Məhkəmə qərarları › İş №2(102)-1333/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1333/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1333/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 22 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1nun və cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 11 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin 2(055)-511/2019 saylı 18 iyun 2019-cu il tarixli qətnamə si ilə (sədrlik edən hakim İ. Abuçov) iddiaçı x1nun cavabdeh x2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiasının təmin edilməməsi, torpaq sahəsinin dəyərini müəyyən etmək üçün qiymətləndirmə haqqı kimi ödənilməli olan 600 (altı yüz) manat pulun iddiaçı ləğv prosesində olan “x3 tutularaq x4-yə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Babayev (sədrlik edən, məruzəçi), Q.Kərimov və N.Mirzəyev, 2(106)2833/2019 saylı mülki iş) hazırki iş üzrə Saatlı Rayon Məhkəməsinin 2(055)-511/2019 saylı, 18 iyun 2019-cu il tarixli qətnaməsi iddiaçı ləğv prosesində olan x1 nümayəndəsi x5 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən ləğv edilmiş, iddiaçı ləğv prosesində olan x1 cavabdeh x2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdeh x2ndan 02 iyul 2008-ci il tarixli, 219/F4 saylı kredit müqaviləsi üzrə 120.000 manat əsas borcun, 773,66 manat faiz borcu olmaqla cəmi 120,773,66 (yüz iyirmi min qeddi yüz yetmiş üç manat altmış altı qəpik) manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı və ipoteka bildirişlərinin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 (otuz) manat pul tutularaq iddiaçı x1nun xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh x2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Saatlı şəhərində yerləşən 1,1765 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına cavabdeh x2nun iddiaçı x1 olan borcu ödənilməsi, satışdan qalan məbləğin cavabdehə ödənilməsi, ipoteka ilə yüklü edilmiş Saatlı şəhərində yerləşən 1,1765 ha torpaq sahəsinin ilkin satış qiyməti 315.900 (üç yüz on beş min doqquz yüz) manat həddində müəyyən edilməsi, iddia tələbi qalan hissədə təmin edilməmiş, torpaq sahəsinin dəyərini müəyyən etmək üçün qiymətləndirmə haqqı kimi ödənilməli olan 600 (altı yüz) manat pul cavabdeh x2ndan tutularaq x4-yə (VÖEN: **********, x6, VÖEN: **********, M/h: AZ89NABZ********************, Kodu: 503314, S.W.İ.F.T. BİC:AMRAAZ22, H/h:AZ40AMRA********************) ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı x1 cavabdeh x2 qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, 02 iyul 2008-ci il tarixli, 219/F4 saylı kredit müqaviləsi üzrə 120.000 manat əsas borcun, 773,66 manat faiz borcunun, Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən illik 5% dərəcəsi ilə hesablanan 33.883,33 manat faiz borcunun, cəmi 154.656,99 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat xidmət haqqının və ipoteka bildirişlərinin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat pulun cavabdeh x2ndan alınıb ləğv prosesində olan x3 xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh x2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Saatlı şəhərində yerləşən 1,1765 ha torpaq sahəsinə yönəldilməklə, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasın ı xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmə məsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdır ma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı x3 ilə cavabdeh x2 arasında bağlanmış 02 iyul 2008-ci il tarixli, 219/F4 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə Saatlı şəhərində turizm xidmətlərinin təşkili məqsədi ilə 60 ay müddətinə, illik 7% dərəcəsi ilə 120.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış 02 iyul 2008-ci il tarixli, 219/F4 saylı ipoteka müqaviləsinə əsasən cavabdeh x2 mülkiyyətində olan Saatlı şəhərində yerləşən 1,1765 ha torpaq sahəsini iddiaçı x3nə ipotekaya qoymuşdur. İpoteka müqaviləsi 02 iyul 2008-ci il tarixli, seriya MH № ******* nömrəli çıxarış əsasında qeydiyyata alınmışdır. Kredit müqaviləsinin 4.1-ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq həyata keçirilir. Cavabdeh x2 kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirmədiyi üçün onun iddiaçı x3nə 28 fevral 2019-cu il tarixli maliyyə arayışına əsasən 02 iyul 2008-ci il tarixli, 219/F4 saylı kredit müqaviləsi üzrə əsas borcu 120.000 manat, faiz borcu 773,66 manat, Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 33.883,33 manat, cəmi borcu 154.656,99 manat təşkil etmişdir. Borcun ödənilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabd eh borcun ödənilməsindən yayınmışdır. Bundan əlavə iddianın verilməsi ilə bağlı 30 manat məbələğində dövlət rüsumu ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edərək iddianı rədd etməkdə səhvə yol ermişdir. Belə ki, iş materiallarında olan, 02 iyul 2008-ci il tarixli, 219 F4 saylı kredit müqaviləsinin surətindən görünür ki, x3 ilə cavabdeh x2 arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh x2 60 ay müddətinə, illik 7 faiz dərəcəsi ilə 120.000 manat məbləğində kredit verilməsi barədə razılıq əldə edilmişdir. 02 iyul 2008-ci il tarixli, 219 F4 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, x2 ilə bank arasında bağlanmış 02 iyul 2008-ci il tarixli, 219 F4 saylı kredit müqaviləsinə əsasən 120.000 manat məblə ğində 60 ay müddətinə verilən kreditin və ona hesablanmış faizin təminatı kimi x2nun mülkiyyətində olan Saatlı şəhərində yerləşən 1,1765 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Qeyd edilən ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflər arasında 178.000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Saatlı şəhərində yerləşən 1,1765 ha sahibkarlıq məqsədi ilə ayrılmış torpaq sahəsi mülkiyyət hüququ üzrə x2nun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiy yata alınmışdır. Qeydiyyat nömrəsi 240700217, qeydiyyat tarixi isə 17 mart 2007-ci ildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, 00002011 nömrəli Çıxarışın surətindən görünür ki, Saatlı şəhərində yerləşən 1,1765 ha sahibkarlıq məqsədi ilə ayrılmış torpaq sahəsi mülkiyyət hüququ üzrə öhdəliklər tam yerinə yetirilənə kimi x3-nin xeyrinə yüklü edilərək 1 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi isə 02 iyul 2007-ci ildir. Ləğv prosesində olan x3-nin ləğvedici Əmanətlərin Sığortalanması fondunun icraçı direktoru tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 13 saylı Ərazi idarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması barədə 07 dekabr 2018-ci il tarixli ərizədən görünür ki, ərizə 07 dekabr 2018-ci il tarixdə muvafiq qeydiyyata alınmışdır. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 00232645 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, x2 19 iyun 1985-ci il tarixdə Saatlı şəhərində doğulmuş, Saatlı şəhəri M.Şəfi küçəsi ev 46-da qeydiyyatdadır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)1404/2016 saylı, 01 fevral 2016-cı il tarixli qərarının surətindən görünür ki, x3 müflis elan edilməsi və iflas proseduruna başlanması, Əmanətlərin Sığortalanması Fondu x3 ləğvedicisi təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan, cavabdehə borcun ödənilmə si ilə bağlı xəbərdarlıq edilmiş, lakin cavabdeh heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməl i, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratma q üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun q açırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə iddiaçının cavabdehdən tələb etdiyi kredit məbləği ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Tərəflər arasında bağlanmış 02 iyul 2008-ci il tarixli, 219/F4 saylı kredit müqaviləsinə əsasən borcalan alınmış 120.000 manat məbləğində kredit üçün illik 07 faizi 60 ay müddətə ödəməyi öhdəsinə götürür. Ləğv prosesində olan x3 tərəfindən verilmiş 28 fevral 2019-cu il tarixli maliyyə arayışından görünür ki, x2nun x3-yə 120.000 manat əsas borcu, 773,66 manat faiz borcu, Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qə rarına əsasən illik 5% dərəcəsi ilə hesablanan 33.883,33 manat cərimə, cəmi 154.656,99 manat borcu vardır. 24 sentyabr 2013-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, cavabdeh x2 tərəfindən 24 sentyabr 2013-cü il tarixdə x3-yə 1.500 manat məbləğində ödəniş edilmişdir. Göründüyü kimi iddiaçının cavabdehdən tələb etdiyi əsas borcun məbləği 120.000 manat, faiz borcunun məbləği isə 773,66 manat təşkil edir. Cavabdeh x2 tərəfindən 24 sentyabr 2013-cü il tarixdə x3-yə ödənilmiş 1.500 manat isə iddiaçının qeyd etdiyi kimi faiz bircundan silinmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış iyul 2008-ci il tarixli, 219 F4 saylı ipoteka müqaviləsinə əsasən x2nun mülkiyyətində olan Saatlı şəhərində yerləşən 1,1765 ha torpaq sahəsinin dəyəri 178.000 ma nat qiymətləndirilsə də, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh x2 vəsatətinə əsasən ipoteka predmetinin hazırki vaxtda satış qiymətinin müəyyən edilməsini təmin etmək üçün müstəqil qıymətləndirici dəvət edilərək müvafiq rəy alınmışdır. Belə ki, iş materiallarında olan, x4-nin əmlakın qiymətləndirilməsi barədə G-05/19157 saylı, 27 may 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, x2nun mülkiyyətində olan Saatlı şəhərində yerləşən 1,1765 ha torpaq sahəsinin 27 may 2019-cu il tarixə olan bazar qiyməti 315.900 manat, tiklilərin bazar qiyməti 432.180 manat, ümumi bazar qiyməti 748.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 310-cu maddəsinə əsasən eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyya tı anı ilə müəyyənləşdirilir. Həmin Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hiss əsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3 və 39.3.2-ci maddələrinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipote ka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (maddə 59.3.1); və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar (maddə 59.3.2). İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Birinci instansiya məhkəməsi iddia tələbini rədd e dərkən ona əsaslanmışdır ki, 02 iyul 2008-ci il tarixli, 219/F4 saylı kredit müqaviləsi üzrə iddia müddətinin axımı 02 iyul 2013-cü ildən başlamış, lakin iddiaçı üç illik iddia müddəti keçəndən sonra qeyd olunan kredit müqaviləsi üzrə borcun alınması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin həmin mövqeyini düzgün hesab etməmiş və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qa nuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin əsassız olaraq tətbiq edilməsi barədə dəlili ilə əlaqədar olaraq mülki iş materiallarının tədqiqi nəticəsində aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ü mumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüq uq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı x1nun və cavabdeh x2nun kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 22 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar