Məhkəmə qərarları › İş №2(102)-1339/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-1339/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1339/2021 26.01.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında «26 » yanvar 2021-ci il Bakı şəhəri Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Aqil Əzizağa oğlu Abbasov Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5859/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5859/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” ASC kassasiya şikayəti vermişdir. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayətini imza layan vəkilin müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin adından hər hansı səlahiyyətini, o cümlədən şikayəti imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə yoxdur. Buna baxmayaraq, şikayəti “xxxx” ASC-nin adından özünü nümayəndə kimi göstərməklə Vəkil imzalamışdır. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, kassasiya şikayəti qaytarılır. Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülk i Prosessual Məcəllənin 409-cu maddəsi apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətinin verilməsi qaydalarına riayət olunubolunmamasını yoxlamadan, şikayəti kassasiya instansiya məhkəməsinə göndərmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinin tələbləri pozulmaqla verildiyindən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, kassasiya şikayəti işlə birlikdə qaytarılması məsəl əsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 408.1.3, 408.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5859/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin kassasiya şikayəti icraata qəbul edilməsin, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar