Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1347/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə müddətinin bitməsindən sonra müqavilə üzrə faiz borcunun hesablanmasının yolverilməzliyi, zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından iba rət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1 vəkili X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun tutulması və tutulmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-736/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ASC (bundan sonra – iddiaçı və ya bank) ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 49 KX nömrəli X6nə əsasən cavabdehə 12 ay müddətinə 70000 manat məbləğində kredit xətti açılmışdır.
2. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.20 14-cü il tarixli GM/49-KX nömrəli İpoteka Müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2010cu il tarixli, MA ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən, mülkiyət hüququ ilə sonuncuya məxsus ümumi sahəsi 169,57 kvadrat metr, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 11c, 6 nömrəli mənzil (bundan sonra – mübahisəli mənzil) 169000 manat məbləğində qiymətləndirilərək xx.xx.2015-ci il tarixinədək ipoteka ilə yüklü edilmişdir.
3. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli İM/49/2 nömrəli X2 əsasən, xx.xx.2014-cü il tarixli GM/49-KX nömrəli İpoteka Müqaviləsinin müddəti uzadılmış, mübahisəli mənzil 169.000 manat məbləğində qiymətləndirilərək xx.xx.2016-cı il tarixinədək ipo teka ilə yüklü edilmişdir.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən mübahisəli mənzil bankın xeyrinə yüklü edilmişdir.
5. Bank ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış zaminlik müqaviləsinə əsasən, sonuncu iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanan kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit borcun tutulması və tutulmanın girov qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələb inin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2014-cü il tarixli 49-KX saylı “X6 üzrə 70000 manat müqavilə müddəti üçün hesablanmış əsas borc, 15832,81 manat məbləğində faiz borcu, 43085 manat məbləğində cərimə borcu, 11615,40 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə isə 140533,21 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan mübhisəli mənzilə yöndəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin banka ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, tutmanın mübahisəli mənzilə yönəldikdən və o satıldıqdan sonra 1 ay sonra onun boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə banka 70000 manat məbləğində əsas borc, 38197,81 manat məbləğində faiz borcu ümumilikdə isə 108197,81 manat məbləğində borcu qalmışdır. Buna görə də iddiaçı məhkəməyə kredit və ona hesablanmış faiz və cərimə məbləğinin geri qaytarılmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. 8. “xxxx” MMC tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2018-ci il tarixli, 0778/18/KRDB nömrəli qiymətləndirmə rəyindən görünür ki, mübahisəli mənzilin bazar dəyəri 250000 manat, satış (likvid) qiyməti 230000 manat təşkil edir. 9. “xxxx” MMC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarix li, QXM 248M nömrəli qiymətləndirmə rəyindən görünür ki, mübahisəli mənzilin bazar dəyəri qiyməti 220000 manat təşkil edir.
10. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 16183 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli 49-KX saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2018-ci il tarixə Cavabdeh1nın banka olan borcu 68179,93 manat təşkil edir.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxxx 2019-cu il tarixli 2(001)-262/2019 nömrəli qətnaməsi ilə (hakim Gültəkin Abbasova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 68179,93 manat məbləğində əsas borc, 1000 manat cərimə (dəbbə), müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 5%-lə 3409 manat faiz borcu, cəmi 72588,93 və 30 manat dövlət rüsumunun tutularaq banka ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğin Cavabdeh1 məxsus olan ipoteka ilə yüklü edilmiş mübahisəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiyməti 220000 manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borc iddiaçıya ödənilməsi, mənzil satıldıqdan 1 ay sonra həmin mənzil boşaldılaraq banka təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat ekspertiza xərcinin müştərək qaydada Cavabdeh1 və iddiaçıdan tutularaq dövlət büdcəsinin hesabına köçürülməsi qət olunmuşdur.
12. Məhkəmə Mülki Məcəllənin 385, 445, 448.1, 448.2, 739.1, 739.2, 449.1, 462.1, 467, 470.1, 472.1, 477.0.4, 295, 296.1, 317.1, MPM-in 97.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrini əsas götürərək, ekspert və mütəxəssi rəylərinə istinad edərək qeyd etmişdir ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh1 vaxtında ödəniş etməmiş, bununlada kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir.
13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayəti verərək qətnamən in qismən (mübahisələndirilmiş hissələrdə) ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şərafət Məmmədova - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Xəyal Sarıyev) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, qətnamə ipoteka predmeti olan mübahisəli mənzilin ilkin satış qiyməti hissəsdə dəyişdirilmiş, mənzilin ilkin satış qiyməti 240000 manat müəyyən olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələ həll edilmişdir.
16. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir k i, iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik beş faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 11615,40 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Belə ki, cavabdeh müqavilə müddətindən sonrakı dövr üçün iddia ərizəsinin verilməsinə qədər qanun üzrə (§ ) nəzərdə tutulmuş faizləri ödəməlidir. Həmin müddət üçün cavabdeh borc alanın ödəməli olduğu məbləğ 68179,93×5%÷12 ay = 3409 manatdır.
17. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini cavabdeh – zamin Cavabdeh2 aid hissədə rədd edilməsi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, hazırki iş üzrə zaminliklə təmin edilmiş öhdəlik üzrə icra müddəti xx.xx.2014cü il tarixdə bitdiyindən və kreditor tərəfindən zaminə qarşı iddia tələbi xx.xx.2018-ci il tarixində verildiyindən, kreditor Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminə qarşı öhdəliyin icrası tələbini irəli sürmək hüququnu itirmişdir. Ona görə də, birinci instansiya məhkəməsi zaminliyə xitam verməklə düzgün nəticəyə gəlmişdir.
18. Məhkəmə ipoteka predmetinin ilkin satış qiyməti hissədə qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin məzmununa əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
19. Bakı Apellyasiya məhkəməsi zamanı təyin olunmuş qiymətləndirmə ekspertizası üzrə “X8” MMC-nin rəyindən görünür ki, xx xxxx 2020-ci il tarixə mübahisəli mənzilin bazar dəyəri 270000 manat, satış (likvid) qiyməti 240000 manat təşkil edir.
20. Məhkəmə həmin rəyə istinad edərək ipoteka predmetinin ilkin satış qiyməti hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərək mübahisəli mənzilin ilkin satış qiymətini 240000 manat məbləğində müəyyən etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərindən təkrar-məhkəmə muhasıbatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verilsə də, məhkəmə bu vəsatəti təmin e tməmişdir. Bununla bağlı qeyd edilər ki, cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə ikiqat faiz hesablanmışdır. Əgər cavabdeh qrafik üzrə ödənişləri gecikdirmədən həyata keçirsəydi o zaman məhkəmənin mövqeyi ilə razılaşmalı olduğunu qeyd etmişdir.
23. Bundan başqa, məhkəmə iddia tələbini müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 11615,40 manat borc hissəsində də qismən təmin etməkdə haqlı olmamış, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri pozulmuşdur.
24. Məhkəmə həmçinin ipoteka predmetinin ilkin satış qiymətinin 240000 manat müəyyən edilməsi hissəsində də düzgün olmayan nəticəyə gəlmiş, movcud bazar qiymətl ərinə uyğun olmayan ekspert rəyinə istinad etmişdir.
25. Bundan başqa məhkəmə iddia tələbinin digər Cavabdeh2 aid hissədə rədd etməklə maddi hüquq normasının tələblərini pozmuşdur. Belə ki, məhkəmə iddia müddətinin tədbiqi barədə ərizə verilmədiyi halda zaminə qarşı iddia tələbini rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Cavabdeh1 vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
28. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdeh gəlmə dikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
30. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 31. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu.
32. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayan ın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
33. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. (Maddə 477.0.4)
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
35. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən i rəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməyən (iddia tələbinin rədd edilən hissəsi) və apellyasiya instansiyası məhkəməsi tərəfindən iptoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilməsi hissəsində mübahisələndirir. Cavabdeh isə qətnamədən kassasiya şikayəti verməmişdir. Ona görə də, qətnamə iddiaçının kassasiya şikayətində mübahisələndirilən hissələrdə kassasiya qaydasında yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. İddia tələbinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə tələb edilən faiz borcunu rədd edilən hissəsində dəlilləri kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəliləri ilə eynidir və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə qiymət verərmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirm ə ilə razılaşır.
40. İddiaçı kassasiya şikayətinə bu halı yenidən təkrarlamış, lakin pozuntunun nədən ibarət olmasını göstərməmişdir.
41. İddiaçı kassasiya şikayətində zaminə münasibtə iddia tələbini rədd edən məhkəmənin iddia müddətinin tədbiqi barədə ərizə verilmədiyinə görə, maddi hüquq normasının tələbərini pozduğunu bildirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin müddət iddia müddəti deyil, kəsici müddətdir. Yəni zaminliyin xitamı ilə bağlı cavabdehin iddia müddətinin tədbiqi ilə bağlı ərizə verməsi zəruri deyil.
42. Kassasiya şikayətinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı dəlilini də məhkəmə kollegiyası əsassız hesab edir.
43. Belə ki, ipoteka predmeti olan əmlakla bağlı hərrac hazırki dövrdə keçiriləcəyindən və hərraca çıxarılacaq əmlakın qiyməti ümumiyyətlə hərrac keçirilən dövr üçün orta bazar qiymətləri ilə müəyyən edildiyindən, mənzilin hərracdan ilkin satış qiymətinin sonuncu verilmiş iş materiallarına əlavə edilmiş mütəxəssi rəyinə əsasən 240000 manat müəyyən edilməsi əsaslı hesab edilməlidir. Hazırki halda qeyd edilən əmlakın qiymətinin ipoteka müqaviləsində göstərilən qiymətdən əhəmiyyətli dərəcədə çox olması bankın mənafeyinə uyğun olduğu halda, sonuncunun bu əsasla kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etməsi anlaşılmazdır. Belə ki, həmin evin hərracdan satılmasının məqsədi banka olan borcun ödənilməs ini təşkil edir ki, bu halda da bank özündə yüklü olan əmlakı hərrac vasitəsilə almaqda deyil, ilk olaraq ona olan borcun bütövlükdə ödənilməsinin təmin edilməsi üçün yüksək qiymətə satılmaqda maraqlı olmalıdır.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-736/2020 nömrəli iş üzrə xx xxxxxxxx 20 20-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov