Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1348/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, X12 və 3-cü şəxs Sumqayıt şəhəri, 4 saylı X4rşı “mənzilə istifadə hüququnun tanınması, alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, birgə nikah dövründə əldə edilmiş əmlakdan payların müəyyən edilməsi, kooperativ binanın mənzil tikintisi haqqında müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: istifadə hüququnun tanınması, birgə nikah dövründə əldə edilmiş əmlaka dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi, əmlakın bölgüsü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Raf iq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X19 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil2, Cavabdeh1, onun vəkili X1, Cavabdeh2 vəkili X14 oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1596/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları və iş üzrə məhkəmə icraatı İddiaçı ilə Cavabdeh2 arasında 1973-cü ildən 2018-ci ilə kimi birgə nikahda olmuşlar. Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış nikaha xx.xx.2018-ci ildə Rusiya Federasiyası, Moskva vilayəti, Odintsova rayon məhkəməsinin xx xxxxxxxx 2 017-ci il tarixli qərarına əsasən xitam verilmişdir. ünvan 1 ünvanda yerləşən 20 saylı mənzil Sumqayıt XDS İK-nin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 18/264 saylı, xx.xx.1992-ci il tarixli order əsasında Cavabdeh2 ayrılmış, xx.xx.2005-ci il tarixdə Cavabdeh2 adına özəlləşdirilmişdir. Tərəflər bir müddət mübahisəli mənzildə yaşasalar da, sonra yaşamaq üçün Rusiya Federasiyasına getmişlər. İddiaçı 1992-ci ildə həmin mənzildən qeydiyyatdan çıxmışdır. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********61 saylı məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən 20 saylı mənzil sahəsi Sumqayıt XDS İK-nin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 18/264 saylı, xx.xx.1992-ci il tarixli order, Sumqayıt şəhər İcra Hakimiyyəti MTİİB 2 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 4246 saylı, xx.xx.2005-ci il tarixli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələr əsasında Cavabdeh2 adına qeydiyyata alınmış və Sumqayıt şəhəri Texniki İnventarlaşdırma idarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh2 xx.xx.2016-cı il tarixdə qeydiyyat vəsiqəsinin itirilməsi ilə bağlı idarəyə müraciət etmiş, Sumqayıt qəzetinin xx.xx.2016-cı il tarixli, 19-cu sayında verilmiş elan və Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin 127-40387-1216 saylı xx.xx.2019-cu il tarixl i arayışı əsasında mənzil Cavabdeh2 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən dublikat çıxarış verilmişdir. xx.xx.2019-cu il tarixdə idarəyə daxil olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-3870/2019 saylı qərardadına əsasən sözügedən mənzil üzərinə həbs qoyulmuşdur. Sumqayıt şəhəri 4 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq olunmuş 4Ə-361 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi xx.xx.2019-cu il tarixdə İdarəyə daxil olmuş, lakin əmlak üzərində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-3870/2019 saylı qərardadı əsasında əmlak üzərinə həbs qoyulduğundan ərizənin icrasından imtina edilmişdir. Hal-hazırda mənzil Cavabdeh2 mülkiyyətindədir. AN-İ seriyalı ** ***** saylı xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 20 saylı mənzili 50000 manata Cavabdeh1 satmışdır. İşdə olan xx xxxx 2019-cu il tarixli mədaxil orderindən görünür ki, mənzilin dəyəri olan 50000 manat Cavabdeh1 tərəfindən ödənilmişdir. Kooperativ binanın mənzil tikintisi haqqında "xxxx" MTK-nin sədri X7 ilə X16 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Kooperativ inşa edilmiş binanın 15-ci mərtəbəsində, ümumi sahəsi 75.0 kv.metr olan 88 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür (bənd 1). Bu müqavilə mənzilin keçmiş payçısı X11 tərəfindən yazılmı ş xx xxxxx 2019-cu il tarixli ərizəsi əsasında onun Kooperativin payçılığından çıxması və həmin mənzili X12 təhvil verməsini əsas tutaraq bağlanmışdır (bənd 4). Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ünvan4ndə yaşayan İddiaçı ərizə ilə Yasamal rayon prokurorluğuna müraciət edərək əri Cavabdeh2 adına "xxxx" MTK-nın Bakı şəhəri, ünvan 3 ünvanında inşa etdiyi yaşayış binasının 14cü mərtəbəsində yerləşən sahəsı 75.0 kv.metr olan 88 saylı mənzili almalarında və 2009-cu ildə dəyərini tam ödəmələrinə baxmayaraq, həmin mənzilin MTK tərəfindən X10 satılması nəticəsində onlara etibardan sui-istifadə etmə və aldatma yolu ilə maddi ziyanın vurulmasını göstərmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X16 "xxxx" MTK-nın Bakı şəhəri, ü nvan 4 ünvanında inşa etdiyi yaşayış binasının 15-ci yaşayış mərtəbəsində yerləşən, sahəsi 75 kv.metr olan 88 saylı mənzili maliyyə arayışı və müqavilə əsasında X2 mənzilin dəyərini tam ödəməklə xx xxxxx 2019-cu il tarixdə almışdır. Cavabdeh2 adına maliyyə arayışı və müqavilə əsasında mənzil qeydiyyata alınmamışdır. Belə olan halda İddiaçı ilə ''xxxx" MTK arasında yaranmış mübahisə mülki iddia xarakterli olduğundan toplamış materialda cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. xx xxxxxx 2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh2 ilə Azərişıq ASC-nin Enerji Satış Departamenti arasında bağlanmış “Y/Y, x dair xx xxxxxx 2019-cu il tarixdə enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqa viləsi bağlanmışdır. "xxxx" Mənzil Tikinti Kooperativinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin sorğusuna əsasən həmin məhkəməyə ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, hazırda 1938-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş Cavabdeh2 adlı şəxsin "xxxx" MTKnın, yəni kooperativin üzvü olması barədə məlumat yoxdur. Sorğuda qeyd edilən Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən 88 saylı mənzil kooperativin payçısı X12 məxsusdur. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 2 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1686 saylı arayışından görünür ki, İddiaçı Forma A-ya əsasən ünvan 1 ünvanda yerləşən 20 saylı mənzildə qeydiyyatda olmuşdur. xx.xx.1992-ci ildə qeydiyyatdan çıxmış, xx.xx.1995-ci ildənünvan4nə qeydiy yata düşmüşdür. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2015ci il tarixdə verilmiş A seriyalı 418415 saylı torpaq sahəsinin plan və ölçüsündən görünür ki, xx kənd İƏDÜ nümayəndəliyinin 05 saylı təsərrüfatbaşına kitabına əsasən v 1200 kv.metr torpaq sahəsinin X3 adına plan və ölçüsü tərtib edilmişdir. “Torpağa mülkiyyət hüququna” dair J N-xx, KOD xxxxx saylı dövlət aktından görünür ki, x Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş 1,59 ha torpaq sahəsi İddiaçı, X3 və Vəkil2 Bəhri qızının mülkiyyətinə verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı mənzilə istifadə hüququnun tanınması, alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, birgə nikah dövründə əldə edilmiş əmlakdan payların müəyyən e dilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilə istifadə hüququnun tanınması, mənzilə dair xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhər 4 saylı DNKda bağlanmış AN-1 № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünərək onun payının 1/2 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, yerləşən, kooperativ yaşayış binası olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 14-cü mərtəbəsində, ümumi sahəsi 75.0 kv.metr olan 88 saylı mənzilə dair "xxxx" MTK ilə xx oğlu arasında bağlanmış müqavilə onun razılığı olmadan rəsmiləşdirildiyindən həmin müqavilənin e tibarsız hesab olunması, "xxxx" MTK ilə X16 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli Kooperativ binanın mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab olunması, yerləşən, kooperativ yaşayış binası olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 14-cü mərtəbəsində, ümumi sahəsi 75.0 kv.metr olan 88 saylı mənzilin onunla Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri əmlak olduğundan, həmin mənzil üzərində onun 1/2 hissədə pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 20 saylı mübahisəli mənzilin sahibi olmuş Cavabdeh2 ilə 1973-cü ildə rəsmi nikahla ailə həyatı qurmuş, ailə həyatı qurduqdan sonra Rusiya Federasiyasının müxtəlif bölgələrində yaşamış və Tümen vilayətinin Noyabrsk şəhərində mənzil almış, lakin daimi olaraq Azərbaycan Respublikasına gələn vaxt həmin mənzili xx.xx.1992-ci ildə mübahisəli mənzillə dəyişmişlər. Bu mənzildə birgə yaşamış və birgə nikahdan olan 4 övladları da bu mənzildə yaşamış və qeydiyyatda olmuşlar. İddiaçı ilə Cavabdeh2 arasında münasibətlər pozulmuş və xx.xx.2018-ci il tarixdə boşanmışlar. Cavabdeh2 ondan xəbərsiz və razılığı olmadan 2005-ci ildə mənzili özəlləşdirmiş və xx.xx.2019-cu il tarixdə digər Cavabdeh1 satılmışdır. İddiaçı mənzilin icarədarı, daha sonra isə mülkiyyətçisi olmuş şəxsin ailə üzvü kimi qeyd edilən mənzilə istifadə hüququ olmuş və hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-54-cü maddələrinə əsasən mənzilə istifadə hüququnun tanınması üçün əsaslar olmuşdur. Mənzilə dair v erilmiş orderdə iddiaçının və uşaqlarının da adı qeyd olunmuşdur. Cavabdehlər həmin mənzilə iddiaçının istifadə hüququnun olduğunu və bu mənzillə bağlı mübahisənin olduğunu bildikləri halda alğı-satqı müqaviləsini bağlamışlar. Cavabdeh2 “xxxx” MTK-dən x saylı mənzil almışdır. Həmin mənzil 2009-cu il tarixindən 2019cu ilin martına kimi cavabdehin sahibliyində olmuşdur. Həmin mənzil birgə nikah dövründə alındığına görə əmlak bölgüsü tələb etməyə tam qanunu hüququ vardır. Çünki boşandıqdan sonra ona heç yerdən pay çatmamışdır. Cavabdeh2 adına payçı kimi müqavilə ilə “xxxx” MTK-dən x saylı mənzilinin olması işıq istifadəsinin ödəniş qəbzindəki yazılarla təsdiq edilir. Cavabdeh2 iddia tələbi tamamilə əsassız və qəbul edilməzdir. Belə ki, Cavabdeh2 İddiaçı ilə xx xxxxxx 1973-cü il tarixdə rəsm i nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və həmin nikahdan dörd övladları olmuşdur. Yoldaşını işə düzəltsə də, o işləmək istəməmişdir. Ailə qurduqdan sonra Rusiya Federasiyasında uzun müddət yaşamışlar. 1992-ci ildə Azərbaycana gələrkən ünvan 1 ünvanında yerləşən 20 saylı mənzili almışdır. Sonradan yenidən Rusiya Federasiyasında yaşamağa başlamışlar. Moskva şəhərində mənzil almışlar. 2017-ci ildə arvadı və qızı onu həmin evdən qovmuşdur. Keçmiş yoldaşına onunla gəlməsini bildirsə də o, gəlməmiş, qızları ilə Moskvada qalmışdır. 2019-cu ildə səhhətində ciddi problemlər olduğundan, ürəyindən iki dəfə əməliyyat olunmuşdur. Əməliyyat olunması üçün ona pul lazım olmuş, elə bu məqsədlə də onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 saylı mənzili satmışdır. Cavabdeh isə sözügedə n mənzildə heç vaxt qeydiyyatda olmamışdır. ünvan 1 ünvanında yerləşən 20 saylı mənzili satarkən notarius mübahisəli mənzildə qeydiyyatda olan şəxslərin siyahısını araşdırmış, heç kimin həmin mənzilə qeydiyyatı olmadığı üçün razılıq alınmamışdır. İddiaçının iddia etdiyi kimi yerləşən, "xxxx" MTK tərəfindən inşa edilmiş binada heç vaxt mənzil almamışdır. Oradan mənzil almaq üçün maraqlansa da, mənzil almamışdır. Adıçəkilən mənzildə heç vaxt yaşamamış və mənzilə dair işıq, qaz ilə bağlı kommunal xidmətlərin adına sənədləşməsindən xəbəri olmamışdır. Onun heç vaxt Bakı şəhərində mənzili olmamış, X6 heç vaxt ev satmamışdır. Sumqayıt şəhər Məhkəməsinin (hakim Günel Tanrıvediyeva) xx xxxxxx 2020-ci il tarixli 2(060)-169/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə gəldiyi n əticəni onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində 1992-ci ilin aprel ayından 2018-ci ilin sentyabr ayına qədər ailə üzvü kimi ünvan 1 ünvanında yerləşən 20 saylı mənzildə yaşadığını bildirsə də, iş materiallarında olan sübutlardan, tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından aydın olur ki, o, həmin illərdə Rusiya Federasiyasının müxtəlif şəhərlərində, son olaraq Moskvada yaşamışdır. Məhkəmə mülki işin faktiki hallarını nəzərə alaraq və xx.xx.2009cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 4, 5, 10, 16, 48, 51, 53, 54, 60, 87-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı mübahisəli mənzili daimi əsaslarla tərk etdiyindən, başqa ölkədə daimi yaşayış yerinə malik olduğundan onun ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilə istifadə hüququnu itirmişdir. Məhkəmə Azər baycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun müddəalarına, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarına istinad edərək hesab etmişdir ki, ünvan 1 ünvanda yerləşən 20 saylı mənzil əvəzsiz qaydada əldə edildiyindən və Cavabdeh2 adına özəlləşdirildiyindən həmin mənzil tərəflərin birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Məhkəmə həmçinin xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhər 4 saylı DNK-da bağlanmış AN-1 № ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qanunvericilikdə nəzərd ə tutulan əsaslardan hər hansı birinin mövcud olmaması qənaətinə gəlmiş, İddiaçı Cavabdeh2 tərəfindən yerləşən, ümumi sahəsi 75.0 kv.metr olan 88 saylı mənzilin alınması, o cümlədən həmin mənzilin Cavabdeh2 mülkiyyətində olması barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyinə və həmin mənzildə elektrik enerjisindən istifadə ilə bağlı Cavabdeh2 arasında müqavilənin bağlanması sözügedən mənzilin onun mülkiyyətində olduğunu təsdiq edən sübut olmamasına, qazdan və ya elektrik enerjisindən istifadə olunması ilə əlaqədar bağlanan alğı- satqı müqaviləsinin mənzildən daimi və ya müvəqqəti əsaslarla istifadə edən şəxslər arasında da bağlana bilməsinə əsaslanaraq iddiaçının həmin mənzillə bağlı iddia qaldırmağa subyektiv hüququ olmadığı qənaətinə gəlmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasi ya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-169/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Lətifə Məmmədova - sədrlik edən və məruzəçi, Telman Quliyev və Gülnarə Tağızadə) xx xxxxxx 2020-ci il tarixli 2(105)-1596/2 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-169/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələblərinin təmin edilməməsinə dair nəticəyə gələrkən haqlı olmuşdur. Məhkəmə kollegiyası apelyasiya ş ikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-1596/2020 saylı qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onu nla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən Azərbaycan Respublikası MPM-nin 8.1, 9.1, 14, 77, 78, 88-ci maddələrinin tələblərini pozmuş, təqdim olunmuş sübutlara və işin faktiki hallarına düzgün qiymət verməmişdir. Belə ki, ünvan 1 ünvanda yerləşən 20 saylı mübahisəli mənzilin sahibi olmuş Cavabdeh2 ilə 1973-cü ildə rəsmi nikahla ailə həyatı qurmuş, ailə həyatı qurduqdan sonra Rusiya Federasiyasının müxtəlif bölgələrində yaşamış və Tümen vilayətinin Noyabrsk şəhərində mənzil almış, lakin daimi olaraq Azərbaycan Respublikasına gələn vaxt həmin mənzili xx.xx.1992-ci ildə mübahisəli mənzillə dəyişmişlər. Bu mənzildə birgə yaşamış və birgə nikahdan olan 4 övladları da bu mənzildə yaşamış və qeydiyyatda olmuşlar. İddiaçı ilə Cavabdeh2 arasında münasibətlər pozulmuş və xx.xx.2018-ci il tarix də boşanmışlar. Cavabdeh2 ondan xəbərsiz və razılığı olmadan 2005-ci ildə mənzili özəlləşdirmiş və xx.xx.2019-cu il tarixdə digər Cavabdeh1 satılmışdır. İddiaçı mənzilin icarədarı, daha sonra isə mülkiyyətçisi olmuş şəxsin ailə üzvü kimi qeyd edilən mənzilə istifadə hüququ olmuş və hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-54-cü maddələrinə əsasən mənzilə istifadə hüququnun tanınması üçün əsaslar olmuşdur. Mənzilə dair verilmiş orderdə iddiaçının və uşaqlarının da adı qeyd olunmuşdur. Cavabdehlər həmin mənzilə iddiaçının istifadə hüququnun olduğunu və bu mənzillə bağlı mübahisənin olduğunu bildikləri halda alğı-satqı müqaviləsini bağlamışlar. Lakin mənzilin onların ümumi istifadələrində olmasını, mənzili əldə etdikləri vaxtdan həmin mənzi ldə əsaslı təmir işləri apardıqlarını, mənzili Rusiyada onlara məxsus olan mənzil ilə dəyişərək əldə etdiklərini, uzun illər həmin mənzildə yaşadığı nəzərə alınmayaraq, mənzilin birgə əmlakları kimi qəbul edilməmişdir. Bununla da həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi iddiaçının mülkiyyət hüquqlarını pozmuşlar. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh1, onun vəkili X8 və Cavabdeh2 vəkili X14 oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İşlə əlaqəda r digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 53.1. Kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddə 53.3. Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 60.6 Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87.2 İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123.1 Mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onla rın mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız h esab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 337.1 bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4 Etibarsız əqd onu n etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əml akda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nət icələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyə tli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sü butlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirsə də, kassasiya şikayətində yalnız ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilə dair dəlillər göstərildiyindən, məhkəmə kollegiyası məhkəmə qətnaməsinin qanuniliyini həmin əmlaka dair hissədə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin yoxlanılan hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etmiş, maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmiş, iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu təmin etmiş, nəticədə düzgün qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının mənzilin özəlləşməsinə və satılmasına razılığının olmaması barədə dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı hazırki iddia çərçivəsində mənzilin 2005-ci ildə Cavabdeh2 adına özəlləşdiri lməsinin qanunsuz hesab edilməsi barədə tələb irəli sürməmişdir. Məhkəmə isə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mənzilin alqı-satqısı zamanı iddiaçının razılığının alınmamasına gəldikdə isə, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 20 saylı mənzil əvəzsiz qaydada əldə edildiyindən və Cavabdeh2 adına özəlləşdirildiyindən həmin mənzil tərəflərin birgə (ümumi) mülkiyyəti olmamış, həmçinin alqı-satqı zamanı tərəflər arasında nikah pozulmuş olmuşdur. Belə olan halda, həmin mənzilə dair bağlanmış əqdin Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən etibarsız hesab edilməsinə əsaslar mövcud deyildir. Mənzildə həmçinin iddiaçının istifadə hüququnun mövcud olmas ı ilə bağlı məhkəmələr müəyyən etmişdirlər ki, iddiaçı həmin mənzildən xx.xx.1992-ci ildə qeydiyyatdan çıxmış, xx.xx.1995-ci ildən ünvan4nə qeydiyyata düşmüşdür. Eyni zamanda mənzil satılanadək həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşaması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mənzildə qeydiyyatda olan və ya istifadə hüququ olan şəxslərin razılığının olmaması da, mülkiyyətçinin öz əmlakına sərəncam verilməsi barədə əqdin etibarsızlığı üçün əsas deyil. Belə ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər t ərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olubolmadığının müəyyənləşdirilməməsi «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulmuş vəzifələrin no tarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. (Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarı) MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə mahiyyəti üzrə düzgün olduğu üçün həmin hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1596/2020 nömrəli iş üzrə xx xxxxxx 20 20-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.