Məhkəmə qərarları › İş №2(102)-1344/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1344/2022

04.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1344/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-1344/22 Açar sözlər: işçinin vurduğu ziyana görə maddi məsuliyyət, sübutların və dəlillərin qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı əmlakına (ticarət mal və ehtiyatları) vurulmuş ziyanın ödənilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2398/2021 nömr əli iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 aprel 2022- ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh (bundan sonra – cavabdeh) 18.09.2017-ci il tarixli, 415-K nömrəli əmrlə İddiaçı-nin (bundan sonra – iddiaçı və ya MMC) satış əməliyyatları şöbəsinin OBA marketlər şəbəkəsinə 18.09.2017-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. 18.05.2018-ci il tarixli, 192-K nömrəli əmrlə cavabdeh MMC-nin satış əməliyyatları şöbəsinə Baş satıcı vəzifəsinə keçirilmişdir. MMC-nin direktoru ilə cavabdeh arasında bağlanmış 25.09.2018-ci il tarixli əmək müqaviləsinə əl avəyə əsasən cavabdeh MMC-nin Satış departamentinə Administrator vəzifəsinə keçirilmiş, əmək haqqı 175 manat müəyyən edilmişdir. Eyni tarixdə tərəflər arasında “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmışdır. Sənədə əsasən, cavabdeh maddi məsul şəxs kimi ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılmasını, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür (bənd 1). Maddi məsul şəxsin təqsiri (qəsd və ya ehtiyatsızlığı) üzündən işəgötürənə dəymiş ziyanın ödənilməsi qaydası qanunvericiliyə əsasən həyata keçirilir (bənd 4). 27.09.2019-cu il tarixli, 206-K nömrəli əmrlə cavabdehlə bağlanmış MMC-nin Satış Departamentinin Satış 1 Şöbəsinin Administratoru vəzifəsi üzrə əmək müqaviləsinə 27.09.2019-cu il tarixdən Azərbaycan Res publikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat MMC cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilməmiş 6566 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən alınaraq MMC-nin bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 17.06.2019-cu il tarixdə Oba-NZS 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdeh tərəfindən MMC-yə zərər vurulması müəyyən edilmiş, 17.06.2019- cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 6819 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh 253 manat ödəniş etmiş, qalıq borc 6566 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir ödəniş həyata keçirməmişdir. Beləliklə, cavabdeh həm Əmək Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) müddəalarını, həm də əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Məhkəmədə tədqiq edilmiş Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktda qeyd olunmuşdur ki, OBA NZS-2 mağazasının müdiri işləmiş maddi-məsul şəxs Cavabdeh 17.06.2019-cu il tarixli inventarizasiya siyahısı ilə təhvil təslim tarixinə siyahıya alınmı ş mal – material qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılan zaman 10291,44 manat məbləğində kəsirinin olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən imzalanmış iltizamnamədə 1540 say çeşid malda 10291,44 manat məbləğdə kənarlaşma olduğu qeyd edilmiş, cavabdeh yoxlama və araşdırma prosesindən razı olduğunu, kənarlaşma yaradan mallarla tanış olduğunu və heç bir sualının olmadığını qeyd etmişdir. Məhkəmədə tədqiq olunmuş xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, cavabdehə 3 gün ərzində 6566 manat məbləğində maddi ziyanın MMC-yə ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Tədqiq olunmuş 20.04.2020-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, cavabdeh 6819 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 253 manat pulu MMC-nin xəzinəs inə mədaxil etmiş, onun MMC-yə 6566 manat borcu qalmışdır. İşə baxılarkan məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında iddiaçının cavabdehdən tələb etdiyi ziyanın məbləğinin (maddi qiymətlilərə) iş materiallarında olan sənədlərlə hesablanarkən nə qədər təşkil etdiyi barədə sual qoyulmuşdur. 26.02.2021-ci il tarixli, 9/5189 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan Aktivlər üzrə inventarizasiya nəticələrinə dair 09.07.2019-cu il tarixli yekun aktda göstərilən müxtəlif adda, müxtəlif markalı əskik gəldiyi qeyd edilən ərzaq mallarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 10291,44 manat müəyyən edilir. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)133/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddia təmin olunmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, təkzibedilməz sübutlarla və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin MMC-nin administratoru vəzifəsində işlədiyi müddət ərzində 10291,44 manat məbləğində mal çatışmazlığı müəyyən edilmiş, iddiaçı 6566 manat məbləğində maddi ziyanın alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə ekspert rəyində qeyd olunmuş məbləği deyil, iddia ərizəsində göstərilən məbləği əsas kimi qəbul etmiş və hesab etmişdir ki, 20.04.2020-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin MMC-yə 6566 manat məbləğində mal çatışmazlığına görə borcunun olduğu müəyyən edildiyindən, iddia əsaslı hesab olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təs diqini tapmış, zərərin məhz cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və cavabdehin təqsirli olması öz təsdiqini tapmışdır. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 191, 194, 199, 202-ci, Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh qətnamənin qismən – iddianın təmin olunmuş hissədə ləğv olunmasını, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə çıxararkən maddi və prosessual hüquq normaların ı kobud şəkildə pozmuş, hüququn tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları aydınlaşdırmamış, işin faktiki halları ilə məhkəmənin gəldiyi nəticə arasında uyğunsuzluq yaranmışdır. Məhkəmə iş materiallarında olan ziddiyyətli sübutlara ümumiyyətlə qiymət verməmişdir. İddiaçı mal çatışmazlığına görə 6566 manat məbləğində borc olmasına dair maliyyə arayışı təqdim etmişdir. Lakin ekspertiza keçirilməsilə bağlı təqdim edilmiş sənədlərdə mal çatışmamazlığının 10291.44 manat olması göstərilmişdir. Məhkəmə araşdırma apararkən ümumiyyətlə bu ziddiyyətin səbəbini müəyyən etməmişdir. Bundan başqa, məhkəmə onun administrator vəzifəsinə təyin edilən tarixə mağazad a mal-materialın (ərzaq və digər satış predmetlərinin) hansı vəziyyətdə olmasını ümumiyyətlə dəqiqləşdirməmişdir. Halbuki, mağaza ona təhvil verilməmiş və o, administrator vəzifəsinə təyin edildikdən sonra mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin) çatışmamazlığının olması barədə rəhbərliyə dəfələrlə məlumat verərək araşdırılmasını xahiş etmişdir. Bununla bağlı təqdim edilmiş sübutlara isə məhkəmə ümumiyyətlə qiymət verməmişdir. Hətta həmin sübutları araşdırma zamanı almamışdır. Həmçinin, ekspertiza təqdim edilmiş sənədlər əsasında keçirilmişdir. Lakin ekspertə təqdim edilmiş sənədlərin və həmin sənədlərdə olan məlumatların həqiqəti əks etdirib-etdirməməsini dəqiqləşdirmək məhkəmənin səlahiyyətinə aid olsa da, bununla bağlı heç bir tədbir görməmişdir. Həmçinin, qətnamə də göstərilmişdir ki, guya vurulmuş zərərdən 253 manat ödəniş etmişdir. Lakin o, heç bir ödəniş etməmişdir. Bunu onun adından kimsə etmişdir. Hətta işdən çıxan zaman son haqq-hesab edilərək ona əmək haqqı da köçürmüşlər. Əgər onun mağazaya borcu olsaydı, bu pul vəsaiti köçürülməzdi və həmin pul vəsaitinə də tutma yönəldilərdi. Lakin məhkəmə bu sübutları da araşdırmamış və hüquqi qiymət verməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş və qətnamədə öz əksini tapmış rəqəmlər arasında ciddi fərq mövcuddur. Bu hal tələbin əsassız olmasını, sübutların isə ziddiyyətli olmasını göstərir. Qətnamədən görünür ki, iddiaçının kifayət qədər ziddiyyətli sübutlar təqdim etməsinə baxmayaraq məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, qətnamənin əsaslandırıcı hissəsində sübutları əlaqəli şəkildə şərh etməmiş, həmin sübutlardan hansını qəbul edib-etməməsini və qəbul etməsinin səbəblərini göstərməmiş, həmçinin izah etməmişdir. İddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı qeyd etmişdir ki, cavabdehin məsul olduğu ticarət obyektində mal çatışmazlığı aşkar edilib aktlaşdırılmış və o, özü də bu çatışmazlığı qəbul etmişdir. Bu fakt keçirilmiş ekspertiza nəticəsində də öz təsdiqini tapmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-2398/2021 nömrəli iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin m övqeyi ilə razılaşan apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, MMC-də işlədiyi dövr ərzində işçi kimi cavabdeh iddiaçıya 6566 manat məbləğində maddi ziyan vurmuşdur. Bu fakt iş materiallarında olan Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun akt, cavabdehə 3 gün ərzində 6566 manat məbləğində maddi ziyanın MMC-yə ödənilməsi barədə xəbərdarlıq edilməsi, 20.04.2020-ci il tarixli maliyyə arayışı, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26.02.2021-ci il tarixli, 9/5189 nömrəli ekspert rəyi, ən başlıcası maddi məsul şəxs olduğu filial üzrə 10291,44 manat əskikliyə dair inventarizasiyanın nəticələri ilə razılaşaraq akta imza etməsi və nəhayət vurulmuş ziyanın 253 manatının onun tərəfindən ödənilməsi ilə təsdiq olunmuşdur. Məhkəmə cavabdehin ape llyasiya şikayətinin dəlillərinə tənqidi yanaşaraq qeyd etmişdir ki, həmin dəlillər hər hansı bir mötəbər sübutla təsdiq olunmayan, həmçinin iddiaçı tərəfindən təqdim olunmuş yuxarıda qeyd olunan sübutlarla təkzib olunan dəlillər olmaqla, apellyasiya şikayətinin təmin olunaraq iddianın rədd edilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Məhkəmə qeyd etmişdir ki, cavabdehin məsuliyyətində olan ticarət obyektində mal çatışmazlığı barədə rəhbər şəxslərə müraciət etməsinə dair birtərəfli yazışmalar etibarlı sübut kimi qəbul oluna bilməz. Belə ki, bu müraciətlər dövri olaraq təkrarlanmış və maddi məsul şəxs olan cavabdehin müraciətinin ilk vaxtlardan cavabsız qaldığı təqdirdə onun hansı səbəbdən belə bir şəraitdə əmək müqaviləsini davam etdirməsi anlaşılan deyildir. Məhkəmə baxışı zamanı o bu barədə sualı cavablandıra bilməmişdir. Cavabdeh apellyasiya şikayətində inventarizasiyanın nəticəsi olaraq mal çatışmazlığının 10291,44 manat olduğu halda maliyyə arayışında 6566 manat göstərilməsini ziddiyyətli məqam kimi qeyd etsə də, özü də bu məsələyə aydınlıq gətirə bilməmişdir. Bütün hallarda tələb edilən məbləğ inventarizasiyanın nəticəsi olaraq müəyyən edilmiş və maddi məsul şəxs kimi cavabdeh tərəfindən qəbul edilmiş məbləğdən azdır. Məhkəmə öz mövqeyini birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları, həmçinin, Mülki Məcəllənin 385.1, 386.1, 430.1, 442-ci, MPM-in 80, 218.2-ci maddələrinə istinadla əsaslandırmışdır Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlil ləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh şikayətində qeyd etmişdir ki, məhkəmə onun təqsirini təsdiq edən heç bir sübut olmamasına baxmayaraq onu təqsirli şəxs kimi tanımış, Mülki Məcəllənin 1096-cı maddəsinin tələbini pozmuşdur. Halbuki onun təqsirsiz olduğunu təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim olunmuşdur. Məhkəmə həmin sübutlara istinad etməmişdir. Bundan başqa, məhkəmə MPM-in 88-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, iddiaçı mal çatışmazlığına görə 6566 manat məbləğində borcunun olmasına dair arayış təqdim etmişdir. Lakin ekspertiza keçirilməsi üçün təqdim olunmuş sənədlərdə 10291,44 manat borcun olduğu göstə rilmişdir. Sübutların ziddiyyətli olmasına baxmayaraq məhkəmə araşdırma aparmamış və hesab etmişdir ki, həmin ziddiyyəti o, izah edə bilməmişdir. Şikayətdə daha sonra qeyd olunmuşdur ki, məhkəmə cavabdehin administrator vəzifəsinə təyin edilən tarixə mağazada mal-materialın (ərzaq predmetlərinin) hansı vəziyyətdə olmasının ümumiyyətlə dəqiqləşdirilməməsini yenə də cavabdehin təqsiri kimi görmüşdür. Halbuki mağaza cavabdehə ümumiyyətlə təhvil verilməmiş, bunun əksinə cavabdeh administrator vəzifəsinə təyin edildikdən sonra mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin) çatışmazlığının olması barədə rəhbərliyə dəfələrlə məlumat verərək araşdırılmasını xahiş etmişdir. Bununla bağlı təqdim edilmiş sübutlara isə məhkəmə ümumiyyətlə qiymət verməmiş, həmin sübutları nəzərə almamışd ır. Həmçinin, ekspertiza təqdim edilmiş sənədlər əsasında keçirilmişdir. Lakin ekspertə təqdim edilmiş sənədlərin və həmin sənədlərdə olan məlumatların həqiqəti əks etdiribetdirməməsini dəqiqləşdirmək məhkəmənin səlahiyyətinə aid olsa da, məhkəmə bununla bağlı heç bir tədbir görməmişdir. Qətnamədə göstərilmişdir ki, guya cavabdeh vurulmuş zərərdən 253 manat ödəniş etmişdir. Məhkəmə bunu borcun etirafi kimi qəbul etmişdir. Lakin cavabdeh heç bir ödəniş etməmişdir. Hətta cavabdeh işdən çıxan zaman son haqq-hesab edilərək ona əmək haqqı da köçürülmüşdür. Əgər cavabdehin mağazaya borcu olsaydı bu pul vəsaiti köçürülməzdi və həmin pul vəsaitinə da tutma yönəldilərdi. Lakin məhkəmə bu sübutları da araşdırmamış və hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasi ya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə

191. İşəgötürənin və işçinin birinin di gərinə vurduğu ziyana görə maddi məsuliyyəti

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə

192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri

1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət v ə ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə

199. İşçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digə r birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gəti rmiş mənəvi ziyan vurulduqda.

2. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar. Maddə

200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması

1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə

203. Vurulan ziyanın müəyyən edilməsi üçün ara şdırmaların aparılması

1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.

2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Maddə

206. Vurulan ziyanın ödənilməsi üçün hakimin prosessual tədbirləri

1. Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəf lərin barışıq sazişini təsdiq edə bilər. MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əl də etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır(maddə 80). Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə 81). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutl ara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır (maddə 89.1). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (maddə 101.7). Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (maddə 103.1). Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (maddə 217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (maddə 220.4). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (maddə 385.1.1). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə iddia ərizəsi işəgötürənin işçiyə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbi ilə bağlıdır. Tərəflər arasında tam ma ddi məsuliyyət haqqında müqavilənin bağlandığı işin mübahisəsiz halıdır. İddiaçı cavabdehin də imzaladığı inventarizasiya aktına istinad edərək, cavabdehdən maddi zərərə görə 6566 manat pulun tutulmasını xahiş edir. Cavabdeh iddianı qəbul etmir və iddiaçıya zərərin vurulmasına hər hansı təqsirinin olmadığını bildirir. İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi təşkil edir. Həmin maddədə birbaşa sadalanmış dispozisiya şərtlərinə əsasən belə iddiaların təmin olunması üçün: a) ziyanın həqiqətən vurulduğu aşkar olmalı; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanun nəzərdə tutur ki, sadalanan şərtlərin biri və ya bir neçəsi deyil, eyni zamanda hər üç ü olduqda işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranır. Əmək Məcəlləsinin 192-ci maddəsi bu cür tələblər üzrə sübut etmə yükünü müəyyən edir. Maddənin mənasına görə zərərin vurulduğunu iddia edən işəgötürən maddi ziyanın məbləğini və onun işçinin təqsirli hərəkəti nəticəsində vurulduğunu sübut etməyə borcludur. Bununla yanaşı, Əmək Məcəlləsi işçinin qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı konkret halların dəqiq siyahısını müəyyən edir (maddə 199), vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması qaydasını (işçinin yazılı izahatının alınması, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi m iqdarının araşdırılması), bu zaman işçinin malik olduğu hüquqları və işəgötürənin vəzifələrini sadalayır (maddə 203). Məcəllə belə mübahisələrə baxan hakimə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azaltmaq və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq etmək səlahiyyətləri verir (maddə 206). Lakin işə baxmış birinci instansiya məhkəməsi işəgötürən tərəfindən hazırkı iddianın qaldırılmasınadək həmin müddəalara riayət olunub-olunmadığı barədə hər hansı hüquqi dəyərləndirmə aparmamış, iddiaçının təqdim etdiyi inventarizasiya aktı və həmin akt üzrə verilmiş ekspert rəyi əsasında belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıya tələb olunan məbləğd ə maddi ziyan vurmuşdur. Halbuki Əmək Məcəlləsinin 191-ci maddəsi işəgötürənin istənilən maddi itkilərə məruz qaldığının belə iddiaların təmin olunması üçün yetərli olmadığını, bununla yanaşı, işçinin qanuna zidd əməlinin mövcud olmasını və bu əməllə zərər arasında səbəbli əlaqənin müəyyən edilməsini zəruri şərt kimi nəzərdə tutur. Qeyd olunmalıdır ki, iddiaçının istinad etdiyi inventarizasiya aktı əsasında məhkəmə 17.06.2019-cu il tarixdə mağazada faktiki məlumatlarla uçot məlumatlarının üzləşdirilməsinin aparıldığını və 10291,44 manat kənarlaşma olduğunu müəyyən etmişdir. Halbuki qeyd olunan kənarlaşma faktının mövcudluğunun müəyyən edilməsi və işçinin bu faktı təsdiq etməsi özü-özlüyündə Əmək Məcəlləsinin 191-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğu kimi qiymətləndirilə bilməz. Əmək qanunvericiliyinə əsasən bunun üçün işəgötürən tərəfindən həmin Məcəllənin 192, 203 və əlaqəli digər maddələrinin tələblərinə cavab verən araşdırma aparılması tələb olunur. Eyni zamanda, birinci instansiya məhkəməsində zərərin müəyyən edilməsi üçün məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısında iddiaçının cavabdehdən tələb etdiyi ziyanın məbləğinin (maddi qiymətlilərə) iş materiallarında olan sənədlərlə hesablanarkən nə qədər təşkil etdiyi barədə sual qoyulmuşdur. Lakin ekspert yalnız iş materiallarında inventarizasiya aktında əskik gəldiyi qeyd edilən ərzaq mallarının orta bazar qiymətinin ümumi dəyərini nəzəri qaydada müəyyən etməklə kifayətlənmişdir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zər uri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri). İş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə, hər bir halda alınmış rəyi mə hkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Eyni zamanda zərurət olarsa MPM-in 206-cı maddəsinə müvafiq olaraq məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Lakin birinci instansiya məhkəməsi qeyd olunan prosessual hüquq normalarının tələblərini nəzərə almadan yuxarıda qeyd olunan ekspert rəyini cavabdehin iddiaçıya tələb olunan məbləğdə ziyan vurduğunu təsdiq edən mötəbər sübut kimi qəbul etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, mülki işin 51-125-ci səhifələrində birinci instansiya məhkəməsində tərəfindən ümumiyyətlə qiymət verilməmiş xeyli sayda yazılı sənədlər mövcuddur. Həm iddiaçının tələbini, həm də cavabdehin etirazlarını əsaslandırmaq üçün təqdim edilmiş həmin sənədlərin məhkəməyə kim tərəfindən və hansı q aydada təqdim edildiyini müəyyən etmək mümkün olmasa da, işə əlavə edilmiş həmin sənədlərə qiymət vermək məhkəmənin vəzifəsi olmuşdur. Belə ki MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18.03.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş ü zrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində məhkəmənin maddi və prosessual hüquq normalarını kobud şəkildə pozduğunu, onun administrator vəzifəsinə təyin edilən tarixə mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin) hansı vəziyyətdə olmasının ümumiyyətlə dəqiqləşdirilmədiyini, administrator vəzifəsinə təyin edildikdən sonra mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin) çatışmazlığının olması barədə rəhbərliyə dəfələrlə mə lumat verərək araşdırılmasını xahiş etdiyini, bununla bağlı sübutlarını məhkəməyə təqdim etdiyini, ekspertizanın düzgün keçirilmədiyini və rəyin düzgün qiymətləndirilmədiyini, iddiaçıya 253 manat ödəniş etmədiyini, mağazaya borcu olduğu halda iki ay sonra öz ərizəsi ilə işdən azad edilməsinin və əmək haqqı almasının ağlabatan olmadığını, sadalanan sübutların araşdırılmadığını və onlara hüquqi qiymət verilmədiyini bildirmişdir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün birbaşa əsas olsa da apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirilmədən saxlamış, apellyasiya şikayətinin dəlillərini formal hesab etmişdir. Apellyasiya instansiyas ı məhkəməsi cavabdehin işəgötürənə zərər vurduğu müəyyən olunduğu halda onun öz ərizəsi ilə işdən azad edilməsinin ağlabatan olmadığı barədə dəlilinə qiymət vermədiyi halda hesab etmişdir ki, cavabdehin mal çatışmazlığı barədə rəhbər şəxslərə müraciətləri dövri olaraq təkrarlanmış və maddi məsul şəxs olan cavabdehin müraciətinin ilk vaxtlardan cavabsız qaldığı təqdirdə onun hansı səbəbdən belə bir şəraitdə əmək müqaviləsini davam etdirməsi anlaşılan deyildir. Məhkəmə, həmçinin inventarizasiyanın nəticəsi olaraq mal çatışmazlığının 10291,44 manat olduğu halda maliyyə arayışında 6566 manat göstərilməsi barədə ziddiyyətə cavabdehin aydınlıq gətirməli olduğu barədə qənaətə gəlmişdir. Halbuki MPM-in 392.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini yoxlayan apellyasiya insta nsiyası məhkəməsi məhkəmə aktını qanuni və əsaslı hesab edərək, dəyişdirilmədən saxlayarsa mütləq şəkildə apellyasiya şikayətinin hüquqi qiymət verilməsi tələb edən dəlillərinə münasibət bildirməli və həmin dəlillərin rədd olunması barədə mövqeyini əsaslandırmalıdır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2398/2021 nömrəli iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar