Məhkəmə qərarları › İş №2(102)-134/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-134/2021

29.03.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-134/2021 29.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxx rayon xxx kənd Bələdiyyəsinin cavabdeh xxx qarşı “yaranmış manelənin aradan qaldırılması və qanunsuz qoyulmuş darvazanın sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının və üçüncü şəxsin vəkili X5 oğlunun, Üçüncü şəxs X2, Cavabdehin prosessual hüquq varisi X6 və vəkili Vəkil iştirakları ilə, Şir van Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)116/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1ndə 0,53423 ha torpaq sahəsi xxx oğlunun və həmin kənddə 0,12 ha torpaq sahəsi X2 mülkiyyətindədir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxx 2020-ci il tarixli rəyinə əsasən xxx oğlu ümumi istifadədə olan yolun 0,03 ha torpaq hissəsini istifadə edir və bunun nəticəsində X3 məxsus 0,12 ha torpaq sahəsinə girişi əngəlləmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı xxx cavabdeh xxx oğluna qarşı iddia ərizəsi ilə məh kəməyə müraciət edərək, cavabdehin xxx məxsus torpaq sahəsini qanunsuz zəbt edərək qonşulara maneçilik törətməsi halının aradan qaldırılması və qanunsuz qoyulmuş darvazanın həmin ərazidən götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xxx kənd sakini X4 dəfələrlə bələdiyyəyə müraciət edərək, ona və digər qonşulara məxsus torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun xxx oğlu tərəfindən zəbt olunmaqla və həmin yolun başlanğıc hissəsinə dəmir darvaza qoymaqla, onların öz həyətlərinə getmələrinə maneçilik törədilməsini bildirmişdir. Bələdiyyə tərəfindən cavabdehə dəfələrlə qanunsuz hərəkətlərinə son qoyulması və ümumi istifadədə olan yolun açılması, dəmir darvazasının həmin ərazidən götürməsi barədə xəbərdarlıq edilmişdir. Zəbt edilən yol bələ diyyə mülkiyyətində olan torpaq sahəsidir. xxx Rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(057)-1439/2018 nömrəli qətnaməsi ilə (hakim M.Ə.Qasımov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xxx Bələdiyyəsi 1999-cu ildə yaradıldığından, cavabdeh həmin vaxtlarda mübahisələndirilən ərazidən istifadə etməklə oranın darvaza ilə bağlı olmasından iddiaçının xəbəri olduğundan, qanunla nəzərdə tutulmuş iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı xxx apellyasiya şikayəti verərək, xxx Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(057)-1439/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-116/2020 nömrəli qətnaməsi ilə (hakim İ.Q.Əsədovun sədrliyi və məruzəsi ilə, hakimlər M.K.Həsənovdan və Z.A.Zeynalovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, xxx Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(057)-1439/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməklə xxx oğlunun xxx rayon xxx kəndinin ərazisində qonşularla ümumi istifadədə olan yolun zəbt etdiyi hissəsindən çıxarılması, ümumi yola qoyulmuş darvazanın onun hesabına sökülməklə ümumi yolda yaratdığı maneələrin aradan qaldırılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli ərazi xxx bələdiyyəsinin mülkiyyətinə verilmiş yaşayış məntəqələrinin torpaqlarına aiddir. Mübahisəli ərazidə, həmsərhəd olmaqla, c avabdehin mülkiyyətinə ayrılmış torpaq sahəsi, habelə bələdiyyə tərəfindən X1 torpaq sahəsi yerləşir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyini sübut kimi qəbul edərək belə nəticəyə gəlmişdir ki, xxx bələdiyyəsinin mülkiyyətinə verilmiş yaşayış məntəqələrinə aid torpaqlarda xxx oğlu ümumi istifadədə olan yolun 0,03 ha torpaq hissəsini qanunsuz olaraq zəbt etmiş və bunun nəticəsində X3 məxsus 0,12 ha torpaq sahəsinə girişi əngəlləmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh xxx oğlu kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-116/2020 nömrəli qətnaməsinin ləğv edilərək, iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı hüquqlarının pozulduğunu xx xxxxxxxx 2000-ci il tarixdən əvvəl bilmiş, iddia isə 19 il sonra verilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh məhkəmə iclaslarına çağırılmamış və bununla çəkişmə prinsipi pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh xxx oğlu xx xxxxxx 2020-ci il tarixdə öldüyündən X10 Azərbaycan Respublikası MPM-in 58.1-ci maddəsinə əsasən cavabdehin prosessual hüquq varisi qismində tanınmışdır. Məhkəmə iclasında cavabdeh prosessual hüquq varisi X10 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında üçüncü şəxs X4, onun və eyni zamanda iddiaçının vəkili X5 oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü m addəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağ an edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respub likasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən t orpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə də tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi on da şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli qərarının 3-cü bəndində əsasən məhkəmələrə izah olunmuşdur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatla, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspert rəyinə əsasən xxx oğlu ümumi istifadədə olan yolun 0,03 ha torpaq hissəsini istifadə edir, bunun nəticəsində X3 məxsus 0,12 ha torpaq sahəsinə girişi əngəlləmişdir. Ekspert öz növbəsində “xxxx” MMC-nin tərtib etdiyi mütəxəssis rəyinə istinad etmiş dir. Lakin iş materiallarına əlavə olunmuş xxx oğlunun adına tərtib olunmuş xx xxxxxx 2017-ci il tarixli texniki pasportda mübahisələndirilən torpaq sahəsi sonuncunun istifadəsində olan ərazi kimi qeyd olunmuşdur (zolaqlanmış sahə). Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi mütəxəssis və ekspert rəyində isə zolaqlanmış həmin ərazinin bələdiyyənin mülkiyyətində olan və ümumi istifadədə olan yola aid olması qənaətinə gəlindiyi halda, onun hansı əsasla cavabdehin adına tərtib olunmuş texniki sənədlərə qeyd olunması, habelə sonuncunun həmin torpaq sahəsinə münasibətdə hər hansı hüquqlarının yaranıb-yaranmaması araşdırılmamışdır. Həmçinin iş üzrə müəyyən olunan hallarda biri ondan ibarətdir ki, mübahisələndirilən torpaq sahəsi uzun müddətdir ki, cavabdeh tərəfindən zəbt olunaraq isti fadəsindədir. Bunun nəticəsində üçüncü şəxs X3 məxsus torpaq sahəsinə gediş əngəllənmişdir. İddiaçı olan bələdiyyə məhz üçüncü şəxsin müraciəti əsasında hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin iş üzrə torpaq sahəsinin yalnız üçüncü şəxsin torpaq sahəsinə gedən yol olduğu, yoxsa başqa şəxslərin sahələrinə girişi əngəlləməsi, X2 mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş üçün başqa yolun olubolmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. Bundan əlavə, cavabdehin mülkiyyətindəki sahədən artıq ölçüdə torpaqdan istifadə etdiyi müəyyən olunduğu halda, mübahisələndirilən ərazinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.4-cü maddəsinə uyğun geri alınması mümkünlüyü, yəni cavabdehin özünün mülkiyyətində olan torpaq sahəsinə girişə, to rpaq sahəsindən təyinatı üzrə istifadəyə məhdudiyyətlərin yaranacağı məsələsi aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avr opa Məhkəməsi “X7rşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə c avab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaqla, cavabdehin ondan istifadə üçün əsasların yaranıbyaranmaması, üçüncü şəxsin hüquq və mənafelərinə toxunub-toxunmaması məsələlərini araşdırmalı, bu halların araşdırılması üçün təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinin məsələsini müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxx oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-116/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi anda

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar