Məhkəmə qərarları › İş №2(102)-1340/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1340/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1340/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5saylı, X5 tarixli qətnaməsindən Cavabdeh1 X5 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxar aq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə “xxxx” QSC arasında bağlanmış 08 sentyabr 2014-cü il tarixli 08L000010389 saylı kredit xətti müqaviləsinə və 12 sentyabr 2014-cü il tarixli 08R000019543 saylı kredit razılaşmasına xitam verilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xeyrinə 08R000019543 saylı kredit razılaşması üzrə 15156.08 ABŞ dolları kredit borcu, 7235.15 ABŞ dolları fazi borcu və 14361.11 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 36752.34 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Lənkəran rayonu, Veravul kəndi, ev 1-də olan 2 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və ipoteka predmetinin satışından əldə olunan vəsaitin “xxxx” QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan Lənkəran rayonu, Veravul kəndi, ev 1-də olan 2 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildə n çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim M.İsayev) X5 saylı X5 tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh1 ilə “xxxx” QCS arasında bağlanmış 08 sentyabr 2014-cü il tarixli 08L000010389 saylı kredit xətti müqaviləsi və 12 sentyabr 2014-cü il tarixli 08R000019543 saylı kredit razılaşmasının ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 08R000019543 saylı kredit razılaşması üzrə 15156.08 ABŞ dolları kredit borcu, 7235.15 ABŞ dolları faz borcu və 4361.11 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 26752.34 ABŞ dolları məbləğində borcun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nə zərə alınmaqla manat hesabı ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının iddiaçı «xxxx» QSC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan Lənkəran rayonu, Veravul kəndi, ev 1-də olan 2 nömrəli mənzilə ilkin satış qiyməti 20000 manat müəyyən edilməklə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qaytarılması, satışdan əldə ediləcək məbləğ borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh 2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi və ipoteka predmeti satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 həmin mənzilə istifadə hüquqları itirilməklə, onlar həmin mənzildən çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər T.Kərimov, T.Heydərov, F.Abbasov) X5 tarixli X5nömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin X5 saylı xxx tarixli qətnaməsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4361.11 ABŞ dolları məbləğində cərimə borcunun tutulması hissədə dəyişdirilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15.156.08 ABŞ dolları kredit borcu, 7235.15 ABŞ dolları fazi borcu, 300 ABŞ dollar ı məbləğində cərimə olmaqla, ümumilikdə 22691.23 ABŞ dolları məbləğində borcun öhdəlik icra olunan zaman üçün Azərbaycan Mərkəzi Bankının manata münasibətdə müəyyən etdiyi məzənnə üzrə tutularaq iddiaçı “xxxx” QSC-nə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 X5 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki instansiya məhkəməsi tərəfindən iş üzrə tam araşdırma aparılmamış, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə araşından qe yd edilən əsas və faiz borcu düzgün hesablanmamış, məhkəmələr tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilməmiş, ipoteka predmetinin ilkin satış qiyməti dəyərindən aşağı qiymətləndirilmiş, məhkəmələr tərəfindən cavabdehin əmlak vəziyyəti nəzərə alınmamış, bank tərəfindən hesablanmış yüksək məbləğdə faiz borcu azaldılmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Şahin Sadıqov kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan R espublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya ins tansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində kassator kredit müqaviləsi üzrə cavabdehlərdən tutulmuş borcunun məbləği, ipoteka predmetinin ilkin satış qiyməti hissəsini mübahisələndirsə də, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi yalnız apellyasiya şikayətinin dəlilləri həcmində cavabdehlərdən tutulmuş borcunun məbləği hissəsində yoxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Ko nstitusiya məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamə nin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır”. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassatorun ipoteka predmetinin ilkin satış qiyməti hissəsini mübahisələndirmək hüququ yoxdur. Buna görə də, qətnamənin əsaslılığı yalnız borcun məbləği hissə üzrə kassatora münasibətdə yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 08 sentyabr 2014-cü il tarixli 08L000 010389 saylı kredit xətti müqaviləsindən görünür ki, “xxxx” QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 12 sentyabr 2014-cü il tarixli 08L000010389 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 “xxxx” QSC tərəfindən 48 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 19.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 «xxxx» QSC-dən 19000 ABŞ dolları məbləğində nağd pul götürmüşdür. 12 sentyabr 2014-cü il tarixli ödəniş planına əsasən Cavabdeh1 12 oktyabr 2014-cü il tarixdən başlayıb, sonuncu ödənişi 12 avqust 2018-ci il tarixində etməklə, ümumilikdə 29.910,72 ABŞ dolları məbləğində “xxxx” QSC-nə ödəniş etməli idi. “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış 13 aprel 2015-ci il tarixli 08R000019543S saylı 18 mart 2016-cı il tarixli 08R000019543SA saylı sazişlərdən görünür ki, kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, kreditin qaytarılması müddəti 25 mart 2021-ci il tarixinədək uzadılmışdır. 07 sentyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 12 sentyabr 2014cü il tarixli 08R000019543 saylı kredit razılaşması üzrə “xxxx” QSC-nə 23 iyul 2018-ci il tarixinə 15156.08 ABŞ dolları kredit borcu, 7235.15 ABŞ dolları faiz borcu və 14361.11 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 36752.34 ABŞ dolları məbləğində borcu vardır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, borcalan-Cavabdeh1 X5 kreditoriddiaçı ilə bağladığı kredit razılaşması üzrə üzərinə düşən kredit öhdəliyini vaxtında və lazımınca icra etmədiyindən, idd iaçının həmin cavabdehə qarşı kredit müqaviləsi üzrə, müqavilə müddəti çərçivəsində 23 iyul 2018-ci il tarixinədək hesablanmış əsas borc və faiz borcunu tələb etməkdə haqlıdır, lakin ödənilməsi tələb edilən 14363.11 ABŞ dolları məbləğində dəbbə pulunu tənasübsüz surətdə cox hesab edərək, onun azaldılaraq 12 sentyabr 2014-cü il tarixli kredit razılaşması üzrə 300 ABŞ dolları həddində müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəl iyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəməyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Kas sasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Cavabdeh kassasiya şikayətində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək banka ödənilməli olan əsas kredit borcu və faiz borcu məbləğlərinin dəqiq hesablanmamasını göstərmişdir. Lakin kassasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, cavabdehlərdən tələb edilən əsas kredit borcu və faiz məbləğinin tərəflər arasında imzalanmış ödəniş qrafikinə uyğundur. Cavabdeh borcun düzgün hesablanmaması barədə heç bir sübut təqdim etmədiyindən, iddiaçının təqdim etdiyi sənədlərin şübhə alt ına alınmasına və iş üzrə məhkəmə ekspertizasının təyin edilməsinə əsas verən hallar iş üzrə müəyyən edilmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikas ının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik ed ilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 saylı, X5 tarixli qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar