Məhkəmə qərarları › İş №2(102)-1340/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1340/2019

25.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1340/2019 25.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “25” fevral 2019-cü il iş №2(102)-1340/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, iddiaçı “xxxx” ASC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” ASC-ninŞəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli q ətnaməsi ilə (hakim:İ.B.Fəttahov; 2(046)-278/2018) iddiа qismən təmin edilərək, Cavabdeh 3127.50 ABŞ dolları əsas kredit borcu və 4.62 ABŞ dolları cərimə borcu, cəmi 3132.12 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” ASC-nin hesabına keçirilməsi, Cavabdeh 10 manat dövlət rüsumunun tularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə ekspertiza xərci olan 50 manat məbləğində pul Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər:İ.H.Şükürov (sədrlik edən və məruzəçi), M.M.Hüseynov, R.Ə.Əliyev; 2(107)-2352/2018) iddiaçı “xxxx” ASC tərəf indən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiаçı “xxxx” ASC cаvаbdeh Cavabdeh qаrşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ğlundan 3390.57 ABŞ dolları əsas kredit borcu, 651.97 ABŞ dolları faiz borcu, 54.62 ABŞ olları cərimə borcu olmaqla, cəmi 4097.16 ABŞ dolları kredit borcunun və 20 manat ıəbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Cavabdeh həmin əmrdən etiraz vermiş və Göyçay rayon Məhkəməsinin 03.10.2016-cı il tarixli qərardadı ilə qeyd edilən əmr ləğv edilmiş və iddia icratına keçirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxx” ASC arasında 20.11.2014-cü il tarixdə ba ğlanmış kredit müqaviləsinə əsasən Cavabdeh illik 32 faiz olmaqla 22 ay müddətinə 3800 ABŞ dolları kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh banka cəmi 4067.16 ABŞ dolları kredit borcu qalmışdır. Həmçinin məhkəməyə müraciət edərək 20 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, “xxxx” ASC ilə müqavilə bağlamış, kredit almışdır. Maddi imkanı ilmadığından banka olan kredit borcunu tam ödəyə bilməmişdir.Kredit borcunu hissə-hissə qaytaracaqdır.Tələbin cərimə hissəsini əsassız hesab etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı “xxxx” ASC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv ed ilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 25,26,61-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin21,432.4,399.3,399.4,449-cu maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 88, 102.2, 103.1,405.0.1-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəməkollegiyasınıniclasında iddiaçı “xxxx” ASC-nin vəkili Vəkil kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onuniştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin ma ddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən 20.11,2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, “xxxx” ASC ilə Cavabdeh arasında illik 32 faiz olmaqla 22 ay müddətinə 3800 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır.. 14.12.2017-ci il tarixli 2211 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh 22.06.2016-cı il tarixədək banka əsas borcu 3127.50 faiz borcu isə 0 ABŞ dolları təşkil edir. Aparılmış ekspertizanın dəyəri 50 manatdır. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi ded ikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qə tnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. "Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Belə ki, iş üzrə təyin edilmiş,məhkəmə-mühasibatlıq ekspertizasının 14.12.017-ci il tarixli ******** saylı rkspert rəyindən görünür ki, Cavabdeh 22.06.2016-cı il tarixədək banka əsas borcu 3127.50, faiz borcu isə 0 ABŞ dolları təşkil edir. Aparılmış ekspertizanın rəyi 50 manatdır. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və cavabdeh ekspert rəyində nəzərdə tutulmuş xüsusatları mübahisələndirməmişdir. Buna görə də iddia, əsas kredit borcu və faiz borcu ekspertiza rəyində nəzərdə tutulmuş məbləğdə təmin edilməlidir. Qeyd olunan ekspert rəyi Azərbaycan Respublikası MPM-nin 101.2-ci maddəsinin tələblərinə müvafiq qaydada əsaslandırılmışdır.Ona görədə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103- cü maddəsinə müvafiq qaydada ekspert rəyinə qiymət verərək sübut kimi qəbul etmiş, apellyasiya instansiyası məhkəməsidə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsi üçün cərimə və öhdəliyə görə borclunun məsuliyyəti müəyyənləşdirilmiş, kreditor tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. həmçinin iddiaçının apellyasiya şikayətində məhkəmənin ekspert rəyinə istinad etməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi olmasa da məhkəmənin ekspert rəyinə istinad etməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin qismən təmin olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyi şdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əli Rüstəmov Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar