Məhkəmə qərarları › İş №2(102)-1336/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1336/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1336/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1336/21 (Açar sözlər: müqavilələrin ləğvi, borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi, ekspert rəyləri) Bakı şəhəri, 19 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı xxx cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilələrin ləğvi, borc və ipoteka yönəltmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 2(103)-338/2020 nömrəli, 30 yanvar 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 19 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “İddiaçıbank” ASC-nin (indiki İddiaçı BOKT ASC-nin) Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış 08.08.2015-ci il tarixli 150/15/PB/YF nömrəli kredit (borc) müqaviləsinə əsasən sonuncuya illik 19 faizlə, 36 ay müddətinə, evin təmiri məqsədi ilə 102.700 ABŞ dolları, 27 yanvar 2015-ci il tarixli 022/15/PB/YF/PK nömrəli kredit (borc) müqaviləsinə əsasən illik 36 faizlə, 12 ay müddətinə, evin təmiri məqsədi ilə 6000 ABŞ dolları borc verilmişdir.

2. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəh əri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 56 nömrəli 3 nömrəli mənzili 170/14/PB/YF nömrəli 17 aprel 2014-cü il tarixli ipoteka (girov) müqaviləsi və ona edilən 17 aprel 2014-cü il tarixli 01 nömrəli əlavə ilə bankın xeyrinə yüklü edilmişdir. İpoteka predmeti olan mənzil 57000 manat dəyərində qiymətləndirilib.

3. Bundan əlavə, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, LökbatanXocahəsən yolunun cənub-şərq hissəsində, “Sədərək ticarət mərkəzi”ndə yerləşən, 1-ci zona, sıra 1, korpus 7, 178 saylı 33 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə (dükana) olan hüquqlar və həmin dükanda olan dövriyyədəki mallar və Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində, “Sədərək ticarət mərkəzi”ndə yerləşən, 1-ci zona, sıra 2, korpus 7, 161 saylı 50 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə (dükana) olan hüquqlar və həmin dükanda olan dövriyyədəki mallar 08 avqust 2015-ci il tarixli 150/15/PB/YF-G nömrəli girov müqaviləsi və 19 sentyabr 2014-cü il tarixli 625/14/PB/YF nömrəİi girov müqaviləsinə edilən 01 nömrəli əlavə ilə bankın xeyrinə yüklü edilmişdir.

4. Həmin dükanlardakı dövriyyədə olan mallar 100.000 manat qiymətləndirilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddianın dəqiqləşməsi barədə ərizə ilə Nizami rayon məhkəməyə müraciət edərək, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 yanvar 2015-ci il və 08 avqust 2015-ci il tarixli kredit müqavilələrinin ləğv olunması, 27 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 5995,54 ABŞ dolları əsas, 6367,30 ABŞ dolları hesablanmış faiz borcu olmaqla, cəmi 12362,84 ABŞ dolları borcun, 08 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 93933,29 ABŞ dolları əsas, 52702,00 ABŞ dolları hesablanmış faiz, 77401,03 ABŞ dolları dəbbə pulu (cərimə) olmaqla, cəmi 224036,32 ABŞ dolları borcun tutulması; 08 avqust 2015-ci il tarixli 150/15/PB/YF nömrəli kredit müqaviləsinin təminatı olan ipoteka predmetinin 57.500 manat qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan ümumi sahəsi 62.0 kv.m, yaşayış sahəsi 47.0 kv.m və 15.0 kv.m yardımçı sahədən ibarət 5 6 nömrəli evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı, 3 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, mənzildən Cavabdeh1 istifadə hüququna xitam verilməklə çıxarılması, mənzilin boşaldılması, 27 yanvar 2015-ci il tarixli 022/15/PB/Y/PK nömrəli kredit (borc) müqaviləsi üzrə borcun 08 avqust 2015-ci il tarixli 150/15/PB/YF-G nömrəli girov müqaviləsi və 19 sentyabr 2014-cü il tarixli 625/14/PB/YF nömrəli girov müqaviləsinə edilən 01 nömrəli əlavəyə əsasən girova yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırırlar. Borc məbləği 03 iyun 2017-ci il tarixinə hesablanmışdrı

7. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 279, 317.1, 442, 445.1, 445.2.1, 448, 449.1, 450, 462-ci, “İpoteka haqqında” Qanunun 34.1.1, 39.3.3 və 59.3.1--ci maddələrinə istinad etmişdir.

8. Cavabdeh1 nümayəndəsi iddiaya etiraz olaraq göstərib ki, cavabdeh kredit müqavilələrinə əsasən üzərinə düşən öhdəlikləri ilk vaxtlar icra edərək, 22900 ABŞ dolları pul ödəyib. Devalvasiyadan sonra manat dollara nisbətdə dəyərini itirmiş, maddi çətinliklərlə bağlı cavabdeh müqavilə öhdəliklərini icra edə bilməmişdir. Cavabdeh kredit borcunu ödəmək niyyətindədir, yalnız düşdüyü ümumi çətinlik üzündən ödənişləri edə bilməmişdir. Həmçinin ipoteka predmeti olan mənzilin qiyməti hazırda daha çoxdur.

9. Nizami Rayon Məhkəməsinin 21.08.2017-ci il tarixli, 2(007)-4508/2017 nömrəli qəqardadı ilə qiymətləndirmə ekspertizası təyin edil miş, ekspert qarşısında ipoteka predmeti olan mənzilin bazar qiymətinin ilə nə qədər olması barədə sual qoyulmuşdur. 10. “HEBA Consulting“ MMC-nin 21 dekabr 2017-ci il tarixli 590/PBOKT nömrəli qiymətləndirmə rəyinə əsasən, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki 56 nömrəli evin 3 nömrəli mənzilinin hazırkı bazar dəyəri 85.000 manat təşkil edir.

11. Nizami Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(007)-240/2018 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında hər iki kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi məqsədilə müvafiq suallar qoyulmuşdur.

12. Məhkəmə Ekspertiza Mərkəzinin 10.01.2019-cu il tarixli 27864 nömrəli ekspertiza rəyinə əsasən 08 avqust 2015-ci il tarixli 150/15/PB/YF nömrəli kredit müqavi ləsi üzrə Cavabdeh1 03 iyun 2017-ci il tarixinə 93916,28 ABŞ dolları əsas, 21759,88 ABŞ dolları faiz borcu olmaqla, cəmi borcu 115676,16 ABŞ dollarıdır. 27 yanvar 2015-ci il tarixli 022/15/PB/YF/PK nömrəli kredit müqaviləsi üzrə məxaric olunan məbləğlərə dair heç bir məlumat təqdim edilmədiyinə görə həmin müqavilə üzrə əsas, faiz və cərimə borcunu müəyyən etmək mümkün olmamışdır.

13. Nizami Rayon Məhkəməsinin 30.05.2019-cu il tarixli, 2(007)-61/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 yanvar 2015-ci il və 08 avqust 2015-ci il tarixli kredit müqavilələrinin ləğv olunması, 27 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 5995,54 ABŞ dolları əsas, 6367,3 ABŞ dolları hesablanmış faiz borcu olmaqla cəmi 12362,84 ABŞ doll arı borcun, 08 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 93916,28 ABŞ dolları əsas, 21759,88 ABŞ dolları hesablanmış faiz, 2000,0 ABŞ dolları dəbbə pulu (cərimə) olmaqla cəmi 117676,16 ABŞ dolları borcun; ümumilikdə cəmi 130 039,0 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə və ödənilmiş 30,0 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, 08 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 56 nömrəli evin 3 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılaraq, əldə edilən vəsait hesabına İddiaçı BOKT ASC-yə olan həmin borcun ödənilməsi, mənzilin hərracda ilkin satış qiymətinin 85 000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə satıldıqdan bir ay sonra həmin evin boşaldılması, 27 yanvar 2015-ci il tarixli və 08 avqust 2015-ci il tarixli nömrəli kredit (borc) müqavilələri üzrə borcun 19 sentyabr 2014-cü il tarixli girov müqaviləsinə edilən 27 yanvar 2015-ci il tarixli 01 nömrəli əlavəyə və 08 avqust 2015-ci il tarixli girov müqaviləsinə əsasən “Sədərək” firması ilə Cavabdeh2 arasında bağlanmış 19 yanvar 2012-ci il tarixli müqavilədə göstərilən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmiryolu stansiyasının cənubunda, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində, Sədərək ticarət mərkəzində yerləşən 1 zona, sıra 1, korpus 7, 178 nömrəli, 33 kv.m sahədən ibarət qeyri- yaşayış sahəsinə (dükana) və həmin dükanda olan dövriyyədəki mallara; “Sədərək” firması ilə Cavabdeh2 arasında bağlanmış 19 yanvar 2 012-cil il tarixli müqavilədə göstərilən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmiryolustansiyasının cənubunda, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində, Sədərək ticarət mərkəzində yerləşən, 1 zona, sıra 2, korpus 7, 161 nömrəli, 50 kv.m sahədən ibarət qeyriyaşayış sahəsinə (dükana) və həmin dükanda olan dövriyyədəki 83000 manat qiymətləndirilmiş mallara yönəldilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 145 manat pulun Cavabdeh1 alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim Məzahir Sadıqov)

14. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən edib ki, Cavabdeh1 iddiaçı “İddiaçıbank” ASC ilə bağladığı 27 yanvar 2015-ci il tarixli 022/15/PB/YF/PK nömrəli və 08 avqust 2015-ci il tarixli 150/15/ PB/YF nömrəli kredit müqavilələri üzrə götürdüyü öhdəliklərə əməl etməyib, kreditləri və onlara hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilələrlə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, Cavabdeh1 müqavilələri əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilələrin ləğv edilməsi əsasları yaranmışdır.

15. İddiaçı tərəfindən iddia tələbinin həcminin dəqiqləşdir ilməsi barədə ərizəyə əsasən 08 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 93.933,29 ABŞ dolları əsas borc tələb edilmiş, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə isə həmin məbləğ 93.916,28 ABŞ dolları kimi müəyyən edilmişdir.

16. Birinci instansiya məhkəməsi ekspertin rəyini işin müəyyən olunmuş faktiki halları ilə qarşılıqlı tədqiq edərək belə qənaətə gəlib ki, cavabdehdən əsas borc rəylə müəyyən olunmuş məbləğdə, yəni 93.916,28 ABŞ dolları məbləğində tutulmalıdır.

17. Həmin müqavilə üzrə faiz məbləğində münasibətdə birinci instansiya məhkəməsi qeyd edib ki, 08 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit vəsaitinin məbləği 102.700 ABŞ dolları olmuş, cavabdeh 36 ay üçün iddiaçıya ümumilikdə 32.816 ABŞ dolları faiz ödəməli olmuşdur. İddiaçı tərəfindən istər ilkin təl əbə (ilkin iddia ərizəsinin tələb hissəsində pulun valyutası səhvən manat kimi göstərilmişdir), istərsə də iddia ərizəsinə əlavəyə əsasən cavabdehdən 52.702 ABŞ dolları faiz tələb edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh kredit borcundan cəmi 19.258,12 ABŞ dolları ödəniş etmiş, ondan 8783,72 ABŞ dolları əsas borca, 10.474,4 ABŞ dolları faiz borcuna silinmişdir. Cavabdehin faiz borcu 21.759,88 ABŞ dolları məbləğində qalmışdır.

18. Birinci instansiya məhkəməsi mühasibatlıq ekspertizasının rəyinə əsasən belə qənaətə gəlib ki, tələb olunan 52.702 ABŞ dolları faiz borcu əsaslı deyildir, nə qədər ki, iddiaçı vaxtı keçmiş faiz borcu qismində pul tələb etməmişdir, cavabdehdən faiz borcu qismində rəylə müəyyən edilmiş 21759,88 ABŞ dolları həddində pu l tutulmalıdır.

19. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq, hesab edib ki, iddiaçının tələb etdiyi 77.401,03 ABŞ dolları məbləğində cərimə (dəbbə pulu) 93.916,28 ABŞ dolları miqdarında əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır.

20. İpoteka predmeti olan mənzilin hərracda ilkin satış qiyməti ilə bağlı birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı ipoteka predmeti olan mənzilin hərracda ilkin satış qiymətinin 57.500 manat müəyyən edilməsini xahiş etsə də, qiymətləndirici tərəfindən verilmiş hesabat aktına əsasən mənzilin hazırkı bazar dəyəri 85.000 manat olduğu üçün hərracda ilkin satış qiyməti də bu qiymtlə müəyyən edilməlidir.

21. Cavabdeh tərəfin mənzilin bazar dəyərinin 105000 manat olması barədə təqdim etdiyi hesa bat aktını isə birinci instansiya məhkəməsi nəzərə almayıb və bunu onunla əsaslandırıb ki, həmin məbləğ ipoteka predmetinin real dəyərini əks etdirməməklə yanaşı, məhkəmənin qərardadı olmadan, cavabdehin sifarişi ilə tərtib edilmişdir.“

22. Məhkəmə həmçinin dükanlardakı dövriyyədə olan malların 83000 manat qiymətləndirilməsini müəyyən etmişdir.

23. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 279, 295, 296.1, 385.1, 386.1,421.2, 448,1, 467-ci, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 59.3.1, Mülki Prosessual Məcəllənin 14.2 və 88.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

24. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Ape lyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, işə iştirakları olmadan baxılıb, birinci instansiya məhkəməsi borc məbləğlərinin dəqiq hesablanmadığını nəzərə alınmayıb.

26. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli qərardadla məhkəmə-mühasibatlıq təyin etmiş, ekspertin qarşısında həri iki kredit müqaviləsi üzrə Cavabdeh1 borcunun məbləğinin müəyyən edilməsi üçün müvafiq suallar qoyulmuşdur.

27. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-338/2020 nömrəli, 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-61/2019 saylı iş üzrə 30 aprel 2019-cu il tarixli qətnaməsi “27 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 6367,3 ABŞ dolları faiz borcunun Cavabdeh1 tutu lması” hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə “27 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 5995,54 ABŞ dolları əsas borcun Cavabdeh1 tutulması” və buna bağlı olaraq “ümumilikdə 130 039,0 ABŞ dolları borcun tutulması” hissələrində dəyişdirilmiş, Cavabdeh1 27 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalı olan əsas borcun 5602,36 (beş min altı yüz iki dollar 36 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində, ümumilikdə tutulmalı borcun isə 123 278,52 (yüz iyirmi üç mün iki yüz yetmiş səkkiz dollar 52 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində müəyyənləşdirilməsi qət etmişdir. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Fuad Babayev)

28. Apellyasiya məhkəməsi 27 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorların dəlillərini qismən əsaslı hesab edərək qeyd edib ki, həmin kredit müqaviləsi əsasında Cavabdeh1 03.06.2017-ci il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, bankla Cavabdeh1 arasında bağlanmış həmin müqavilə üzrə kredit 12 ay müddətinə (27 yanvar 2016-cı iltarixinə qədər) verilmiş və məhz bu dövr ərzində onun illik 36% ödəməli olduğu razılaşdırılmışdır.

29. Ape llyasiya məhkəməsi özünün təyin etdiyi mühasibatlıq ekspertizasının rəyinə əsasən ilə müəyyən edib ki, 27.01.2015-ci il tarixli kredit müqaviləsinin müddətinin bitdiyi tarixə Cavabdeh1 hesablanmalı olan faiz borcu 530,41 ABŞ dolları təşkil etmiş, müqavilə müddətinin bitdiyi 27.01.2016-cı il tarixindən sonra isə o, 923,59 ABŞ dolları ödəniş həyata həyata keçirmişdir.

30. İşin müəyyən edilmiş bu halına əsasən apelyasiya məhkəməsi belə nəticəyə gəlib ki, 27.01.2015-ci il tarixli müqavilənin müddətinin bitdiyi 27.01.2016-cı il tarixinə hesablanmış 530,41 ABŞ dolları faiz borcu borcalanın həmin müqavilə üzrə sonradan ödədiyi məbləğin müvafiq hissəsində əvəzləşdirilməli (yəni müqavilə müddətinin bitməsindən sonra ödənilən 923,59 ABŞ dollarının 530,41 ABŞ dolları hissəsi faizin ödənilməsinə hesab lanaraq faiz borcu sıfırlanmalı), 923,59 ABŞ dollarının qalan hissəsi isə müqavilə müddətinin bitdiyi dövrdə mövcud olan əsas borcdan çıxılmalıdır (923,59 – 530,14 – 5995,54 = 5602,36 ABŞ dolları).

31. Apellyasiya məhkəməsinin qənaətinə görə, 27.01.2015-ci il tarixli müqavilənin müddətinin bitdiyi müddətə yaranmış borc məbləğləri və borcalanın sonradan həyata keçirdiyi ödəniş əsas götürülməklə, onun həmin müqavilə üzrə hazırda iddiaçı təşkilata yalnız 5602,36 ABŞ dolları məbləğində əsas borcunun mövcud olması nəticəsinə gəlmək mümkündür.

32. Cavabdeh1 27.01.2015-ci il tarixli müqavilə üzrə əsas borcunun məbləğinin 5997,48 ABŞ dolları olması barədə təkrar ekspert rəyində gəlinən nəticə ilə bağlı apelyasiya instansiyası qeyd edib ki, məhkəmə irəli sürülmüş iddia tələbi həcmində işə baxır v ə iddiaçı bankın həmin müqavilə üzrə əsas borc tələbi 5995,54 ABŞ dolları olduğundan, rəylə gəlinən sözügedən nəticə hazırkı apellyasiya baxışı çərçivəsində hər hansı əhəmiyyət kəsb etmir.

33. Apellyatorların 08 avqust 2015-ci il tarixli kredit müqaviləsi əsasında hesablanmış borc məbləğlərinin düzgün olmadığı barədə dəlilləri isə öz təsdiqini tapmamış, əksinə, təkrar ekspert rəyi ilə həmin məbləğlərin düzgün hesablandığı müəyyənləşdirilmişdir.

34. Dəbbə puluna dair hissədə də apelyasiya şikayətinin dəlilləri əsasız hesab edilərək qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi cərimə məbləğini kifayət qədər azaltmışdır və bu hissədə qətnamənin dəyişdirilməsi üçün əsas mövcud deyildir. Çünki dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalar ından irəli gəlməsinə baxmayaraq, məhz vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

35. Qətnamənin mübahisələndirilən digər hissələri ilə bağlı apellyasiyanın mövqeyi belə olub ki, ipoteka və girov qoyanlarla (cavabdehlərlə) bank arasında qanunvericiliyin tələblərinə uyğun olan ipoteka (girov) müqavilələri bağlanmış, borcalan tərəfindən kredit öhdəliyi lazımınca yerinə yetirilmədiyindən ipoteka predmetinə tutma yönəldilməsi proseduru başladılmış, birinci instansiya məhkəməsi də qanunvericiliyin müddəlarına əsaslanmaqla həmin hissədə, o cümlədən ipoteka predmetlərinin qiyməti hissəsində düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

36. Cavabdeh Cavabdeh1 (vəkil X1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə işin hallarına uyğun olmamaqla və tərəflərin qarşılıqlı münasibətini əks etdirmir, maddi və prosessual hüquq normaları pozulub.

38. İşə kassasiya qaydasında baxılarkən kassator Cavabdeh1 vəfat etdiyi üçün məhkəmə kollegiyası digər Cavabdeh2 Cavabdeh1 prosessual hüquq vairisi kimi işə cəlb etmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçıların ın izahatları

40. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icran ın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “İpoteka haqqında” Qanun Maddə 39.3.3“Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

42. Kassasiya şikayətini yalnız Cavabdeh1 verdiyi üçün məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini Cavabdeh1 mübahisələndirdiyi hissədə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərə findən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

45. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.

46. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və borcun ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ödənilməsi barədədir. Cavabdehlər borcun məbləğini mübahisələndiriblər.

47. İşdən görünür ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə mühasibatlıq ekspertizası təyin etmiş və ekspert rəyinə əsasən 27 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 6367,3 ABŞ dolları faiz borcu hissəsində iddianı rədd etmişdir.

48. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

49. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.

50. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, apell yasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-338/2020 nömrəli, 30 yanvar 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar