Məhkəmə qərarları › İş №2(102)-1335/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1335/2022

31.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1335/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən birgə nikahdan olan 14.04.2010-cu il təvəllüdlü X2 və 12.10.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)2405/2014 saylı, 16 may 2014 -cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 175 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3302/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddianın təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2405/2014 saylı, 16 may 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, 14.04.2010-ci il təvəllüdlü X2 və 12.10.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimenti n hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(102)-9549/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-nin 112.1 və 112.1.3-cü maddələrinin tələblərinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının artırılmasını xahiş etdiyi aliment Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2405/2014 saylı, 16 may 2014-cü il tarixli qətnaməsinə əsasən hər uşağa 103 manat olmaqla, iki uşağa görə cəmi 206 manat müəyyən edilmişdir. İddiaçının hazırki tələbi isə həmin qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin artırılması ilə bağlıdır. Belə ki, iddiaçı müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 175 manat, cəmi 350 alimentin tutulmasını xahiş edir. Hazırda cavabdehin mübahisələndirdiyi aliment məbləğinin bir illik qiyməti iki min manatdan az ((350-206=144), 144x12=1728 manat) olduğundan onun həmin qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur. MPM-nin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 404-1.2 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ƏRARA ALDİ: Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(102)-9549/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar