Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1343/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin vəkili iştirakı ilə, Cavabdeh tərəfindən Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)3114/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Hacıqabul rayon məhkəməsinin (hakim Həmid Əzizov) xx xxx 2019-cu il tarixli, 2(071)259/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ilə iddiaçı «xxxx» ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 040CARL483731 saylı kredit müqaviləsinin ləğv edilməsi, xx xxxxxx 2015-ci il tarixli 040CARL483731 saylı kredit müqaviləsi üzrə Cavabdeh 16356,74 ABŞ dolları məbləğində əsas kredit borcu, 1503,34 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faiz borcu, 165 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18045,08 məbləğində borcun ödənmə gününə manatın dollara olan məzənnəsi ilə tutularaq “xxxx” ASC-yə verilməsi, həmçinin iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 28 manat notariat xərcinin Cavabdeh tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, Cavabdeh məxsus olan “MİTSUBİŞİ OUTLANDER” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomaşına tutmanın yönəldilməsi, avtomaşının açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına Cavabdeh «xxxx» ASC-yə olan kredit borcu, kreditdən istifadəyə görə faiz borcu, penya və dövlət rüsumunun ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Elşad Əliyev - sədrlik edən və məruzəçi, Etibar Camalov, Kamil Bəşirov) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Hacıqabul rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı «xxxx» ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası və vurulmuş ziyanın öd ənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 040CARL483731 saylı kredit müqaviləsinə əsasən «xxxx» ASC Cavabdeh 36 ay müddətinə illik 14 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 23605 ABŞ dolları məbləğində “MİTSUBİŞİ OUTLANDER” markalı (buraxılış ili 2014, mühərrik 4B12PB8284, Ban JMYXTGF3WFZ001349, rəng ağ, tipuniversal) **-XA-*** dövlət qeydiyyat nişanlı avtomaşının alınması üçün kredit verilmiş və kreditdən təyinatı üzrə istifadə etməklə həmin avtomaşını öz mülkiyyətinə almış, xx xxxxxx 2015-ci il tarixli 040CARL483731 saylı kredit müqaviləsi əsasında onu ipoteka ilə yüklü etməklə kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icras ına ipoteka ilə təminat verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini kreditora hissə-hissə ödəməli, həm də, kreditdən istifadəyə görəaylıq faiz məbləğini ödəməlidir. Lakin Cavabdeh dəfələrlə şifahi və rəsmi müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş və müqavilədən irəli gələn öhdəlikləri vaxtında icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx xxxxxx 2015-ci il tarixli 040CARL483731 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixə «xxxx» ASC-nə 16356,74 ABŞ dolları məbləğində əsas kredit borcu,1503,34 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faiz borcu, 1865 ABŞ dolla rı məbləğində cərimə borcu olmaqla, cəmi 19724,68 ABŞ dolları məbləğində borcu yaranmışdır. Ona görə də, Cavabdeh ilə İddiaçı «xxxx» ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 040CARL483731 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 16356,74 ABŞ dolları məbləğində əsas borc, 1503,34 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faiz borcu, 1865 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 19724,68 ABŞ dolları məbləğində borcun, həmçinin iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 28 manat notariat xərcinin tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, Cavabdeh məxsus olan “MİTSUBİŞİ OUTLANDER” markalı (buraxılış ili 2014, mühərrik 4B12PB8284, Ban JMYXTGF3WFZ001349, rəng ağ, tipuniversal) **-XA-*** dövlət qeydiyyat nişanlı avtomaşına tutma y önəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına Cavabdeh «xxxx» ASC-nə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayyət etmədikdə isə Cavabdeh qalan borcun ümumi qaydada tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyas ı məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı ol madan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətlən dirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,iddiaçı “xxxx” ASC-nin Şirvan filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 040CARL483731 saylı kredit müqaviləsinə əsasən «xxxx» ASC Cavabdeh 36 ay müddətinə illik 14 faiz dərəcəsi ilə 23605 ABŞ dolları məbləğində kredit “MİTSUBİŞİ OUTLANDER” markalı (buraxılış ili 2014, mühərrik 4B12PB8284, Ban JMYXTGF3WFZ001349, rəng ağ, tipuniversal) **-XA-*** dövlət qeydiyyat nişanlı avtomaşının alınması üçün kredit verilmiş və kreditdən təyinatı üzrə istifadə etməklə həmin avtomaşını öz mülkiyyətinə almış, xx xxxxxx 2015-ci il tarixli 040CARL483731 saylı kredit müqaviləsi əsasında onu ipoteka ilə yüklü etməklə kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına ipoteka ilə təminat verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2017-ci il tarixli, 14527 nömrəli ekspert rəyindən görünür ki, “MİTSUBİŞİ OUTLANDER” markalı avtomaşının 2015-ci ilin yanvar ayına normal vəziyyətdə orta bazar qiyməti təxminən 52000 manat, 2017-ci ilin sentyabr ayına normal vəziyyətdə orta bazar qiyməti təxminən 36000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyy ə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 5948 nömrəli ekspert rəyindən görünür ki, Ekspert rəyinin tədqiqat hissəsində göstərildiyi kimi hesabdan çıxarış məlumatlarından və xx xxxxxx 2015-ci il tarixli, 040CARL483731 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx xxxxxx 2017-ci il tarixə banka olan əsas borcu 10051,91 ABŞ dolları, faiz borc 1755,52 ABŞ dolları və cərimə borcu 1926,34 ABŞ dolları təşkil edir. İşdən görünür ki, iddiaçı «xxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 vəsatəti əsasında təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və X4 tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli, ƏEM/A 36-502/19 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh məxsus “MİTSUBİŞİ OUTLANDER” **-XA-*** dövl ət qeydiyyat nişanlı avtomaşının xx xxxxx 2019-cu il tarixə bazar dəyəri 35000 manat, avtomaşının 2015-ci il tarixə dəyəri 47000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx xxxxxx 2015-ci il tarixli 040CARL483731 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixə «xxxx» ASC-nə 16356,74 ABŞ dolları məbləğində əsas kredit borcu, 1503,34 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faiz borcu, 1865 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 19724,68 ABŞ dolları məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən h ərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüza r adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən maddi hüquq normalarını və tərəflər arasında bağlanmış müqaviləni müqayisəli təhlil edib apelyasiya şikayətinin qeyd edilən dəlilinə hüquqi qiymət verərək hesab etmişdir ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Ona görə ki, həmin faiz borcları iradə ifadəsi ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş qaydada aralarında olan öh dəliyin yerinə yetirilməməsi ilə əlaqədar gecikmələr edilməsinə görə yaranmışdır. Cavabdehin apelyasiya şikayətinin dəlili kimi göstərdiyi birinci inistansiya məhkəməsi tərəfindən işin baxılması zamanı maddi və prosessual hüquq normalarının pozulmasının və qanunsuz və əsassız qətnamə qəbul edilməsinə dair qeyd edilmişdir ki, cavabdeh tərəfindən bu halın təsdiqi ilə əlaqədar nə birinci instansiya məhkəməsi nə də ki, apelyasiya icraatı zamanı heç bir sübut təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməl idir Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-3114/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkə
Məhkəmə qərarları › İş №2(102)-1343/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1343/2020
02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver