etmək üçün müəyyən edilmiş müddətləri nəzərə almamışdır. Belə ki, mirasın qəbul edilməsi üçün müddət 3 ay müəyyən edilməklə sonradan 3 ay ərzində məhkəmə tərəfindən artırılması nəzərdə tutulmuşdur. Lakin burada miras 2 ildən artıq müddət keçdikdən sonra qəbul edilmişdir. Belə olan halda mirasdan qismən imtina etməyin özü belə qanunvericiliyin tələblərinə zidd hesab edilməlidir. Lakin məhkəmə tərəfindən bu müddətlərə də qiymət verilməmiş və əsassız olaraq verilmiş ərizənin ümumi miras kütləsinə aid etməsi tamamilə yanlışdır. Digər bir tərəfdən ümumiyyətlə miras qəbul edilərkən digər vərəsələrin gizlədilməsi özüözlüyündə aparılmış vərəsəlik işinin səhv olmasına dəlalət etmişdir. Digər bir tərəfdən ərizədə mirasın bir hissəsinə münasibət bildirilməsinin özü onu təsdiq edir ki, qalan mirasdan iddiaçının və digər vərəsələrin ərizəsi alınmalı, ərizələri vərəsəlik işinə əlavə edilməsi zəruri şərt kimi göstərilməli idi. Mirasdan qismən imtina etmə 3 ay+2 ay ərzində mümkün olardı. Lakin göründüyü kimi cavabdehin vərəsələri gizlətməsi, ilkin ərizə ilə sonrakı əməliyyatları aparması gizlin niyyətin ortaya çıxmasını ortaya qoymuşdur. Mirası bütöv hissəsində imtina edirsə cavabdehin onu digər əmlaka dair vərəsəlik işi açarkən heç bir tərəddüdsüz çağırardı. Ondan belə bunu gizlətməklə cavabdehin niyyətinin vərəsələri gizlətmək və miras əmlakı bütövlükdə mənimsəmək olmuşdur. Məhkəmə tərəfindən isə bu müddətlərə, faktlara qiymət verilmədiyi üçün iddianın rədd edilməsinə nail olunmuşdur.

24. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs, eləcə də digər üçüncü şəxslər X6 və X1 nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin olunmasını xahiş etmişlər.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-4644/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Namiq Cəfərov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evinə aid hissədə ləğv edilmiş və həmin hissədə iddia təmin edilmiş, mərhum X5 m iras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evinə (1 mərtəbəli, 2 otaqlı, 32,2 kv.m. yaşayış, 26,58 kv.m. köməkçi sahədən ibarət) dair Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən 03 fevral 2009-cu il tarixdə Cavabdeh3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında xx.xx.2009-cu il tarixdə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, Cavabdeh3 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evinə dair (1 mərtəbəli, 2 otaqlı, 32,2 kv.m. yaşayış, 26,58 kv.m. köməkçi sahədən ibarət) Bakı şəhəri 46 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hes ab edilmiş və Cavabdeh1 adına xx.xx.2016-cı il tarixdə və xx.xx.2016-cı il tarixdə (58,78 kv.m. olan bağ evi yerləşdiyi 0,15 hektar torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi) daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmiş, mərhum X5 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən (58,78 kv.m. olan bağ evi yerləşdiyi 0,15 hektar torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi) bağ evinin üzərində 5/8 hissədə (1/2, yəni 4/8 hissədə birgə nikah dövründə əldə olunmuş əmlak kimi, 1/4 hissədə isə X8 vərəsəsi kimi) Cavabdeh3, 1/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh1 və 1/8 hissədə mərhum X2 vərəsələri X10, X6 və X1 payının müəyyən edilməsi və bu həcmdə hər bir vərəsəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi Bakı şəhəri 14 s aylı Notariat Ofisinə həvalə edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi ilk öncə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı tam rədd etməklə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı miras açıldığı vaxtdan miras əmlakın mülkiyyətçisi sayıldığından və qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsindən imtina etmədiyindən şikayətin dəlilləri miras bağ evinə münasibətdə əsaslı sayılır. Mənzillə bağlı hissədə isə məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamışdır. Bununla bağlı məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı artıq qəbul etdiyi miras mənzil üzərində iradə ifadəsinin həqiqi mənasına görə payına sərəncam vermişdir. Bu faktın həqiqiliyi həm də iddia ərizəsi və apel lyasiya şikayətinin məzmunundan da bəlli olur.

28. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddiaçının miras açıldıqdan 3 il keçdikdən sonra mirasdan imtina etdiyi ilə bağlı mövqeyi ilə razılaşmamışdır. Çünki Mülki Məcəllənin 1256-cı maddəsində mirasın qəbulundan imtina üçün nəzərdə tutulan müddət dəqiq müəyyən edilmişdir. Bu məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu 26 dekabr 2023-cü il tarixli Qərarındada qeyd edib ki,... vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir... Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə h esab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Göründüyü kimi, İddiaçı digər vərəsələr kimi miras açıldığı vaxtdan miras əmlakın mülkiyyətçisi sayıldığından və qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul olunmasından imtina etmədiyindən şikayətinin dəlilləri də əsaslı sayılır.

29. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər bağ evinə dair miras payının bütün vərəsələrə münasibətdə müəyyən edilməməsi hissəsində qətnamənin ləğv edilməsi əsasdır. Çünki Konstitusiya Məhkəməsi Plenumu 26 dekabr 2023-cü il tarixli qərarındada həmçinin göstərmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırkı mülki işdə Konstitusiya Məhkəməsi Plenumu sözügedən tarixli qərarı qəbul edildiyi zaman məhkəmənin icraatında (iddia ərizəsi xx.xx.2023-də məhkəməyə daxil olmuşdur) olmuşdur. Demək ki, qeyd olunan Qərardakı hüquqi mövqe bu mübahisəyə da şamil edilməlidir. Bu mənada qanunla müəyyən edilmiş müddətdə qəbul edib-etməməsi məsələsinin yoxlanılmasına ümumiyyətlə əsas və zərurət aradan qalxdığından məhkəmə tərkibi bu istiqamətdə də hər hansı bir hüquqi dəyərləndirmə aparılmasına lüzum görməmişdir. Çünki nə iddiaçının, nə də digər birinci dərəcə vərəsələrin qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulundan imtina etməsinə dair işdə hər hansı bir sübut mövcud deyildir. Əksinə həm iddiaçı, həm də birinci və apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmiş mərhum X2 vərəsələri arvadı X13 özünün və iki övladının miras əmlak üzərində miras payının müəyyən olunmasını xahiş etmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində Cavabdeh3 adına Bakı şəhəri 14 saylı Notariat ofisində (kontorunda) təsdiq edilmiş 2V-1/20 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında 4Ə56 reyestr nömrə ilə, xx.xx.2016-cı il tarixində bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mərhum at ası X5 miras qalmış ünvan 2 ünvanda yerləşən yaşayış evi və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evinin ilkin sənədlərin bərpa edilməsi, miras əmlakın vərəsələr arasında paylara uyğun şəkildə bölünməsi qeyd olunması iddianın yalnız bu cür tələb göstərildiyinə görə həmin qaydaya uyğun təmin olunması yaxud rədd edilməsi üçün əsas ola bilməz. Çünki məhkəmə özü də iddiaçının tələbinin faktiki və hüquqi əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirməli və dəqiqləşdirməlidir.

31. Bu mənada məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan bəlli olur ki, iddiaçının və mərhum qardaşının vərəsələri olan üçüncü şəxslərin istəyi və məqsədi mübahisəli bağ evinin mərhum atası ilə anasının birgə nikah dövründə əldə etd iyi əmlak olduğundan, miras əmlak olaraq üzərində qanun üzrə vərəsəlik payının müəyyən olunmasına nail olmaq olmuşdur. Çünki iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və bağışlama müqaviləsinin etibarsızlığını tələb etməklə əslində bağ evinin üzərində mirasdan imtina etmədiyi üçün vərəsə kimi mülkiyyət payının müəyyən edilməsinə çalışıb.

32. Bununla əlaqədar məhkəmə tərkibi xüsusilə vurğulamışdır ki, mübahisəli bağ evinə dair Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən 03 fevral 2009-cu il tarixdə Cavabdeh3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və xx.xx.2009-cu il tarixdə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, Cavabdeh3 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bi lgəh qəsəbəsi, 773 ünvanda yerləşən bağ evinə dair (1 mərtəbəli, 2 otaqlı, 32,2 kv.m. yaşayış, 26,58 kv.m. köməkçi sahədən ibarət) Bakı şəhəri 46 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 adına xx.xx.2016-cı il tarixdə və xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, qeyd olunan bağ evinin X11 və Cavabdeh3 birgə nikahı və birgə gəlirləri hesabına əldə edildiyindən 1/2 hissədə Cavabdeh3 paylı mülkiyyəti nəzərə alınmaqla 5/8 hissədə Cavabdeh3, 1/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh1 və 1/8 hissədə mərhum X2 vərəsələri X10 X6 və X1 paylarının müəyyən edilməsi heç bir halda iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir.

33. Məhkəmə kollegiyasının qənaətinə görə, sözügedən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edildikdən və bağışlama müqaviləsi etibarsız hesab edildikdən sonra miras əmlaka dair qanun üzrə vərəsələrin miras payının müəyyən edilməsi üçün həmin bağ evinin xx.xx.2009-cu il tarixdə Cavabdeh3, xx.xx.2016-cı il tarixdə Cavabdeh1 və xx.xx.2016-cı il tarixdə isə bağ evinin yerləşdiyi 0,15 hektar torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi də tələb olunur. Əks halda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilib və bağışlama müqaviləsi etibarsız hesab edilib qanun üzrə vərəsələrin miras payı müəyyən edilsə də bunun icrası mümkünsüz vəziyyətə düşə bilər. Başqa sözlə, həm də miras əmlak olan bağ evinin üzərində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 və Cavabdeh1 tam mülkiyyət hüququna dair əvvəlki qeydlər qalmamalıdır. Bunun üçün ayrıca məhkəmə qərarının olmasına da ehtiyac və zərurət olmur. Yəni, bu barədə yenidən iddianın irəli sürülməsi də prosessual qənaət prinsipinə açıq-aşkar zidd sayılır.

34. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1151.1, 1256, 1257.1, 1257.2, 1260, 1261, 1262, 1264, 1272, 1292.1-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 55, 57, 58, 59-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanıl masına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88, 217.3, 217.4, 372.7, 384.0.2, 385.1.1, 385.1.4, 386, 387.1 və 390-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

35. Qətnamədən Cavabdeh1 (vəkil X17) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mirası qəbul edilməsinin 3 ayla əlaqələndirilməsi əsassızıdır. Nəzərə almaq lazımdır ki, şəxs ərizə ilə bayan etmişdir ki, həmin mirası qəbul etməmişdir və bununla bağl ı heç bir tələbi yoxdur. Həmin ərizə vərəsəlik realizə olunarkən verilmiş və bu ərizə ilə bəyan edilmişdir ki, şəxs vərəsəliyi qəbul etmədiyi k i mi həmin mirasa qarşı iddiası da qalmamışdır. Bu ərizə ilə notariat kontorunda o da qətiləşir ki, şəxs mirası 3 ay ərzində qəbul etməməklə yanaşı onu faktiki də qəbul etməmişdir. Bu İddiaçı tərəfindən verilmiş ərizə nə vaxt verilməsindən asılı olmayaraq əks etdirir ki, o mirası nə hüquqi, nə də faktiki qəbul etməmişdir. Bunu hansısa kəsici müddət adı ilə pərdələmək maddi hüquq normalarının pozulmasıdır.

37. Bundan başqa qeyd edilmişdir ki, məhkəmə kollegiyası İddiaçı tərəfindən verilmiş ərizəyə ikili standart tətbiq edir ki, bu da nəticədə yanlış qətnamə çıxarılmasına əsas olmuşdur. O həmin ərizəni əvvəla vərəsəlikdən imtina kimi qəbul etmir. D aha da sonra imtinasını sərəncamverici əqd kimi qəbul edir. Yəni bir mirasa münasibətdə əsaslı, digərinə münasibətdə əsassız sayır. Bu hal özü Mülki Məcəllənin 1257.2-ci maddəsinin pozulmasıdır. İş materiallarında olan İddiaçı vərəsəlikdən imtina ilə bağlı ərizəsi əsaslı şəkildə təhlil edilməlidir. Həmin ərizənin əsaslı təhlili bir növ onun əmlaka sərəncam kimi iddiasını tamamilə əsassız edir. İddiaçı vaxtında susmaqla miras payından imtina etmişdir. O mirası faktiki qəbulu ilə bağlı hər hansı hərəkət nümayiş etdirməmişdir. Ən nəhayətində o notariat kontorunda ərizə verməklə vərəsəliyə münasibətini bildirərək açıq şəkildə qəbul etmədiyini bildirmişdir. Həmin ərizə şəxsin mirası qəbul etməməsinə dair iradə ifadəsidir. Onun vərəsəlikdən imtinası müddətlə şərtləndirilməməlidir. Burada nəzərə alınmalıdır ki, mirasdan imtina tək müddətlə şərtlənmir. Mirasdan imtina həm də müvafiq notariat kontorunda imzalanmış iradə ifadəsi ilə bəyan edilir.

38. Qeyd edilənlərdən başqa, məhkəmənin müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə münasibətdə qərarı əsaslı deyildir. Nəzərə alınmalıdır ki, üçüncü şəxslər hər hansı bir tələbi olmamış, onların məhkəmədə statusu müstəqil tələb irəli sürməyən, müstəqil tələbi olmayan şəxslərdir. Həmin şəxslər məhkəmədə öz hüquqlarını realizə etmək üçün iddia ərizəsi ilə müraciət etməmişdir. Hazırkı məhkəmədə müstəqil tələb irəli sürmüş şəxs statusu almadan onların miras payı verilməsi hissəsində də məhkəmənin mövqeyi əsassızdır.

39. Məhkəmənin qətnaməsi həm də ona görə əsassız və qanunsuzdur ki, 2009-cu il tarixdə vərəsəlik predmeti 58,78 kv.m. bağ sahəsi olmuş, həmin bağ sahəsinin yerləşdiyi torpaq sahəsi Cavabdeh1 tərəfindən özəlləşdirilmişdir. Hazırda məhkəmənin bu özəlləşdirmə prosesini araşdırmadan ləğv etməsi bir daha qətnamənin əsassızlığına dəlalət edir. Məhkəmə vərəsəlik hüquq münasibətlərinin 2009-cu il tarixdən realizə edilmişdir. Həmin mübahisə predmeti olan bağ evi anası tərəfindən Cavabdeh1 bağışlanmışdır. Bundan sonra o, həmin bağ evini yerləşdiyi torpaq sahəsini özəlləşdirmişdir və bunun üçün ən azı dövlət nəfinə müvafiq rüsumlar ödəmişdir. Daha sonra Cavabdeh1 həmin bağ sahəsində yenidənqurma işləri aparıb hazırkı vəziyyətə gətirmişdir. O da nəzərə alınmalı idi ki, o, 2009-cu ildə vərəsəlik məsələsi realizə edilmiş bağ evinə münasibətdə vicdanlı əldə edən olmuş və o mülkiyyəti kimi qəbul edərək bağ evinin yaxşılaşdırılması na vəsait xərcləmişdir (İddiaçı atasından qalmış rayondakı yurd yeri verildiyindən onun bağa qarşı heç bir tələbi olmamışdır). Məhkəmə işə qiymət verərkən Cavabdeh1 vicdanlı əldə edən olmasına eləcə də bağ evinin hazırkı vəziyyətə gətirilməsinə əsaslı vəsait xərcləməsini nəzərə almamışdır. Digər məqam isə əgər Cavabdeh1 həqiqətən anasını aldatmaq kimi bir niyyəti olsaydı, anasının ona hələ 2014cü ildən, yəni bu prosedurlardan 2 il öncə vermiş olduğu etibarnamədən (etibarnamənin müddəti xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur) istifadə edərək bağ evini özgəninkiləşdirə bilərdi. Lakin Cavabdeh1 belə bir niyyəti olmamışdır. Hətta bağışlama prosesində anası ilə birlikdə notariusa getmişdir. Halbuki bu prosesi anası Cavabdeh3 ona təqdim etdiyi etibarnamə vasitəsi ilə özü də həll edə bilərdi.

40. Məhkəmə həmçinin iddia müddətinin tətbiqində də maddi hüquq normalarına düzgün istinad etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

41. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

42. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

43. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

44. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə t ərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

45. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

46. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

47. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

48. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

49. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

50. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

51. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

52. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

53. Maddə 125

6. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

54. Maddə 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.

55. Maddə 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir.

56. Maddə 1260. Vərəsə mirasın qalan hissəsinə baxmayaraq, birləşdirilmə hüququ ilə ona mənsub olan miras hissəsindən imtina edə bilər.

57. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə i mtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər.

58. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.

59. Maddə 1264. Əgər vərəsə mirası qəbul etməkdən bir neçə şəxsin xeyrinə imtina edirsə, onlardan hər birinin payını göstərə bilər. Belə göstəriş olmadıqda onun payı mirasın qəbulundan imtina xeyirlərinə edilmiş vərəsələr arasında bərabər bölüşdürülür.

60. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

61. Maddə 1292.1. Hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu:

62. Maddə

55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilə r. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

63. Maddə

57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.

64. Maddə

58. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.

65. Maddə

59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və mira s qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı:

66. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıc ı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

67. Mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

68. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

69. Qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki,... miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrs ə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

70. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.

71. Konsti tusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur.Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən v ərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və miras ın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

73. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

74. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

75. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

76. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

77. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

78. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

79. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fak tiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

80. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

81. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

82. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

83. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

84. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

85. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahis ələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

87. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

88. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

89. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

90. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

91. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

92. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4644/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar