Məhkəmə qərarları › İş №2(102)-1335/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-1335/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1335/2021 26.01.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Xələfov Cavabdeh1 kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı Bank “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsinin ləğvi və borcun tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il ta rixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti icraata qəbul edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti Cavabdeh1 tərəfindən tərtib edilərək imzalansa da, vəkil tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələbinə görə kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə bi rgə iştirak edirlər. Həmin Məcəllənin 407.3-cü maddəsinin tələbinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 408.1.1-ci maddəsinin tələbinə görə kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinin tələbinə əsasən qeyd olunan hallar mövcud olduqda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılmalıdır. Göstərilənlərə əsasən hesab edirəm ki, kassasiya şik ayəti icraata qəbul olunmamalı və iş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin, verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar