Məhkəmə qərarları › İş №2(102)-1349/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1349/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1349/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6153/2022 nömrəli iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ndən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "XXX” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli XXX nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə illik 30% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 1.900 ABŞ dolları məbləğdə kredit vermişdir. 2. "XXX” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borc alan Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdür. 3. "XXX” ASC ilk dəfə xx.xx.2019-cu il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh 2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin müqavilə üzrə cavabdehlərdən 1.613,72 ABŞ dolları məbləğdə əsas, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə 777,62 ABŞ dolları məbləğdə faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% dərəcəsi ilə hesablanmış 224,18 ABŞ dolları məbləğdə faiz, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1.374,03 ABŞ dolları məbləğdə cərimə, cəmi 3.989,55 ABŞ dolları məbləğdə borcun və ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun tutulmasını xahiş etmiş, həmin iddia “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanınd an irəli gələn məsələlərin həlli ilə bağlı iddiaçı mübahisənin məhkəmədənkənar həll edilməsi barədə qaydaya əməl etmədiyi və bu qaydanı tətbiq etmək imkanını itirmədiyi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8698/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə baxılmamış saxlanılmış, qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2762/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə rədd edilmişdir.

4. Qeyd edilən Fərmanın icrası qaydasında əsas borcdan 569,53 ABŞ dolları məbləğdə pul silinmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.613,72 ABŞ dolları məbləğdə əsas, kredit müqaviləsi üzrə kredit mü ddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 1.590,76 ABŞ dolları məbləğdə faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% dərəcəsi ilə hesablanmış 346,06 ABŞ dolları məbləğdə faiz, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1.276,09 ABŞ dolları məbləğdə cərimə, cəmi 4.826,63 ABŞ dolları məbləğdə borcun və ödənilmiş dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2242/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdiyev) iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

7. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6153/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməs dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... işin müəyyən olunmuş hallarına əsasən müəyyən edilir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 18 ay təşkil edir və xx.xx.2016-ci il tarixdə bitmişdir. İddiaçının iddia tələbi məhz qeyd olunan müqaviləyə istinadla irəli sürülmüş, birinci instansiya məhkəməsi isə həmin tələbi təmin etmədiyi zaman göstərilən müqavilədən yaranan tələblər üzrə iddia müddətinin keçmiş olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır; belə ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; bu isə o deməkdir ki, cavabdeh ilə bank arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2016-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həm in müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2016-ci il tarixdən hesablanmalıdır. Belə olan halda iddiaçı üçün məhkəməyə müraciət etmək tarixi son olaraq xx.xx.2019-cu il tarixə qədər olmuşdur. Hazırki iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə məhkəməyə verilmişdir. Göründüyü kimi iddia müddəti ötürülmüşdür. İddiaçının tələbində eləcə də apellyasiya şikayətində iddia müddəti ilə bağlı göstərdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilk olaraq xx.xx.2019- cu il tarixdə iddia qaldırsa da, sonradan həmin iddia xx.xx.2019-cu il tarixdə baxılmamış saxlanılmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardad ilə həmin qərardad dəyişdirilmədən saxlanılmışdır.... Göründüyü kimi iddiaçı xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətinin axımı kəsilmişdir, bu zaman isə iddia müddətinin bitməsinə 1 ay 12 gün qalmışdır. İddia ərizəsi xx.xx.2019-cu il tarixli qərardadla baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda fasilə xx.xx.2020-ci il tarixdə bitmiş və iddia müddəti yenidən başlamışdır. İddiaçı isə göstərilən tarixdən 2 ildən artıq müddət ötdükdən sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Halbuki iddia müddətinin bitməsinə ilk olaraq iddia ərizəsi verilən zaman 1 ay 12 gün qalmışdı. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Həmçinin qeyd edilməlidir ki, “kredit müqaviləsi üzrə borcun Cavabdeh1 tutu lması” tələbinin iddia müddəti tətbiq edilməklə rədd edildiyindən, iddia üzrə əlavə tələb qismində çıxış edən “kredit müqaviləsi üzrə borcun cavabdeh (zamin) Cavabdeh2 tutulması” tələbi üzrə də iddia müddəti keçmişdir. Eyni zamanda hazırki iddiaya iddia müddəti tətbiq edilmədiyi təqdirdə də, zamin Cavabdeh2 qarşı iddia tələbi Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri baxımından rədd edilməlidir. Belə ki, həmin maddəyə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu baxımdan xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı xx.xx.2017-ci il tarixədək (k redit müqaviləsi üzrə kredit müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir) iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürməmiş, hazırki məsələ ilə bağlı xx.xx.2022-ci il tarixdə (4 ildən artıq müddət keçdikdən sonra) iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Bu müddət hətta iddiaçı ilk dəfə, yəni xx.xx.2019-cu il tarixdə iddia qaldırılan vaxt artıq bitmişdir. Bununla belə, bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xita m verilmiş hesab edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi də cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə almaqla ilkin iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə düzgün nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayətində həmçinin bildirmişdir ki, “analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası məlum fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmalıdır.” Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, kredit müqavilələri üzrə yaranan münasibətlərdə qanunvericiliyin yuxarıda istinad edilən normalarında hər hansı bir ağlabatan müddətdən deyil, dəqiq və aydın ifadə edilmiş müddətlərdən bəhs edilir. Bundan başqa apellyasiya şikayətinin d əlilləri ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsində məhz fiziki şəxslərə münasibətdə iddia müddətinin bərpasından bəhs edilir ki, hazırda iddiaçı hüquqi şəxsdir və həmin maddədə göstərilən “iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.)” hallar hazırki iş üzrə iddiaçıya aid edilə bilməz. İddiaçı apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, “kredit müqaviləsinə əsasən kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti 12 ay müəyyən edilsə də, həmin müqaviləyə əsasən kredit müqaviləsinin qüvvədə olma müddəti kreditin və onun faizlərinin tam ödənilməsi və digər şərtlərin yerinə yetirilməsinədək müəyyən edilmişdir”. Bununla bağlı qeyd edilməlidir ki, kredit müqaviləsin də borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünkü müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, əsasını həmin müqavilənin təşkil etdiyi tələbl ər üzrə hazırda iddia müddəti ötürülmüş hesab edilməlidir. Həmçinin iddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı cavabdehin borcundan silinmə olmasını bildirməklə 05 may 2022-ci il tarixli arayışa istinad etsə də, iş materiallarında olan hesabdan çıxarışdan (İ.V 71) görünür ki, 569.53 manat məbləğində ödəniş, Mərkəzi Bank tərəfindən məhz restrukturizasiya ilə bağlı həyata keçirilmişdir. Bu isə cavabdehin borcun etirafı barədə edilən hərəkəti deyil, çünki ödəniş cavabdeh tərəfindən edilməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.”

10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbay can Respublikası Mülki Məcəlləsinin 372.2, 373.2, 375.2, 377.2, 380.1, 381.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarına istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanı ilə müəyyən edilmiş prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli və xx.xx.2008-ci il tarixli qərarlarının tələblərini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Maddə 37

6. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir; Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir; Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstər ilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnam ə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol v erilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

16. Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Qərarı: “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfin in ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.... Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən h esab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).”

17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli Qərarı: “Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağ ı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam yoxlanılır.

20. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüq uq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

23. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, şikayətin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il ta rixli Fərmanı ilə müəyyən edilmiş prosedurlara sərf edilmiş müddətin iddia müddətinin kəsilməsinə səbəb olması barədə dəlil əsassızdır. Belə ki, bu hal Mülki Məcəllənin 380.1-ci maddəsi ilə nəzərdə tutulmamışdır.

24. Şikayətin Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarının tələbləri ilə bağlı dəlilində isə konkretləşdirilməmişdir ki, apellyasiya instansiyası məhkəməsi həmin qərarların hansı tələblərini nəzərə almamışdır.

25. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

26. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6153/2022 nömrəli iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar