Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1349/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh «TERM» Kompaniyasına qarşı (üçüncü şəxs - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi) iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərərin ödənilməsi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh «TERM» Kompaniyasına qarşı (üçüncü şəxs - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirl iyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi) maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-289/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə «TERM» Kompaniyası (bundan sonra – cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanda yerləşən 3 otaqlı, yaşayış sahəsi 139.8 kv metr olan mənzili (bundan sonramübahisə predmeti olan mənzil) inşa edərək iddiaçıya təh vil vermək, iddiaçı isə mənzilin hər kv.metri üçün 420 manat olmaqla, mənzilin ümumi dəyərini təşkil edən 58716 manatı cavabdehə ödəmək öhdəliklərini götürmüşlər.
2. Cavabdehin üzvlərinin ümumi iclasının 01 saylı, xx.xx.2016-cı il tarixli protokoluna əsasən iddiaçı kooperativin üzvü qəbul edilmiş, Sumqayıt şəhəri, 44-cü məhəllə ünvanında yerləşən kooperativ binadan ümumi sahəsi 139 kvadrat metr olan 79 saylı mənzil iddiaçıya ayrılmışdır. Cavabdeh həmin mənzili tikib iddiaçıya təhvil vermiş, iddiaçı da müqavilədə göstərilən məbləği ona tam ödəməklə bu barədə maliyyə arayışı almışdır.
3. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisə predmeti olan mənzil üzərində xx.xx.2018-ci il tarixində iddiaçının tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş mə hkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 12445 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda sadalanan hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya ünvan 1 ünvanda yerləşən 3 otaqlı, yaşayış sahəsi 139.8 kv metr olan mənzili tikib təhvil verməyi, iddiaçı da mənzilin hər kv.metri üçün 420 manat olmaqla, ona ümumilikdə 58716 manat ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh həmin mənzili tikib iddiaçıya təhvil vermiş, iddiaçı da müqavilədə göstərilən m əbləği tam ona ödəməklə bu barədə maliyyə arayışı almışdır. Həmin sənədlərə əsasən iddiaçı həmin mənzilə olan mülkiyyət hüququnu dövlət qeydiyyatından keçirmiş və iddiaçıya bu barədə çıxarış verilmişdir. İddiaçı hazırda maliyyə çətinliyi ilə əlaqədar həmin mənzili satmaq qərarına gələndə məlum olmuşdur ki, müqavilədə yaşayış sahəsi 139,8 kv.metr olmasına baxmayaraq, cavabdehin tikib ona təhvil verdiyi mənzilin sahəsi 126,7 kv.metrdir. Daşınmaz əşya bazarında köhnə bina evlərində mənzillərin qiyməti otaqla müəyyən edildiyi halda, MTK-lar tərəfindən inşa edilmiş yeni binalardakı mənzillərin dəyəri kv.metrlə hesablanır. Hazırda daşınmaz əşya bazarında yeni binalarda tikilmiş təmirsiz mənzillərin hər kv.metrinin qiyməti 850 manat təşkil edir. İddiaçı da mənzilinin sahəsinin 139.8 kv.metr olmas ını nəzərə alaraq satış qiymətini də həmin kv.metrə uyğun olaraq müəyyən edib ev bazarına çıxarmışdır. Real alıcı mənzili bəyənib almaq istəyərkən məlum olmuşdur ki, iddiaçının mənzilinin sahəsi 139.8 kv.metr deyil, 126.7 kv.metrdir. Bu halda alıcı ilə aralarında qiymətlə əlaqədar razılıq alınmamış və mənzili iddiaçı istədiyi qiymətə sata bilməmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, iddiaçıdan hər kv.metrinə 420 manat olmaqla, 139.8 kv.metrin pulunu alsa da, faktiki olaraq iddiaçıya təhvil verdiyi mənzilin sahəsi 126,7 kv.metr olmuşdur. Belə olan təqdirdə cavabdehin iddiaçıdan 13.1 kv.metr sahəyə görə pulun artıq alınması aşkar edilir.
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. “S-Əmlak” X1 xx.xx.2022-ci tarixli qiymətləndirmə hesabatında ünvan 1-un ümumi sahəsi 126,7 kv.metr, 2016-cı il üçün 1 kv.metrinin dəyəri 1250 manat olmaqla, ümumi dəyəri 158.125 manat, 2022-ci il üçün 1 kv.metrinin dəyəri 1300 manat olmaqla, ümumi dəyəri 164.710 manat müəyyən edilmişdir.
7. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə ərizə təqdim edilərək mənzilin müqavilədə göstərilən ölçüsünün DƏDRX tərəfindən verilmiş çıxarışdan çox olması ilə bağlı tələblər müqavilə öhdəliyi olduğundan, iddia müddətinin ötürüldüyünü göstərmiş, iddianın rədd edilməsini xahiş etmiş, məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə bağlanan müqaviləyə uyğun mənzil verilmişdir. Evin faktiki ölçüsü müqavilədə nəzərdə tutulan ölçülərə uyğun gəlir. Belə ki, çıxarış ve rilərkən müvafiq orqan mənzilin sahəsini ölçür və onların hesablanmasında mənzilin balkon hissələri 1/3 əmsalla hesablanır. Bu səbəbdən mənzilin sahəsi çıxarışda az göstərilib. Çıxarış alınan zaman iddiaçı mənzilin sahəsinin az olduğunu bilmiş, lakin bundan 4 il sonra məhkəməyə müraciət etmişdir.
8. İddiaçının vəkili məhkəmə iclasında bildirmişdir ki, həmin binada eyni cinahda 1-ci mərtəbədən 14-cü mərtəbəyə qədər bütün mənzillərin sahəsi eynidir. Həmin tarixdə bağlanmış müqavilələrdə mənzillərin hamısının qiyməti eyni olmuşdur. Müqavilə 2013-cü ildə bağlansa da, ötən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərdə dəyişikiliklər olmuş və mənzilin hər kvadrat metrinin alqı-satqı qiyməti yüksəlmişdir. Bu səbəbdən iddiaçı ona dəyən ziyanın hazırkı qiymətlərlə hesablanaraq ödənilməsini is təyir. İddiaçı çıxarışı 2018-ci ildə alsa da, hüquqi savadsızlığı səbəbindən mənzilin sahəsinə fikir verməmiş, yalnız mənzili satmaq istədiyi zaman onun sahəsinin az olduğunu öyrənmişdir. O, iddia müddətini ötürməmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 sentyabr 2022-ci il tarixli, 2(060)- 2789/2022 nömrə qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehlə bağlanmış müqaviləyə əsasən cavabdehin ümumi sahəsi 139 kv.metr olan mənzili inşa edərək ona təhvil vermək öhdəliyi götürdüyünü, lakin cavabdehin ona təhvil verdiyi mənzilin sahəsinin 126,7 kv.metr olduğunu bildirir və əskik gələn 12,3 kv.metr üçün artıq ödədiyi məbləği cavabdehdən tələb edir. Göründüyü kimi tərəf lər arasında olan münasibətlər mahiyyət etibarilə podrat münasibətləridir.
11. İddia tələbinin mahiyyətindən göründüyü kimi, iddiaçı mənzillə bağlı artıq ödədiyi məbləği cavabdehdən tələb edir. İddiaçı mənzilin əskik olan 12,3 kv.metr üçün cavabdehə artıq məbləğ ödəmiş, bununla da cavabdeh iddiaçının məhrum olması hesabına varlanmışdır. Bu səbəbdən iddia tələbinin qanuni əsasını iddiaçının məhrum olması hesabına cavabdehin əsassız varlanması təşkil edir.
12. Cavabdehin nümayəndəsi tələbə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Hazırkı mübahisəyə daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, iddiaçı cavabdeh tərəfindən ona verilmiş mənzilin müqavilədə nəzərdə tutulmuş sahəyə malik olan mənzillə əvəz edilməsi barədə iddia qaldırmış olsaydı, tələbə qeyd edilən iddia müddətinə uyğun qiymət verilə bilərdi. Hal-hazırkı tələbin qanuni əsasını isə əsassız varlanma təşkil etdiyindən tələbə mülki qanunvericiliyi əsassız varlanma ilə bağlı müəyyən etdiyi iddia müddəti tətbiq edilməlidir. Göründüyü kimi, iddiaçı xx.xx.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alarkən mənzilin sahəsinin müqaviləyə uyğun gəlmədiyini bilmiş və ya bilməli olmuşdur. Lakin, iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixində müraciət etmiş və qanunla müəyyən edilmiş 2 illik iddia müddətini ötürmüşdür.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 752.1, 752.2, 753.1, 1091.1, 1091.2, 1092.1, 372.1, 373.1, 373.2, 377.1 və 1095-ci maddələri, Mülki Prosessual Məcəllənin 119, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə iddia müddətini səhv tətbiq edərək belə nəticəyə gəlmişdir ki, o, podrat müqaviləsindən irəli gələn öhdəliklər üzrə 6 illik, əsassız varlanma üzrə isə 2 illik iddia müddətini ötürmüşdür. Məhkəmə onun hüquqlarının pozulmasını bildiyi günü düzgün müəyyən etsəydi, bu nəticəyə gəlməzdi. Belə ki, məhkəmə podrat müqaviləsinə görə iddia müddətinin axımını 2016-cı ildə mənzilin ona təhvil verildiyi tarixlə, əsassız varlanmaya görə isə mənzilə dair çıxarış aldığı tarixlə hesa blamaqda səhvə yol vermişdir. Çünki o, hüquqlarının pozulmasını məhkəmə göstərən tarixlərdə deyil, 2022-ci ildə mənzili satmaq qərarına gəlib alıcı ilə qiymətdə hesablaşarkən bilmişdir. Yəni, müqavilədə mənzilin sahəsi 139,8 kv. metr olduğu halda, çıxarışda 126,7 kv.metr olmasını o, yalnız alıcının sənədlərə baxıb ona deyəndən sonra bilmişdir. O, çıxarışı alıb evə qoymuş və oradakı rəqəmlərə baxıb hansısa fərqin olmasına diqqət də yetirməmişdir. Ona görə də məhkəmə iddia müddətinin axımını düzgün müəyyən etməmişdir. Hətta məhkəmə deyən kimi olsaydı da belə, o, podrat müqaviləsindən irəli gələn mübahisələr üzrə iddia müddətini bitirməmişdir. Çünki mənzil ona təhvil verilərkən onun mənzilin sahəsini ölçmək kimi imkan və biliyi olmamışdır. Hətta çıxarış alarkən mənzilin sahəsinin az olmasını bildiyini qəbul etsə də belə, çıxarışı 2018-ci il tarixdə almış, bu mübahisələr üzrə iddia müddəti isə 6 ildir. Belə olduğu təqdirdə o, iddia müddətini ötürməmiş və məhkəmə iddia müddətini tətbiq edib iddianı rədd etməkdə haqlı olmamışdır. Onun iddiasına ümumiyyətlə, hər hansı bir iddia müddəti tətbiq edilməməlidir. Çünki ona pul ziyanı dəymişdir, bu ziyan hansısa hərəkəti etmək və ya etməmək barədə deyildir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi müqavilədə göstərilmiş həcmdə yerinə yetirmədiyi üçün ondan aldığı artıq pulu qaytarmalıdır və bu zaman həmin pul tələbinə iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə işi tam, obyektiv, hərtərəfli araşdırmadan, iddia müddətinin ötürülməsi qənaətinə gələrkən şəxsin öz hüquqlarının pozulduğunu bildiyi günü düzgün müəyyən etməmiş, pozulduğu gün və bilmə li olduğu gün məfhumlarını səhv salmış, qanunsuz olaraq müəyyən etmişdir ki, guya o, öz hüquqlarının pozulmasını ya mənzilin təhvil verildiyi gün-2016-da, ya da çıxarışın alındığı-2018-ci il tarixdə bilməli idi. Məhkəmə səhvən belə nəticəyə gəlmişdir ki, onların arasında podrat münasibətlərindən və daşınmaz əmlakla əlaqədar müqavilələrdən irəli gələn müddəaları tətbiq etmək olmaz. Məhkəmənin gəldiyi bu nəticə səhvdir. Çünki işdən də görünür ki, bu mübahisə daşınmaz əmlaka-həmin əmlakın tikilib ona təhvil verilməsinə dair müqavilədən yaranıb. Məhkəmə iddia müddətini tətbiq edərkən bu hala təsir edə bilən əsas halı-şəxsin öz hüquqlarının pozulduğunu bildiyi günü müəyyən etmək üçün zəruri olan bütün araşdırmaları aparmamış və bu da iş üçün çox əhəmiyyətli olan bütün halların tam aydınlaşdırıl maması ilə nəticələnmişdir. Məhkəmə belə hesab etmişdir ki, o, 2018-ci il tarixdə çıxarış alarkən hüquqlarının pozulduğunu bilmişdir. Lakin iş üzrə müəyyən edilmiş hesab edilən bu hal heç bir sübutla öz təsdiqini tapmamışdır. Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, o, hüquqlarının pozulmasını 2018-ci il tarixdə bildiyi üçün əsassız varlanma ilə əlaqədar iddialar üçün nəzərdə tutulmuş 2 il müddəti ötürmüşdür. Bu nəticə işin müəyyən edilmiş hallarına uyğun olmamışdır. Belə ki, onun mənzilinin ölçüsünün müqavilədə göstərilənə uyğun gəlməməsini 2018-ci ildən bildiyini təsdiq edən hər hansı bir dəlil olmadığı halda məhkəmənin bunu müəyyən edilmiş hal kimi qeyd etməsi qanunsuz olmuşdur.
16. Cavabdehin nümayəndəsi və vəkili izahat verərək bildirmişdir ki, apellyasiya baxışında tərəflər arasında m üqavilə bağlanması, müqavilə öhdəliklərinin yaranmasını qəbul edir. Tərəflər arasında bağlanılmış müqavilənin surətini məhkəməyə təqdim edə bilmir. Belə ki, müqavilə müvafiq cinayət işinin istintaqı ilə əlaqədar cinayət təqibini aparan orqana təqdim edilmişdir. Cavabdeh müqavilə şərtlərinə əməl etmiş və razılaşdırılmış ölçüdə mənzil sahəsini iddiaçıya 2016-cı ildə təhvil vermişdir. Mənzilin sahəsində yaranmış uyğunsuzluq sahələrin hesablanması qaydasında tətbiq edilən əmsallarla bağlıdır. Reyestr Xidməti öz daxili təlimatlarına uyğun olaraq əmsalları hesablayıb. Lakin cavabdeh müqavilə şərtlərinə uyğun olaraq əmsalları bütün sahələrə münasibətdə hər kvadratı 1 kv.m olmaqla hesablayıb. Mənzilin texniki pasportundan görünür ki, ölçülər düzdür.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023 -cü il tarixli qərardadı ilə məhkəmə tikinti texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli 10/4533 nömrəli rəyinə əsasən, Sumqayıt şəhəri, 44-cü məhəllə, ev 4, 79 saylı mənzilin (təmirsiz vəziyyət əsas götürülməklə) ümumi sahəsinin 126,7 m2, mənzilin faktiki sahəsinin isə (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 139,0 m2 təşkil etdiyi, mənzilin ümumi sahəsi ilə faktiki sahəsi arasında 12,3 m2 fərq olduğu və həmin fərqin alqı-satqı müqaviləsində qeyd olunan sahə hesablanarkən balkonların sahəsinin əmsala (0,3) vurulmaması səbəbindən yarandığı müəyyən edilmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-289/2023 nö mrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.Süleymanova (sədrlik edən və məruzəçi), G.Cabbarova və Z.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 5.166 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77 manat alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı sifarişçi tərəfindən mənzil qəbul edildikdən sonra onun tərəfindən mənzildə yenidən qurma, əlavə təmir-tikinti işlərinin aparıldığı müəyyən edilsə də, mənzilin həcmindəki fərqin (12,3) yenidən qurma, əlavə təmir-tikinti işlərinin aparılması nəticəsində yar andığı yox, məhz balkonların sahəsinin əmsala (0,3) vurulmaması səbəbindən yarandığı ekspert tərəfindən müəyyən olunmuşdur. Göründüyü kimi mənzildə sifarişçi tərəfindən mənzil sahəsinin həcminin azalmasına dəlalət edən heç bir yenidən qurma işləri aparılmamış, mənzilin sahəsi hesablanarkən podratçı tərəfindən balkonların sahəsinin əmsala (0,3) vurulmaması və bu səbəbdən mənzilin həcmində 12,3 kv.m fərq yaranmışdır.
20. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçı ilə bağlamış olduğu podrat müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca icra etməmiş, sifarişçiyə qüsurlu (mənzil sahəsinin həcminin az olması baxımından) məhsul vermiş, razılaşdırılmış məbləğdə pul vəsaitini alaraq əvəzində verməli olduğu həcmdə mənzili təhvil vermədiyindən, iddiaçı cavabdehdən həmin 12,3 kv.m sahəyə görə öd ənilmiş pulun geri qaytarılması tələbini irəli sürməkdə haqlı olmuşdur.
21. Tərəflər arasında bağlanmış müqavilənin əldə edilməsi mümkün olmasa da, müqavilənin bağlanması və müqavilə şərtinə görə mənzilin hər kv.metrinin 420 manata razılaşdırılması, iddiaçının cavabdehə 139 kv.m mənzil sahəsinə görə pul ödəməsi məhkəmə araşdırması zamanı müəyyən edilməklə cavabdehin nümayəndəsi bu xüsusatlarla razılaşmış və qeyd olunan halları mübahisələndirməmişdir.
22. Cavabdeh müqavilə öhdəliyini qüsurlu icra etmiş, iddiaçıya 139 kv.m sahə əvəzinə 126,7 kv.m sahəsi olan mənzil təhvil verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mənzilin sahəsi 12,3 kv.m az olduğundan, həmin sahəyə görə ödənilmiş pul məbləği (12,3 kv.m x 420 manat) cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Mənzilin ölçüsünə görə verilmiş pul məbləğinin miqdarının müqavilə şərtlərinə görə hesablanaraq geri qaytarılması işin faktiki hallarına uyğun olmaqla əsaslıdır.
23. Məhkəmə, iddiaçının mənzilin hər kv.m görə bu günkü bazar qiymətinə uyğun olaraq hesablama apararaq iddia edilən həcmdə pul məbləğinin cavabdehdən tutulmasını qanuni və əsaslı hesab etməmişdir.
24. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqində səhvə yol vermiş, ziddiyətli nəticələrə gələrək həm podrat müqaviləsindən irəli gələn öhdəliklər üzrə 5 illik, həm də əsassız varlanma üzrə isə 2 illik iddia müddəti ötürülməsini göstərmiş, podrat müqaviləsinə görə iddia müddətinin axımını 2016-cı ildə mənzilin iddiaçıya təhvil verildiyi tarixlə, əsassız varlanmaya görə isə mənzilə dair çıxarış aldığ ı tarixlə hesablamaqla maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinin qanuni əsasını podrat müqaviləsi təşkil edir.
25. İddiaçı hüquqlarının pozulduğunu, yəni mənzilin ölçüsünün az olmasının 2022-ci ildə, mənzili satmaq istəyərkən ona məlum olduğunu göstərir. Cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verərkən iddiaçının hüquqlarının pozulduğu anı, mənzilə Çıxarışın verildiyi 2018-ci illə əlaqələndirmiş, iddia müddətinin keçdiyini göstərmiş, iddia müddətinin tətbiqi ilə bağlı digər halları mübahisələndirməmişdir.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, podratçı tərəfindən mənzil təhvil verilərkən sifarişçinin mənzilin sahəsinin müqavilə şərtlərinə uyğun olmaması barədə bilməməsi mümkündür. Çünki sifarişçi həmin an m ənzilin sahəsini hesablama əmsalları nəzərə alınmaqla ölçmək kimi imkanına sahib ola bilməzdi. Qeyd olunan xüsusat xüsusi bilik tələb edən hal olmaqla vətəndaşın bu halı bilməməsi mümkündür və mütəxəssis tərəfindən həyata keçirilməli olan bir haldır. Bununla yanaşı, mənzilə çıxarış verilərkən mənzilin sahəsinin ölçüsünə dair məlumatlara fikir verməməsi, eləcə də mənzil təmir olunarkən bu barədə bilməməsinə dair iddiaçının göstərdikləri inandırıcı hesab oluna bilməz.
27. İddiaçı araşdırılan mübahisəyə dair iddia ərizəsi ilə məhkəməyə 30 mart 2022-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, mübahisə predmeti olan mənzil çoxmənzilli binada yerləşən yaşayış sahəsidir. Mülki Məcəllənin 776.1-ci maddəsinin tələbinə görə binaya aid qüsur barəsində tələbi sifarişçi beş il ərzində irəli sürə b ilər.
28. Məhkəmə qeyd etmişdir ki, iddiaçının izahatında verdiyi məlumatlarla müəyyən edildi ki, mənzildə 2019-cu ilin iyun ayında təmir işləri aparılmışdır. Bunun əksinə dair məlumatlar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Göründüyü kimi mənzilə dair çıxarış isə daha əvvəl, 2018-ci ildə əldə edilmişdir. İddiaçının hüquqlarının pozulduğu an, mənzilə dair çıxarışın verildiyi xx.xx.2018-ci il tarix qəbul edilməsi qanuni və əsaslı, işin faktiki hallarına uyğundur.
29. İddiaçı Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulan iddia müddətini ötürməməklə məhkəməyə araşdırılan iddia ilə (xx.xx.2022-ci il) müraciət etmişdir. Odur ki, iddia müddətinin tətbiqi barədə ərizə əsassızdır, araşdırılan mübahisə üzrə iddia müddəti tətbiq oluna bilməz.
30. Məhkəmə qənaətini Azərbaycan Respu blikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-nın 1.1ci, 1.2-ci, 3.1-ci və 3.8-ci bəndlərinə, Mülki Məcəllənin 776.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
31. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müqavilə bağlanarkən mövcud olan qiymətləri nəzərə almışdır. Hansı ki, iş üzrə olan ekspertiza rəyindən görünür ki, hazırkı dövrdə mənzil in bir kv.metrinin dəyəri 950 manatdır. Bu halda isə vurulmuş ziyan bu günkü qiymətlərlə hesablanaraq 12.445 manat hesab edilməli idi. Lakin məhkəmə kollegiyası AR MM-nin 443.3. maddəsinə tam əməl etməyərək, ziyanın məbləğini düzgün müəyyən etməmişdir və bu zaman maddi hüquq normasının tələbini pozmuşdur. Ona görə də, həmin qətnamə qismən, qiymət hissəsində dəyişdirilərək, cavabdehdən 12.445 manat alınaraq ona verilməsinə dair yeni qərar qəbul edilməlidir.
33. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələblərinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan mənzil çoxmənzilli binada yerləş ən yaşayış sahəsi olduğundan, Mülki Məcəllənin 776.1-ci maddəsinin tələbinə görə binaya aid qüsur barəsində tələb kimi qəbul edərək sifarişçinin iddia müddətini beş il qəbul etmişdir. Məhkəmə, həmin müddəti mənzilə dair çıxarış əldə edildiyi vaxtdan - 2018-ci ildən hesablayaraq iddia müddətinin ötürülmədiyi qənaətinə gəlmişdir. Mülki Məcəllənin 776.1- ci maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. İşin hallarından görünür ki, tələb cavabdeh tərəfindən inşa edilmiş bina ilə bağlı deyil, konkret mənzillə bağlıdır. Belə olan halda, göstərilən qanunvericilik aktı normasına əsasən sifarişçi icranın qüsuru barəsində tələbi ilə əlaqədar iddia müddəti işin qəbul edildiyi gündən başla ndığından, iddiaçı 1 il müddətində məhkəməyə müraciət etməli olmuşdur. Bu müddət iddiaçının mənzili faktiki qəbul etdiyi tarixdən başlanılmalıdır. Lakin, həmin müddət iddiaçının mənzilə dair dövlət orqanına müraciət edib çıxarış aldığı vaxtdan hesablasa belə, iddia müddəti yenə də ötürülmüş olur. Cavabdeh tərəfindən hazırki müqavilə tələbləri mənzilin ümumi sahəsi ilə bağlı hissədə tam icra edilmişdir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını qətnamədə sadalasa da, onların tətbiqi ilə bağlı yanlışlığa yol vermişdir. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirmiş, faktiki sahəsi 139,0 kv.m. olan mənzili inşa edərək iddiaçıya təhvil vermişdir. İddiaçı öz növbəsində mənzili təhvil almaqla müqavilə üzrə əşyanın qüsursuz formada ona təqdim etməsi ilə razılaşmışdır. b )
35. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
38. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi i cra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
39. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
40. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilm iş sayılır.
41. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
42. Maddə
766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
43. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”
44. Bənd 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 3.1-ci bəndinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması qaydalarını müəyyən edir.
45. Bənd 1.2. Bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsa lma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir.
46. Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3 azaltma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkə mənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən qismən, iddia tələbinin təmin edilməyən hissəsində, cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
55. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdeh sahəsi 139 kv metr olan mənzili tikib təhvil verməyi öhdəsinə götürmüş, lakin iddiaçıya təhvil verilən mənzilin sahəsi çıxarışa əsasən 126,7 kv.metr təşkil edir. Tərəflər arasında müqavilə bağlanması və öhdəlik hüquq münasibətlərinin yaranması işin mübahisəsiz halıdır. Hazırkı iddia tələbinin qanuni əsasını podrat hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik normaları təşkil edir, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır.
56. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşır. Lakin apellyasiya məhkəməsi daha sonr a qeyd edir ki, iddiaçı araşdırılan mübahisəyə dair iddia ərizəsi ilə məhkəməyə 30 mart 2022-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, mübahisə predmeti olan mənzil çoxmənzilli binada yerləşən yaşayış sahəsidir. Mülki Məcəllənin 776.1-ci maddəsinin tələbinə görə binaya aid qüsur barəsində tələbi sifarişçi beş il ərzində irəli sürə bilər. Məhkəmə qeyd etmişdir ki, iddiaçının izahatında verdiyi məlumatlarla müəyyən edildi ki, mənzildə 2019-cu ilin iyun ayında təmir işləri aparılmışdır. Bunun əksinə, dair məlumatlar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Göründüyü kimi mənzilə dair çıxarış isə daha əvvəl, 2018ci ildə əldə edilmişdir. İddiaçının hüquqlarının pozulduğu an, mənzilə dair çıxarışın verildiyi xx.xx.2018-ci il tarix qəbul edilməsi qanuni və əsaslı, işin faktiki hall arına uyğundur. İddiaçı Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulan iddia müddətini ötürməməklə məhkəməyə araşdırılan iddia ilə (xx.xx.2022-ci il) müraciət etmişdir. Odur ki, iddia müddətinin tətbiqi barədə ərizə əsassızdır, araşdırılan mübahisə üzrə iddia müddəti tətbiq oluna bilməz.
57. Məhkəmə tərkibi apellyasiya instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, tərəflər mübahisələndirmirlər ki, mübahisəli mənzil iddiaçıya 2016-cı ildə təhvil verilmişdir.
58. Belə olan halda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı 2016-cı ildə ona təhvil verilmiş mənzilin ölçülərinin müqavilədə göstəriləndən az olması əsası ilə dəymiş zərəri tələb etmək üzrə subyektiv hüquqa malik olmuşdur. Çünki iddiaçının mülkiyyətinə verilmiş mənzilin sahəsi hesablan arkən azaltma əmsalları tətbiq olunmadıqda həmin mənzilin faktiki sahəsinin 126,7 kv.metr təşkil etdiyi müəyyən olunur və bu ölçü mənzillərin faktiki sahəsinin müqavilədə göstərilən sahəsindən 12,3 kv.m azdır. Beləliklə, iddiaçıya cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulduğundan daha az yaşayış sahəsinin verildiyini, yəni müqavilə şərtlərinin lazımi qaydada icra edilmədiyi, bununla da iddiaçının hüququnun pozulduğu halları işdə olan sübutlara əsasən öz təsdiqini tapmışdır.
59. Bununla yanaşı müəyyən edilir ki, iddiaçı hazırkı iddianı mənzilin ona təhvil verilməsindən 5 il 4 aydan sonra qaldırmışdır. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı bu tələbi mənzili təhvil aldıqdan sonra 5 il ərzində irəli sürməli idi. Həmin müddətin keçməsi isə iddiaçının pozulmuş hüquqlarını n məhkəmə qaydasında müdafiə imkanının itirilməsinə səbəb olur. Mülki Məcəllənin 776.1-ci maddəsinin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Tərəflər arasında bağlanmış 25 iyun 2013-cü il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh öhdəlik götürmüşdür ki, inşa etdiyi binanı şərtləşdirdikəri ölçüdə və qaydada tikərək təhvil verməlidir.
60. İddiaçının mənzilin sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən mənzilin özgəninkiləşdirmək istəyərkən alıcının reyestrdən çıxarışa baxan zaman ona məlum olmasına dair dəlil ilə əlaqədar qeyd edilməlidir ki, bu inandırıcı olmamaqla faktiki olaraq artıq ötürülmüş müddətinin müəyyən formal əsaslarla aradan qaldırılmasına yönəlmiş dəlildir. Apellyasiya instansiya məhkəməsi də faktiki olaraq bu dəlili düzgün olaraq əsaslı hesab etməmişdir. Lakin eyni zamanda apellyasiya məhkəməsi mənzilin iddiaçıya təhvil verilməsi tarixinin 2016-cı il olmasını mübahisəsiz olmasına baxmayaraq, mənzilin daşınmaz əmlakın dövlət reyestrinə qeydə alınma tarixini müddətin başlanma anı kimi qəbul edilməli olması ilə bağlı mövqeyi düzgün olmamışdır. İş materialları ilə müəyyən olunur ki, mənzilin təmiri tam başa çatmasada təmir işlərinin başlanması aşkardır. Deməli, iddiaçıya bu zaman real sahənin nə qədər olması barədə məlumatlı olmalı idi. Hətta bu hal olmasa belə mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçı ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə u yğun olub-olmadığını yoxlaya bilərdi. Lakin o, qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür.
61. İddia müddətinin tətbiqinə dair gəlinən hansı müddətin tətbiq edilməli olmasına dair isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur.
62. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir.
63. Bu baxımdan mübahisəli sahə binanın tərkib hissəsi olan mənzillə bağlıdır və belə olan halda bu qəbildən olan iddialar həll edilərkən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərkən istinad olunan normada nəzərdə tutulmuş binaya münasibətdə icranın qüsuru barədə müəyyən olunmuş 5 illik müddət tətbiq edilir.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını i ntizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə d air” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar).
65. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı iş üzrə yeni qərar çıxarılmaqla iddia rədd olunmalıdır.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Cavabdeh «Term» kompaniyası tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-289/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv olunsun, yeni qərar çıxarılmaqla iddia rədd olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı alınaraq X2 (kod 210005 VÖEN ********** müxbir hesabı AZ1NABZ********************01) hesabına ödənilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.