Məhkəmə qərarları › İş №2(102)-1340/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1340/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1340/2025 28.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə haqqının tutulması, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “icarə haqqının tutulması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-2337/2024 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 28 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıda kı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır.

2. İcarə müqaviləsinə əsasən, iddiaçı mülkiyyətində olan Şəmkir rayonu, XX kəndində yerləşən 1.351 ha torpaq sahəsini 31 may 2023-cü il tarixədək cavabdehə icarəyə vermişdir.

3. Müqavilə ilə icarə haqqı 35000 manat müəyyən edilmişdir.

4. Mübahisə icarə haqqını ödənilməsi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi (tələbinin artırılması barədə ərizə) ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 15.000 manat məbləğində pulun, ödənilmiş 135 manat dövlət rüsumunun və hüquqi yardımın əvəzi olaraq 400 manat məbləğində pulun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh müqaviləyə əsasən öhdəliyini tam olaraq icarə etməmiş, 35000 manatdan hazırkı vaxtadək 20000 manat icarə haqqı ödəmiş, qalan 15.000 manat pulu ödəməkdən yayınmışdır. Bu səbəbdən iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə icarə müqaviləsinin ləğvi və pulun ödənilməsi üçün bildiriş ünvanlanmışdır. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icarə etməmişdir.

7. Məhkəmə baxışında iddiaçı əlavə olaraq bildirmişdir ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş 35.000 manat icarə haqqının 20.000 manatını ödəsə də, qalan 15.000 manatı ödəmədiyindən, iddiaçı məcbur olub Şəmkir Rayon 1 saylı Notariat ofisinə müraciət etmiş və 31 may 2023-cü il tarixdə müqavilənin müddətinin bitmiş hesab edilməsin i xahiş etmişdir. Bundan sonra da iddiaçı dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmiş və iddiaçını əlverişsiz vəziyyətə salmışdır.

8. Məhkəmə baxışında cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, həqiqətən iddiaçı ilə arasında bağlanmış icarə müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan, Şəmkir rayonu, XX kəndində yerləşən 1.351 ha torpaq sahəsini 31 may 2023-cü il tarixədək ona icarəyə vermişdir. Həmin müqavilənin 5-ci bəndinə əsasən icarə haqqı 35000 manat müəyyən edilmişdir. Müqavilə bağlandıqdan sonra o, icarə haqqı olan 35000 manat pulu tam şəkildə iddiaçıya ödəmişdir. Buna baxmayaraq, iddiaçı əsassız şəkildə təkrar ondan pul tələb edir. Həmçinin, iddiaçı müqavilənin müddətini uzatmaq istəmədiyindən notariat orqa nına müraciət etmiş və 31 may 2023-cü il tarixdə müqavilənin müddətinin bitmiş hesab edilməsini xahiş etmişdir. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

9. Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(076)-2130/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Taleh Musayev)

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı cavabdeh tərəfindən icarə haqqının tam şəkildə ödənilməməsini, bu səbəbdən notariat orqanına müraciət edərək müqaviləni ləğv etdirməsini bildirsə də, iş materialları ilə həmin hal təkzib edilmişdir. Belə ki, iddiaçı notariat orqanına müraciət edərək xx.xx.2022-ci il tarixli, 3M– 419 reyestr nömrəli icarə müqaviləsinin 3-cü bəndinə əsasən müqavilənin m üddətini uzatmaq niyyətində olmadığını bildirmiş və bu səbəbdən 31 may 2023-cü il tarixdə müqavilənin müddətinin bitmiş hesab edilməsini xahiş etmişdir. Lakin iddiaçı həmin vaxt müqavilənin xitam verilməsinə səbəb kimi icarə haqqının ödənilməməsinə dair heç bir məlumat verməmişdir.

11. Göründüyü kimi müqavilənin ləğvi ilə bağlı iddiaçının notariat orqanına müraciət etməsinə səbəb cavabdeh tərəfindən icarə haqqının ödənilməməsi deyil, iddiaçının müqavilənin müddətini uzatmaq niyyətinin olmaması olmuşdur.

12. Birinci instansiya məhkəməsi həm də onu qeyd etmişdir ki, müqavilənin 5-ci bəndində 35.000 manat icarə haqqının ödənilməsi nəzərdə tutulsa da, iddiaçı tərəfindən müqaviləyə xitam verilənədək icarə haqqının ödənilməsinə dair cavabdehə pretenziya bildirişi göndərməsi müəyyən edilməmişdi r.

13. Həmçinin, iddiaçı müqavilə ilə nəzərdə tutulmuş 35.000 manat icarə haqqının 15.000 manatının cavabdeh tərəfindən ödənilməməsini iddia etsə də, həmin halı mötəbər sübutlarla təsdiq edə bilməmiş, o cümlədən məhkəməyə iddia tələbini təsdiq edən sübutlar təqdim etməmişdir. Cavabdeh isə iddianı qəbul etməmiş və müqavilə bağlandıqdan sonra icarə haqqı olan 35.000 manat pulu tam şəkildə iddiaçıya ödəməsini bildirmişdir.

14. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli olmasına baxmayaraq, məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, bununla da cavabdehin 15.000 manat icarə haqqını iddiaçıya ödəməməsi iş materialları ilə təkzib edilmişdir.

15. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 442, 70 0.1, 710.1, 719.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 78.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi maddi və prossesual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Məhkəmə cavabdehə onun tərəfindən göndərilmiş bildirişi bilərəkdən gizlətmişdir. Belə ki, qətnamədə onun nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təqdim edilmiş bildirişə istinad edilməmişdir. Cavabdehə pulun ödənilməsi barədə xx.xx.2023-cü il tarixdə verilmiş bildiriş iddiaçının nümayəndəsi tərəfindən məhkəmə hazırlıq iclasında təqd im edilmişdir. Göründüyü kimi iddia tələbi tam əsaslıdır. İddiaçı vicdanlılıq göstərərək müqavilədə qeyd olunan pulun hamısını tələb etməmişdir. Sadəcə cavabdehin üzərinə götürdüyü və ödəmədiyi 15000 manat pulu tələb etmişdir. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl üzərinə düşən öhdəlikləri tam olaraq icra etmişdir. Belə ki, iddiaçı cavabdehə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyi, əks halda, müqavilənin ləğv olunacağını və pul tələbinə dair məhkəməyə iddia tələbi ilə bağlı müraciət edəcəyi barədə bildiriş göndərmişdir. Bundan başqa, cavabdeh pulu ödəməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə isə iddiaçıdan pulun ödənilməməsi barədə sübut təqdim etməyini tələb etmişdir. Bununla da, məhkəmə sübutlara obyektiv yanaşmamış, sadəcə cavabdehin maraqlarına u yğun hərəkət etmişdir. Məhkəmə tərəfindən sübutlar düzgün, obyektiv və ədalətli araşdırılmamışdır. Ona görə də hazırkı iş üzrə sübutlar yenidən qiymətləndirilməli və iddia tələbi ədalətli araşdırılmalıdır.

18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(104)-271/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(076)2130/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Fikrət Mehtiyev)

19. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müqavilə üzrə ödənilməmiş qalan 15.000 manat məbləğində pulun ödənilməsi barədə cavabdehə bildiriş göndərdiyini iddia ərizəsində göstərsə də, iddia ərizəsinə əlavə edilmiş sənədlər sırasında həmin bildirişin surətinin əlavə edildiyi göstərilməmiş və əlavə edilməmişdir.

20. Həmçinin iddiaçı apellyasiya şikayətində həmin bildirişi məhkəmə hazırlıq iclasında məhkəməyə təqdim etdiyini bildirsə də, məhkəmənin 01 avqust 2023-cü il tarixli hazırlıq iclasının protokolunda həmin iclasda iddiaçının nümayəndəsi və vəkili qismində iştirak etmiş Nümayəndə məhkəməyə hansısa əlavə bir sübut təqdim etməsi barədə protokolda qeyd olmamışdır. Həmin tarixdə də işin məhkəmə baxışı xx.xx.2023-cü il tarixə təyin edilmiş və xx.xx.2023-cü il tarixdə qətnamə qəbul edilmiş və məhkəmə iclasından sonra iddiaçının nümayəndəsi və vəkili tərəfindən qanunla müəyy ən edilmiş müddətlər ərzində protokol barədə yazılı qeydlər təqdim edilməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş, müqavilə üzrə ödənilməmiş qalan 15000 manat məbləğində pulun ödənilməsi tələbi barədə cavabdehə ünvanlandığı iddia edilən xx.xx.2023-cü il tarixli bildiriş irəli sürülən iddianın təmin edilməsinə əsas verən sübut növü kimi qəbuledilən deyildir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 448.2, 406.1, 329.2, 700.1, 710.1, 710.3-cü, Torpaq Məcəlləsinin 51, 55-ci, “Torpaq icarəsi haqqında” Qanunun 1, 10-cu, Mülki Prosessual Məcəllənin 14.1 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya istansiyası məhkəməsindəki birinci icraat

23. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr tərəfindən sübutlar düzgün, obyektiv və ədalətli araşdırılmamışdır. Buna görə də hazırkı iş üzrə sübutlar yenidən qiymətləndirilməli və iddia tələbi ədalətli araşdırılmalıdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2549/2024 nömrəli iş üzrə 01 oktyabr 2024-cü il il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(104)-271/2024 nömrəli qətnaməsin ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndə rilmişdir.

26. Kassasiya instansiuyası məhkəməsinin mövqeyi belə olmuşdur: - mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, tərəflər arasında torpaq icarəsi müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli notarial müqavilə ilə iddiaçı özünə məxsus olan, Şəmkir rayonu, XX kəndində yerləşən 1.351 ha torpaq sahəsini 31 may 2023-cü ilədək cavabdehə icarəyə vermiş və icarə haqqı 35.000 manat razılaşdırılmışdır; - icarə müddəti bitdikdə iddiaçı müqaviləni uzatmadığını xx.xx.2023-cü ildə notarial qaydada bəyan etmiş, ödənilməmiş qalan 15.000 manat pulun cavabdehdən tutulması barədə hazırki iddianı qaldırmışdır. Cavabdeh isə icarə haqqını tam şəkildə ödədiyini bildirərək iddianın təmin olunmasına etiraz etmişdir; - birinci instansiya m əhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı müqavilə ilə nəzərdə tutulmuş 35.000 manat icarə haqqının 15.000 manatının cavabdeh tərəfindən ödənilməməsini iddia etsə də, həmin halı mötəbər sübutlarla təsdiq edə bilməmiş, o cümlədən məhkəməyə iddia tələbini təsdiq edən sübutlar təqdim etməmişdir. İddiaçı tərəfindən müqaviləyə xitam verilənədək icarə haqqının ödənilməsinə dair cavabdehə pretenziya bildirişi göndərməsi müəyyən edilməmişdir; - bu nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi də qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müqavilə üzrə ödənilməmiş qalan 15000 manat məbləğində pulun ödənilməsi barədə cavabdehə bildiriş göndərdiyini sübut edə bilməmişdir; - göründüyü kimi, mövcud vəziyyətdə işin mübahisə olunan halı 15.000 manat ic arə haqqının cavabdeh tərəfindən ödənilib-ödənilməməsi ilə bağlıdır; - bununla bağlı məhkəmələr həmin hal üzrə sübutetmə yükünü düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişlər; - sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəfləri n məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür; - bununla belə, ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə, ümumi qayda işləmir. O cümlədən, müqavilədən irəli gələn pul öhdəliyini icra etdiyini, yəni pul məbləğini ödədiyini (pozitiv halı) iddia edən tərəf bunu sübut etməyə borcludur. Çünki, müqavilə üzrə alacağı olan kreditor, borclunun pulu ödəmədiyini (neqativ halı) sübuta yetirməyə məcbur edilə bilməz; - bu baxımdan hazırkı işdə iddiaçının tələb etdiyi 15.000 manat icarə haqqını ödədiyini sübuta yetirmək yükü cavabdehin üzərində olmuşdur. Buna baxmayaraq, məhkəmələr həmin halı sübut etmək vəzifəsini iddiaçıya aid etməklə prosessual səhvə yol vermişlər; - iddiaçı tərəfindən cavabdehə pretenziya verilməməsinin (bildiriş göndərilməsinin sübuta yetirilməməsinin) hansı məntiqlə cavabdehin icarə haqqını ö dəməsinə dəlalət etməsini məhkəmələr əsaslandırmamışlar. Ümumiyyətlə, məhkəmələrin sözügedən bildirişə belə bir məna vermələrinin səbəbi və əsası aydın deyil. Yəni, iddiaçının məhkəmədən əvvəl bildiriş göndərərək cavabdehdən 15.000 manat tələb etməsinin borcun varlığına, belə bir pretenziya irəli sürülməməsinin isə borcun ödənilmiş olmasına dəlalət etməsi barədə qənaət anlaşılmaz olduğu qədər, xəbərdarlıq institutunun mahiyyəti və məqsədinə də uyğun gəlmir; - mülki hüquq münasibətlərində kreditorun borcluya xəbərdarlığı müxtəlif funksiyaları yetirir: müqavilənin ləğv edilməsinə dair iradənin borcluya bildirilməsi, məhkəmədə iddia qaldırılacağına dair borclunu məlumatlandırma, icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliklərdə icra tələbinin irəli sürülməsinə görə öhdəliyin icra vaxtının və iddia müddətinin əvvəlinin müəyyənləşdirilməsi və s. Həmin xəbərdarlıqda (bildirişdə) tələb olunan pul məbləği də göstərilə bilər; - bununla belə, elə hallar vardır ki, öhdəlik daşıyan şəxsin icranı gecikdirən borclu sayılması və bu səbəbdən kreditorun məhkəmədə pul tələbinə dair iddia qaldırmağa haqq qazanması üçün kreditorun borcluya xəbərdarlıq etməsinə gərək olmur. Məsələn, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır; - buna müvafiq olaraq MM-in 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirmiş sayılması üçün əsasdır; - hazırki işdə icarə müqaviləsinin 31 may 2023-cü ilədək bağlanması və bu tari xədək iddiaçının icarə münasibətini davam etdirmək istəməməsi barədə iradəsini bəyan etməsi işin mübahisə olunmayan hallarıdır. Hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə xx.xx.2023cü ildə daxil olmuşdur; - belə olan təqdirdə işin müəyyən edilmiş faktiki halları və yuxarıda göstərilən normalar çərçivəsində iddiaçının, ümumiyyətlə, cavabdehə bildiriş göndərmək vəzifəsinin olub-olmaması, iddia qaldırılan vaxt cavabdehin icranı gecikdirmiş borclu sayılıbsayılmaması, başqa sözlə, iddiaçının cavabdehə bildiriş göndərmədən də hazırkı tələbi irəli sürməklə ödənilməmiş borcu tələb etmək hüququnun olub-olmamasına mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən qiymət verilməlidir; - baxılan işdə isə bu tələblərə əməl olunmamış, sübutetmə yükü düzgün müəyyən edilməmiş, sübutlara tətbiq edilməli hüqu q normalarına müvafiq olaraq qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamışdır; - buna görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Təkrar apellyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

27. Təkrar apelyasiya baxışında cavabdeh bildirmişdir ki, icarə haqqını iddiaçıya tam həcmdə ödəmişdir, hazırda iddiaçıya heç bir borcu yoxdur. 35000 manat pulu xx.xx.2022ci il tarixdə iddiaçıya şəxsən ödəmişdir. Lakin, bu barədə qəbz və ya başqa sübutu yoxdur. İcarə müqaviləsinin vaxtı 2023-cü ilin may ayında bitmişdir, lakin müqavilənin ləğvi barədə ona bildiriş göndərilməmişdir. İcarə haqqını əvvəlcədən, yəni məhsul əkilməmişdən əvvəl ödəmişdir.

28. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-2337/2024 nömrəli qətnaməsi ilə iş apellyasiya şikayəti təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(076)-2130/2023 nömrəli qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilərək, cavabdehdən 15.000 (on beş min) manat, ödənilmiş dövlət rüsumunun əvəzi 135 (bir yüz otuz beş) manat və vəkil tərəfindən göstərilmiş hüquqi yardımın əvəzi olaraq 400 (dörd yüz) manat, ümumilikdə 15.535 (on beş min beş yüz otuz beş) manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, Günay Cavadova)

29. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Şəmkir rayonu XX kəndində yerləşən 1.351 ha torpaq sahəsini 35.000 manat müqabilində 1 il müddətinə icarəyə vermiş və cavabdehin həmin məbləğdən 20.000 manat ödədiyini 15.000 manatını isə ona ödəmədiyini iddia etmiş, cavabdeh isə bu xüsusatı etiraf etməklə yanaşı, həmin məbləği iddiaçıya tam ödədiyini barədə dəlil irəli sürmüşdür.

30. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında müqavilədən irəli gələn gələn münasibətlərin mövcudluğunun sübut edilməsinə ehtiyac yoxdur və iddiaçıya ödəməli olduğunu etiraf etdiyi pul məbləğinin tam qaytarmış olduğunu sübutetmə yükü cavabdehin üzərinə düşmüşdür.

31. Apellyasiya instansiya məhkəməsi iddiaçının tələb etdiyi 15.000 manat icarə haqqının ödənilməməsini sübuta yetirmək yükünün iddiaçının üzərində olması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və bunu onunla əsaslandırmışdır ki, tərəflər arasında öhdəlik yaradan hüquq münasibətinin əsasını təşkil edən müqavilədə cavabdehin iddiaçıya 35.000 manat ödəməsi barədə razılaşma nəzərdə tutulduğu üçün, borcun iddiaçıya tam ödənilməsi barədə sübut etmə yükü də cavabdehin üzərinə düşür. Lakin cavabdeh bunu sübut edə bilməmişdir. Belə ki, cavabdeh təkrar apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında həmin vəsaiti iddiaçıya ödəmiş olduğunu bildirsə də, icarə haqqının ödənilməsi ilə bağlı qəbz və ya başqa sübutu olmadığını bildirmişdir.

32. Apellyasiya instansiya məhkəməsi diqqətə çatdırmışdır ki, Qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır və MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallar ı başqa sübutlarla təsdiq oluna bilməz.

33. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.2.1, 445.4, 700.1, 710.3, Mülki Prosessual Məcəllənin 14.1 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin icraaatına xitam verilməsi, bu mümkün hesab edilmədikdə, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tədbiqində səhvə yol vermiş, Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.2.1, 445.4, 700.1 və 710.3-cü normaların tələbləri işin faktiki hall arı ilə mütənasib müzakirə edilməmişdir. Belə ki, müqavilə üzrə cavabdeh iddiaçı tərəfin xeyrinə öhdəsinə götürdüyü hərəkət tam icra etmiş, cavabdeh tərəfindən müqavilə tərəfi olan iddiaçıya zərər yetirilməmiş, öhdəliyin icra edilməməsi halı baş verməmiş, öhdəliyin icrası üçün müddət müəyyənləşdirilməmiş, icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqını ödədiyi halda, iddia əsassız təmin edilmişdir. Apellyasiya instansiya məhkəməsi həmçinin qətnamə qəbul edərkən prossesual normalarının tələblərini pozaraq sübutları düzgün qiymətləndirməmiş və qətnaməni iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq əsaslandırmamışdır. Məhkəmə tərəfindən iş üzrə ortada olan faktlar və hallar tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymətləndirilməmişdir. Məhkəmə təcrübəsində elə hal olmamışdır ki, borcunu tələb edən şəxs borclunun özünə dəfələrlə xəbərdarlıq etməklə və digər bütün vasitələrdən istifadə etməklə, borcunu ala biləcəyi halda, bunu etmədən bir başa məhkəməyə müraciət etsin. Hazırki işdə ən azından 1-2 dəfə iddiaçının cavabdehdən “qalmış” borcunu tələb etməməsi, belə bir borcun olmamasını təsdiq edən mühüm faktordur. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin mövqeyinə uyğun olaraq sübutetmə yükünü cavabdehin üzərinə qoymaqla, belə nəticəyə gəlmişdir ki, cavabdeh 15.000 manat icarə haqqını iddiaçıya ödədiyinə dair guya sübut təqdim edə bilməmişdir. Lakin belə bir sübut o halda tələb edilə bilərdi ki, 35.000 manatın hissə-hissə ödənilməsi ilə bağlı ya müqavilədə, ya da, tərəflərin arasında bu barədə h ər hansı bir razılaşma olardı. Belə bir razılaşma müqavilədə və işin hallarında yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kira yəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 710.3. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələr in işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya insta nsiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qət namə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdır ılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması h alları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

42. İddia tələbi icarə müqaviləsi üzrə ödənilməyən 15000 manat icarə haqqının cavabdehdən tutulması barədədir. Cavabdeh icarə müqaviləsi üzrə borcunun olmadığını, müqavilə üzrə nəzərdə tutulan 35000 manat icarə haqqının tam ödədiyini bildirmişdir.

43. İşdən görünür ki, cavabdeh icarə haqqını tam ödədiyini bildirsə də, etirazının əsası kimi istinad etdiyi bu halı sübut edə bilməmişdir. Baxmayaraq ki, pul öhdəliyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüşdür.

44. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 29-32-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirmiş, sübut etmə yükünü düzgün müəyyənləşdirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

46. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

47. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər əsasən iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Məhz həmin dəlillərə də müvafiq olaraq təkrar baxış zamanı apellyasiya instansiyası məhkəməsi qiymət verməklə, onları qəbul etməyib. Üstəlik, bu dəlillər kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə əvvəlki qərarında göstərilənlər baxımından da əsaslı sayıla bilməz.

48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2337/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişd irilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar