Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1336/2020 13.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, iddiaçı V.V.V “xxxx” ASC-nin ləğvedicisi +-YYYnun və vəkili Əzizli Nəvazi Vidadi oğlunun Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli, 2(106)-3247/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Lənkaran Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(049)-884/2019 saylı qətn aməsi ilə (hakim R.A.Məmmədov) iddiaçı V.V.V “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 31 oktyabr 2012-ci il tarixli, 7-12/316 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 3671,25 ABŞ dolları, faiz borcu üzrə 452.88 ABŞ dolları və cərimə borcu üzrə 100 ABŞ dolları, cəmi 4224.13 ABŞ dolları kredit borcunun tutularaq V.V.V “xxxx” ASC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulacaq 4224 ABŞ dolları 13 sent məbləğində kredit borcunun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının 22 oktyabr 2019-cu il tarixli, 2(106)-3247/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi İ.H.Əhmədov, R.M.Cəfərov, F.K.Soltanov) iddiaçı V.V.V “xxxx” ASC-nin nümayəndəsi LLL tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Lənkaran Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2(049)-884/2019 saylı qətnaməsi dəyişilmədən saxlanılmışdır. İşin halları: İddiaçı V.V.V “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını onunla əsaslandırmışdır ki, 31.10.2012-ci il tarixli, 7-12/316 N-li kredit müqaviləsinə əsasən Cavabdeh1 V.V.V «xxxx» ASC-dən illik 30% faizlə 18 ay müddətinə 6000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müq aviləsi bağlanmışdır. Lakin, borclular müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edirlər. 04 yanvar 2019-cu il tarixinədək Cavabdeh1 V.V.V «xxxx» ASCyə 3671.25 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 452.88 ABŞ dolları faiz, 3047.14 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 04.01.2019- cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 858.15 ABŞ dolları borc, ümumilikdə 8029.42 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçı V.V.V “xxxx” ASC-nin ləğvedicisi YYY həmin qətnamədən Ali Məhkəmənin Mülki Koll egiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı V.V.V “xxxx” ASC-nin ləğvedicisi YYY və vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam y oxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı V.V.V “xxxx” ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçı V.V.V “xxxx” ASC-nin ləğvedicisi YYY kassasiya şikayəti təmi n olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olun ubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan 31.10.2012-ci il tarixli, 7-12/316 N-li kredit müqaviləsindən görünür ki, Cavabdeh1 «xxxx» ASC tərəfindən illik 30 faiz dərəcəsi tətbiq edilməklə 18 ay ərzində qaytarmaq şərti ilə 6000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan 31.10.2012-ci il tarixli, 7-12/316 N-li saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 31.10.2012-ci il tarixli, 7-12/316 N-li kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit bo rcunun ödəniş cədvəlinə 1 saylı əlavədən görünür ki, kredit alan Cavabdeh1 18 ay müddətində hər ay 418 ABŞ dolları, sonuncu ayı 416 ABŞ dolları olmaqla 30.11.2012-ci il tarixdən başlayıb sonuncu ödənişi 30.04.2014-cü il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi «xxxx» ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi təklif olunmuşdur. İşdə olan 03 sentyabr 2014-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 3671.25 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 452.88 ABŞ dolları faiz, 3047.14 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 04.01.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 858.15 ABŞ dolları borc, ümumilikdə 8029.42 ABŞ dolları məbləğində kredit borcu hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq, iddia tələbinin qismən təmin edilməli olması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca ic ra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Cavabdeh1 iddiaçı «xxxxı» ASC-dən aldığı kredit üzrə ə sas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -470.1-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqav iləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş zaminlik müqaviləsini nəzərdən keçirib hesab etmişdir ki, zamin Cavabdeh2 əsas borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bank qarşısında cavabdehliyi öz üzərinə götürdüyündən bank qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. İddiaçı təşkilat vaxtında iddia qaldırmaması ilə bağlı gecikmənin məhz cavabdehin günahı ucbatından baş verməsini təsdiq edən hər hansı sübu tu iş materiallarına əlavə etməmiş və məhkəmələrə təqdim etməmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiy mət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı V.V.V “xxxx” ASC-nin ləğvedicisi YYY tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli, 2(106)-3247/2019 saylı qətnaməsi kas sasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1336/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1336/2020
13.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver