Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1344/2023 07.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçın Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7341/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 07 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MM C ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və onunla eyni tarixli tam maddi məsuliyyət haqqında (əmək müqaviləsinə əlavə) müqavilə də bağlanmışdır.
2. İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixli 382-K saylı əmrinə əsasən Cavabdeh administrator vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixli 513-K saylı əmrlə isə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Cavabdeh əmək müqaviləsinə öz xahişi ilə xitam verilmişdir. 3. “Oba Nardaran 1 fililalı”nda xx.xx.2019-cu il tarixli Təhvil-təslimin nəticələrinə dair yekun akta əsasən, Oba Nardaran 1 mağazasında işləmiş maddi-məsul şəxs Cavabdeh iştirakı ilə onun öhdəsində olan mal-material qiymətlərinin siyahıya alınmış aktivlər üzrə üzləş dirilməsi aparılmış, itki və imhanın cəmi 25897.03 manat təşkil etmiş, Cavabdeh çıxarılan nəticə ilə razı olduğunu öz imzası ilə təsdiq etmişdir.
4. Aktivlər üzrə inventarizasiya nəticələrinə dair xx.xx.2019-cu il tarixli yekun Akta əsasən Oba Nardaran 1(499) mağazasının müdiri işləmiş maddi-məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2019-cu il tarixli inventarizasiya təhvil-təslim tarixinə siyahıya alınmış malmaterial qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılmış, 24796.39 manat çatışmazlıq müəyyən edilmiş, Cavabdeh bu yekun aktda adları qeyd olunan bütün material qiymətlərinin onun iştirakı ilə inventarizasiya komissiyası tərəfindən naturada yoxlanılaraq inventarizasiya siyahısına daxil edildiyini, bununla bağlı inventarizasiya komissiyasına heç bir ir adının olmadığını öz imzası ilə təsdiq etmişdir.
5. İddiaçı MMC tərəfindən verilmiş 09 fevral 2021-ci il tarixli arayışa əsasən Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 24796.39 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 1135.20 manat Cəmiyyət tərəfindən güzəşt edilmiş, 241 manat şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC (bundan sonra “iddiaçı” və ya “MMC”) Cavabdeh (bundan sonra "xxxx") qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin əmlakına vurulmuş ziyana görə ödənilməmiş 23420.19 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın cavabdehdən tutularaq MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, “Oba Nardaran 1” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin cəmiyyətə zərər vurması müəyyən edilmişdir. 23420.19 manat borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, indiyədək heç bir ödəniş həyata keçirilməmişdir.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096.1, 1096.2, 1097.1, 1115-ci, Əmək Məcəlləsinin 194, 199 və 202-ci maddələrinə istinad etmişdir.
9. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.
10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2689/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi (hakim Ramilə Xəzri) ilə iddia tələbi təmin edilmiş, cavabdehdən iddiaçının x eyrinə 23420.19 manat və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. (hakim Ramilə Xəzri)
11. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, cavabdeh iddiaçıya 23420.19 manat maddi zərər vurmuşdur.
12. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci, Əmək Məcəlləsinin 191.1, 194, 199-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadən belə qənaətə gəlib ki, iddia təmin edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəli lləri: - birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan birtərəfli qaydada iddiaçının mövqeyindən çıxış edərək iddianı əsassız və qanunsuz olaraq təmin etmişdir. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının cavabdehdən qeyd olunan məbləği tələb etməsi tamamilə absurddur. İddia ərizəsindən görünür ki, cavabdeh mart ayında işə qəbul edilib və aprel ayında yoxlama zamanı 23.000 manat məbləğində borc yaranıb. Belə çıxır ki, iddiaçı özü öz işçiləri tərəfindən istədiyi vaxt istədiyi komissiyanı yaradıb, guya mağazada hər hansı məbləğdə çatışmazlıq müəyyən edib, həmin məbləğin ödənilməsi vəzifəsini hər hansı bir işçinin boynuna qoya bilər; - cavabdehin öhdəliyində nə qədər malın olmasını sübut edən heç bir əsas yoxdur. Cavabdehin hər hansı bir qüsuru var idisə, işlədiyi müddətdə onun barəsind ə tədbir görə və yaxud da hüquq mühafizə orqanlarına müraciət edə bilərdilər. Cavabdehin öz ərizəsi əsasında işdən azad edilməsi iddia ərizəsindən də aydın olur. Habelə iddia ərizəsindən görünür ki, ümumi borcdan 1135 manat güzəşt edilmişdir. Həmin güzəştin edilməsinin də əsasları müəyyən deyil və nəyə görə məhz həmin məbləğin güzəşt edilməsi qeyrimüəyyən olaraq qalır. Buradan da görünür ki, iddiaçı istədiyi məbləği tələb edə və ya güzəşt edə bilər; - ilkin olaraq araşdırılmalıdır ki, həqiqətən də bu borc və yaxud da çatışmayan məbləğ mövcud olmuşdurmu? İkincisi, mövcuddursa, bunun cavabdehlə nə səbəbli əlaqəsi vardır? Üçüncüsü, bu məbləğdə həqiqətən də mal çatışmazlığı vardısa, bu, cavabdehin işə qəbul edilməsindən əvvəl yaranmışdırsa, bu çatışmazlığı həqiqətənmi cavabdeh işə qəbul edildi kdən sonra onun boynuna qoymaq istəmişlər? Bütün bu məsələlər araşdırılmadan iddianın təmin edilməsi tamamilə əsassızdır; - ümumiyyətlə, sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddiaçı sübut etməlidir ki, həqiqətən bu qədər çatışmazlıq var, bu çatışmazlığın cavabdehlə əlaqəsi var və məhz həmin borc məbləğini cavabdeh iddiaçıya ödəməlidir ya, yox. Belə çıxır ki, iddiaçı heç bir kənar audit rəyi olmadan özü öz daxili qanunları ilə öz adamlarından ibarət qərəzli bir yoxlama komissiyası yarada bilər və istədiyi işçidən istədiyi pul məbləğini tələb edə bilər. Hətta belə çıxır ki, həmin məbləğin yerinə 100.000 manat da qeyd olunsa, məhkəmə heç bir araşdırma aparmadan həmin məbləği təmin etmiş olardı.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7341/2022 nömrəli, 13 dekabr 20 22-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, İlham Kərimli)
16. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, əvvəla, iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Çünki, irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İ kinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin normalarının dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır. Buna görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, iddiaçı cavabdehdən əmək funksiyasının icrası ilə əlaqədar maddi məsul şəxs kimi maddi ziyanın vurulması məsələləri ilə əlaqədar mülki məhkəmə icraatı qaydasında iddia irəli sürmüşdür. Başqa sözlə, iddiaçı cavabdehdən aralarında yaranmış, əmək və tam maddi məsuliyyət haqqında müqavilələrlə rəsmiləşdirilmiş münasib ətlərin pozulması nəticəsində yaranmış ziyana görə, yəni ona vurduğu maddi ziyanın əvəzini tələb edir. Çünki, cavabdehin ona həvalə edilmiş maddi sərvətlərin və pul vəsaitlərinin qorunub saxlanmasına cavabdeh olduğu və buna görə məsuliyyət daşıdığı üçün həmin vəsaitlərin dəqiq hesabatını aparmalı idi. Düzdü, bu işlərin icrası ilə əlaqədar başqa şəxslər, o cümlədən onunla birlikdə işləmiş şəxslər inzibati hüquq pozmaya yaxud cinayət əməlinə yol verərək həmin sərvətlərin və vəsaitlərin talanmasında iştirak edə bilər. Amma bu hallara qarşı mübarizə aparmaq da cavabdehin vəzifəsi olmuşdur.
18. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, iddia ərizəsində ObaNardaran 1 mağazasında xx.xx.2018-ci il tarixdə aparılmış inventarizasiya nəticəsində cavabdehin iddiaçıya zərər vurduğu gös tərilsə də, tarixlə bağlı yanlışlığa yol verilmişdir. Çünki, inventarizasiyanın xx.xx.2019-cu il tarixdə aparılması işin mübahisəsiz halıdır və işdə olan sübutlarla təsdiq olunur. Bu yanlışlıq da iddianın əsassızlığına dəlalət etmir. Çünki hansısa tarixin mexaniki olaraq yanlış göstərilməsi hazırki iddianın əsaslılığını aradan qaldırmır.
19. Apellyasiya instansiyası məhkəməsi müəyyən edib ki, iddiaçının yaratdığı komissiyada cavabdeh də iştirak etmiş və xx.xx.2019-cu il tarixdə Oba Nardaran 1 fililalında Təhvil-təslim nəticələrinə dair yekun Aktda (i.v.35) çıxarılan nəticə ilə cavabdeh razı olduğunu öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda xx.xx.2019-cu il tarixdə Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Aktla (i.v.36-41) da Oba Nardaran 1(499) mağazasının müdiri işləmiş ma ddi-məsul şəxs olan cavabdeh onun iştirakı ilə xx.xx.2019cu il tarixli inventarizasiya təhvil-təslim tarixinə siyahıya alınmış mal-material qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparıldığını, 24796.39 manat çatışmazlıq müəyyən edildiyini təsdiq etmiş, bu yekun aktda adları qeyd olunan bütün material qiymətlərinin onun iştirakı ilə inventarizasiya komissiyası tərəfindən naturada yoxlanılaraq inventarizasiya siyahısına daxil edildiyini, bununla bağlı inventarizasiya komissiyasına heç bir iradının olmadığını həmin Aktda öz imzası ilə təsdiq etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh qeyd olunan imzaların ona məxsus olduğunu təsdiq etsə də, bu Aktları aldadılaraq imzaladığını bəyan etmişdir. Ancaq Əmək Məcəlləsinin 192ci maddəsinin 2-ci hissəsinin tələbi nə əsasən cavabdeh iddiaçıya ziyan vurmaqda təqsiri olmadığını iddia edirsə, bunu sübut etməyə borcludur. Çünki bəyan etdiyi bu halları sübut etmək yükü artıq cavabdehin üzərinə düşür. Cavabdeh isə iddiaçıya ziyan vurmaqda təqsiri olmadığını sübuta yetirə bilməmişdir. Deməli, cavabdeh qeyd olunan aktları imzalamaqla və onlarda göstərilənlərlə razılaşdığını bəyan etməklə həm də iddiaçını cavabdehin ona ziyan vurmasını sübutetmə yükündan azad etmişdir
20. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Əmək Məcəlləsinin 194cü maddəsinin imperativ tələbinə əsasən iddiaçının cavabdehin ona ziyan vurması barədə hüquq mühafizə orqanlarına müraciət etməməsi və sonuncunun cinayət, yaxud inzibati məsuliyyətə cəlb edilməməsi də onun vurulmuş maddi ziyanın əvəzini ödəmək öhdəliyindən azad etmir. Eyni zamanda cavabdehin iddiaçıya ziyan vurduqdan sonra əmək münasibətlərinə xitam verilməsi də onun maddi məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz.
21. İddiaçının cavabdehin vurduğu ziyana görə ona 1135 manat güzəşt etməsi də qanuna zidd deyil. Əmək Məcəlləsinin 206.1-ci maddəsi məhkəməyə də belə bir səlahiyyət vermişdir. Qeyd olunan maddəyə əsasən məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda... bilər. Deməli, iddiaçı üçün bu, ümumiyyətlə mübahisə predmeti ola bilməz.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əlavə olaraq Əmək Məcəlləsinin 200, 202, 203, 204, 205, 206-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazı n dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
25. Şikayətdə əlavə olaraq göstərilib ki, birinci instansiya məhkəməsində iştirak etmədiyindən, işə apellyasiya instansıyası tərəfindən baxılan zaman cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmiş və məhkəmə iclasında məhkəmə iclasının təxirə salınması barədə vəsatət vermişdir. Məhkəmə işin təxirə salınması barədə vəsatəti təmin etməmişdir. Cavabdeh iclas günü müddətin tətbiq edilməsi barədə ərizəsini dəftərxana vasitəsilə təqdim etmiş, lakin məhkəmə iclasında həyəcanlı o lduğu üçün belə bir ərizənini dəftərxana vasitəsilə təqdim etdiyi bildirməmişdir. Məhkəmə iclası təxirə salınmadığı üçün həmin ərizəyə münasibət bildirilmədən qətnamə çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı iddiaçının etiraz daxil olmuşdur. Etirazın dəlilləri: - cavabdeh tərəfindən məhkəmə iclasının təxirə salınması barədə vəsatət deyil, cavabdehin vəkili tərəfindən 18 noyabr 2022-ci tarixində məhkəməyə teleqram vurularaq, məhkəmə iclasının 3 həftə sonraya, yəni 12 dekabr 2022-ci il tarixinə təxirə salınması xahiş edilmişdir. Məhkəmə də onların xahişini nəzərə alaraq işin baxılmasını 12 dekabr 2022-ci ilə təyin etmişdir. Nə 12 dekabr, nə də 13 dekabr 2022-ci il tarixlərindəki məhkəmə baxışında cavabdeh iddia müddətinin tətbiqi barədə m əsələ qaldırmamışdır. Həmçinin məhkəmə tərəfindən hər hansı əlavə və vəsatətinin olub-olmaması soruşulmuş, cavabdeh heç bir əlavə və vəsatətinin olmamaısını bildirmişdir; - cavabdeh yoxlama zamanı şəxsən iştirak etdiyini və akta imza atmasını etiraf etmişdir; Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 191.
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə. 191.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə
192. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə
194. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə
198. Bu Məcəllən in 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Maddə
199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; Maddə 200
1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuli yyət daşıyır. Maddə 202.
1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
2. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Maddə 203.
1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.
2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri il ə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Maddə 204.
1. İşəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə tam və ya qismən ödəyə bilər.
2. Vurulan ziyanın könüllü surətdə ödənilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş həddə həyata keçirilir.
3. İşəgötürən işçinin razılığı ilə vurulan ziyanı ödəmək üçün möhlət verə bilər.
4. Ziyanın məbləği əvəzinə işçi işəgötürəninin razılığı ilə korlanmış, itirilmiş əmlakın əvəzinə eynilə başqasını verə bilər, habelə şəxsən özü yaxud öz vəsaiti ilə onu təmir edə bilər. Maddə 205.
1. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir.
2. Əgər zi yan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
3. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Maddə 206.
1. Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər. Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt tötətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadın ı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
28. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etdiyndən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. İddia tələbi təhvil-təslim və yekun aktlara əsasən etiraf edilmiş borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi onunla əmək münasibətlərində olan və tam maddi məsuliyyət barədə müqavilə bağlamış cavabdehin imzaladığı həmin aktlara istinad etmişdir.
32. İşin müəyyən edilmiş hallarından da görünür ki, iddiaçı cavabdehdən aralarında yaranmış, əmək və tam maddi məsuliyyət haqqında müqavilələrlə rəsmiləşdirilmiş münasibətlərin pozulması nəticəsində yaranmış ziyana görə, yəni ona vurduğu maddi ziyanın əvəzini tələb edir. İddiaçının yaratdığı komissiyada cavabdeh də iştirak edərək, xx.xx. 2019-cu il tarixdə Oba Nardaran 1 fililalında Təhvil-təslim nəticələrinə dair yekun Aktda çıxarılan nəticə ilə razı olduğunu öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda xx.xx.2019-cu il tarixdə Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Aktla da Oba Nardaran 1(499) mağazasının müdiri işləmiş maddi-məsul şəxs olan cavabdeh 24796.39 manat çatışmazlıq müəyyən edildiyini təsdiq etmiş, yekun aktda adları qeyd olunan bütün material qiymətlərinin onun iştirakı ilə inventarizasiya komissiyası tərəfindən naturada yoxlanılaraq inventarizasiya siyahısına daxil edildiyini, bununla bağlı inventarizasiya komissiyasına heç bir iradının olmadığını öz imzası ilə təsdiq etmişdir.
33. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmiş, süb utları MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirmişdir.
34. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 16-22-ci bəndlərinə əks edilən hüquqi dəyərləndirməsi və tətbiq etdiyi maddi hüquq normaların ilə razılaşır və bu səbədən əlvə şərhə zərurət görmür. Bu baxımdan hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
35. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, həmin dəlillərin əsas hissəsi apellyasiya şikayətinin dəlilləri ilə eynidir və yuxarıda qeyd edildiyi kimi həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tam qiymət verib.
36. İddia müddətinin tətbiqi barədə məhkəmənin dəftərxanasına ərizə təqdim edilməsi, apellyasiya instansiyası məhkəməsinin iclasın ı təxirə salmamaqla həmin ərizəyə münasibət bildirmədən qətnamə çıxarması barədə dəlil də əsasızdır.
37. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Qeyd edilən normanını məzmunundan belə nəticə çıxır ki, iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə qərarı çıxarılanadək verilməlidir.
38. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin iclası birinci dəfə 21 noyabr 2022-ci il tarixinə təyin edilmiş, cavabdehin vəkilinin teleqramı əsasında məhkəmə iclası vəkilin təklif etdiyi tarixə – 12 dekabr 2022-ci il tarixinə təxirə salınmışdır. Cavabdehin vəkili (nümayəndəsi) 12 dekabr 2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş, lakin iddia müddətinin tə tbiqi ilə bağlı hər hansı ərizə və vəsatət verməmişdir. Məhkəmə iclası cavabdehin özünün iştirak etməsi məqsədilə onun vəkilinin vəsatəti ilə növbəti günə təxirə salınmış, 13 dekabr 2022-ci il tarixli məhkəmə iclasında (saat 10:42də) iştirak edən cavabdehin özü də iddia müddətini tətbiqi barədə ərizə verməmiş, nə belə bir ərizəni dəftərxanaya təqdim etməsini bildirməmiş, nə də məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir.
39. İş materiallarında olan iddia müddətinin tətbiqi barədə ərizənin elektron məhkəmə sistemi vasitəsilə alınması barədə sənəddən görünür ki, həmin ərizə 13 dekabr 2022-ci il tarixdə saat 18:07-də məhkəməyə təqdim olunub. Başqa sözlə, iddia müddətinin tətbiq barədə ərizə cavabdehin və vəkilinin iştirak etdiyi məhkəmə iclaslarında məhkəmə qətnaməsi çıxarılanadək d eyil, məhkəmə qətnaməsi çıxarılandan sonra təqdim edilmişdir.
40. Şərh edilənlərdən göründüyü kimi, cavabdehin iddia müddətinin tətbiq barədə ərizə təqdim etməsi, həmin ərizənin müzakirəsi üçün işin təxirə salınması barədə vəsatət verməsi barədə dəlillər işdəki sənədlərlə təkzib edilir.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7341/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edil