Məhkəmə qərarları › İş №2(102)-135/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-135/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-135/2021 18.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı «İddiaçı» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiadan imtina edilməsi, icraat xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-889/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı «İddiaçı» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada xx.xx.2018-ci il tarixli, 106GTKR5601087AA saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 7.664,71 manat əsas borc, faiz borcu üzrə 717,65 manat olmaqla ümumilikdə 8.382,36 manat, xx.xx.2018ci il tarixli, **********01944106 saylı kredit müqaviləsinə əsasən isə 1.500 manat əsas, 327,49 manat faiz borcu olmaqla ümumilikdə 1.827,49 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun «İddiaçı» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasım xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Füzuli rayon Məhkəməsinin xx xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Y.Həşimov, iş № 2(064)-1520/2019) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı «İddiaçı» ASC-nin xeyrinə -xx.xx.2019-ci il tarixli, 106GTKR5601087AA saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 7.664,71 manat, faiz borcu üzrə 717,65 manat olmaqla cəmi 8.382,36 manat, xx.xx.2018-ci il tarixli, **********01944106 saylı kredit müqaviləsinə əsasən 1.500 manat əsas borc, 327,49 manat faiz borcu olmaqla cəmi 1.827,49 manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Soltanov (sədrlik edən və məruzəçi), T.Kərimov və İ.Əhmədov, iş № 2(10 6)-889/2020 ) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Füzuli rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)889/2020 nömrəli iş üzrə 04 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz d axil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəs inə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflər in barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0 və 261.0.4-cü maddələrinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 417.1.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafi q olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddiaçı tərəfindən iddiadan imtina edildiyindən məhkəmə kollegiyası cavabdehin kasasiya şik ayəti üzrə hər hansı bir araşdırma aparmır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı «İddiaçı» ASC xx xxxxxx 2021-ci il tarixli iddiadan imtina edilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək göstərmişdir ki, cavabdeh Cavabdeh1 Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İddiaçı olaraq iddiadan imtina etdiklərini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 417.1.5-ci maddəsinə müvafiq olaraq, kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edi b, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası qanunvericiliyin normalarına görə belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtinasının qəbul olunmaması üçün əsaslar yoxdur, iddiadan imtina iddiaçının iradəsinə uyğundur Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-889/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunmalı, iddiadan imtinası qəbul edilməklə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 261, 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara ald ı: Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-889/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı «İddiaçı» Açıq Səhmdar Cəmiyyətinin iddiadan imtinası qəbul edilsin. İş üzrə icraata xitam verilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar