Məhkəmə qərarları › İş №2-2(102)-516/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-516/2024

15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-516/2024 15.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdeh "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARI Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül ibarət qarışıq tərkibdə, İddiaçı cavabdeh "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə məhkəmə icraatı a) Abşeron Rayon Məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il 1 fevral tarixində "X1" MMC-yə (əvvəlki adı - "xxxx" MMC, bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 147.564,4 manat əsas borc, əsas borc məbləğinin 5 %-i ilə hesablanmış 7.378 manat gecikdirməyə görə pul, 350 manat hüquqi yardım üçün vəkilə ödənilmiş pul və iddia ərizəsi verilərkən ödənilmiş 450 manat dövlət rüsumu olmaqla, ümumilikdə 155.742 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş

2. İddia tələbi iddiaçı (alıcı) ilə cavabdeh (satıcı) arasında bağlanmış 2021-ci il 17 fevral tarixli AK-04/2021 nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdehin öz öhdəliklərini pozması ilə əs aslandırılmışdır.

3. Abşeron Rayon Məhkəməsinin 2024-cü il 13 may tarixli e-2(012)-2085/2024 nömrəli qərardadı ilə vəsatət təmin edilmiş, işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – E.Məmmədov).

4. Həmin məhkəmə qeyd etmişdir ki, iddiaçı vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, tərəflər arasında bağlanmış 2021-ci il 17 fevral tarixli alqı-satqı müqaviləsinə əsasən öncədən ödəmə üsulu ilə iddiaçıya kərpic satılması barədə razılaşma əldə edilmiş və müqavilə bağlandıqdan sonra 2021-ci ildən 2022-ci ilədək iddiaçı cavabdehə, ümumilikdə 390.825,13 manat pul ödəmişdir. Tərəflər 2023-cü il 20 yanvar tarixində üzləşmə aktı tərtib edərək, qarşılıqlı öhdəlikləri bəyan edərək qalıq məbləğin həcmini müəyyənləşdirmiş, həmin aktla 2023-cü il 1 fevral tari xinə cavabdehin iddiaçıya 147.564,40 manat borcunun olduğunu razılaşdırmışlar. İddia tələbindən göründüyü kimi, tələb faktiki olaraq 390.000 dəyərindən artıq olmuş gəlir, mənfəət əldə etmək məqsədi ilə məşğul olan subyektlər arasındakı alqı-satqı müqaviləsindən irəli gələn tələblərlə bağlı olmuşdur. Məhkəmə iddiaçının adına olan VÖEN-ini dayandırmasını mübahisənin kommersiya məhkəməsində baxılmaması üçün əsas olmaması qənaətinə gəlmişdir. b) Sumqayıt Kommersiya Məhkəməsindəki icraat

5. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi şifahi vəsatətlə məhkəməyə müraciət edərək, bildirmişdir ki, hazırkı mübahisə - tərəflər arasında bağlanmış 2021-ci il 17 fevral tarixli alqı-satqı müqaviləsi ilə bağlı olmuşdur. Lakin həmin müqavilə iddiaçının hər hansı sahibkarlıq fəaliyyəti ilə əlaqədar ol mamış, özü üçün MTK-lardan birindən aldığı yaşayış mənzilinə görə ödəməli olduğu dəyərin əvəzini kərpic verməklə naturada ödəməsi üçün cavabdehdən kərpic alması ilə əlaqədar bağlanmışdır. Buna görə də iddiaçı mübahisəni sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan mübahisə hesab etməmiş və ümumi məhkəməyə müraciət etmişdir. Lakin Abşeron Rayon Məhkəməsi iddiaçının adına 2004-cü ildə açılmış VÖEN-nin olması əsası ilə mübahisəyə kommersiya məhkəməsində baxılmalı olması qənaətinə gəlmiş və iddiaçı tərəfin etiraz etməsinə baxmayaraq, işi aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərmişdir. İddiaçı 2004-cü ildə avtomobillərin kimyəvi təmizlənməsi xidmətinin göstərilməsi üzrə VÖEN açdırsa da, 3-4 ay işlədikdən sonra həmin VÖEN-in fəaliyyətini dayandırmış və həmin vaxtdan sonra sahib karlıq fəaliyyəti ilə məşğul olmamışdır. İddiaçının nümayəndəsi Abşeron Rayon Məhkəməsində işə baxılarkən, iddiaçının kərpici sahibkarlıq fəaliyyəti ilə əlaqədar almaması məhkəməyə bildirmişdir. Mübahisənin əsasını təşkil edən alqı-satqı müqaviləsi 2021-ci il 17 fevral tarixində bağlanarkən iddiaçının VÖEN-i 5 il müddətinə dayandırılmış vəziyyətdə olmuşdur. Buna görə də, iddiaçı həmin dövrdə heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Bundan başqa, iddiaçı 2021-ci il 17 fevral tarixində müqavilə bağlayarkən sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış və o, kərpici sahibkarlıq niyyəti ilə almamışdır.

6. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 26 iyul tarixli e-2-2(119)-1118/2024 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali M əhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Z.Sadiqov).

7. Kommersiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunanlara görə, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 17 fevral tarixli alqı-satqı müqaviləsi əsasında öncədən ödəmə üsulu ilə iddiaçıya kərpic satılması barədə razılaşma əldə edilmişdir və hazırkı mübahisə də həmin müqavilə əsasında yaranmış öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar olmuşdur. Lakin həmin müqavilənin məzmununda kərpicin sahibkarlıq fəaliyyəti ilə əlaqədar alınması barədə heç bir məlumat mövcud olmamış və eyni zamanda, müqavilədə cavabdehin VÖEN, bank hesabı və s. məlumatları qeyd olunsa da, iddiaçının VÖEN və bank hesabı barədə heç bir məlumat göstərilməmişdir.

8. İddiaçıya 2004-cü il 4 sentyabr tarixində Vergilər Nazirliyi tərəfindən ********** nömrəli VÖEN verilmiş və o, 2004-cü il 4 sentyabr tarixində “avtomobillərin yuyulması xidmətlərinin göstərilməsi” qismində vergi ödəyicisi olaraq qeydə alınmışdır.

9. Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İnternet Vergi İdarəsində (etaxes.gov.az) "onlayn kargüzarlıq" bölməsi vasitəsilə iddiaçıya ünvanlanmış "vergi ödəyicisinin fəaliyyətinin dayandırılması" barədə məktubdan görünür ki, 2018-ci il 14 oktyabr tarixli ərizəsinə əsasən vergi ödəyicisi iddiaçının 2018-ci il 14 oktyabr tarixindən 2023-cü il 14 oktyabr tarixinədək sahibkarlıq fəaliyyətinin dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir.

10. Hazırkı tələb üzrə mübahisənin bilavasitə iddiaçı və cavabdeh arasında mövcud olmuş sahibkarlıq fəaliyyə ti ilə əlaqədar münasibətlər üzrə yaranan kommersiya mübahisəsi olması - tərəflər arasında bağlanmış müqavilə və digər sənədlərlə müəyyən olunmamışdır. Çünki tərəflər arasında alqı-satqı müqaviləsi 2021-ci il 17 fevral tarixində bağlanarkən iddiaçının sahibkarlıq fəaliyyəti 2018-ci il 14 oktyabr tarixindən 5 il müddətinə, yəni 2023-cü il 14 oktyabr tarixinədək dayandırılmış vəziyyətdə olmuş və bu alqı-satqı üzrə tərtib edilmiş müqavilə və s. sənədlərin heç birində bu alqı-satqının iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı olması barədə hər hansı sübut mövcud olmamışdır.

11. İddia tələbinin predmeti - iddiaçının sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan mübahisə deyil, “alıcı” fiziki şəxsə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan kərpic satışı üzrə əvvəlcədən ödənilən pulun qaytarılm aması ilə əlaqədar yaranan mübahisə olmuşdur. Çünki cavabdeh hüquqi şəxs, iddiaçı isə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasına baxmayaraq, iddianın əsasını təşkil edən 2021-ci il 17 fevral tarixli alqı-satqı müqaviləsi bağlandığı dövrdə iddiaçının sahibkarlıq fəaliyyətinin 2018-ci il 14 oktyabr tarixindən 2023-cü il 14 oktyabr tarixinədək dayandırılmış olması, həmçinin həmin dövrdə onun sahibkarlıq fəaliyyətini bərpa etməsinin, dayandırma dövründə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına görə vergiyə cəlb edilməsinin və onun məlum müqavilədə nəzərdə tutulan kərpici sahibkarlıq fəaliyyəti ilə əlaqədar almasının müəyyən olunmaması - hazırkı iddia ərizəsi üzrə mübahisənin iddiaçının fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmaya n alqı-satqı üzrə “əvvəlcədən ödənilmiş pulun qaytarılmaması” ilə bağlı yarandığını təsdiq etmişdir.

12. İddiaçının tələbi mülki xarakterli münasibətlərindən irəli gələn tələb olmaqla, iki qarşı tərəfin, yəni iddiaçı ilə cavabdeh arasında ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gələn tələb olmamışdır. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin pre dmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır....

28. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən ed ilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.”

14. Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali Məhkəmənin mövqeyi

15. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.

16. Kommersiya məhkəmələrinin baxmalı olduğu işlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 14) tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olubolmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

17. İş materiallarından məlum olur k i, istər tərəflər arasında hüquq münasibətləri yaranarkən, istərsə də hazırkı mübahisə üzrə iddia ilə məhkəməyə müraciət edilərkən hər iki tərəf vergi ödəyicisi kimi qeydiyyatda olmuşdur.

18. Mübahisə tərəfi olan fiziki şəxsin vergi ödəyicisi kimi fəaliyyətini müvəqqəti dayandırmasına, yaxud mübahisə yarandığı fəaliyyət növü üzrə deyil, digər fəaliyyət növü üzrə vergi qeydiyyatına alınmasına gəldikdə, məhkəmə kollegiyası Plenum Qərarının 28-ci bəndində formalaşdırılmış hüquqi mövqelərə (bax yuxarıda § 13) uyğun olaraq vurğulayır ki, həmin halların heç biri iddiaçının fərdi sahibkar statusuna malik olan şəxs kimi qiymətləndirilməsini və bununla əlaqədar mübahisəyə kommersiya məhkəməsində baxılmasını istisna etmir.

19. Beləliklə, subyekt tərkibi baxımından hazırkı mübahisəyə kommersiya baxıl ması üçün hər hansı hüquqi maneə mövcud deyildir.

20. Tərəflər arasındakı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri ilə əlaqədar qeyd edilməlidir ki, Plenum Qərarının 11-ci bəndində (bax yuxarıda § 13) formalaşdırılmış hüquqi mövqelərə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.

21. İddia ərizəsindən müəyyən edilənlərə əsasən, iddiaçı cavabdehlə 390.825,13 manat dəyərində mal (kərpic) almaq barədə razılığa gəlmiş, iddiaçının bildirdiyinə görə həmin malın əvəzi ödənilmiş, cavabdeh isə satıcı kimi üzərinə düşən öhdəliyi qismən icra edərək, 243.260,73 manat dəyərində malı təhvil vermiş, qal an 147.564,40 manat dəyərində malı isə iddiaçıya təhvil verməmişdir. İş materiallarından bir kərpicin dəyərinin ən azı 0,32 manat olması müəyyən edilir. Qeyd edilənlərdən məlum olur ki, müqavilə üzrə faktiki ödənildiyi bildirilən vəsait hesabına sözügedən qiymətə 1.200.000-dən artıq kərpic almaq mümkündür. Qarışıq məhkəmə tərkibinin qənaətinə görə, bu qədər kərpicin şəxsi istehlak məqsədilə və ya sahibkarlıq fəaliyyətindən başqa hər hansı digər fəaliyyətlə məşğul olmaq üçün alınması ağlabatan görünmür.

22. İddiaçının cavabdehdən təhvil aldığı kərpiclərin əvəzləşdirmə yolu ilə bir MTK-dan ev almasına dair dəlilə gəldikdə qeyd edilməlidir ki, alınmış kərpiclə iddiaçının özü tərəfindən istehlak məqsədilə hər hansı tikinti aparılmadığı iş materiallarından görünür. Qarışıq məhkəmə tərkibi kərpi cin alqı-satqısı ilə bağlı müqavilə bağlanarkən başlıca məqsədin yalnız mənzil əldə etməklə bağlı olmasını da ağlabatan hesab etmir. Əks təqdirdə, iddiaçı cavabdehdən kərpic almaq əvəzinə, elə həmin mənzili onun birbaşa dəyərini ödəməklə də əldə edə bilərdi.

23. Qarışıq məhkəmə tərkibi hesab edir ki, qeyd edilənlər tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğuna dəlalət edir. Bu da işə kommersiya məhkəməsində baxılmasının davam etdirilməsini zəruri edir.

24. Yuxarıda göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmçinin prosessual hüquq normalarının tələblərinə uyğun olaraq iş ma hiyyəti üzrə baxılmaq üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.

25. Şərh olunanlara əsasən məhkəmə kollegiyası MPM-in 32.7, 403-1.6, 403-1.7, 403- 1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı cavabdeh "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar