Məhkəmə qərarları › İş №2(102)-135/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-135/2022

10.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-135/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qazla təchiz edən təşkilata vurulmuş ziyanın ödənilməsi, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma, abonent borcu, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, İddiaçının vəkili X2 qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(103)6948/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh Ədbülrəfi oğlunun istifadəsindədir və həmin ev 30 sentyabr 2019-cu il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən İddiaçı İB tərəfindən təbii qazla təchiz olunur. İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən qaz sayğacına müdaxilə və istehlakçı tərəfindən sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edildiyinə görə tərtib edilmiş Təbii X1nın pozulması haqqı nda 21 avqust 2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 617 manat, 28 fevral 2019-cu il tarixli akt üzrə 486 manat, 30 aprel 2019-cu il tarixli akt üzrə 972 manat, 30 may 2019-cu il tarixli akt üzrə 32,4 manat, 28 iyun 2019-cu il tarixli akt üzrə 32,4 manat, 31 iyul 2019-cu il tarixli akt üzrə 32,4 manat, 30 avqust 2019-cu il tarixli akt üzrə 32 manat, 30 sentyabr 2019-cu il tarixli akt üzrə 32,4 manat, 30 oktyabr 2019-cu il tarixli akt üzrə 32,4 manat, 29 noyabr 2019-cu il tarixli akt üzrə 142,2 manat, 30 dekabr 2019-cu il tarixli akt üzrə 295,2 manat, 30 yanvar 2020-ci il tarixli akt üzrə 295,2 manat, 28 fevral 2020-ci il tarixli akt üzrə 381,6 manat, 30 mart 2020-ci il tarixli akt üzrə 295,2 manat, 14 aprel 2020-ci il tarixli akt üzrə 137,8 manat ziyan hesablanmışdır. Həmin ak tların hər biri istehlakçının adının qarşısında “imtina etdi” qeydi edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3452,7 manat məbləğində ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə 3482,7 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavadehə məxsus fərdi yaşayış evi iddiaçı tərəfdən təbii qazla təchiz edilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qa z sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qaz xəttinə qoşulmaqla qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmin faktlar Birliyin əməkdaşları tərəfindən foto və videoçəkilişlərlə lentə alınmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbil X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda 3452,70 manat təşkil edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(003)-449/2021 nömrəli qətnaməsi ilə (hakim S.X.Bəhrəmzadə) iddiaçı Azərbayca n Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehlakçı deyil, iddiaçı özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində istehlakçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi iddiaçı tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə iddiaçı tərəfindən cavabdehin abunə koduna hesablanmış borcun ödənilməsi hissəsində də təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı təşkilat qaz sayğacına müdaxilənin məhz cavabdeh tərəf indən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(003)-449/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(103)-6948/2021 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Kərimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və E.C.Kazımovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(003)-449/2021 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdi rilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 21 avqust 2017-ci il tarixdən 14 aprel 2020-ci il tarixədək olan dövrdə İddiaçı İB-nin əməkdaşları tərəfindən abonent Cavabdeh barəsində təbii X1nın pozulması barədə üst-üstə 15 akt tərtib olunmuş, aktların heç biri abonent tərəfindən imzalanmamışdır. Abonent akta imza etməkdən imtina etdiyi halda isə, abonentin akta imza etməkdən imtina etməsi barədə müvafiq sənədləşmələr aparılmamışdır. Təbii X1nın pozulması aşkar olunduğu halda, abonentin qaz təchizatı dayandırılmamışdır. Həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” 30 sentyabr 2019-ci il tarixdə bağland ığı halda, tərtib olunan aktlar 21 avqust 2017-ci il tarixdən 14 aprel 2020-ci il tarixədək olan dövrü əhatə edir. İddiaçı İB aktların tərtib olunduğu dövrdə tərəflər arasında müvafiq müqavilənin olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Abonentin barəsində təbii qazın talanmasına görə 15 akt tərtib olunsa da, təqsirli şəxsin təbii qazın talanması və ondan istifadə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət olunmamışdır. Bundan əlavə, iddia ərizəsinə əlavə olunmuş fotoşəkillərin abonentə məxsus evdə çəkilməsini və nə vaxt çəkilməsini müəyyən etmək mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, apellyasiya şikayət ində birinci instansiya məhkəməsi tərəfindən cavabdehin özünümüdafiə xarakterli çıxışları nəzərə alınaraq iddia tələbinin rədd edilməsi göstərilsə də, cavabdehin ümumiyyətlə məhkəmə iclaslarında nəinki çıxış, heç iştirak da etmədiyi müəyyən edilmişdir. İddiaçı İB tərəfindən məhkəməyə təqdim olunmuş sübutlar qətnamənin ləğv edilib iddianın təmin olunmasına əsas vermir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(103)-6948/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və kassasiya şikayətini n təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, abonent məsuliyyətdən yayınmaq məqsədi ilə aktlara imza etməmiş, aktlarda bu barədə qeydiyyat aparılmış, akta imza edən əməkdaşlar bu halı öz imzaları ilə təsdiq etmişlər. Həmçinin məhkəmə nəzərə almamışdır ki, 30 sentyabr 2019-cu il tarixli müqavilə həmin abonentlə 04 may 2017-ci il tarixdə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğuları istifadəçisi arasında qazın alqı-satqısı haqqında müqavilə”nin yenilənmiş forması olmuşdur. Bundan əlavə iddia ərizəsinə ünvanda quraşdırılmış sayğacların görüntüsü əşk olunmuş fotoşəkillər əlavə olunmuş, həmin sayğacların isə nömrələri ilə abonentin ünvanında quraşdırılan sayğac nömrələri eyniyyət təşkil etdiyindən şəkillərin digər ünvanlarda çəkilməsi mümkün deyildir. İş üçün əhəmiyyətə malik olan digər halları müəyyən etmək üçün nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi yerli baxış keçirməmiş, həmçinin qeyri-qanuni qoşulma halının təsqiq edilməsi üçün əsas ola biləcək sübutlardan birini - ekspertizanın rəyini almaq üçün ekspertiza təyin etməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verməmiş, AGİS və GASRE proqramları üzrə saldolar tətqiq edilməmişdir. Belə ki, məhkəmələr aktların tərtib edildiyi tarixlərdə təbii qazdan istifadəyə görə cavabdehin nə qədər pul ödədiyini araşdırmamışlar. Halbuki, 02/2019-dan 04/2020-ci il tarixədək olan 14 ay ərzində cəmi 65 manat ödən iş həyata keçirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh məhkəməyə ərizə (kassasiya şikayətinə etiraz) verərək, iddianın əsassız olmasını göstərmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(103)-6948/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili X2 qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü madd əsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən o lunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı ha qqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylay ıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 22-ci maddəsinə görə “Enerji resurslarının istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texn iki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsini n dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi i zahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğ unu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanun lar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali M əhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçının apellyasiya şikayətini rədd edən apellyasiya məhkəməsi bunun üçün bir neçə sə bəb gətirmişdir ki, onlardan heç biri iddianın tam rədd olunması üçün əsas ola bilməz. İlk olaraq qeyd olunmalıdır ki, iddiaçının tələbinin sübutu qismində təqdim etdiyi aktlarda abonentin imzasının olmaması özü özlüyündə həmin aktların etibarsızlığı və ya qeyri-mötəbərliyi üçün əsas deyildir. İddiaçının tələbi ona əsaslanmışdır ki, cavabdeh tərəfindən iddiaçının balans və istismarında olan küçə qaz xətlərinə qanunsuz müdaxilə edilmiş və sayğacdan kənar qazdan istifadə edilmiş və bununla iddiaçıya zərər vurulmuşdur. Belə olan halda, məhkəmələr belə qanunsuz qoşulmanın olub-olmamasını araşdırmalıdırlar. Həmin hal isə iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən (aktlar, fotoşəkillər) əlavə, şahid ifadələri, cavabdehin yaşadığı ünvanda yerində müayinə və ya məhkəmə tikinti-texniki ekspertiz asının keçirilməsi ilə müəyyən oluna bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən bu hərəkətlərin keçirilməsi müzakirə olunmamışdır. Həmçinin apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçı tərəfindən təbii X1nın pozulması aşkar olunduğu halda, abonentin qaz təchizatı dayandırılmamışdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, istehlakçının təbii qaz xəttinə kənar (qanunsuz) qoşulması təsbit edildiyi halda qazın verilməsini dayandırmaq tədbiri ona tətbiq edilən təsir vasitələrindən biri olub, qazdan qanunsuz istifadənin davam etdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Paylayıcının əməkdaşları tərəfindən bu tədbirin görülməsinə baxmayaraq istehlakçı tərəfindən yenidən qaz xəttinə qanunsuz qoşulması imkanı istisna deyil. Odur ki, iddiaçının qazın verilməsini dayandırmaq tədbir ini görməməsi, yaxud gördüyü halda istehlakçının qaz xəttinə bir daha qanunsuz qoşulması və bu faktın yenidən aşkarlanması abonentin əvvəlki kənar qoşulmalara görə məsuliyyətini aradan qaldırmır. Bundan əlavə iddiaçı ilə cavabdeh arasında qazın alqı-satqısı barədə müqavilənin 30 sentyabr 2019-cu il tarixdə bağlanması da iddianın rəddi üçün əsas ola bilməz. Belə ki, tərəflər arasında təbii qazın təchizatı ilə bağlı əvvəllər də müqavilə münasibətlərinin olması işdə olan abonent saldosundan müəyyən olunur və cavabdeh məhkəmələrə ünvanladığı çoxsaylı şikayət ərizələrində onun evinin qazla təchiz olunmasını inkar etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qald ıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş ü zrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(103)-6948/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar