Məhkəmə qərarları › İş №2(102)-1338/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1338/2019

18.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1338/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1338/2019 18 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı-nin vəkili *** iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.04.2018-ci il tarixli, 2(107)1061/2018 nömrəli qərardadından Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizə si ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə borcun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 23 avqust 2016-cı il tаrixli,2(075)7546/2016 nömrəli qətnaməsi ilə iddiаçı "İddiaçı" Аçıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qаrşı 5993,94 ABŞ dolları əsas, 2190,49 ABŞ dolları faiz, 838,84 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9023,27 məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş 30 mаnаt pulun tutulub iddiаçının xeyrinə ödənilməsi, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 16 fevral 2015-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi barədə iddiаsı qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 16 fevral 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cav abdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 5993,94 ABŞ dolları məbləğdə əsas, 2190,49 ABŞ dolları məbləğdə faiz borcu və 400 ABŞ dolları məbləğdə cərimə pulu olmaqla, cəmi 8584,43 ABŞ dolları məbləğdə bоrcun qətnаmə icrа оlunаn günə mаnаt məzənnəsi ilə hesаblаnıb iddiаçıyа verilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 mаnаt pulun cаvаbdehlərdən tutulub iddiаçıyа ödənilməsi qət edilmişdir. Cаvаbdeh Səmədоv Vаris Hаmlet оğlu аpellyаsiyа şikаyəti verərək birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv оlunmаsını xаhiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 nоyаbr 2016-cı il tarixli 2(107)-1433/2016 nömrəli qətnaməsi ilə (hakimlər V.K.Qasımov, Ə.T.Məcidov və M.A.Əsədli) Şəki Rаyоn Məhkəməsinin 23 аvqust 2016-cı il tаrixli qətnaməsi cаvаbdeh Səmədоv Vаr is Hаmlet оğlunа münаsibətdə dəyişdirilmədən, оnun apellyasiya şikayəti isə təmin edilmədən sаxlаnılmışdır. Sonradan Cavabdeh1 Şəki Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tаrixli2(075)7546/2016 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, mülki işin tam və obyektiv araşdırılaraq dolların qalxmasından dəymiş ziyanın yarısının ümumi borcdan çıxılmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli 2(075)-7546/2016 nömrəli qərardadı ilə Cavabdeh1 Şəki Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tаrixli2(075)7546/2016 nömrəli qətnaməsindən verdiyi 12 fevral 2018-ci il tarixli apellyasiya şikayəti qaytarılmışdır. Cavabdeh1 həmin qərardaddan şikayət vermiş, Şəki Rayon Məhkəməsinin 07 mart 2018-ci il tarixli 2 (075)-7546/2016 nömrəli qərardadı ilə Şəki Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli 2(075)-7546/2016 nömrəli qərardadı ləğv edilmiş, Şəki Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tаrixli2(075)-7546/2016 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2018-ci il tarixli 2(107)1061/2018 nömrəli qərardadı ilə (hakimlər G.Q.Abbasov, R.R.Rəfiyev və E.Ş.Hüseynov) Şəki Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tаrixliqətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatına xitam verilmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər özünə qaytarılmışdır. Cavabdeh1 və onun vəkili X1 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Ko llegiyasının 18.04.2018-ci il tarixli qərardadından kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 və onun vəkili X1 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.04.2018-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tаrixli qətnaməsindən verdiyi apellyasiya şikayətini Şəki Apellyasiya Məhkəməsinin icraatına qəbul edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamənin ona çatdırılması qardaşının yox, məhkəmənin vəzifəsidr. Bundan başqa, məhkəmə qətnaməni xəbərnamə ilə göndərməli olduğu halda bunu etməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı-nin vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayətinə etiraz edə rək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 18.04.2018-ci il tarix li qərardadı ilə cavabdehin şikayəti üzrə apellyasiya icraatına xitam vermişdir. Apellyasiya icraatına xitam verilərkən iki əsasa istinad edilmişdir. Birincisi müddətin ötürülməsi və ikincisi maraqlarına toxunan şəxs kimi Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsindən Ali Məhkəmənin sədrinə təqdimatın verilməsi ilə bağlı müraciət etməli olması əsası ilə. Kassasiya kollegiyası birinci əsasla razılaşsa da ikinci əsası qanunauyğun hesab etmir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, kassatorla birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş digər Cavabdeh4 eyni ünvanda yaşayırlar. Birinci instansiya məhkəməsinin qətnaməsi də həmin ünvana göndərilmişdir. Qətnaməni alan Cavabdeh4 apellyasiya şikayəti vermiş və apellyasiya icraatında şikayətə baxıl mışdır. Apellyasiya instansiya məhkəməsi qətnaməsində Cavabdeh1 məhkəmə iclasının keçirilməsi barədə müvafiq qaydada məlumatlandırılmasını, lakin iştirak etmədiyindən onun iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etdiyini qeyd etmişdir. O da qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə də kassatorun ünvanına göndərilmişdir. Buna baxmayaraq, Cavabdeh1 apellyasiy12.02.2018-ci il tarixində göndərmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1 və 363.1.3-cü maddələrinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməs i tərəfindən geri qaytarılır; 366.2-ci maddəsinə görə isə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göründüyü kimi, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edilməsindən xəbərsiz olmasının inandırıcı hesab etməməklə, apellyasiya icraatına xitam verilərkən apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur. Kassasiya kollegiyası hesab edir ki, Cavabdeh1 bildirdikləri qərardadın ləğvi üçün deyil, şikayətin verilməsi müddətini ötürülməsinin üzürlü hesab edilməsi ilə bağlı əsaslara aid edilə bilər. Digər əsasla bağlı isə kollegiya razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyə istinad etməklə qeyd etmişdir ki, Cavabdeh1 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarında n təqdimat verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət etməli olduğu halda, Şəki Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tаrixli 2(075)-7546/2016 nömrəli qətnaməsindən 12 fevral 2018-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Kollegiya qeyd edir ki, nə qədərki kassator iş üzrə cavabdeh olmuşdur, habelə Şəki Apellyasiya Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli Qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi tam deyil, məhz apellyatora münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bu isə Cavabdeh1 apellyasiya şikayəti verməsinin qarşısını alan hal hesab edilə bilməz. Kassasiya kollegiyası qərardadın birinci əsasla bağlı nəticə etibarı ilə düzgunlüyü baxımından Mülki Prosessual Mcəllənin 418.3-cü maddəsini nəzərə alıb hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olmaqla, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.04.2018-ci il tarixli, 2(107)-1061/2018 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar