Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1350/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1350/21 (Açar sözlər: evdən çıxarma, əldən çıxmış fayda, alqı-satqı müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə, Sumqayıt Apel lyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-xxx/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, evdən çıxarılma və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 onun mülkiyyətçisi olduğu Ünvan1 ünvanında yerləşən, ümumi sahəsi 50,8 kv.m, yaşayış sahəsi 34,1 kv.m, yardımçı sahəsi 16,7 kv.m olan 3 otaqlı 1 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin evdən çıxarılmaları və xx xxxxxxxx 2019-cu il tarixdən 2019-cu ilin dekabr ayına kimi əldə çıxmış faydanın əvəzi olaraq aylıq 300 manat hesablanılmaqla 900 manat pulun və əlavə olaraq qətnamə icra edilənə kimi aylıq 300 manat məbləğində pulun hesablanaraq Cavabdeh1 tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi və beh ilə ödənilmiş məbləğin saxlanması, ödənilmiş qalan pul vəsaitinin ilk iddiaçıya qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan Ünvan2 ünvanında yerləşən, ümumi sahəsi 50,8 kv.m, ya şayış sahəsi 34,1 kv.m, yardımçı sahəsi 16,7 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin alqı-satqısına dair xx xxx 2019-cu il tarixli, AN-İ ******* saylı müqavilənin qüvvədən düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxx 2019-cu il tarixdə AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 ünvan1 ünvanında yerləşən ümumi sahəsi 50,8 kv.m, yaşayış sahəsi 34,1 kv.m. yardımçı sahəsi 16,7 kv.m olan 3 otaqlı 1 saylı fərdi yaşayış evini 29500 manata almışdır. Cavabdeh1 və ailə üzvləri evdən çıxmalarını öz öhdələrinə götürsələr də, bu günə kimi faktiki olaraq həmin evdən istifadə edir və orada yaşayırlar. 4500 manat məbləğində pulu 3 ay gecikdirdiyinə görə Cavabdeh1 ondan əsassız olaraq 7000 manat məbləğində əlavə pul tələb edir və 7000 manat məbləğində pulu verməsə, ona məxsus Ünvan2 ünvanında yerləşən fərdi yaşayış evini yandırmaqla hədələyir. Cavabdeh1 bu tələbi qanunsuzdur, özü bilərəkdən ona əziyyət vermək və vaxt qazanmaq məqsədilə evdən çıxmır. Hazırda cavabdehlərin onun evində qeydiyyatda olmasına və yaşamasına heç bir zərurət yoxdur, cavabdehlərin həmin evdə yaşaması ona problemlər yaradır. Cavabdehlərin istifadə hüququna xitam verilməsi və evdən çıxarılması onun öz mülkiyyətindən dinc istifadə edə bilməsi üçün olduqca zəruridir. Həmçinin Cavabdeh1 ona maddi zərər də vurmuş və vurmaqda da davam edir. Belə ki, cavabdeh tərəfindən zəbt edilən ev xx xxxxxxxx 2019-cu il tarixdən etibarən aylıq 30 0 manat ödənişlə kirayəyə verilsə idi, bu günə kimi o, təxminən 900 manat məbləğində pul vəsaiti qazanmış olacaqdı. Göründüyü kimi, cavabdehin qanunsuz əməlləri nəticəsində ona maddi zərər də vurulmuşdur. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddiası əsassızdır. Mülkiyyətçi və ailə başçısı olaraq o, ailəsinin bəzi maddi ehtiyaclarını ödəmək zərurəti ilə əlaqədar olaraq yaşadıqları fərdi yaşayış evini real bazar qiymətindən xeyli aşağı qiymətə təcili satmaq qərarına gəlmişdir. Evi oğlunun tanışı olan şəxsə 29500 manata satmağa razılaşmışdılar. Ev satılan zaman razılaşdırılmış məbləğ İddiaçı tam şəkildə olmadığına görə qalan 4500 manat pulu ödəmək üçün ondan bir ay möhlət istəmiş, o da razı olmuşdur. Bu hal alqı-satqı müqaviləsində öz əksini tapmışdır. Amma həmin vaxt dan 7 ay sonra bilmişdir ki, İddiaçı onun bank hesabına qalan 4500 manat pulu yatırmış və bunu ona bildirməmişdir. Bunu təsadüfən öyrənmiş, lakin ailə üzvlərinin ilkin razılığını almadan gedib pulu götürmüşdür. Onun bu hərəkəti ailədə narazılığa səbəb olmuşdur. Belə ki, ailəsinin qəti qərarı ondan ibarət olmuşdur ki, alqı-satqı müqaviləsi ləğv edilsin və beh saxlanmaq şərti ilə qalan pul geri qaytarılsın, çünki onun uşaqları ailələrini saxlamaq üçün bazarda xırda alverlə məşğul olurlar. İddiaçı müqavilə öhdəliyini yerinə yetirməməsindən dolayı, ailənin maddi borcları çoxaldığından onlar ziyana düşmüşdür. İddiaçı onlara vurduğu 15000 manatdan yuxarı maddi ziyandan 7000 manat ödəsə, onlar evi tərk edərlər. Müqavilə bağlandıqdan bir ay sonra İddiaçı onlardan qaçmış, onlarla əlaqə saxlamamışdı r. Buna görə də ya vurulmuş 7000 manat maddi ziyan onlara ödənilməli, ya da müqavilə qüvvədən düşmüş sayılmalıdır. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2020ci il tarixli, 2(012)-xxx/2020 saylı qətnaməsi ilə (hakim Elman Məmmədov) ilk iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və XXX X1 rayonu, Ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 50.8 kv.m, yaşayış sahəsi 34.1 kv.m, yardımçı sahəsi 16.7 kv.m olan 3 (üç) otaqlı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə həmin evdən çıxarılmaları, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materialları araşdırılarkən müəyyən edildi ki, i lkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Ünvan2 ünvanında yerləşən ümumi sahəsi 50.8 kv.metr olan 3 otaqlı fərdi yaşayış evini AN-İ № ******* saylı, xx.xx.2019-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə 29500 manat qiymətinə əldə etmiş, sonradan həmin evi AR ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən öz adına qeydiyyata salaraq həmin evə mülkiyyət hüququ qazanmışdır. Mənzil xx.xx.2019-cu il tarixdə satıldığı zaman İddiaçı 25000 manat məbləği Cavabdeh1 notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəmiş, qalan 4500 manat məbləği isə xx.xx.2019 tarixinədək ödəməyi, Cavabdeh1 da xx.xx.2019 tarixinədək evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüş, İddiaçı xx.xx.2019-cu iş tarixdə qalan 4500 manatı da ödəməsinə baxmayaraq, əvvəlki ev sahibi ailə üzvləri ilə birlikdə mübahisəli mənzidən çıxmağı öhdəsinə götürsə də, hazırki vaxtadək həm əvvəlki ev sahibi, həm də onun ailə üzvləri iddia predmeti olan evdən çıxmamışlar. Belə olan halda İddiaçı göstərilən mənzillə bağlı sərbəst sərəncam və mülkiyyət hüquqlarını təmin olunması üçün köhnə sakinlərin fərdi yaşayış sahəsi üzrə evdən çıxarılmalı və onların istifadə hüquqlarına xitam verilməlidir. Bundan əlavə ilkin iddia tələbində xx xxxxxxxx 2019-cu il tarixdən 2019-cu ilin dekabr ayına kimi əldə çıxmış faydanın əvəzi olaraq aylıq 300 manat hesablanılmaqla 900 manat pulun və əlavə olaraq qətnamə icra edilənə kimi aylıq 300 manat məbləğində pulun hesablanaraq Cavabde h1 tutulub İddiaçı ödənilməsi tələbi irəli sürmüş, lakin bununla bağlı əsaslı sübutlar təqdim etmədiyindən məhkəmə AR MPM-nin 77.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, ilkin iddia tələbi bu hissələrdə rədd edilməlidir. Qarşılıqlı iddia tələbi üzrə mübahisələndirilən AN-İ № ******* saylı, xx.xx.2019-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin əsaslarını sübut etmək vəzifəsi ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 üzərinə düşsə də, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil 2 özünün izahatından başqa hər hansı bir mənbəyə istinad etməmiş, hər hansı bir legitim sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 izahatına tənqidi yanaşmışdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilk iddia üzrə digər cavabdehlər qeyd edilən qətnamədən apelyasiya şikayəti vermişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Telman Məmmədovsədrlik edən və məruzəçi, Şəmsəddin Abasov, Zaur Məmmədov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(105)-xxx/2020 saylı qətnaməsi ilə apelyasiya şik ayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-xxx/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə qalan 4500 manat məbləği xx.xx.2019-cu il tarixinədək ödəməyi öhdəsinə götürsə də, həmin məbləği xx xxxxxxxx 2019-cu il tarixdə ödəmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 da həmin məbləği qəbul etmiş, xx.xx.2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək Azərbaycan Respublikası MM-nin 600.4-cü maddəsinə uyğun olaraq evin dəyərinin ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etməmişdir. Hazırda mübahisəli ev ilk iddia üzrə iddiaçının mülkiyyətində olduğunda n, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan, ilk iddia üzrə iddiaçının mülkiyyət hüququ hər hansı bir şəkildə məhdudlaşdırılmadığından və onun mülkiyyətindən sərbəst istifadəsi başqa şəxslərin hüquqlarını pozmadığından, ilk iddia üzrə cavabdehlər qanuni əsas olmadan mübahisəli evdə yaşadıqlarından birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qeyd edilən qətnamədən kasasiya şikayəti vermişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 (vəkili Vəkil2) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya kollegiyası iş materiallarını araşdırıb yanlış hüquqi nəticəyə gəlmişdir. Əvvəla ona görə ki, müqavilə şərtləri ilk iddiaçı tərəfindən pozulmuşdur. İkincisi müqavilə üzrə qalan 4500 manat borc yeddi aydan sonra ödənilməklə müqavilənin nəzərdə tutulan şərtləri pozulmuşdur. Üçüncüsü müqavilə öhdəliklərinin pozulması nəticəsində onlara 15000 manatdan çox ziyan dəymişdir ki, onlar onun müəyyən hissəsini-7000 manatının ödənilməsini tələb edirlər ki, borca götürdükləri pulun müəyyən faiz hissəsini ödəyə bilsinlər. Əgər qeyd etdikləri tələbləri yerinə yetirilərsə, onlar şikayətlərini geri ala bilərlər. Beləliklə, alqı -satqı müqaviləsinin bütün bəndləri ilk iddiaçı tərəfindən pozulmuşdur. Məhkəmə iclasları zamanı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh bildirmişdir ki, 4500 manat pul, güya XXX adlı şəxs tərəfindən onun oğlu XXX verilmişdir, lakin bu hal sübut edilməmiş, məhkəmə iclas protokolunda və məhkəmə qətnaməsində qeyd olunmamışdır. O, məhkəməyə qalan borcun ödənilməsi barədə Sumqayıt ASAN Xidmət Mərkəzindən bank arayışı təqdim etmiş, lakin bu barədə qətnamədə qeyd yoxdur. Həmin arayışda qalan borcun tam yeddi aydan sonra ödənilməsi öz əksini tapmışdır, lakin məhkəmə gecikdirməni üç ay kimi qeyd edir. Ev dəyərindən xeyli aşağı qiymətə satılmışdır. Beləliklə, onun maddi və prosessual hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şika yətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ilk iddia üzrə iddiaçı, İddiaçı, ilk iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respubl ikasının Konstitusiyası: Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə
646. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqısatqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 648.1. Daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları h əyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əs as yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri ilə razılaşmır və həmin dəlillərə münasibətdə bildirir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətininn dəlilləri ilə eynilik təşkil etmiş, kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi göstərilməmiş, apelyasiya şikayətində olduğu kimi, kasasiya şikayətində də qarşılıqlı iddiaçı ilk iddia üzrə iddiaçının alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi ilə əsaslandırmış, bununla bağlı apelyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, İddiaçı xx xxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə qalan 4500 manat məbləği xx.xx.2019-cu il tarixinədək ödəməyi öhdəsinə götürsə də, həmin məbləği xx xxxxxxxx 2019-cu il tarixdə öd əmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 da həmin məbləği qəbul etmiş, xx.xx.2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək Azərbaycan Respublikası MM-nin 600.4-cü maddəsinə uyğun olaraq evin dəyərinin ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etməmişdir. Ümumilikdə qeyd edilməlidir ki, kasasiya şikayətində göstərilmiş dəlillər apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İ lk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-xxx/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.