Məhkəmə qərarları › İş №2(102)-1344/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1344/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1344/2025 28.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı BOKT "xxxx" ASC-nin cavabdeh X5 qarşı iş üzrə QƏRARİ Açar sözləri: pul tələbi, əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X5 qаrşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-291/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin i nzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3 mart 2022-ci il tarixli 2(004)190/2022 nömrəli qətnaməsi ilə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin cavabdeh X5 qarşı “icarə müqaviləsi bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması və dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd olunması, qarşılıqlı iddiaçı X3 qarşılıqlı iddia üzrə cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd olunması qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyun 2022-ci il tarixli 2(103)4011/2022 nömrəli qətnaməsi ilə iddiaçı BOKT "xx xx" QSC-nin apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh X3 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3 mart 2022-ci il tarixli qətnaməsinin qismən – qarşılıqlı iddianın maddi zərərin əvəzinin ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv olunması və göstərilən hissədə yeni qətnamə çıxarılmaqla qarşılıqlı iddianın həmin hissədə qismən təmin edilməsi, dəymiş zərərin əvəzi olaraq 44767,45 manat pul vəsaitinin BOKT "xxxx" QSC-dən alınıb X5 ödənilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3 mart 2022-ci il tarixli qətnaməsinin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 14 noyabr 2022-ci il tarixli 2(102)-5566/2022 saylı qərarı ilə, Bakı Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 16 iyun 2022-ci il tarixli 2(103)-4011/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. X8 Vergi Cədvəlinə əsasən, 2 iyun 2021-ci il tarixdən 3 dekabr 2021-ci il tarixədək X6 hər ay 895,35 manat olmaqla cəmi, 6267,45 manat vergi ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı BOKT "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 iddiaçının xeyrinə 5372,1 manat vəsaitin və dövlət rüsumu olaraq ödənilmiş 73,72 manat məbləğində vəsaitin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvandakı yerləşən 105,3 kv metr qeyri-yaşayış sahəsinin keçmiş mülkiyyətçisi X7 ilə BOKT "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixdə icarə müqaviləsi bağlanmış, aylıq icarə haqqı 6395,35 manat razılaşdırılmaqla qeyri-yaşayış sahəsi 5 il müddətində X7 tərəfindən BOKT "xxxx" ASC-yə icarəyə verilmişdir. Alim Babayev qeyri-yaşayış sahəsini xx.xx.2021-ci il tarixdə X4, sonuncu isə xx.xx.2021-ci il tarixdə cavabdeh X1. Tərəflər arasında bağlamış icarə müqaviləsinin 5-ci bəndinə əsasən icarəyə götürən vergi daxil 6395,35 manat məbləğində icarə haqqını icarəçiyə ödəməli idi. Vergi qanunvericiliyin tələblərinə əsasən icarəyə verənin VÖEN-i olmadığı üçün həmin məbləğdən vergini tutmaq və dövlət büdcəsinə ödəmək hüquqi şəxs olan icarəçinin vəzifəsidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçının sorğusu əsasında verilmiş xx.xx.2023-cü il tarixi aravışdan görünür ki, iddiaçı icarə obyektindən icarə müqaviləsi üzrə faktiki istifadə etdiyi üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində 5372,1 manat məbləğində vergi ödəmişdir. Sonradan isə tərəflər arasında yaranan mübahisə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)4011/2022 nömrəli qətnaməsi ilə 2021-ci ilin iyul-2022-ci ilin yanvar ayları üçün icarə müqaviləsində göstərilən məbləği vergi daxil olmaqla (6395,35 manat x 7 ay) yeni mülkiyyətçiyə ödəməli olmuşdur. Belə olan halda BOKT tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində vergi məbləği həm vergi orqanına, həm də cavabdeh Mirvari Kazımovaya ödənilmişdir. Bu isə cavabdeh Mirvari Kazımovanın əsassız olaraq varlanmasına səbəb olmuşdur.

7. Gədəbəy Rayon Məhkəməsinin 6 avqust 2024-cü il tarixli 2(042)-575/2024 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddiа tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, sübutetmə vəzifəsi üzərinə düşməsinə baxmayaraq, iddiaçı iddia tələbinin əsasları kimi istinad etdiyi faktiki halları təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçının iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 14 noyabr 2022-ci il tarixli 2/(102)-5566/2022 nömrəli Qərarından görünür ki, iddiaçının təqsirli hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş zərərin əvəzi kimi 44767,45 manatın iddiaçıdan alınaraq, cavabdehə verilməsi qərara alınmışdır. Yəni, iddiaçı bu məbləği cavabdehə aylıq icarə haqqı kimi d eyil, vurulmuş zərərin əvəzi kimi ödəməli olmuşdur. İddiaçı tərəfindən vergi orqanına ödənilməsi iddia edillən 5372,1 manatda cavabdehə deyil, vergi orqanına ödənilmişdir və bu cavabdehin bu məbləğdə əsassız varlanması halını istisna edir.

9. Məhkəmə göstərilən nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2, 14.2.6, 14.2.7, 1091 və 1092-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv ar aşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə qətnaməsi ilə tutulan 44767,45 manat məhz 2021-ci ilin iyul - 2022-ci ilin yanvar ayları üçün (6395,35 x 7) icarə haqqının əvəzi kimi tutulmuşdur. Bu hal Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında da öz əksini tapmışdır. İddiaçı tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutulan 44767,45 manat məhz 2021-ci ilin iyul - 2022-ci ilin yanvar ayları üçün (6395,35 x 7 aylıq) icarə haqqının daxilində aylıq vergi məbləği olan 895,35 manatın olması işin mübahisəsiz halıdır. Bundan əlavə, icarə müqaviləsi bağlandıqdan sonra iddiaçı qanunun tələbinə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-c iil tarixədək hər ay üçün 895,35 manat olmaqla, cəmi 5372,1 manat məbləğində vergini ödəmə mənbəyindən ödəməkdə davam etmişdir. Belə ki, icarə müqaviləsi üzrə icarəçi BOKT hər ay ödəmə mənbəyindən vergini ödəyib. Buna icarəyə verən vergi uçotunda olmayan fiziki şəxs (sadə vətəndaş) olması, icarəçinin isə hüquqi şəxs olması səbəb olmuşdur. Qanunvericiliyin tələbinə görə belə olan halda hüquqi şəxs icarə haqqı ödədikdə ödəmə mənbəyində vergini tutub dövlət büdcəsinə ödəməlidir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə icarə müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay üçün vergi məbləği iki dəfə ödənilmişdir. Belə ki, birinci dəfə 6395,35 manat icarə haqqının (5500 manat icarə haqqı + 895,35 manat vergi) məhkəmə qətnaməsinə əsasən sonuncu mülkiyyətçiyə ödəni lməsi, yəni iddiaçı 6 ay ərzində faktiki olaraq 895,35 manat (cəmi 5372,1 manat məbləğində), həmçinin ikinci dəfə isə icarə müqaviləsi üzrə ödəmə mənbəyindən verginin ödənilməsi nəticəsində isə əqdin tərəfi olan icarəçi BOKT-un əlavə maddi ziyana düşməsinə səbəb olmuşdur.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İslam Həsənov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Rüfət Məcidov) 14 yanvar 2025-ci il tarixli, 2(104)-291/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnamasi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı BOKT "xxxx" QSC-dən cavabdeh X3 xeyrinə tutulan vəsait nə icarə haqqı, nə də ki, icarə haqqı ilə bağlı ödənilməli vergi bo rcu olmamışdır. Məhkəmə qətnaməsi ilə həmin məbləğ hazırkı iş üzrə iddiaçı təərfindən cavabdehə vurulmuş ziyan kimi tutulmuşdur. Cavabdeh Mirvari Kazımova hazırkı halda əsassız varlanan şəxs deyildir. Bu baxımdan da iddia tələbi əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur.

14. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən apellyasiya məhkəməsi qeyd etmişdir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı (vəkil- Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, işə yenidən baxılması üçün apellyasiya instansiya m əhkəməsinə göndərilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən işin faktik və hüquqi əsasları tam və hərtərəfli araşdırılmamış, bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur. İddiaçı tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutulan 44767,45 manat məhz 2021-ci ilin iyul - 2022-ci ilin yanvar ayları üçün (6395,35 x 7 aylıq) icarə haqqının daxilində aylıq vergi məbləği olan 895,35 manatın olması işin mübahisəsiz halıdır.

17. Belə ki, məhkəmə formal olaraq məhkəmə qətnaməsi ilə iddiaçı BOKT "xxxx" QSC-dən cavabdeh X3 xeyrinə tutulan 44767,45 manat vəsait iddiaçının qanunsuz olaraq cavabdehin mülkiyyətindəki əmlakı boşaltmam asına görə dəymiş ziyan (əldən çıxmış fayda) kimi qeyd etmişdir. Halbuki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə icarə müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay üçün vergi məbləği iki dəfə ödənilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

20. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçiri lməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

21. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir.

22. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəmə si tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütünlüklə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasi ya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

33. İddiaçının kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

34. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair də lilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yen i sübut qəbul etmir.

35. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara ald ı: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-291/2025 nömrəli iş üzrə 14 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar